Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə76/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   236

 

233 


yol  (latın  sözü  “extensivus”  sözündən  götürülmüşdür,  mənası 

“genişləndirmək”, “uzatmaq” deməkdir).  



İntensiv  yol  pedaqoji  sistemin  inkişafını  daxili  ehtiyatlar 

hesabına həyata keçirməyi nəzərdə tutur. 

 Ekstensiv  yol isə pedaqoji sistemin  inkişafı üçün  əlavə qüv-

vələrin  (investisiyaların),  yeni  vasitələrin,  avadanlıqların,  texnolo-

giyaların, kapital qoyuluşlarının və s. cəlb edilməsinə əsaslanır.  

Bəzi  aparıcı  nəzəriyyəçilər  belə  bir  fikir  söyləyirlər  ki,  yaxın 

vaxtlarda  pedaqogikada  innovasiyalar  keçmişə  qayıtmağa  gətirib 

çıxaracaqdır. Qərb məktəbi ekstensiv yolla inkişaf edir. O, yeni in-

novasiya  texnologiyaları,  tədris  fəaliyyətinin  müxtəlif  növləri  ara-

sında vaxt bölgüsünü yenidən aparmaq, sinif işinin diferensiyası və 

fərdiləşdirilməsi  hesabına  pedaqoji  məhsulun  kəmiyyət  göstərici-

lərini artırır. Bu zaman pedaqoji məhsulun keyfiyyəti yaxşılaşırmı? 

Bu suala hələlik cavab verilməmişdir. Müstəqil ekspertlərin əksəriy-

yəti bu məsləyə şübhə ilə yanaşırlar.” Pedaqoji sistemin intensiv və 

ekstensiv  inkişaf  yollarını  birləşdirmək  (innovasiyaları  inteqrasiya 

etmək) isə həmin sistemin istifadə olunmayan ehtiyatlarının diqqət-

lə  tədqiq  olunmasını  tələb  edir.  Pedaqoji  sistemin  səmərəliliyini 

bəlkə bu yolla yaxşılaşdırmaq olar. 

İnnovasiyaların  obyekti  aşağıdakı  problemlərdir:  1)  təlim  və 

tərbiyə fəaliyyətinin motivasiyasını (öyrənməyə, oxumağa olan ma-

rağı) necə yüksəltmək; 2) dərsdə öyrənilən materialın həcmini necə 

artırmaq;  3)  təlimin  sürətini  necə  artırmaq;  4)  vaxt  itkisini  necə 

aradan qaldırmaq və s.  

Yeni pedaqoji  ədəbiyyatda innovasiya pedaqogikası (bu onun 

qeyri-rəsmi,  şərti  adıdır)  təhsil-tərbiyənin  paradiqmalarını  dəyiş-

məyi  tələb  edir.  Paradiqma  nəzəri  və  praktik  problemlərin  həllinin 

əsasına qoyulan hakim nəzəriyyədir. İnnovatorlar belə hesab edirlər 

ki,  klassik  pedaqoji  nəzəriyyə  köhnəlmişdir,  yeni  şəraitdə  indiki 

nəsillərə  o  nəzəriyyə  əsasında  təhsil-tərbiyə  vermək  olmaz.  Müasir 

pedaqogika  praktikada  o  qədər  də  dəyişdirici  təsir  göstərə  bilmir. 

Belə olduğu halda o, inzibati-amirlik dövründə formalaşan ideyaları 

ilə ölkəmizin təhsil sistemini “qidalandırmaqda” davam edir.  

Əgər pedaqoji fikrin inkişafını təmin etmək istəyiriksə, peda-

qogikanın metodoloji əsasını yeniləşdirmək lazım gələcəkdir. İdeo-




 

234 


loji  ehkamlar  pedaqogikanı  öz  təbii  inkişaf  axarından  çıxarmışdır. 

Uşaqların anadangəlmə bərabər doğulması, təhsil-tərbiyədə bərabər 

imkanlara  malik  olması  kimi  qeyri-real  metodoloji  prinsiplər  buna 

misal  ola  bilər.  Elm  və  təcrübə  sübut  edir  ki,  təhsil-tərbiyənin  kö-

məyi ilə çox şeyi dəyişmək olmaz. Pedaqogikada ziddiyyətli məsə-

lələr çoxdur və ona görə də burada innovasiya son dərəcə vacibdir.  

Pedaqoji nəzəriyyənin və onun ardınca məktəbin gedəcəyi yol 

təlimin,  təhsil-tərbiyə  prosesinin  fundamental  əsaslarını  müəyyən-

ləşdirməsindən,  yeni  elmin  və  təhsil-tərbiyənin  praktikasının  hansı 

metodoloji  əsas  üzərində  qurulmasından  asılıdır.  Pedaqogika  elmi 

nəzəriyyələr  sistemidir.  Obyektivlik,  məqsədəuyğunluq,  sabitlik, 

ziddiyyətsizlik onun  əsas  səciyyəvi  xüsusiyyətləridir. Hər hansı  bir 

elmi  nəzəriyyə  kimi  pedaqogikanın  sistemini  də  elmi  prinsip  layi-

hələşdirir, birləşdirir və saxlayır. Çünki obyektiv nəzəriyyənin əsas 

prinsipi ideoloji prinsip yox, ancaq elmi prinsip ola bilər.  

 

 



 

 

6.9. Pedaqoji sistemin optimallaşdırılması 

 

Təhsil, təlim, tərbiyə prosesinin optimallaşdırılması bütünlük-

də  pedaqoji  sistemə  aid  edilən  innovasiyadır.  Optimallaşdırma 

(optimum – ən yaxşı) mümkün olan variantlardan ən yaxşısını seçib 

götürmək prosesidir. Pedaqoji sistem kimi mürəkkəb, dinamik, çox-

planlı sistemdə təlim, təhsil, tərbiyə prosesinin qurulmasının və təş-

kilinin, orada məqsədlərə nail olmağın minlərlə mümkün variantları 

mövcuddur. Konkret şəraitdə onlardan ancaq biri ən yaxşı ola bilər. 

Onu  axtarıb  tapmaq  optimallaşdırmanın  başlıca  vəzifəsidir.  Bu 

vəzifə mümkün variantları müqayisə etmək və alternativləri qiymət-

ləndirmək yolu ilə həll edilir.  

Optimallaşdırma  pedaqoji  sistemin  qarşıya  qoyulmuş  məqsə-

dinə  uyğun  olmalıdır.  Çünki  həmin  sistem  o  məqsədə  nail  olmaq 

üçün yaradılıb. Bu şəraitdə əldə edilən optimallıq digər şərait üçün 

yararlı  olmaya  da  bilər.  Ona  görə  ki,  optimallaşdırma  anlayışı  hə-

mişə konkretdir. Optimallaşdırmanın nəzəri və praktik istiqamətləri 

vardır. 



 

235 


Nəzəri aspektdə – “optimallaşdırma” anlayışının sinonim vari-

antları  hesaba  (uçota)  alma,  müqayisə,  tutuşdurma  hesab  olunur. 

Praktik aspektdə “optimallaşdırma” pedaqoji sistemin innovasiyası, 

yenidən təşkili və qurulması, qarşıya qoyulmuş vəzifələri həll etmək 

üçün  onun  ən  yaxşı  vəziyyətə  gətirilməsi  kimi  başa  düşülür.  Opti-

mallaşdırma  vəzifələrin  həlli  meyarlarının  seçilməsindən  başlayır. 

Optimallaşdırmanın  meyarı  əlamətdir,  göstəricidir.  Onun  əsasında 

inkişaf  prosesinin  mümkün  variantları  qiymətləndirilir  və  onlardan 

ən yaxşısı seçilir. Məntiq tələb edir ki, meyarda ancaq və ancaq bir 

göstərici (parametr) olsun. Amma pedaqogikada o, kompleks halda 

olur.  Çünki  pedaqoji  sistemdə  baş  verən  proseslərin  səbəb-nəticə 

əlaqələrini bir-birindən ayırmaq mümkün deyil.  Təlim-tərbiyə pro-

sesi o zaman optimal hesab olunur ki, orada şagirdlər və müəllimlər 

yüklənmir  və  maksimum  nəticə  əldə  olunur.  Təcrübə  göstərir  ki, 

müəllim və şagirdlərin həddindən artıq yüklənməsi onların iş qabi-

liyyətini azaldır və sağlamlıqlarına pis təsir göstərir.  

Pedaqoji  ədəbiyyatda  təlim-tərbiyə  prosesinin  optimallaşdırıl-

masının əsas  meyarı kimi  bir-biri  ilə  üzvi  əlaqəsi  olan iki göstərici 

əsas götürülür: 

1. Müəyyən şəraitdə şagirdlərin təhsil-tərbiyəsi və inkişafında 

maksimum mümkün olan nəticələr əldə etmək

2. Həmin  yaşda olan şagirdlərin sinif və ev  işinə ayrılan vaxt 

normalarını gözləmək.  

Sistemli yanaşma optimallaşdırmanın metodoloji əsasını təşkil 

edir.  O,  pedaqoji  prosesin  bütün  komponentlərini,  qarşılıqlı  əlaqə-

lərin  qanunauyğunluqlarını  vəhdətdə  götürməli,  mürəkkəb  dinamik 

sistemlərin  idarə  olunmasının  ümumi  nəzəriyyəsinə  istinad  etməyi 

tələb edir. Optimallaşdırma pedaqoji prosesi mövcud vəziyyətə, şə-

raitə uyğunlaşdırmağı nəzərdə tutur. Bununla belə, o, özü yeni şərait 

yaradır  və  pedaqoji  prosesin  ona  tabe  olmasını  tələb  edir.  Burada 

heç bir ziddiyyət  yoxdur. Belə ki, hər iki proses arasında qarşılıqlı 

əlaqə vardır.  

Məktəbin, müəllimin və şagirdlərin fəaliyyətinin aşağıdakı sə-

viyyələri məlumdur: 

1) qeyri-kafi səviyyə; 

2) böhran səviyyə; 

3) müvafiq səviyyə;  

4) optimal səviyyə. 




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə