Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə73/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   236

 

224 


məsi ilə bağlı xarici və daxili təsirlərin məcmusudur. Burada müəl-

lim  şəxsiyyəti  özünü  tamamilə  təzahür  etdirir.  Pedaqoji  texno-lo-

giyaların  tədris  və  tərbiyə  işinin  metodikasından  fərqi  də  bundan 

ibarətdir.  

Pedaqoji  texnologiyalar  təlim  texnologiyaları  və  tərbiyə  tex-

nologiyaları  kimi  təqdim  oluna  bilər.  Bu  texnologiyaların  ən  əsas 

əlamətləri aşağıdakılardır: 

1.  Texnologiya  konkret  pedaqoji  plan  üçün  işlənib  hazırlanır. 

Məsələn,  biliklərin  verilməsi  prosesinin  texnologiyası,  şəxsiyyətin 

inkişafı texnologiyası və s.  

2. Pedaqoji işlərin, əməliyyatların, kommunikasiyaların texno-

loji ardıcıllığı ciddi surətdə məqsədəuyğun olaraq düzülür. 

3.  Texnologiya  müəllimlə  şagirdin  qarşılıqlı  fəaliyyətini  nə-

zərdə  tutur.  Bu  fəaliyyət  fərdiləşdirmə  və  diferensiallaşdırma  prin-

siplərini,  insani  və  texniki  imkanları,  dioloji  ünsiyyəti  nəzərə  al-

maqla, optimal şəkildə həyata keçirir. 

4.  Pedaqoji  texnologiyanın  elementləri  hər  bir  müəllim  tərə-

findən bir tərəfdən təkrar olunmalı, digər tərəfdən planlaşdırılan nə-

ticələrə (dövlət standartlarına) bütün şagirdlərin nail olmasını təmin 

etməlidir.  

Pedaqoji  texnologiya  pedaqoji  ustalıqla  qarşılıqlı  əlaqədardır. 

Pedaqoji  texnologiyaya  kamil  yiyələnmək  elə  ustalığın  özüdür. 

Digər tərəfdən, pedaqoji ustalıq pedaqoji texnologiyaya yiyələnmə-

yin yüksək səviyyəsidir. Pedaqoqlar arasında belə bir fikir möhkəm-

lənmişdir: pedaqoji ustalıq sırf fərdidir, ona görə onu əldən-ələ ver-

mək  olmaz.  Texnologiya  ilə  ustalığın  qarşılıqlı  əlaqəsi  açıq-aydın 

göstərir ki, eyni bir texnologiya müxtəlif müəllimlər tərəfindən hə-

yata keçirilə bilər. 

Ümumi və pedaqoji texnologiyaları fərqləndirmək olar. Ümu-

mi texnologiyalara aşağıdakılar aiddir: təlim prosesinin təşkili (qu-

rulması)  və  həyata  keçirilməsi  texnologiyaları.  Xüsusi  texnologi-

yalara: şagirdlərin fəaliyyətinin pedaqoji stimullaşdırılması texnolo-

giyası;  stimullaşdırmanın  nəticələrinə  nəzarət  və  onu  qiymətlən-

dirmə texnologiyası; tədris situasiyasının təhlili; dərsin başlanması-

nın təşkili və s. aiddir.  



 

225 


Beləliklə,  pedaqoji  prosesi  bir  sistem  kimi  işləyib  hazırla-

yanda və həyata keçirəndə onun bütün komponentlərinin üzvi birli-

yini (vəhdətini) təmin etməyə  çalışmaq lazımdır. Çünki bu kompo-

nentdən birində  baş  verən dəyişiklik avtomatik olaraq o  birilərində 

dəyişiklik əmələ gətirir. Metodikadan fərqli olaraq, pedaqoji texno-

logiya  şagirdlərin  fəaliyyətinin  məzmunu  və  təşkili  qaydalarını 

(üsullarını) işləyib hazırlamağı nəzərdə tutur.  

Texnologiya  və  fənlərin  tədrisi  metodikası  arasında  olan  əla-

qələrin xüsusiyyətlərini də yeni yanaşmalar baxımından araşdırmaq 

çox  əhəmiyyətlidir.  Məlumdur  ki,  hər  hansı  fənnin  tədrisi  metodi-

kası iki hissədən – xüsusi və ümumi metodikadan ibarətdir. Fənlərin 

tədrisi  metodikasına,  sahələr  üzrə  makrotexnologiya  kimi  baxsaq, 

ümumi  metodika  ümumdidaktik  məzmuna  malik  olduğundan,  ona 

metatexnologiya  kimi  baxmaq  lazımdır.  Ona  görə  də  “Metatex-

nologiya – sahələr üzrə makrotexnologiya – mezatexnologiya (lokal 

–  modul  texnologiya)”  məşhur  “didaktika  –  ümumi  metodika  – 

xüsusi  tədris  metodikası”  triadasının  iyerarxik  strukturunu  müəy-

yənləşdirməyə  imkan  verir.  Deməli,  fənnin  metodikası  –  öyrənən-

lərə  tədris  olunan  fənnin  məzmununun,  onun  qanun  və  qanuna-

uyğunluqlarının  öyrədilməsi  və  qazanılmış  bilik  və  bacarıqların 

həyatda,  əməli  fəaliyyətdə  tətbiqi  üçün  müvafiq  vərdişlərin  aşılan-

ması,  keyfiyyətli  təlim-tərbiyə  prosesinin  təşkili  üçün  pedaqogika, 

psixologiya  elmlərinin  əsaslarından  istifadə  olunaraq  tətbiq  olunan 

xüsusi  yanaşmalardır.  Fənnin  tədrisi  metodikası,  eyni  zamanda 

müxtəlif formalı dərslərin və tədbirlərin təşkili və keçirilməsi meto-

dikasını, şəxsiyyətin idraki qabiliyyətinin formalaşmasını, bilik, ba-

carıq və vərdişlərin qazanılmasını, estetik və mənəvi, yaradıcılıq və 

şəxsin  özünüidarəetmə  keyfiyyətlərini,  fiziki  inkişafın  təmin  olun-

masında  tətbiq  olunan  xüsusi  metodikaları  da  özündə  birləşdirir. 

Belə  müxtəlif  yanaşmalar  və  baxışlar  bəzən  metodikanı  tex-

nologiyanın tərkibinə daxil etməyə, bəzən isə əksinə, hər hansı bir 

texnologiyanı  tədris  metodikasının  tərkibinə  daxil  etməyə  imkan 

verir.  Məsələn,  fizikada  təcrübə  xətalarının  hesablanma  metodikası 

laboratoriya  işlərinin  yerinə  yetirilməsi  prosesinin  tərkibinə  daxil 

edilsə  də,  laboratoriya  işlərinin  aparılması  texnologiyasına  həmin 

fənnin tədrisi metodikasının tərkib hissəsi kimi baxmaq lazımdır .  




 

226 


Pedaqoji  texnologiya  məktəblilərin  şəxsiyyətinin  inkişafına 

yönəldilmiş pedaqoji prosesə obyektiv nəzarəti tələb edir.  

Pedaqoji  prosesin  təşkili  texnologiyası  prosesin  müvəffə-

qiyyətlə keçməsinin həlledici şərtlərindən biridir. Buraya fəaliyyətin 

təhlili,  diaqnostikası,  proqnozun  müəyyənləşdirilməsi  və  layihənin 

işlənib hazırlanması daxildir.  

Pedaqoji prosesin təşkili texnologiyası özü bir-birilə vəhdətdə 

olan üç texnologiyadan ibarətdir:  

1)

 

məzmunun yaradılması texnologiyası; 



2)

 

maddi vasitələr texnologiyası; 



3)

 

fəaliyyətin texnologiyası. 



Bu  üç  texnologiya  bir-birindən  öz  predmetlərinə  görə  fərq-

lənir.  Hər  üç  texnologiyada  müəllim  ardıcıl  olaraq  analitik,  proq-

nozlaşdırma  və  layihələşdirmə  fəaliyyətini  həyata  keçirir.  Bu  üç 

məfhumun  (analiz  (diaqnoz),  proqnoz,  layihə)  ayrılmaz  birliyi  hər 

hansı bir pedaqoji vəzifənin həllində özünü göstərir. Strateji, taktiki 

və  operativ  vəzifələrin  həllərinin  məhsuldarlığı  texnologiyanın  təş-

kili  keyfiyyəti  ilə  şərtlənir.  Pedaqoji  prosesin  texnologiyası  yalnız 

müəllimi  deyil,  həm  də  şagirdləri  nəzərə  almaqla  yaradılmalı  və 

həyata  keçirilməlidir.  Pedaqoji  prosesin  bilavasitə  həyata  keçiril-

məsi texnologiyasını aşağıdakı kimi təsəvvür etmək olar: 

1)

 

informasiyanı vermək texnologiyası; 



2)

 

tədris-idrak fəaliyyətinin və digər inkişafetdirici fəaliyyət 



növlərinin təşkili texnologiyası; 

3)

 



şagirdlərin fəallığının stimullaşdırılması texnologiyası; 

4)

 



pedaqoji prosesin gedişinin tənzimlənməsi texnologiyası; 

5)

 



pedaqoji prosesə cari nəzarətin həyata keçirilməsi 

texnologiyası.  

Təhsil  və  tərbiyə  texnologiyalarında  iştirak  edən  bütün  kom-

ponentlər  –  məqsəd,  vəzifə,  məzmun,  metod,  vasitə,  forma  –  öz 

funksiyalarını  daim  müasirləşdirməyə  möhtacdır.  Məqsəd  üç  pillə-

lidir: məxsusi, ümumi, ən ümumi. Məxsusi və ümumi ən ümuminin 

həyata  keçirilməsinə  xidmət  göstərir.  Ona  görə  də  onlar  daha 

mütəhərrik  olurlar.  Vəzifə  bir  neçə  toplanandan  ibarətdir:  1)  bilik, 

bacarıq və vərdişlər vermək; 2) təmiz əxlaqlı, saf mənəviyyatlı, əda-

lətli, səxavətli, sadə insanlar yetişdirmək; 3) böyüyən nəsli hərtərəf-




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə