Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə75/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   236

 

230 


siya  mübadiləsidir,  ünsiyyət  insanların  bir-birini  qavramasıdır, 

ünsiyyət qarşılıqlı təsirdir.  

Fəaliyyətin  psixoloji  xarakteristikasını  xatırlayaq:  insanlar 

fəaliyyət  prosesində  işin  məqsədini  bir-birinə  izah  edir,  ayrı-ayrı 

əməliyyatlarla bir-birini tanış edir, nöqsanları müəyyən edir, onları 

aradan qaldırmaq üçün məsləhətləşirlər. Bu prosesdə ünsiyyət ancaq 

və ancaq insanların birgə fəaliyyətinin təşkilinə xidmət edir .  

Şəxsiyyətin  yaşadığı və fəaliyyət  göstərdiyi bütün mühitlərdə 

ikitərəfli  və  çoxtərəfli  əlaqələri  isti,  tam  anlaşıqlı  və  tam  səmimi 

qurma  bacarıqlarını  özündə  cəmləşdirən  vacib  insani  keyfiyyət 

ünsiyyət mədəniyyətidir.  



Ünsiyyət  mədəniyyəti  tərbiyəsi  şəxsiyyətin  yüksək  ünsiyyət 

mədəniyyəti  sahibi  olmasına  yönəldilmiş  təlim-tərbiyə  sistemidir. 

Böyüyən  nəslin  hər  bir  üzvü  yüksək  ünsiyyət  mədəniyyəti  tələb 

edən  çox  mürəkkəb  münasibətlər  sistemi  daxilində  fəaliyyət  göstə-

rəcəyinin qaçılmazlığını dərk etməli və bu tərbiyəyə yiyələnməlidir.  

Pedaqoji  ünsiyyətin  səciyyəvi  cəhəti  bu  fəaliyyətin  məqsədi 

ilə müəyyən olunur. 



Pedaqoji ünsiyyət pedaqoqlar və şagirdlər arasında qarşılıqlı 

fəaliyyətin məqsəd və məzmunundan irəli gələn çoxplanlı prosesdir. 

O, kommunikasiyanın, qarşılıqlı anlaşmanın və qarşılıqlı təsirin ya-

radılması və inkişafı ilə xarakterizə olunur.  

Göründüyü kimi, pedaqoji ünsiyyət təhsil prosesində mürəkkəb 

və  çoxplanlı  xarakter  daşıyır.  Pedaqoji  ünsiyyətdə  müəllimin  və 

şagirdlərin “normativ statusu” əks olunur. Onların məzmunu nizam-

namə sənədləri, tədris planları və proqramları ilə müəyyən olunur. Bu 

mənada, pedaqoji ünsiyyət müəllimlərin şagirdlərlə qarşılıqlı təsirinin 

sosial-normativ  formalarıdır.  “Müəllim-şagird”  pedaqoji  sistemi 

müəyyən mədəni bilik kimi çıxış edir. Burada sosial əhəmiyyəti olan 

davranış normalarının yerinə yetirilməsi böyük rol oynayır.  

Pedaqoji  fəaliyyətin  məhsuldarlığı  müəllimin  pedaqoji  texno-

logiyaya yiyələnməsi səviyyəsindən çox asılıdır. Pedaqoji praktika-

nın təhlili göstərir ki, təlim, təhsil, tərbiyə vəzifələrinin həllində ya-

ranan bir çox ciddi çətinliklər müəllimin uşaqlarla ünsiyyəti düzgün 

qura bilməməsi nəticəsində əmələ gəlir. Ona görə də hər bir müəlli-

min  qarşısında  pedaqoji  ünsiyyətin  texnologiyasına  yiyələnmək 



 

231 


vəzifəsi  durur.  Uşaqlarla  ünsiyyət  prosesində  pedaqoji  yaradıcılıq, 

pedaqoji  yaradıcılıq  prosesində  uşaqlarla  ünsiyyət  müəllimin  peşə 

fəaliyyətinin spesifik xarakteristikasını ifadə edir. Pedaqoji ünsiyyət 

müəllimlərin  və  şagirdlərin  qarşılıqlı  sosial-psixoloji  təsir  sistemi-

dir. Onun məzmunu  informasiya  mübadiləsi,  tərbiyəvi  təsir  göstər-

mək,  kommunikativ  vasitələrin  köməyi  ilə  qarşılıqlı  münasibətləri 

təşkil etməklə bağlıdır. Bununla əlaqədar olaraq demək lazımdır ki, 

pedaqoji fəaliyyətdə ünsiyyət tədris vəzifələrini həll etmək vasitəsi-

dir,  təhsil  prosesinin  sosial-psixoloji  təminatıdır,  müəllimlərlə 

şagirdlərin qarşılıqlı münasibətlərinin təşkili qaydasıdır.  

Beləliklə, pedaqoji ünsiyyət texnoloji planda yaradıcılığın xü-

susi növüdür. O, informasiyanı vermək bacarığında, şagirdin vəziy-

yətini  başa  düşmək  bacarığında,  uşaqlarla  qarşılıqlı  münasibətləri 

qurmaq  bacarığında,  özünün  psixi  vəziyyətini  idarə  etmək  bacarı-

ğında öz ifadəsini tapır. 

Pedaqoji  ünsiyyətin  mərhələləri  və  onların  həyata  keçirilmə 

texnologiyası  xüsusi  əhəmiyyət  kəsb  edir.  Həmin  mərhələlər  bun-

lardır: 1) pedaqoji ünsiyyətin modelləşdirilməsi; 2) pedaqoji ünsiy-

yətin  bilavasitə  təşkili;  3)  pedaqoji  ünsiyyətin  idarə  olunması;        

4) pedaqoji ünsiyyətin texnologiyasının həyata keçirilməsinin gedişi 

və nəticələrinin təhlili.  

Bu  ardıcıllıq  pedaqoji  prosesdə  yaranan  ən  tipik  situasiyaları 

açıb  göstərir.  Pedaqoji  ünsiyyətin  üslubu  müxtəlif  olduğundan 

onların  texnoloji  xarakteristikası  da,  təbii  ki,  müxtəlif  olacaqdır 

(avtoritar üslub, səhlənkar üslub, demokratik üslub, qarışıq üslub).  

Pedaqoji  cəhətdən  məqsədəuyğun  qarşılıqlı  münasibətləri  ya-

ratmağın  texnologiyası  pedaqoji  ünsiyyətlə  qırılmaz  surətdə  bağ-

lıdır.  Belə  münasibətlərin  yaradılmasında  müəllim  şəxsiyyəti  mü-

hüm  amildir.  Müəllimlərlə  şagirdlərin  qarşılıqlı  anlaşması  yaranan 

münasibətlərin əsasıdır.  

 



 

232 


 

6.8. Pedaqoji innovasiyalar 

 

İnnovasiya  (ingiliscə  “innovation”  –  sözündən  götürülüb, 

mənası  “yenilik”  deməkdir)  dedikdə  geniş  mənada  təlim,  təhsil-

tərbiyə prosesinin gedişini və nəticələrini yaxşılaşdırmaq məqsədilə 

pedaqoji sistemdə həyata keçirilən yeniıik başa düşülür. İnnovasiya, 

yəni yenilik pedaqoji sistemin daxili ehtiyatları hesabına (in – daxili 

deməkdir)  baş  verir.  İnnovasiya  keyfiyyətcə  təkmilləşmiş  pedaqoji 

sistemdə vəhdət halında götürülmüş ideyalar, proseslər, vasitələr və 

nəticələrdir. Pedaqoji sistemin yeniləşməsi üçün çox vacib və aktual 

bir işdir, o, səriştəli təhlil, yaradıcı müəllim tələb edir .  

Son onillikdə çox şey dəyişmişdir. Yeni paradiqmalar, konsep-

siyalar, innovasiyalar və  investisiyalar  (sərmayələr), dövlət  standart-

ları və alternativ tədris planları, yeni tip məktəblər yaradılmışdır.  

Pedaqoji  proses  pedaqoji  sistemdə  baş  verir.  Pedaqoji  sistem 

komponentlərin  (hissələrin)  sabit  və  möhkəm  birliyidir.  Əgər  bu 

birlikdə  baş  verən  dəyişikliklər  (yeniliklər)  müəyyən  edilmiş  həddi 

keçərsə, onda sistem dağılar, onun yerində başqa xassələri olan yeni 

sistem əmələ  gələr. Hər hansı pedaqoji sistemin  strukturu bir-birilə 

qarşılıqlı  əlaqədə  olan  elementlərin  məcmusundan  ibarətdir:  1)  şa-

girdlər; 2) təlim və tərbiyənin ümumi və xüsusi məqsədləri; 3) təlim 

və  tərbiyənin  məzmunu;  4)  təlim  və  ərbiyə  prosesi;  5)  müəllimlər; 

6) texniki təlim vasitələri; 7) təlim və tərbiyə işinin təşkili formaları; 

8) təlim, təhsil-tərbiyə prosesinin idarə olunması; 9) təlim və tərbiyə 

prosesinin texnologiyası; 10) təlim və tərbiyə prosesinin nəticələri.  

Bu  sistemin  komponentlərindən  hər  biri  ən  kiçik  elementlərə 

parçalana  bilər.  Başqa  sözlə,  pedaqoji  sistem  qarşıya  qoyulmuş 

məqsədə  çatmağı  təmin  edən  sabit  təşkilati-texnoloji  kompleksdir. 

Pedaqoji sistem texnologiyasız ola bilməz. Texnologiya olan  yerdə 

keyfiyyət də olur. Keyfiyyət pedaqoji sistemin imkanlarını müəyyən 

edir və o, müəyyən mənada idarəetmədən asılıdır. Təlim və tərbiyə 

prosesinin  məhsuldarlığı  həmişə  pedaqoji  sistemin  təkmilləş-

dirilməsi ilə bağlıdır. 

Pedaqoji sistemin təkmilləşdirilməsinin iki başlıca yolu vardır: 

intensiv yol (fransız sözü “intensif” sözündən götürülmüşdür, məna-

sı “gücləndirmək”, “məhsuldarlığı artırmaq” deməkdir) və ekstensiv 



Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə