Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə77/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   236

 

236 


Təlim-tərbiyə  prosesinin  optimallaşdırılması  o  zaman  müm-

kündür ki, pedaqoq əsas pedaqoji bilik və bacarıqlara, pedaqogika-

nın  müəyyən  etdiyi  aparıcı  qanunauyğunluqlarına  və  prinsiplərinə, 

kollektiv,  qrup  və  fərdi  fəaliyyətin  təşkili  texnologiyasına  yiyələn-

miş olsun, təhsilin, tərbiyənin və inkişafın vəzifələrini başa düşsün. 

Ancaq  bu  da  həqiqətdir  ki,  bütövlükdə  sistemi  və  onun  hər  bir 

elementini bilməklə optimal variantı seçmək olar. Əgər belə olmasa 

onda  optimallıq  ideyası  həddindən  artıq  mürəkkəb  bir  şey  hesab 

olunar,  öz  əhəmiyyətini  itirər.  Optimallaşdırma  həm  də  qabaqcıl 

müəllimlərin  təcrübəsinə  istinad  edir.  Lakin  onunla  məhdudlaşmır. 

Tədqiqatlar göstərir ki, təlim-tərbiyə prosesini müvəffəqiyyətlə opti-

mallaşdırmaq  üçün  müəllim  aşağıdakı  şəxsi  keyfiyyətlərə  malik 

olmalıdır:  1)  yaradıcı  təfəkkür  üslubuna;  2)  təfəkkür  çevikliyinə;   

3) təfəkkür konkretliyinə; 4) təfəkkür sistemliliyinə; 5) qərarlar qə-

bul edən və fəaliyyət göstərən zaman həddi gözləmək qabiliyyətinə; 

6) daha tez ünsiyyətə girmək və pedaqoji taktı gözləmək bacarığına.  

Ümumiyyətlə,  təlim-tərbiyə  prosesinin  optimallaşdırılması 

metodikasını bilmək hər bir müəllim üçün zəruri və vacibdir.  

  

Suallar və tapşırıqlar 

 

1.“Pedaqoji proses” anlayışının təbiətini açan əsas xüsusiyyətləri 



göstərin.  

2. Pedaqoji prosesin “sistem” anlayışı vasitəsi ilə interpretasiya 

edin. 

3. Pedaqoji prosesin daxili və xarici ziddiyyətlərini fərqləndirin. 



4. Pedaqoji prosesin qanunauyğunluqları barədə danışın.  

5. Pedaqoji prosesin prinsipləri barədə nə deyə bilərsiniz? 

6. Pedaqoji texnologiya nədir? 

7. Pedaqoji prosesin texnoloji əsasları barədə şərh verin. 

8. Pedaqoji prosesin mərhələlərini fərqləndirin.  

9. Pedaqoji ünsiyyət barədə fikrinizi təqdim edin.  

10. “Pedaqoji innovasiyalar” deyərkən nəyi nəzərdə tutursunuz? 

11. “Pedaqoji sistemin optimallaşdırılması” nə deməkdir? 

 

 



 

237 


 

Ədəbiyyat 

 

1. Ağayev Ə.Ə. Təlim prosesi: ənənə və müasirlik. Bakı: Adiloğlu, 



2006, 138 səh. 

2.  Ağayev  Ə.Ə.  Yeni  təlim  metod  və  texnologiyalarından  istifadə-

nin nəzəri və praktik məsələləri // ARTPİ-nin “Elmi əsərləri”, Bakı, 2006. 

3. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Bakı: Maarif, 1989, 

səh. 441-448. 

4. Əhmədov B.A., Rzayev A.Q. Pedaqogikadan mühazirə konspekt-

ləri. Bakı: Maarif, 1983. 

5. Əhmədov B.A., Hacıyev A.N. Pedaqogikanın qanunları və prin-

sipləri. Bakı: Maarif, 1993, səh. 20-22.  

6. Həsənov M.M., Bəhmənova C. İbtidai siniflərdə fəal və interaktiv 

metodlardan istifadənin nəzəri-praktik məsələləri. (Metodik vəsait). Bakı: 

ADPU, 2009. 

7.  İbrahimov  F.N.  Ümumi  pedaqogikadan  mühazirələr.  Bakı: 

Mütərcim, 2010, səh. 83-99. 

8. Kazımov N.M., Həşimov Ə.Ş. Pedaqogika. Bakı: Maarif, 1996, 

səh. 28-51.  

9. Qasımova L.N., Mahmudova R.M. Pedaqogika, Bakı, 2003. 

10. Mehdizadə M.M. Ümumtəhsil məktəblərində təlim-tərbiyə pro-

sesinin təkmilləşdirilməsi yolları. Bakı: Maarif, 1982.  

 11. Mehrabov A., Abbasov Ə., Zeynalov Z., Həsənov R. Pedaqoji 

texnologiyalar. Bakı: Mütərcim, 2006, səh. 10-11; 23-24; 339-340. 

 12. Mirzəcanzadə A.X. İxtisasa giriş. Bakı: BDU nəşriyyatı, 1990. 

 13. Paşayev Ə.X., Rüstəmov F.A. Pedaqogika. Bakı: Nurlan, 2007, 

səh 95-106. 

 14. Zeynalov Z. Müəllim pedaqoji prosesin idarəedicisi və təşkilat-

çısıdır // “Fizika, riyaziyyat, informatika tədrisi”, Bakı №4, 2003. 

 15. Аверьянов А.Н. Системное познание мира. – М.: Наука, 

1985, стр. 21-26. 

 16. Блинов В.М., Краевски В.В. О некоторых закономерностях 

методики как наука // «Советская педагогика», 1964, №4. 

 

 

  



 

238 


 

 

  


 

239 


 

 

 

 

 

 

DİDAKTİKA: 

TƏHSİL VƏ TƏLİM 

HAQQINDA NƏZƏRİYYƏ 


 

240 


 

 

 

VII fəsil 



 DİDAKTİKA TƏHSİL VƏ TƏLİM HAQQINDA 

NƏZƏRİYYƏDİR 

 

 

Əhatə olunan məsələlər: 

 

7.1. Didaktika anlayışına verilən şərhlər. 



7.2. Didaktikanın inkişafı. 

7.3. Didaktikanın qolları və əsas anlayışları. 

7.4. Didaktika və idrak nəzəriyyəsi. 

7.5. Didaktikanın problemləri. 




 

241 


 

7.1. Didaktika anlayışına verilən şərhlər 

 

“Didaktika”  termini  pedaqogika  elminə  XVII  əsrdə  daxil  ol-

muşdur. Didaktika  yunan sözü olub,  hərfi mənası  “öyrədirəm” de-

məkdir. Bu termin ilk dəfə alman pedaqoqu Volfranq Ratke (1571-

1635) və  çex pedaqoqu  Yan Amos  Komenski (1592-1670) tərəfin-

dən  işlədilmişdir.  Müxtəlif  müəlliflər  didaktikanın  məzmununu 

fərqli  izah  etmişdir.  V.Ratkenin  fikrincə,  didaktika  elmləri,  dilləri 

və incəsənəti öyrətmək məharətidir. Y.A.Komenskiyə görə, didakti-

ka  hər  şeyi  hamıya  öyrətmək  sənətidir.  Didaktikanı  bəzi  müəlliflər 

təhsil nəzəriyyəsi, bəzi müəlliflər isə təlim nəzəriyyəsi kimi izah et-

mişlər. Məsələn, Almaniyada Otto  Vilman didaktikanı  təhsil nəzə-

riyyəsi, Fridrex Paulsen təlim nəzəriyyəsi kimi təqdim etmişdir. Ru-

siyada Pyotr Kapterov didaktikanın təhsil nəzəriyyəsi, Mixail Dem-

kov isə təlim nəzəriyyəsi olduğunu bildirmişdir. Y.Talıbov, Ə.Ağa-

yev, A.Eminov,  İ.İsayev tərəfindən hazırlanmış  “Pedaqogika” kita-

bında (Bakı, 2003) oxuyuruq: “Didaktika təlim və təhsil nəzəriyyəsi 

olub  təlim  prosesinin  mahiyyətini,  məzmununu,  prinsiplərini,  me-

todlarını, təşkili formalarını, habelə şagirdlərin təlim müvəffəqiyyə-

tinin  qiymətləndirilməsi  məsələlərini,  qanunauyğunluqlarını,  müəl-

lim və şagirdlərin fəaliyyətini, onların vəzifələrini, təlim prosesinin 

iştirakçıları kimi onların arasındakı münasibətləri öyrənir”.  

 

 

7.2. Didaktikanın inkişafı 

 

Didaktikanın  “Nə  öyrətməli?”,  “Necə  öyrətməli?”  kimi  baş-

lıca suallarına ilk cavabı şifahi xalq yaradıcılığı nümunələrində, ata-

lar sözləri və zərbil-məsəllərdə, nağıl və dastanlarda tapmaq müm-

kündür. Didaktik məsələlərə Sokrat, Platon, Aristotel, Seneka, Sise-

ron,  Nizami,  Rable,  Monten,  Ə.Təbrizi,  Ə.Marağalı,  Farabi,  Bəh-

mənyar,  Nəsirəddin  Tusi,  Y.A.Komenski,  İ.H.Pestalotsi,  J.J.Russo, 

İ.F.Herbart,  K.D.Uşinski,  M.F.Axundov,  H.B.Zərdabi,  Con  Dyui, 

G.Kerşenşteyner,  A.Disterveq,  Ceron  Bruner  və  bir  çox  başqaları 

diqqət yetirmiş və faydalı fikirlər söyləmişlər. 




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə