Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə85/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   236

 

262 


gənc  nəslə  asanlıqla  mövcud  ictimai  strukturlara  inteqrasiya  olmağa 

imkan  versin.  Bu  modelin  müasir  ideologiyasının  əsasını  sosial  mü-

həndisliyin  bihevioristik  (bihavior  –  əxlaq,  davranış)  konsepsiyası  tutur. 

Rasionalizmə  əsaslanan  modeldə  yaradıcılıq,  sərbəstlik,  məsuliyyətlilik, 

fərdilik,  təbiilik  və  s.  kimi  fəaliyyətlərə  yer  verilmir.  Ona  görə  də,  təhsil 

prosesinə,  davranışa  utilitarizm  (eqoizmə,  fərdiçiliyə  əsaslanan  cərəyan) 

ruhu  gətirir  və  öyrədənə  onun  fəaliyyətinin  dəyərlərini  azaldan  və  mütə-

hərrik olmayan, təngə gətirən həyat tərzini məcburi qəbul etdirməyə çalı-

şır. Bunun nəticəsində nəinki öyrənmənin, eyni zamanda tədris-təlim pro-

sesinin də yaradıcı xarakteri müzakirə edilmir, proses səmərəliliyini itirir.  

 



Təhsilin  fenomenoloji  modeli.  Bu  model  öyrənənlərin  şəxsi-

psixoloji xüsusiyyətlərinə, onların istəklərinə və tələbatlarına ehtiyatla və 

hörmətlə yanaşılmasına, təhsilin şəxsi xarakter daşımasına üstünlük verir. 

Onun tərəfdarları məktəbə “təhsil konveyeri” kimi baxmağı inkar edirlər. 

Onlar  təhsilə  humanist  nöqteyi-nəzərdən  baxır,  onun  insan  təbiətinə  tam 

və adekvat olmasını əsas məqsəd kimi qarşıya qoyurlar. Hər bir öyrənənin 

özünütanımasına,  təbii  potensialını  reallaşdırmasına,  dinamik  inkişafını 

təmin etmə-sinə müvafiq şərait yaradırlar.  

 



Təhsilin  qeyri-institusional  modeli.  Bu  modelin  tərəfdarları 

təhsilin  təşkilini  sosial  institutlardan,  xüsusi  halda  məktəb  və  ali  təhsil 

müəssisələrindən  kənarda  təşkilinə  üstünlük  verirlər.  Onun  “təbiətin 

qoynunda”,  internetin  köməyilə,  “açıq  məktəb”  şəraitində,  distant  təhsil 

yolu ilə və s. həyata keçirilməsini məqbul hesab edirlər.  

Bu  model  əsasında  təhsilin  və  ya  konkret  təhsil  müəssisə-sinin 

tədris-təlim  prosesinin təşkili  ilə  bağlı  əsas  funksiyalarını  aşağıdakı  kimi 

qruplaşdırmaq  məqsədəmüvafiq  hesab  edilir:  təhsilin  məqsədi;  təhsilin 

məzmunu;  təhsil  prosesinin  təşkili  formaları;  təhsilalmanın  vəsitə  və 

üsulları;  real  təhsil  prosesinin  təlim,  tərbiyə  və  insan  inkişafı  birliyinin 

təminatçısı  olması;  təhsil  prosesinin  subyektləri  və  obyektləri;  təhsil 

mühiti;  baxılan  tədris  müəssisə-sində  tədris-təlim  prosesinin  nəticələri, 

başqa sözlə, öyrənənlərin təhsillik səviyyəsi

1

.  

 

*** 



 

Araşdırmalar göstərir ki, XXI  əsrin əsas kapitalı ölkələrin maliyyə 

imkanları və təbii resurslarının zənginliyi deyil, onların intellektual poten-

sialı olacaqdır. Dünyanın aparıcı ölkələrinin inkişaf tendensiyası göstərir 

                                                 

1

 Daha  ətraflı  məlumat  üçün  bax:  Mehrabov  A.O..  Müasir  təhsilin  konseptual 



problemləri. Bakı: Mütərcim, 2010, səh. 34-116. 


 

263 


ki,  intellektual  potensialın  formalaşması  üçün  təhsilin  modernləşməsi 

aşağıdakı prioritet istiqamətlər üzrə aparılmalıdır: 

 



millilik və bəşərilik; 

 



qabaqlayıcı təhsilvermə;  

 



universal biliklərə yiyələnmə; 

 



bütün həyatboyu təhsilalma; 



 



yeni maliyyələşmə modelinə keçid. 

1. Millilik və bəşərilik probleminin həllinin labüdlüyünü əsaslandır-

maq  çətin  deyil.  Müasir  dövrdə  təhsilin  əsas  vəzifəsi  vətəndaş  cəmiyyə-

tində  yaşayacaq  insanın  formalaşmasının  vasitə  və  yollarını  müəyyən-

ləşdirmək,  onu  yüksək  mənəvi  ideallara  və  dəyərlərə  yiyələnmək,  insan 

həyatının  mənasını  anlamaq  və  dərk  etməyə,  öz  şəxsi  həyatında  daim 

nailiyyətlər  əldə etməsi üçün  səy  göstərməyə  hazırlamaqdır.  Bu  tələblərə 

cavab  verən  insan  ilk  növbədə  milli  dəyərlər  əsasında  tərbiyə  almalıdır. 

Eyni  zamanda  unudulmamalıdır  ki,  inkişafa  istiqamətlənmiş  cəmiyyətin 

fəaliyyə-tini dünya  mədəniyyəti və təhsilindən  ayrı,  təcrid  edilmiş  şəkildə 

təsəvvür etmək mümkün deyil. Qloballaşma dünya mədəniyyətinə və təhsil 

sisteminə inteqrasiyanı tələb edir. 

2.  Qabaqlayıcı  təhsilvermə.  Bu  problemin  labüdlüyü  onunla 

şərtlənir ki, cəmiyyətin inkişafı böyük sürətlə və əsaslı dəyişikliklər şəra-

itində davam edir. Belə şəraitdə ictimai şüur dünyada baş verən ciddi qlo-

bal  dəyişikliklərdən  xeyli  geri  qalır.  Buna  görə  də  aldığı  təhsil  insanları 

yaxın  gələcəkdə  cəmiyyətdə  olacaq  əsaslı  dəyişikliklərə  qabaqcadan 

hazırlamalıdır.  

3.  Universal  biliklərə  yiyələnmə.  Qlobal  problemlərin  həlli  yalnız 

beynəlxalq  ictimaiyyətin  birgə  səyi  ilə  yerinə  yetirilə  bilər.  Bu  isə 

qloballaşan  dünyamızda  yaranmış  problemlərdən  baş  çıxa-ran,  bütöv, 

universal  elmi  dünyagörüşə  malik,  fundamental  elmlərin  son  nailliyyət-

lərinə  bələd  olan,  müasir  təfəkkürlü  gənclərin  hazırlanmasını  tələb  edir. 

Hazırda alimlər və pedaqoqlar qarşısında duran ən mühüm vəzifə, hər bir 

fundamental  elmin  bütövlüyü  və  tamlığını  müəyyənləşdirib,  sonra  təbiət 

elmlərinin,  humanitar  elmlərin  daxili  əlaqələrini  nəzərə  alaraq  son  mər-

hələdə  fənlərin  tədrisinin  yeni  fundamental,  bütöv  sistemini  və  məz-

mununu yaratmaqdır. XXI əsrdə pedaqoji, psixoloji yanaşmaların əsasını 

“təhsil  alanlara  nəyi  isə  ətraflı  öyrətmək  deyil,  öyrənməyi  öyrətmək” 

təşkil etməlidir. 

4.  Bütün  həyat  boyu  təhsilalma.  Cəmiyyətin  inkişaf  tenden-siyası 

insanları  biliklərinin  sərhəddini,  ixtisasını  dəyişmək  məcburiyyətində 

qoyur.  İndiki  şərait  tələb  edir  ki,  insan  özünü  tez-tez  kəskin  şəkildə 


Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə