Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə83/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   236

 

257 


bunları  yalnız  bəzi  insanların  bilməsi  zəruridir,  digərlərinin  isə 

bilməsinə  ehtiyac  yoxdur.”  Daha  sonra  Rassel  yazır  ki,  on  dörd 

yaşına  qədər  uşaqlara  elə  şeylər  öyrədilməlidir  ki,  bunları  hamı 

bilməlidir.  Konkret  ixtisaslaşma  ilə  bağlı  biliklər  isə  sonradan 

öyrədilməlidir. On dörd yaşına qədərki təhsilin əsas məsələlərindən 

biri oğlanlarda və qızlarda və xüsusi həvəsin kəşf olunması məqsədi 

daşımalıdır  ki,  onların  harada  olmasından  asılı  olmayaraq  gələcək 

illərdə bunu inkişaf etdirə bilsinlər. Bu səbəbdən hər bir kəs fənlərin 

yalnız elementar başlanğıclarını öyrənməlidirlər

1



Akademik  S.Xəlilov  yazır:  “Təhsilə  yalnız milli  və  ya  yalnız 

ümumbəşəri hadisə kimi  yanaşmaq olmaz. Təhsilin mahiyyətindən 

irəli gələn və bütün  dövrlər  və ölkələr üçün qorunub saxlanan  əsas 

prinsiplərlə  yanaşı,  konkret  dövrün, konkret  ictimai  situasiyanın  və 

konkret  milli  gerçəkliyin,  milli  düşüncə  tərzinin  xüsusiyyətləri  də 

mütləq nəzərə alınmalıdır. Təhsil özü sosial institut olmaqla yanaşı, 

həm də və daha çox dərəcədə ictimai şüurun inkişafını təmin etdiyi, 

onun  strukturunun  özünəməxsusluğunu  qoruyub  saxladığı  üçün 

ictimai həyatın və milli məfkurənin ayrılmaz tərkib hissəsidir. Təh-

sil  həm  də  milli  ruhun  inkişafını  təmin  edən  mühüm  vasitələrdən 

biridir” . 

Bütün  dünya  xalqlarının  tarixi  göstərir  ki,  istər  hərbi,  istər 

siyasi və  ya iqtisadi müstəvidə böhran keçirdikdən sonra yeni inki-

şaf potensialı əldə etmək, milli gücü səfərbər etmək üçün ən mühüm 

vasitə  insanların  şüurunun  yenidən  yönəldilməsidir  ki,  bu  da  ilk 

növbədə  təhsil  sistemindəki  islahatlar  vasitəsilə  həyata  keçirilir. 

1807-ci  ildə,  Almaniya  Fransa  istilası  altında  olanda  alçaldılmış, 

təhqir  olunmuş,  ruhdan  düşmüş  və  biganəliyə  qapılmış  alman  xal-

qını özünə qaytarmaq, ona inam və ruh vermək üçün böyük alman 

filosofu İ.Fixte “Alman xalqına müraciət”lə çıxış etmişdi. Müraciə-

tin  əsas  ideyası,  məqsədi  bütün  alman  xalqını  səfərbər  etmək  idi. 

Lakin  maraqlıdır ki,  söhbət  hərbi səfərbərlikdən  getmirdi.  Fixte al-

man  ruhunu  yenidən  yüksəltmək  və  bu  biabırçı  vəziyyətdən  xilas 

olmaq  üçün  çıxış  yolunu  yeni  milli  təhsil  sisteminin  qurulmasında 

görürdü.  

                                                 

1

 Bax: Bertrand Russel. On Education. London, Routledge, 1994, p.169. 




 

258 


Vaxtilə  Amerika  Birləşmiş  Ştatlarının  prezidenti  olarkən  Bill 

Klinton  göstərirdi  ki,  əgər  biz  hamı  üçün  təhsil  almaq  imkanı  və 

təhsil sisteminin yüksək keyfiyyətini təmin edə bilməsək, XXI əsrdə 

biz vahid Amerika ola bilmərik. Bizdən hər bir Amerikalıya dünya-

nın ən yaxşı təhsil müəssisələrində ən yaxşı müəllimlərdən ən yaxşı 

təhsil  almaq  üçün  şərait  yaratmaq  tələb  olunur.  Bu  isə  o  deməkdir 

ki, bizdə yüksək standartlar, böyük ümidlər və təhsil sahəsi ilə bağlı 

olan hər bir kəsdə yüksək məsuliyyət hissi olmalıdır.  

Xüsusi tətbiqi məqsədlər üçün gizli saxlanılan ən yeni biliklər 

istisna  olmaqla  əvvəlki  nəsillərin  əldə  etdiyi  bütün  biliklər  –  bəşə-

riyyətin ümumi  bilik xəzinəsi  bütün xalqlar və  millətlər üçün açıq-

dır. Habelə milli xüsusiyyətlərindən asılı  olaraq  uşaqların qavrama 

qabiliyyəti  arasında  böyük  fərq  yoxdur.  Əsas  fərq  bu  biliklərin  ya-

yılması, mənimsədilməsi prosesini necə təşkil etməkdədir. 

Prof.  S.Xəlilov  göstərir  ki,  təhsil  öz  səviyyə  və  yönümündən 

asılı olaraq üç müxtəlif məqsədə xidmət edə bilər. Birincisi, bilik və 

təcrübə  bu  və  ya  digər  fəaliyyət  sahəsində  istifadə  olunmaq,  prak-

tikada  tətbiq  edilmək  üçün  əldə  edilir.  Həkimlərin,  bəstəkarların, 

mühəndislərin  və  s.  (yaradıcılıq  fəaliyyətindən  fərqli  olaraq  hazır 

bilik  və  vərdişlərə  əsaslanan fəaliyyət) bu qəbildəndir.  İkincisi, bi-

lik və təcrübə başqalarına öyrətmək üçün əldə edilir. Müəllimlik sə-

nəti qarşısına heç bir başqa praktik məqsəd qoymadan, yalnız təhsil 

sisteminin kadrla təmin olunmasına, başqa sözlə, onun öz inkişafına 

xidmət edir. Fənn müəllimləri əslində fizik, riyaziyyatçı  yox, məhz 

fizika  müəllimi,  riyaziyyat  müəllimi  olduğu  kimi,  müəllim-mühən-

dis, müəllim-həkim də peşəsinə görə məhz müəllimdir. Üçüncüsü, 

bilik və təcrübənin səviyyəsini yüksəltmək, yeni biliklər əldə etmək 

üçün lazım olan fəaliyyət sahəsi-elmi iş də ilkin  təhsil mərhələsini 

tələb edir. Yəni ancaq əvvəlki nəsillərdən miras qalan bilik və təcrü-

bə öyrənildikdən sonra hər bir nəsil öz payını bura əlavə edə bilər. 

Yeni  biliklərin  alınması  istiqamətində  fəaliyyət  nəzəri  yaradıcılıq-

alimlik, yeni təcrübə əldə etmək sahəsində fəaliyyət isə əməli yara-

dıcılıq  (yaradıcı-həkim  və  ya  alim-həkim,  ixtiraçı-mühəndis  və  s.) 

adlanır. Birinci - bilik və təcrübənin tətbiqinə, ikinci – yayılmasına, 

üçüncü  artırılmasına  xidmət  edir.  Lakin  bu  fərqlər  təhsilin  məq-

sədində  və  yüksək  mərhələsində  özünü  göstərən  fərqlərdir.  İlkin 




 

259 


mərhələdə  isə  hər  üç  istiqamət  üst-üstə  düşür.  Yəni  bütün  hallarda 

əvvəlcə  keçmiş  nəsillərin  əldə  etdiklərini  öyrənmək,  mənimsəmək 

lazımdır. Bu isə sözün dar mənasında, məxsusi mənada təhsildir. Bu 

mərhələdə  təhsil  hələ  başqa  fəaliyyət  sahələri  ilə  çarpazlaşmır  və 

xalis təhsil sahəsi kimi mövcud olur . 

Bünövrədə  və  ilk  mərhələlərdə  daxili  bölgü,  şaxələnmə  yox-

dur.  Yalnız  məqsədə  (müxtəlif  məqsədlərə)  yaxınlaşdıqca  ümumi 

təhsil  prosesində  şaxələnmə  başlanır  və  getdikcə  dərinləşir.  Hansı 

sahə  üçün  kadr  hazırlanmasından  asılı  olaraq  təhsil  bu  və  ya  digər 

ictimai fəaliyyət sahəsi ilə sıx surətdə əlaqələnmiş olur . 

Təbii  olaraq  sual  yaranır:  Keçmiş  nəsillərin  əldə  etdiklərini 

öyrənərkən, mənimsəyərkən üstün amil nədir? 

- Təhsil sadəcə bilikləri mənimsətmək üçündürmü? Əgər belə-

dirsə, onda hansı bilikləri, hansı səviyyədə və hansı yolla? 

- Təhsil gəncləri şəxsiyyət kimi formalaşdırmaq, kamil mənə-

viyyatlı,  vətənpərvər  və  humanist  insan  nəsli  yetişdirmək  üçündür-

mü? Əgər belədirsə, bunun yolları hansılardır və buna necə nail ol-

maq mümkündür? 

-  Təhsil  sərbəst  düşüncə,  əməli  fəaliyyət,  praktik  quruculuq 

vərdişləri aşılamaq üçündürmü? 

Əgər belədirsə, onda hansı vərdişləri və necə? Bu zaman bilik 

və əməli vərdişin əlaqəsi və nisbəti necə olur? Buna uyğun təşkilati 

struktur necə seçilir. 

Təhsilin  funksional  xüsusiyyətlərinin  hərtərəfli  və  dəqiq  mü-

əyyən olunması bu cür sualları cavablandırmaq üçün əsas ola bilər. 

Lakin  pedaqoji  ədəbiyyatın  təhlilindən  belə  aydın  olur  ki,  “təhsil” 

anlayışının əsas funksional xüsusiyyətləri tam və dəqiq şəkildə mü-

əyyənləşdirilməmişdir. Odur ki, təhsilə verilən təriflər nöqsanlardan 

azad deyildir. Bizim subyektiv anlamımıza görə məqbul sayıla bilə-

cək tərif Ə.X.Paşayevə və F.A.Rüstəmova məxsusdur, baxmayaraq 

ki, bu tərifin də çatışmayan cəhətləri də vardır. Tərif belədir: “Təh-

sil cəmiyyətin və dövlətin mənafeyi naminə şəxsiyyətin intellektual 

və  emosional  sferalarını  inkişaf  etdirmək,  onu  həyata  hazırlamaq 

məqsədi  ilə  müasir  standartlara  uyğun  olaraq  müəyyənləşdirilmiş 

məzmunun tədris müəssisələrində və özünütəhsil yolu ilə mənimsə-

nilmə  səviyyəsinin  qəbul  olunmuş  meyarlarla  yoxlanılan,  qiymət-




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə