Annotasiya


 Pedaqoji prosesin mərhələləri



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə71/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   236

 

218 


 

6.5. Pedaqoji prosesin mərhələləri 

 

Pedaqoji proseslər silsilə xarakteri daşıyır. Bütün pedaqoji pro-

seslərin inkişafında eyni  mərhələlər nəzərə  çarpır. Mərhələlər prose-

sin tərkib hissələri deyil, onun inkişaf ardıcıllığıdır. Pedaqoji prosesin 

üç başlıca mərhələsi – hazırlıq, əsas, yekun mərhələləri vardır. 

Pedaqoji  prosesin  hazırlıq  mərhələsində  prosesin  nəzərdə 

tutulmuş  istiqamətdə  və  sürətlə  baş  verməsi  üçün  zəruri  şərait  yara-

dılır.  Bu  mərhələdə  aşağıdakı  mühüm  vəzifələr  həll  olunur:  qarşıya 

məqsədin  qoyulması,  şəraitin  diaqnostikası,  nailiyyətlərin  proqnoz-

laşdırılması, prosesin inkişafının planlaşdırılması və s.  

Məqsədin müəyyənləşdirilməsi və  əsaslandırılması təhsil siste-

minin  qarşısında  duran  ümumi  pedaqoji  məqsədi  konkret  vəzifələrə 

çevirmək  deməkdir.  Buna  pedaqoji  prosesin  müəyyən  kəsiyində  və 

konkret şəraitində nail olunur. Məqsəd pedaqoji prosesin konkret sis-

temi ilə bağlıdır. Pedaqoji prosesin bu mərhələsində ümumi pedaqoji 

məktəbin  tələbləri  ilə  tədris  müəssisələrinin,  şagird  kontingentinin 

konkret  imkanları  arasında  ziddiyyətləri  aşkara  çıxarılır  və  planlaş-

dırılan  prosesdə  həmin  ziddiyyətlərin  həlli  yolları  nəzərdə  tutulur. 

Pedaqoji  prosesin  əsas  məqsədini  və  vəzifələrini  diaqnostikasız 

müəyyən etmək mümkün deyil. Pedaqoji diaqnostika pedaqoji prose-

sin baş verəcəyi şərtləri və şəraiti aydınlaşdırmaq istiqamətində aparı-

lan tədqiqatdır. Onun başlıca məqsədi nəzərdə tutulan nəticələrə nail 

olmağa kömək və ya mane ola biləcək səbəblər haqqında aydın təsəv-

vür  əldə  etməkdir.  Diaqnostika  prosesində  pedaqoq  və  şagirdlərin 

real imkanları, onların əvvəlki hazırlıq səviyyəsi, prosesin baş verdiyi 

şərait,  bir  çox  digər  vacib  şərtlər  haqqında  lazım  olan  bütün  infor-

masiyalar toplanılır. Bundan sonra pedaqoji prosesin gedişi və nəticə-

ləri  proqnozlaşdırılır.  Proqnozlaşdırmanın  mahiyyəti  ondan  ibarətdir 

ki,  burada  proses  başlamazdan  qabaq  mövcud  konkret  şəraitdə  əldə 

ediləcək  mümkün  nəticələrə  ilkin  qiymət  verilir.  Proqnozlaşdırma 

mürəkkəb metodikalarla həyata keçirilir. Pedaqoqlar pedaqoji prose-

sin az səmərəli olacağını və ya arzuolunmaz nəticələrə gətirib çıxara-

cağını gözləmədən onun planlaşdırılmasına və gedişinə fəal müdaxilə 

etmək imkanı qazanırlar . 



 

219 


Pedaqoji  prosesin  əsas  mərhələləri  qarşılıqlı  əlaqəli,  mühüm 

elementləri  özündə  birləşdirir.  Bu  mərhələ  özlüyündə  digər  sistem-

lərdən nisbi təcrid olunmuş bir sistemdir. Onun aşağıdakı elementləri 

vardır: qarşıdakı fəaliyyətin məqsəd və vəzifələrinin müəyyən olun-

ması və izah edilməsi; pedaqoqlarla şagirdlərin qarşılıqlı təsiri; peda-

qoji prosesin nəzərdə tutulmuş metodları; vəzifələri və formaları; əl-

verişli şəraitin yaradılması; məktəblilərin fəaliyyətini stimullaşdırmaq 

üçün  müxtəlif  tədbirləri  həyata  keçirmək;  pedaqoji  prosesin  digər 

proseslərlə  əlaqəsini  təmin  etmək.  Pedaqoji  prosesin  səmərəliliyi  bu 

elementlərin  bir-birilə  məqsədyönlü  əlaqəsindən,  onların  istiqaməti-

nin  və  praktik  həyata  keçirilməsinin  ümumi  məqsədə  və  bir-birinə 

zidd olmamasından asılıdır. Pedaqoji prosesin həyata keçirilmə mər-

hələsində onun idarə edilməsi ilə bağlı operativ qərarlar qəbul etmək 

üçün əks əlaqənin mühüm rolu vardır. Əks əlaqə prosesi keyfiyyətlə 

idarə etmək üçün  əsasdır. Bununla əlaqədar qeyd etmək lazımdır ki, 

pedaqoji proses sistemi xeyli dərəcədə özünü tənzimləyən sistemdir, 

çünki orada iştirak edən insanlar öz iradəsinə və sərbəst seçmə imka-

nına  malikdirlər.  Pedaqoji  prosesin  gedişində  operativ  əks  əlaqənin 

yaradılması  qarşılıqlı  təsirdə  vaxtında  düzəlişlər  aparmağa  kömək 

edir.  


Pedaqoji  prosesin  yekun  mərhələsi  alınan  nəticələrin  təhlili 

ilə başa çatır. Təhlil edən zaman pedaqoq buraxılan səhvlərdən həm 

nəticə çıxarır, həm öyrənir və həm də inkişaf edir. Ona görə də ciddi 

təhlil və özünütəhlil pedaqoji ustalığın yüksəldilməsinin ən mühüm 

şərtidir.  Pedaqoji  prosesin  gedişi  və  nəticələri  proqnozlara  uyğun 

gəlmirsə, onda səhvin harada, necə və nə üçün buraxıldığını müəy-

yən etmək lazımdır. Praktika göstərir ki, pedaqoq prosesin diaq-nos-

tikasını  və  proqnozunu  nəzərə  almayanda  daha  çox  səhv  buraxır. 

Belə  proses  şagirdlərin  vaxtını  almaq,  marağını  itirməkdən  başqa 

heç bir şey vermir.  

 



 

220 


 

6.6. Pedaqoji prosesin texnoloji əsasları 

 

ASE-də belə göstərilir: “Texnologiya yunan sözü olub (yunan-

ca techno – sənət, ustalıq, bacarıq, logos isə elm-nəzəriyyə mənala-

rını  verir),  istehsal  prosesində  hazır  məhsul  almaq  üçün  işlədilən 

xammal, material və yarımfabrikatların emalı, hazırlanması, aqreqat 

halının  xassələrinin,  formasının  dəyişdirilməsi  metodlarının  məc-

musu başa düşülür”

1



Aparılan  təcrübələrin  nəticəsi  kimi  belə  bir  fikir  formalaş-

mışdır ki, ümumtəhsil sisteminin inkişaf istiqamətlərinin baş strate-

giyası şagird şəxsiyyətinin diqqət mərkəzində dayanmasından, təh-

sil  prosesində  pedaqoqun,  psixoloqun  şagirdə  münasibətini  dəyiş-

məsindən,  şagirdi  mərkəzdə  duran  subyekt  kimi  görməsindən  iba-

rətdir.  Heç  də  təsadüfi  deyildir  ki,  inkişaf  etmiş  ölkələrdə  təhsil 

“şagird – dərslik – müəllim” sistemində qurulmuşdur. Bu baxımdan 

aparılan  tədqiqat  işləri,  öyrənilən  qabaqcıl  təcrübələr  ilk  növbədə 

təlim-tərbiyə prosesinin təşkilati-struktur vahidi olan dərsin keyfiy-

yətinin yüksəldilməsinə, dərsə verilən yeni tələblərin həyata keçiril-

məsinə yönəlməlidir. Dərsin yeniləşməsi yeni texnologiyaların pro-

sesə tətbiqindən əsaslı surətdə asılıdır .  

Tədris  prosesində  texniki  vasitələrdən  istifadə  zəminində  əv-

vəlcə  təlimin  texnologiyası  anlayışı  yaranmış,  bu  yanaşma  tərbiyə 

sahəsinə  nüfuz  etmiş,  getdikcə  pedaqogikaya  pedaqoji  texnologiya 

kimi daxil olmuşdur. Ümumiyyətlə, pedaqoji texnologiya mahiyyət 

etibarı  ilə  təlim-tərbiyə  prosesinin  layihələndirilməsinin  sistemli 

metodu  kimi  səciyyələndirilir.  V.T.Lixaçova  görə,  pedaqoji  tex-

nologiya  təlim-tərbiyə  vasitələrinin  pedaqoji-psixoloji  quruluşunun 

forma,  metod,  üsul  və  yollarının  məcmusu  olub  pedaqoji  prosesin 



təşkilati metodik alətidir. V.P.Bespalko pedaqoji texnologiyanı təd-

ris  prosesinin  reallaşdırılmasının  texniki  məzmunu  hesab  edir. 

İ.P.Volxov pedaqoji texnologiya təlimdə əldə olunmuş yüksək nəti-

cələri planlaşdırma prosesinin təsviri kimi baxır. V.M.Monaxov isə 

pedaqoji  texnologiyaya  təlim  prosesinin  layihələndirilməsi,  təşkili 

                                                 

1

 Bax: ASE, Bakı, ASE-nin Baş redaksiyası, 1986, səh 221. 




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə