Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə93/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   89   90   91   92   93   94   95   96   ...   236

 

285 


loniya prosesinə qoşulması ölkənin bütün ali təhsil müəssisələrinin tədri-

cən Boloniya standartları əsasında qurulmasına yönəldilmiş xəttin qətiləş-

dirilməsidir.  

Avropada  ali  təhsil  sistemində  struktur  dəyişikliyinin  başlanmasını 

XX əsrin 50-ci illərinin sonuna aid etmək olar. Avropada inteqrasiya pro-

seslərinin  təməlini  qoymuş  olan  (“Ümumi  bazar”  yaratmaq  üçün)  Roma 

müqaviləsi imzalanmışdır.  

Flamandiyalı müəlliflər – Kurt de Vita və Verxovena Avropada ali 

məktəblərdə inteqrasiya proseslərinin inkişafını 3 dövrə ayırmışlar: 1957-

1982-ci  illər;  1983-1992-ci  illər;  üçüncü  –  1992-ci  il  Maastrixt  müqavi-

ləsinin  imzalanması  ilə  başlanır.  Birinci  dövr  (1957-1982)  hər  şeydən 

əvvəl  “Ümumi  bazar”a  daxil  olan  ölkələrin  Təhsil  Nazirlərinin  1971-ci 

ildə  keçirilən  görüşü  ilə  yadda  qalmışdır.  Bu  görüşdə  onlar  aşağıdakı 

məsələləri müzakirə etmişlər: 

– diplomların qarşılıqlı tanınması; 

– təhsil sahəsində koorporasiyalar (birliklər, ittifaqlar) yaratmaq;  

– Avropa Təhsil İnkişafı Mərkəzini yaratmaq; 

– təhsil sahəsində qeyri-milli institutların yaradılması.  

1976-cı  ildə  “Ümumi  bazar”  çərçivəsində  aşağıdakıları  özündə 

saxlayan fəaliyyət proqramı hazırlandı; 

– ali məktəblərə qəbulda bərabər imkanların yaradılması; 

– diplomların qarşılıqlı tanınması; 

– birgə tədris proqramlarının qəbulu; 

– qısamüddətli kadr hazırlığı kurslarının yaradılması; 

– birgə informasiya siyasətinin həyata keçirilməsi

– Avropa Universitetinin yaradılması. 

1980-ci ildə bu proqrama uyğun olaraq EURYDICE informasiya şə-

bəkəsi  formalaşmağa  başladı.  Bu  şəbəkə  çərçivəsində  Avropa  İttifaqına 

daxil olan ölkələrin milli təhsil sistemlərinə aid müqayisə edilə biləcək və 

etibarlı informasiya hazırlanır və yayılır. 

1983-1992-ci  illərdə  Avropa  İqtisadi  Birliyi  ölkələrində  aşağı-

dakılar həyata keçirilmişdir: 

 



AİB-ə  üzv  olan  ölkələrin  tələbələrinin  eyni  hüquqa  malik  olması 

barədə əsasnamə qəbul edilmişdir. 

 



Ali  təhsil  institutları  arasında  daha  sıx  əməkdaşlığı  və  müəllim-

lərin, tələbələrin və tədqiqatçıların sərbəst yerdəyişməsinin vacib olmasını 

göstərən müqavilə imzalanmışdır.  

Bu  müqavilə  həmçinin  Comet,  Erasmus,  Lingua  və  Tempus  proq-

ramlarının əsasını qoymuşdur.  


 

286 


Bütün bu prosesləri 1992-ci ildə Maastrixtdə keçirilmiş görüş daha 

da  möhkəmlətmişdir.  Belə  ki,  bu  görüşdə  AİB-yi  ölkələri  öz  aralarında 

sərhədləri  götürərək  vahid  pul,  siyasi  və  iqtisadi  dövlətlər  ittifaqı  yarat-

maq haqda müqavilə imzalayaraq qarşılarına Vahid Təhsil Sistemi yarat-

maq məqsədini də qoymuşlar.  

Avropa Universitetləri rektorlarının iştirakı ilə 1988-ci ildə Boloni-

ya  Universitetinin  900  illiyinə  həsr  olunmuş  görüşdə  “Universitetlərin 

Ümumi  Xartiyası”  qəbul  edilmişdir.  Beləliklə,  Avropada  ali  məktəblərin 

struktur  dəyişikliyinin  müasir  dövrü  başlanmış  və  bu  proses  Boloniya 

prosesi adlanır.  

Avropa  özünün  ali  təhsil  sistemində  islahatlar  keçirərək  addımlar 

atanda ilk növbədə maraqlarından çıxış edir. Bu prosesə qoşulan hər bir 

dövlət, xüsusən də ümumavropa məkanından kənarda olan və bu məkana 

can  atan  postsovet  ölkəsi  bilməlidir  ki,  özünün  imkanlarından,  inkişaf 

səviyyəsindən  asılı  olaraq  orada  müxtəlif  rollarda  təmsil  oluna  bilər:  bu 

prosesin tam hüquqlu iştirakçılarına və ya təsir obyektinə çevrilmək olar. 

Tam hüquqlu iştirakçı olmaq üçün ölkənin ali məktəblərinin səviyyəsinin 

yüksəldilməsi,  rəqabət  qabiliyyətinin  gücləndirilməsi  istiqamətində  köklü 

dəyişikliklərin  edilməsi,  onların  maddi-texniki  bazasının  tam  təmin  olun-

ması  tələbi  qarşıya  çıxır. Ən  başlıca  vəzifə  isə  tədrisin  və  aparılan  elmi 

tədqiqat  işlərinin  keyfiyyətinin,  uyğun  olaraq,  hazırlanan  mütəxəssislərin 

peşəkarlıq  səviyyəsinin  Avropa  standartları  səviyyəsinə  qaldırılmasıdır. 

Yalnız  bundan  sonra  standartları  yüksək  olan  ümumavropa  ali  təhsil 

məkanına tam dəyərli qoşulmaqdan söhbət gedə bilər. Əks halda ölkə bu 

sahədə həmin məkanın periferiyasına çevrilmək, daim geridə qalmaq təh-

lükəsi ilə üzləşə bilər.  

Boloniya  prosesi  Avropada  ali  təhsili  müasir  dövrün  tələbləri 

səviyyəsinə  qaldırmaq,  onu  dövrün  mürəkkəb  sosial-iqtisadi,  siyasi, 

mədəni  və  digər  problemlərinin  həllində  öz  funksiyalarını  yerinə  yetirə 

bilmək qabiliyyətini təmin etmək üçün onu yeniləşdirmək, ən başlıcası isə 

bu  işlərdə  Avropa  potensialını  səfərbər  edərək  bütün  ölkələrin  imkan-

larından tam istifadə etmək məqsədi daşıyır. Boloniya prosesi Avropa ali 

təhsil sistemini əhatə edən və yalnız bu sahənin çərçivəsində məhdudlaşan 

tədbirlər toplusu deyildir, o, Avropanın ümumdünya miqyasında yeritdiyi 

qlobal  strategiyanın  bir  hissəsidir.  O,  özündə  çoxşaxəli  fəaliyyət  və 

tədbirlər kompleksi nəzərdə tutur. 

Boloniya  prosesinin  Azərbaycanda  tətbiqinin  ən  böyük  problemlə-

rindən  biri  onun  fəlsəfəsinin  axıra  kimi  dərk  edilməsi,  mahiyyətinin  aş-

karlanması,  məqsəd  və  vəzifələrinə  aydınlıq  gətirilməsində  olan  çatış-

mazlıqlarla bağlıdır.  


Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə