Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə63/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   236

 

194 


 

6.1. Pedaqoji proses haqqında ümumi anlayış 

  

6.1.1. “Pedaqoji gerçəklik”, “pedaqoji proses” və “təlim-tərbi-

yə” anlayışlarının qarşılıqlı səciyyəsi 

 

“Pedaqoji  proses”  anlayışı  pedaqoji  ədəbiyyatda  əsasən  belə 

təqdim olunur: Qarşıya qoyulmuş məqsədə çatmaq üçün müəllimlərlə 

şagirdlərin qarşılıqlı təsirinə pedaqoji proses deyilir. Bu qarşılıqlı tə-

sir  qabaqcadan  nəzərdə  tutulmuş  şəkildə  şagirdlərin  vəziyyətinin, 

xassə və keyfiyyətlərinin dəyişməsinə gətirib çıxarır. Başqa sözlə de-

sək, pedaqoji prosesdə mənimsənilən sosial təcrübə şəxsiyyətin key-

fiyyətinə çevrilir. 

 Professor  B.A.Əhmədov  göstərir  ki,  “harada  ki,  təcrübənin 

verilməsi  vardır,  orada  pedaqoji  gerçəklik  mövcuddur;  pedaqoji 

proses isə pedaqoji gerçəklikdən dar anlayışdır. Yəni, o, ümumiyyətlə 

təcrübənin  verilməsi  deyil,  yalnız  müəyyən  tip  müəssisələrdə  özünü 

göstərən  pedaqoji  gerçəkliyi  əhatə  edir.”  Onun  fikrincə,  “pedaqoji 

proses”  təcrübənin  verilməsi  və  qəbul  edilməsi  prosesidir,  düz  və 

əks əlaqələr vəhdət halında fəaliyyət göstərir. Əgər idarə edən (təsir 

göstərən) komponenti “U”, idarə olunan (təsiri qəbul edən) kompo-

nenti “S”, onların arasındakı vasitələr sistemini, o cümlədən şəraiti 

“V” ilə işarə etsək, onda pedaqoji gerçəkliklə pedaqoji prosesin fər-

qini belə göstərə bilərik. 

Pedaqoji gerçəklik: U  V S 

Pedaqoji proses: U⇄ V⇄ S. 

“Pedaqoji gerçəklik” və “pedaqoji proses” anlayışlarının məz-

mununa,  B.A.Əhmədovun″  fikrincə,  konkret  şəkildə  aşağıdakılar 

daxildir, hansı ki, biz onun fikirləri ilə şərik deyilik: 



Pedaqoji gerçəklik: 

1.

 



“Pedaqoji proses” anlayışı bütövlükdə bura daxildir

2.İstehsal prosesində peşənin öyrənilməsi, usta-şagird “müna-

sibətləri”; 

3.

 



Ailə tərbiyəsi; 

4.

 



Əmək-islah düşərgələrində həyata keçirilən tərbiyə işləri

5.

 



Dövlət orqanları və ictimai təşkilatların tərbiyəvi fəaliyyəti


 

195 


6.

 

Səhiyyə, mədəni-maarif orqanlarında aparılan tərbiyə işləri; 



7.

 

İdman təşkilatlarının tərbiyəvi fəaliyyəti; 



8.

 

Kütləvi informasiya vasitələrinin, ədəbiyyat və incəsənətin 



təsiri və s. 

Pedaqoji prosesə: 

1.Başlıca  olaraq,  ölkənin  təhsil  sisteminə  aid  olan  təlim-tər-

biyə müəssisələrində həyata keçirilən pedaqoji fəaliyyət daxildir

2. Hərbi  məktəblər,  doktorantura  sistemi,  mütəxəssislərin  ix-

tisasının artırılması üzrə fəaliyyət daxildir.  

Prof. B.A.Əhmədov yazır ki, pedaqoji proses pedaqoji gerçək-

liyin digər qollarından düz və əks əlaqələrin vəhdətinə, eləcə də öz 

məqsədinə görə fərqlənir: burada başlıca məqsəd insanı həyata, yəni 

əmək fəaliyyətinə və ictimai fəaliyyətə hazırlamaqdan ibarətdir.  

“Pedaqoji gerçəklik” anlayışına daxil olan digər sahələrin əsas 

məqsədi  insanı  bilavasitə  həyata  hazırlamaq  deyildir.  Məsələn,  is-

tehsal  kollektivlərində  birinci  məqsəd  maddi  nemətlər  istehsal  et-

məkdir.  İnsanı  həyata  hazırlamaq  məsələləri  tabe  mövqe  tutur.  Bu 

cür  prosesləri,  pedaqoji  prosesdən  fərqləndirmək  üçün  “pedaqoji 

ünsürlərə malik proses” adlandıra bilərik .  

Deyilənlərdən  belə  qənaət  hasil  olur  ki,  sosial  mənada  “tər-

biyə” məfhumu ilə “pedaqoji gerçəklik” sinonim anlayışlardır. Təbii 

olaraq  sual  yaranır:  elmi  ədəbiyyata  daxil  olan  “sosial  mənada  tər-

biyə” anlayışını sinonim sözlə əvəz etməyə ehtiyac varmı? 

Əvvəlki  illərin  pedaqoji  ədəbiyyatında  bu  anlayışın  əvəzində 

daha çox “təlim-tərbiyə” prosesi işlədilmişdir. Tədqiqatlar göstərir ki

bu  anlayış  dardır,  tam  deyildir,  prosesin  bütün  mürəkkəbliyini,  hər 

şeydən əvvəl, onun tamlığını və ümumiliyini əks etdirmir. Tamlıq və 

ümumilik  əsasında  təlim,  təhsil,  tərbiyə  və  inkişafın  birliyini  təmin 

etmək pedaqoji prosesin əsas mahiyyətini təşkil edir. Son dövrün pe-

daqoji  ədəbiyyatında  bu  anlayışlar  tam  pedaqoji  proses  kimi  təqdim 

olunur. Bu da təbiidir, çünki təlim, təhsil, tərbiyə və inkişaf bir-birin-

dən  ayrılıqda  həyata  keçirilən  proseslər  deyil.  Onlar  eyni  məqsədə 

xidmət edən vahid pedaqoji prosesin bir-biri ilə üzvi əlaqədə olan ay-

rılmaz cəhətlərdir .  

Yeri gəlmişkən qeyd edək ki, təlimin, tərbiyənin, təhsil və in-

kişafın vəhdəti, yəni pedaqoji prosesin vahidliyi həmin anlayışların 




 

196 


spesifikasını,  hərəsinə  xas  olan  xüsusiyyətləri  inkar  etmir.  Əksinə, 

təlimin,  tərbiyənin,  təhsil  və  inkişafın  ayrılıqda  mahiyyətini,  əsas 

funksiyalarını  dərindən  başa  düşmək  də  vacibdir.  Ona  görə  yox  ki, 

bunları bir-birindən ayıraq və qarşı-qarşıya qoyaq: ona görə ki, həmin 

proseslərin  mahiyyətinə  dərindən  nüfuz  edək,  onların  əsil  dialektik 

əlaqələrini və qarşılıqlı keçidlərini anlayaq; bunları ətraflı başa düş-

mədən nə təlim, nə də tərbiyəni, nə təhsili, nə də inkişafı maksimum 

dərəcədə səmərəli təşkil etmək mümkün deyil. 

 

6.1.2. “Pedaqoji proses” anlayışının “sistem” anlayışı vasitəsi 

ilə interpretasiyası.  

 

Hadisə və proseslərə, onların dərk edilməsinə “sistem-struktur” 

adlanan  baxışla  yanaşmaq  müasir  dövrün  səciyyəvi  xüsusiyyətidir. 

Mühüm metodoloji metod kimi özünü doğruldan sistem-struktur ya-

naşma XX əsrdə o dərəcədə dəbdə oldu ki, hətta bunu dialektik meto-

dun çağdaş zəmanəmizdə alternativi kimi qiymətləndirmək meyilləri 

də meydana çıxdı. Fikrimizcə, burada düzgün mövqe bundan ibarət-

dir: sistem-struktur metod dialektik metodun elmi-texniki-informativ 

tərəqqi ilə ayaqlaşmağa qabil olan elə inkişaf qoludur ki, burada tam 

və hissə, bunların nisbəti kimi ənənəvi problemin yeni məzmun kəsb 

etməsindən, tam və hissənin münasibətinin daha dərindən öyrənilmə-

sindən söhbət gedir.  

Lap  yaxın  keçmişlə  fəlsəfi  ədəbiyyatda  “tam-hissə”,  “sistem-

element”, “sistem-element-struktur” kateqoriyaları, bunların bir-biri-

nə münasibəti barədə gedən mübahisələr bir qədər səngisə də, hələ də 

bəzi  cəhətlər  haqqında  fikir  ayrılıqları  yox  deyildir.  Əksər  filosoflar 

bu  fikirdədir  ki,  sistem  –  bunu  əmələ  gətirən  elementlərin  qarşılıqlı 

əlaqələrinin vəhdəti olub, öz məntiqi həcminə görə elə ümumi anla-

yışlar qəbilinə aiddir ki, o istənilən predmet, hadisə və proseslərə aid 

edilə  bilir.  “Tam”  ilə  “sistemi”  çox  zaman  növ-cins  münasibəti  ilə 

izah edir, bəzən sinonim kimi işlədir, eyni bir obyektin müxtəlif əks 

etdirmələrini qeyd edirlər. Bəzən də tam yenicə yaranmağa başlayan 

sistemin zirvəsi sayılır.  

Sistem  və  elementi  dialektikanın  qütb  kateqoriyalarına  daxil 

etmək təşəbbüsləri də  vardır. Tam və  hissə haqqında  ən çox  yayıl-



Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə