Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə62/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   236

 

190 


olmur. Müəllimin əsəbi, bədbin vəziyyəti bəbəkləri daralmağa məc-

bur edir. Onun üzü mehriban, səmimi olmur, şagirdlər özlərini dis-

komfort hiss edirlər, işin səmərəsi aşağı düşür. 

Müəyyən olunmuşdur ki, müəllimin "qapalı" duruşu (bədə-

ninin  ön  hissəsini  kürsü  vasitəsilə,  masa  vasitəsilə  örtməyə  və  mə-

kanda mümkün qədər az yer tutmağa çalışması və ya qollarını qoy-

nuna  qoyması,  yaxud  da  oturaraq  iki  əlini  çənəsinin  altına  daya-

ması)  inamsızlıq,  etibarsızhq,  razılaşmamaq,  əks  təsir  göstərmək, 

tənqid kimi başa düşülür. 

"Sərbəst"  duruş,  təbii  danışıq,  jestlərdən,  mimikalardan 

istifadə etmək, şagirdərlə göz təması yaratmaq etibar, inam, razılıq, 

xeyirxahlıq,  psixoloji  komfort  kimi  başa  düşülür.  Bütün  bunları 

şagirdlər mexaniki olaraq qavrayırlar. 

2.  Prosodika  və  ekstralinqvistika  (intonasiya,  səsin  ucalığı, 

tembri, nəfəsalma, gülüş, öskürək). Səsin xarakteristikaları prosodik 

(nitqdə  vurğulu  və  vurğusuz,  uzun  və  qısa  hecaların  tələffüzü  sis-

temi)  və  ekstralinqvistik  (linqvistikadan  kənar)  hadisələrə  daxildir. 

Şövq,  ruh  yüksəkliyi,  sevinc  hissləri  adətən  yüksək  səslə  deyilir. 

Narazılıq adətən yumşaq və batıq səslə deyilir. 

Nitqin sürəti də müəllimin hisslərini əks etdirir. Həyəcanlılıq 

və ya rahatlıq sürətli nitqdə özünü əks etdirir. 

Aramla, yavaş-yavaş danışmaq yorğunluq və ya təkəbbürlülük 

əlamətidir. 



3.  Takesik  ünsiyyət  vasitələri.  Başı  sığallama,  toxunma,  əl-

ələ  verib  görüşmə,  tərifləmə  takesik  ünsiyyət  vasitələrinə  aiddir. 

Sübut olunmuşdur ki, onlar xüsusi ilə tam olmayan ailələrdən olan 

uşaqlar üçün bioloji cəhətdən zəruri stimulyator formalarıdır. Şıltaq 

və  ya inciyən uşağın  başını sığallamaqla çox şeyə nail olmaq olur. 

Hər pedaqoqun buna ixtiyarı yoxdur. Bunu ancaq uşaqların etibarını 

qazanmış müəllimlər edə bilərlər. 

4. Proksemik vasitələr. Bunlara təlim zamanı müəllim və şa-

girdlərin oriyentasiyası və оnlar аrаsında distansiya aiddir. Pedaqoji 

distansiyanın  normaları  aşağıdakı  məsafələr  kimi  müəyyən  olun-

muşdur: 



 

191 


1) Müəllimin şagirdlərlə fərdi ünsiyyəti – 50 sm-dən 120 sm-

dək; 2) sinifdə şagirdlərlə rəsmi ünsiyyət - 120-400 sm; 3) auditori-

ya qarşısında çıxış edən zaman açıq ünsiyyət 400-750 sm. 

Ünsiyyət  distansiyasının  müntəzəm  dəyişməsi  pedaqoji  əmə-

yin xüsusiyyətidir. Bu, müəllimdən dəyişən şəraitə dəfələrlə uyğun-

laşmağı tələb edir. 

 

Tapşırıq 

 

Təqdim  olunan  plan  əsasında  müxtəlif  mənbələrə  istinad  edərək 



icmal hazırlayın: 

1.Cəmiyyətimizdə müəllimlik peşəsi. 

2.Müəllimlik peşəsinin səciyyəvi xüsusiyyətləri. 

3. Görkəmli şəxsiyyətlər müəlimlik peşəsi haqqında. 

4. Müəllimin pedaqoji qabiliyyətləri. 

5. Pedaqoji peşənin prinsipləri. 

6. Müəllimlik peşəsinə verilən pedaqoji tələblər. 

7. Müəllim – şagird münasibətlərinin formaları. 

8. Müəllim şagird münasibətlərində əməkdaşlıq növləri. 

9. Müəllimlik peşəsində pedaqoji bacarıq və vərdişlər. 

10. Pedaqoji prosesdə müəllimin pedaqoji mərifəti. 

11. Müəllimin pedaqoji ustalığı. 

 

Ədəbiyyat 

 

1.  Əliyev  H.  Azərbaycan  Müəllimlərinin  qurultayında  nitq/  Azər-

baycan müəllimi, 01 oktaybr, 1998-ci il. 

2.  Mərdanov  M.C.  Azərbaycan  təhsil  sistemi:  real  vəziyyət,  prob-

lemlər və islahat istiqamətləri. Bakı, Təhsil, 2005. 

3. Əliyev H. Pedaqoji ustalığın əsasları. (Dərs vəsaiti). Bakı, ADPU, 

1999. 

4.Həmzəyev  M.Ə.  Pedaqoji  psixologiya.  Bakı:  Maarif,  1991,  səh. 



168-212.

 

5.  İbrahimov  F.N.  Təlimdə  alqoritmik  və  evristik  fəaliyyətin 



optimal  nisbətlərinin  əsaslarına  dair  oçerklər.  Bakı:  Mütərcim,  1998, 

səh.230-244. 

6.  İbrahimov  F.N.  Ümumi  pedaqogikadan  mühazirələr.  Bakı:  Mü-

tərcim, 2010. səh.192-200. 




 

192 


7. Məktəb pedaqogikası (Q.İ.Şukinanın redaksiyası ilə). Bakı: Maa-

rif, 1982. səh.284-285. 

8.  Paşayev  Ə.X.,  Rüstəmov  F.A.Pedaqogika.  Bakı:  Nurlan,  2007, 

səh.39-45. 

9.  Məmmədzadə  R.H.  Müəllimin  peşə  etikası.  Bakı: Maarif,  1992. 

səh.110  

10.Меhdizаdə M. Мüаsir dərs hаqqındа. Bаkı, 1970. 

11.Nəzərov  A.,  Məmmədov  R.  Pedaqoji  ustalıq.  Bakı:  Müəllim, 

2008. 

12.Hüsеynzаdə  R.L.  Təhsilin  humаnistləşdirilməsi  və  dеmоkrаtik-



ləşdirilməsi. Bakı, 1997. 

13.Hüsеynzаdə  R.L.  Мüаsir  məktəb  və  yеni  pеdаqоji  düşüncələr. 

Bаkı, 1998. 

14.


 

Əlizadə  Ə.Ə.,  Rüstəmov  F.A.,  Quliyeva  K.  Müəllim  peşəsinin 

professoqramı.  Pedaqoji  tədqiqatlar.  (Elmi  məqalələr  məcmuəsi).  Bakı, 

2000 (II buraxılış). 

15.

 

Əlizadə  Ə.Ə.  Azərbaycan  məktəbinin  psixoloji  problemləri. 



Bakı: Ozan, 1998. 

16.


 

Əlizadə Ə.Ə. Yeni pedaqoji təfəkkür. Bakı, 2001. 

 

 

 



 

 

 

 

 


 

193 


 

 

 

VI fəsil 

 PEDAQOJİ PROSES 

 

 

Əhatə olunan məsələlər: 

 

6.1. Pedaqoji proses haqqında ümumi anlayış. 

6.1.1.“Pedaqoji gerçəklik”, “pedaqoji proses” və “təlim-tərbiyə” 

anlayışlarının qarşılıqlı səciyyəsi. 

6.1.2. “Pedaqoji proses” anlayışının “sistem” anlayışı vasitəsi ilə 

interpretasiyası. 

6.2. Pedaqoji prosesdə ziddiyyətlər. 

6.3.


 

Pedaqoji prosesin qanunauyğunluqları. 

6.4.

 

Pedaqoji prosesin prinsipləri haqqında. 



6.5.

 

Pedaqoji prosesin mərhələləri. 



6.6. Pedaqoji prosesin texnoloji əsasları. 

6.7. Pedaqoji ünsiyyətin texnologiyası. 

6.8. Pedaqoji innovasiyalar. 

6.9. Pedaqoji sistemin optimallaşdırılması




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə