Annotasiya


Pedaqoji prosesin qanunauyğunluqları



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə68/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   236

 

209 


6.3. Pedaqoji prosesin qanunauyğunluqları 

 

Pedaqoji prosesin əsasında duran qanunauyğunluqlar nə qədər 



çox aşkara çıxarılırsa və əməli işdə nəzərə alınırsa, təlim-tərbiyənin 

səmərəsi bir o qədər artıb, subyektivlik halları bir o qədər azalır. Bu 

həqiqəti  hər  kəs  gündəlik  pedaqoji  təcrübəsində  aydın  şəkildə  hiss 

etməmiş  deyildir.  Pedaqoji  elmin  yetkinlik  dərəcəsi  həm  də  onun 

müəyyənləşdirdiyi qanunauyğunluqlarla ölçülür.  

Pedaqoji  fikir  klassiklərindən  Y.A.Komenski,  İ.H.Pestalotsi, 

J.J.Russo, K.D.Uşinski, A.S.Makarenko və başqalarının əsərlərində 

pedaqoji  qanunauyğunluqlar  məsələsinə  toxunulmuşdur.  Müasir 

pedaqoqlar pedaqoji qanunauyğunluqların tədqiqinə dəyərli töhfələr 

vermişdir. Buna baxmayaraq, hələ  də problemin  həllində xeyli ça-

tışmazlıq  qalmaqdadır.  Pedaqoji  qanunauyğunluqları  təlim-tərbiyə 

prosesindən kənarda axtarmaq,  eyni  qanunauyğunluğu müxtəlif şə-

kildə  ifadə  etmək,  prinsipi  qanunauyğunluqlarla,  qanunauyğunluğu 

qanunla eyniləşdirmək və s. buna misal ola bilər. Bu cür nöqsanla-

rın  iki  əsas  səbəbi  vardır.  Birincisi,  pedaqoji  hadisələrin  özündəki 

səbəb-nəticə  əlaqələrinin  mürəkkəbliyidir.  Buna  görə  də  pedaqoji 

prosesdə  cərəyan edən qanunauyğunluğu üzə  çıxarmaq tədqiqat-çı-

dan  böyük  səriştə,  onun  öyrənilməsinə  müxtəlif  cəhətdən,  həm  də 

sistemli  yanaşma  tələb  edir.  İkinci  səbəbi  pedaqoji  prosesin  qanu-

nauyğunluqlarını  tədqiq  etməyin  metodoloji  məsələlərinin  zəif  iş-

lənməsində axtarmaq lazımdır. 

Təlim, tərbiyə, təhsil və inkişaf obyektiv prosesdir. Onlara xas 

olan  qanunauyğunluqlar  da  obyektivdir.  Pedaqogika  elmi  obyektiv 

proses olan təlim,  tərbiyə, təhsil və  inkişafın qanunauyğunluqlarını 

öyrənir,  üzə  çıxarır,  ifadə  edir.  Qanunauyğunluq  anlayışı  pedaqoji 

hadisələr arasındakı  obyektiv  səbəb-nəticə  əlaqələrinin mahiyyətini 

geniş və dəqiq ifadə edir.  

Pedaqoji ədəbiyyatda pedaqoji prosesin qanunauyğunluğu an-

layışını “pedaqogikanın qanunauyğunluğu” və  ya “metodikanın qa-

nunauyğunluğu”  anlayışları  ilə  eyniləşdirmək  hallarına  da  rast  gəl-

mək  olur.  Halbuki,  pedaqoji  qanunauyğunluqları,  yəni  təlim,  tərbi-

yə, təhsil və inkişaf qanunauyğunluqlarını bir elm kimi pedaqogika-

nın  qanunauyğunluqları  ilə  eyniləşdirmək  olmaz.  Çünki  birincilər 



 

210 


obyektiv prosesə, ikincilər isə bu proses haqqındakı elmə aiddir. Pe-

daqogikanın  və  ya  metodikanın  bir  elm  kimi  öz  inkişaf  qanuna-

uyğunluqları vardır və onlar heç də həmişə pedaqoji prosesin qanu-

nauyğunluqları ilə üst-üstə düşmür. Buna baxmayaraq, bəzən nəinki 

metodika  sahəsində,  hətta  pedaqogika  sahəsində  də  təlim  və  tərbi-

yənin  qanunauyğunluqları  pedaqogikanın  qanunauyğunluqları  ilə 

eyniləşdirilir.  

Pedaqoji qanunauyğunluqların məntiqi cəhətdən düzgün ifadəsi 

təlim,  tərbiyə  və  təhsil  işində  ondan  səmərəli  istifadə  etməyin  vacib 

şərtlərindən biridir. Təəssüf ki, pedaqoji ədəbiyyatda bu cəhətdən də 

aydınlıq  azdır.  Bəzi  tədqiqatlarda  pedaqoji  qanunauyğunluq  şərh 

edilərkən  hadisələr,  səbəb  və  nəticələr  arasındakı  əlaqələr  nəzərdən 

qaçırılır. Pedaqoji qanunauyğunluğun elə ifadələri də var ki, səbəb və 

nəticənin adları qeyd olunur, lakin aralarındakı əlaqənin mahiyyətinin 

nədən  ibarət  olduğu  göstərilmir.  Bəzən  də  pedaqoji  qanunauyğun-

luğun ifadəsində səbəb və nəticə asılılığı nəinki qeyd edilir, hətta bu 

asılılığın  qanunauyğun  olduğu  da  əlavə  olunur.  Y.K.Babanskinin 

redaksiyası  altında  çap  olunan  “Pedaqogika”  vəsaitində  sadalanan 

qanunauyğunluqların hamısı belə ifadə olunmuşdur .  

Pedaqoji qanunauyğunluğun ifadə formasındakı qüsurlar, onun 

mahiyyətinin  qeyri-dəqiq  ifadəsi  müəllimin  və  digər  tərbiyəçilərin 

işini asanlaşdırmır, qanunauyğunluğun əməli əhəmiyyəti, onun tətbiq 

olunması  imkanları  azalır.  Pedaqoji  hadisələrdə  səbəb  və  nəticənin 

olduğu  qanunauyğunluğun  ifadəsində  aydın  əks  olunmalıdır.  Səbəb 

və nəticə arasında əlaqələrin mahiyyəti də qanunauyğunluğun düzgün 

ifadəsində  nəzərə  alınmalıdır.  Qanunauyğunluğun  düzgün  ifadəsinə 

aid bir misal gətirək: Uşaqların cəmiyyət üçün faydalı fəaliyyəti nə 

qədər məqsədyönlü, onların ünsiyyəti nə qədər düzgün təşkil edilər-

sə, tərbiyə prosesi bir o qədər səmərəli cərəyan edir.  

Pedaqoji  qanunauyğunluqların  cərəyan  etdiyi  sahənin  hüdud-

larını  dəqiq  bilməyin  də  praktik  əhəmiyyəti  az  deyildir.  Bu  məsələ 

bir elm kimi pedaqogikanın tədqiqat obyekti ilə bağlıdır. 

Pedaqoqların  bir  qismi  pedaqoji  qanunauyğunluqları  insanın 

mühitlə  qarşılıqlı  münasibətlərində  axtarır.  Onlar  fikirlərini  belə 

əsaslandırmağa çalışırlar ki, uşaq yaşlı adamların həyat təcrübəsini 



 

211 


müşahidə  edir,  ətraf  mühitlə  müxtəlif  münasibətlərdə  olur  və 

beləliklə, müvafiq dəyişikliklərə uğrayır.  

Bu  mövqedə  duran  hər  kəs  pedaqoji  qanunauyğunluqları 

nəinki  təlim-tərbiyə  prosesində,  yəni  mütəşəkkil,  məqsədyönlü  və 

planlı təsirlər sistemində, həm də mühit amillərinin təsiri prosesin-

də,  yəni  qeyri-mütəşəkkil,  qeyri-planlı,  qeyri-məqsədyönlü  təsirlər 

sistemində  öyrənməli  olar.  Belə  olduqda  pedaqogika  öz  hüdudla-

rından çox kənara çıxar, digər elmlərin, o cümlədən sosiologiyanın 

funksiyalarını  da  öz  üzərinə  götürər  .  Bir  çox  pedaqoqlar  uşağın 

münasibətlərini pedaqoji prosesin daxili, müəllimin və təcrübəçinin 

fəaliyyətini  isə  onun  xarici  cəhəti  adlandırırlar.  Vahid  pedaqoji 

prosesi mexaniki şəkildə iki hissəyə ayırdıqda, birini xarici, digərini 

isə  daxili  cəhət  adlandırdıqda  pedaqoji  prosesin  həqiqi  qanunauy-

ğunluqlarını aşkara çıxarmaq işi çətinləşir. 

Pedaqoji  qanunauyğunluqları  yalnız  pedaqoji  prosesdə,  yəni 

milyonlarla tərbiyəçi və tərbiyə olunanların, müəllim və şagirdlərin 

birgə  fəaliyyətində,  təlim,  tərbiyə,  təhsil  və  inkişaf  proseslərində 

axtarmaq  lazımdır.  Bu  zaman  əlbəttə,  pedaqoji  qanunauyğunluq-

ların cərəyan etdiyi şərait unudulmamalıdır. 

Pedaqoji  mənbələrdə  vurğulanır  ki,  pedaqoji  prosesin  həm 

təlim üçün, həm də tərbiyə üçün ümumi qanunauyğunluqları vardır. 

Bunlar aşağıdakılardır: 



1Pedaqoji prosesin dinamikasının prosesdə baş verən dəyi-

şikliklərin kəmiyyətindən asılılığı. Müəlliflər bu asılılıqla bağlı şərh 

verirlər ki, (qanunauyğunluq müvafiq ifadə tərzində təqdim olunma-

dığından) pedaqoji prosesdə bütün sonrakı dəyişikliklərin kəmiyyəti 

əvvəlki  mərhələdəki  dəyişikliklərin  kəmiyyətindən  asılıdır.  Bu  o 

deməkdir ki, pedaqoji proses müəllimlərlə şagirdlər arasında inkişaf 

edən  qarşılıqlı  təsir  kimi  tədrici,  “pilləli”  xarakter  daşıyır,  pillələr 

arasında  qazanılan  nailiyyətlər  nə  qədər  yüksək  olarsa,  son  nəticə 

bir o qədər sanballı olar. Deməli, pillələr arasında yüksək nəticələri 

olan şagird daha yüksək ümumi nailiyyətlər əldə edə bilər. 

2.  Pedaqoji  prosesdə  şəxsiyyətin  inkişafının  ona  təsir  edən 

amillərdən asılılığı. Şəxsiyyətin inkişaf sürəti və çatdığı inkişaf sə-

viyyəsi  1)  irsiyyətdən,  2)  təhsil-tərbiyə  və  təlim  mühitindən,  3)  tə-




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə