Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə69/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   236

 

212 


lim,  təhsil-tərbiyə  fəaliyyətinə  cəlb  edilməsindən,  4)  tətbiq  edilən 

pedaqoji təsir vasitələri və metodlarından asılıdır.  



3. Pedaqoji təsirin səmərəliliyinin təlim, təhsil-tərbiyə prose-

sinin  idarə  olunmasından  asılılığı.  Pedaqoji  təsirin  səmərəliliyi    

1)  şagirdlərlə  müəllimlər  arasında  əks  əlaqənin  intensivliyindən,     

2)  şagirdlərə  göstərilən  təsirlərin  kəmiyyətindən,  xarakterindən  və 

gücündən asılıdır.  



4. Pedaqoji prosesin məhsuldarlığının stimullaşdırma vasitə-

lərindən  asılılığı.  Pedaqoji  prosesin  məhsuldarlığı  1)  təlim-tərbiyə 

fəaliyyətinə  daxili  stimulların  (motivlərin)  təsirindən,  2)  xarici  sti-

mulların  (ictimai,  pedaqoji,  əxlaqi,  maddi  və  b.)  intensivliyindən, 

xarakterindən və vaxtında tətbiqindən asılıdır.  



5. Pedaqoji prosesin səmərəliliyinin hissi idrakın, məntiqi id-

rakın  və  praktikanın  vəhdətindən  asılılığı.  Təlim,  təhsil-tərbiyə 

prosesinin səmərəliliyi 1) hissi qavramanın intensivliyindən və key-

fiyyətindən, 2) qavranılan materialın məntiqi dərk olunmuş materia-

lın praktikada tətbiqindən asılıdır.  



6.  Pedaqoji  prosesin  səmərəliliyinin  xarici  (pedaqoji)  və  da-

xili  (idraki)  fəaliyyətin  vəhdətindən  asılılığı.  Pedaqoji  prosesin 

səmərəliliyi  1)  pedaqoji  fəaliyyətin  keyfiyyətindən,  2)  şagirdlərin 

şəxsi təlim, təhsil-tərbiyə fəaliyyətinin keyfiyyətindən asılıdır.  

7.  Pedaqoji  prosesin  cəmiyyətin  və  şəxsiyyətin  tələbatların-

dan asılılığı. Təlim-tərbiyə prosesinin gedişi və nəticələri 1) cəmiy-

yətin tələbatından, 2) cəmiyyətin imkanlarından (maddi-texniki, iq-

tisadi və b.), 3) pedaqoji prosesin baş verdiyi şəraitdən (mənəvi-psi-

xoloji, sanitar-gigiyenik, estetik və b.) asılıdır. 

Əlbəttə,  pedaqoji  prosesdə  mövcud  olan  əlaqələr  göstərilən 

qanunauyğunluqlarla qurtarmır. Onlar xeyli çoxdur və tədqiqatçılar 

yeni qanunauyğunluqlar aşkar etmək istiqamətində axtarışlarını da-

vam etdirirlər. Bu da təbiidir. Pedaqoji prosesin qanunauyğunluqları 

nə qədər çox aşkara çıxarılarsa və praktik işdə nəzərə alınarsa, təlim 

və təhsil-tərbiyənin səmərəliliyi o qədər yüksək olar.  

Pedaqoji ədəbiyyatda özünə yer alan ümumpedaqoji və spesi-

fik qanunauyğunluqların böyük bir hissəsi funksiya və mahiyyət ba-

xımından yaxındır, ifadə tərzinə görə fərqlənirlər. Bunu B.A.Əhmə-

dov,  N.M.  Kazımov,  Ə.X.Paşayev,  F.A.Rüstəmov,  Y.K.Babanski 




 

213 


tərəfindən  formulə  olunaraq,  təqdim  edilən  qanunauyğunluqların 

müqayisəsi  nəticəsində  müəyyənləşdirmək çətin deyildir. Fikrimizi 

əyaniləşdirmək məqsədi ilə N.M.Kazımovun qəbul etdiyi ümumpe-

daqoji qanunauyğunluqları təqdim etməyi faydalı sayırıq: 

– təlim, tərbiyə, təhsil və inkişaf arasındakı qarşılıqlı əlaqələri 

müəllimin,  tərbiyəçinin  bilməsi  və  fəaliyyət  zamanı  nəzərə  alması 

şagirdlərdə tərbiyəlilik, bilik və inkişaf səviyyəsini artırır; 

 



təlim  və  tərbiyənin  eyni  hallarına  pedaqoji  proseslə  məşğul 

olan  şəxslərin  münasibətləri  nə  qədər  çox  yaxınlaşarsa,  pedaqoji 

səmərə bir o qədər yüksək olur

 



müasir layihə əsasında tikilən, lazımi avadanlığa  və texniki 

vasitələrə malik olan, mənəvi-psixoloji mühiti sağlamlaşdıran mək-

təbdə təlim-tərbiyə işinin səviyyəsini yüksəltmək imkanı çoxalır; 

 



tədris  müəssisələri  cəmiyyətin  kadrlara  olan  ehtiyacını  nə 

qədər  dolğun  nəzərə  alırsa,  pedaqoji  prosesin  səmərəsi  bir  o  qədər 

artır,  əmək  məhsuldarlığını  yüksəltməyin  imkanları  bir  o  qədər 

genişlənir; 

 

hər bir konkret halda pedaqoji işin məzmunu onun məqsə-



dinə tam uyğun seçildikdə və təlim-tərbiyə bu zəmində aparıldıqda 

səmərə artır; 

 

 pedaqoji iş üsulları formalaşdırılan mənəvi keyfiyyətlərin 



şagirdlərdə inkişaf dərəcəsinə müvafiq seçildikdə daha çox pedaqoji 

səmərə verir. 

 

 

6.4. Pedaqoji prosesin prinsipləri haqqında 

 

Pedaqoji  prosesin  tamlığı  təlim  və  tərbiyə  prinsiplərində  də 

ifadə  olunur.  Elə  prinsiplər  var  ki,  həm  təlim  zamanı,  həm  də  tər-

biyə zamanı tətbiq olunur. Fəallıq, elmilik, müntəzəmlik, ardıcıllıq, 

müyəssərlik, möhkəmlik prinsipləri buna misal ola bilər. Şagirdlərin 

fəallığını  təmin  etmək  təkcə  təlim  üçün  deyil,  tərbiyə  üçün  də  zə-

ruridir.  Şagirdlərin  fəallıq  göstərməsi  şəxsiyyətin  formalaşmasının, 

həyatda fəal mövqe tutmasının zəruri şərtlərindən biridir.  

Fəallıq, şüurluluq və müstəqillik prinsipi öz mahiyyətinə görə, 

vasitənin  məzmuna  uyğun  seçilməsi  şərti  ilə  əlaqədardır.  Fəallıq  – 




 

214 


şagirdin  həyat  hadisələrinə,  mənimsədiyi  biliklərə,  formalaşdırılan 

tərbiyəvi  keyfiyyətlərə  yaradıcı,  dəyişdirici,  tənqidi  münasibət  bəs-

ləməsi  deməkdir.  Həyatın,  mənimsənilən  biliklərin  ziddiyyətlərini 

görə bilmək, onların səbəbləri üzərində düşünmək, aradan qaldırıl-

ması yollarını müəyyənləşdirmək, bu məqsədlə fəaliyyətə girişmək, 

– bütün bunların hamısı fəallığa aid məsələlərdir.  

Şüurluluq – daxili əlaqələri, xüsusən səbəb və nəticə əlaqələrini 

başa düşmək, mahiyyəti üzrə çıxarmaq, fəaliyyətin məqsədini və ona 

nail  olmağın  yollarını  götür-qoy  etməkdir.  “Niyə  belədir?”,  “Başqa 

cür olsaydı, necə olardı?”, “Daha necə ola bilər?” kimi suallar üzərin-

də düşünmək şüurluluqla bağlıdır. Fəallıq və şüurluluq bir-biri ilə elə 

bağlıdır ki, onların arasında sədd çəkmək xeyli çətindir. Müstəqillik – 

müəllimlə  şagird  arasındakı  əlaqənin  xarakteri  ilə  ölçülür.  Müəllim 

işə az müdaxilə etdikcə şagirdin müstəqilliyi çoxalır. Əlbəttə, müəl-

lim  əvvəlcə  müstəqil  işləməyi  öyrətməli,  sonra  tədricən  işə  özünün 

qarışmasını, müdaxiləsini məhdudlaşdırmalıdır. 

Şagirdlərin biliyi fəal və şüurlu surətdə mənimsəməsini göstə-

rən şərtlər aşağıdakılardır: şagird dediyini sübut edə bilirsə, orijinal 

dəlillər  gətirməyi  bacarırsa,  deməli,  bilik  şüurluluq  və  fəallıq  şə-

raitində  mənimsənilmişdir;  şagird  biliyi  standart  şəraitdə  tətbiq 

etdiyi kimi, dəyişdirilmiş şəraitdə də tətbiq edə bilirsə, deməli, onu 

şüurluluq  və  fəallıq  şəraitində  mənimsəmişdir;  şagird  materialı  öz 

sözləri ilə, dəyişdirilmiş formada ifadə edə bilirsə, deməli, onu şüur-

luluq və fəallıq şəraitində mənimsəmişdir; şagird öyrəndiyi bilikdən 

yeni bilik əldə etmək üçün müstəqil istifadə edə bilirsə, deməli, onu 

şüurluluq və fəallıq şəraitində mənimsəmişdir və s. 

Şagirdin  müstəqilliyi  ilə  müəllimin  pedaqoji  rəhbərliyinin 

düzgün  əlaqələndirilməsi  prinsipi  öz mahiyyətinə görə, düz və əks 

əlaqələrin  vəhdəti  prinsipi  ilə  əlaqədardır.  Pedaqoji  prosesin  iki-

tərəfli proses olması o deməkdir ki, burada tək müəllimin çalışması, 

səy göstərməsi azdır; ikinci tərəf yəni şagird də fəal olmalı, öz üzə-

rində müntəzəm işləməli, öz inkişafı qayğısına qalmalıdır. Məktəbli 

gərək təlim-tərbiyə işinə həvəs  göstərsin, onda bu işə daxili tələbat 

yaranmış  olsun.  Bütün  bu  keyfiyyətləri  formalaşdırmaq  müəllimin 

vəzifələri  sırasında  xüsusi  yer  tutur.  Şagirdlər  kollektiv  təşkil  edir-

lər. Kollektivin isə öz orqanları olur, planı mövcuddur, məqsədi var-




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə