Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə101/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   236

 

302 


masını,  o  cümlədən  mükafatlandırılmasını  həyata  keçirmək,  xüsusi 

istedadı  ilə  fərqlənən  təhsilalanlar  üçün  adlı  və  məqsədli  təqaüdlər 

təsis etmək; 

 



dövlət  təhsil  müəssisələrinin  tədris,  elmi,  elmi-metodik,  in-

formasiya-kommunikasiya  texnologiyaları  və  digər  texniki  vasitə-

lərlə təminatını həyata keçirmək; 

 



baza tədris planlarını və proqramlarını təsdiq etmək; 

 



mütəxəssis-kadrlara, o cümlədən pedaqoji kadrlara olan real 

tələbatı müəyyənləşdirmək və onların iş yerləri ilə təmin olunmasını 

tənzimləmək; 

 



icbari ümumi orta təhsilin həyata keçirilməsinə nəzarət etmək; 

 



dövlət təhsil müəssisələrində pulsuz tibbi xidməti təmin etmək; 

 



valideynlərini  itirmiş  və ya valideyn himayəsindən məhrum 

olmuş yetkinlik yaşına çatmayan uşaqların qəyyumluğa (himayəyə) 

götürülməsini,  internat  tipli  dövlət  müəssisələrinə  göndərilməsini 

təşkil etmək, qəyyumların və himayəçilərin öz funksiyalarını yerinə 

yetirməsinə  nəzarət  etmək,  sağlamlıq  imkanları  məhdud  uşaqların 

müvafiq olaraq xüsusi təhsil və sosial müdafiə müəssisələrinə gön-

dərilməsini təmin etmək; 

 



təhsil sahəsində planlaşdırma, proqnozlaşdırma, əlaqələndir-

mə, təminat, təchizat və qiymətləndirməni təmin etmək; 



 

8.9.2. Təhsil prosesinin iştirakçıları 

 

Təhsil prosesinin iştirakçıları aşağıdakılardır: 

-  təhsilalanlar  –  uşaqlar,  şagirdlər,  tələbələr,  kursantlar, 

müdavimlər, magistrantlar, doktorantlar və başqaları; 

-  təhsilverənlər  (pedaqoji  işçilər)  –  müəllimlər,  assistentlər, 

məsləhətçilər, tyutorlar, tərbiyəçilər, müəllim koməkçiləri, tərbiyəçi 

köməkçiləri, çağırışaqədərki hazırlıq rəhbərləri, defektoloqlar, loqo-

pedlər, istehsalat təlimi ustaları, praktik psixoloqlar, sosioloq-peda-

qoqlar, məktəb uşaq birliklərinin  rəhbərləri, metodistlər, təhsil mü-

əssisəsinin dərnək və musiqi rəhbərləri, təhsil müəssisəsinin elmi iş-

çiləri,  bilavasitə  pedaqoji  proseslə  məşğul  olan  mühəndis-texniki  , 

tədris-köməkçi işçilər, dayələr, təlimatçılar, təhsil müəssisəsinin ki-

tabxanaçıları, nəşriyyat-redaksiya işçiləri, təhsili idarəetmə orqanla-



 

303 


rının aparıcı struktur bölmələrinin əməkdaşları, təhsil müəssisələri-

nin və orqanlarının təlim-tərbiyə işi ilə məşğul olan rəhbərləri, təhsil 

müəssisəsində  çalışan  konsertmeystrlər  və  məşqçilər,  sosial  mü-

dafiə,  səhiyyə  və  digər  orqanların  bilavasitə  pedaqoji  fəaliyyətlə 

məşğul olan işçiləri; 

- valideynlər və ya digər qanuni nümayəndələr; 

- təhsili idarəetmə orqanları və bələdiyyələr; 

-  təlim-tərbiyə  prosesində  iştirak  edən  fiziki  və  hüquqi 

şəxslər. 

 

8.9.3. Təhsilalanların hüquq və vəzifələri 

 

Təhsilalanların hüquq və vəzifələri Azərbaycan Respublikası-

nın Konstitusiyasına, “Təhsil haqqında Azərbaycan Respublikasının 

Qanunu”na və digər normativ hüquqi aktlara, Azərbaycan Respub-

likasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrə  uyğun  müəyyən 

edilir. Bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bəra-

bər hüquqlara malikdirlər. 

Təhsilalanların hüquqları aşağıdakılardır: 

 



qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  təhsil  mü-

əssisəsinə qəbul olunmaq; təhsil müəssisəsini, təhsilin istiqamətini, 

ixtisası, təhsilalma formasını və təhsil dilini sərbəst seçmək; 

 



dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq; 

müvafiq qaydada təhsilin təmayülünü, təhsil proqramlarını və sinif-

dənkənar məşğuliyyəti seçmək; 

 



ali  təhsil  müəssisəsinin  tədris  planlarına  uyğun  olaraq 

tədris fənlərini, semestrlər üzrə kreditlərin miqdarını, təhsilverənləri 

və tyütorları sərbəst seçmək; 

 



təhsil  müəssisəsinin mövcud  infrastrukturundan  (tədris-is-

tehsalat, elmi-tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlam-

lıq mərkəzlərindən, kitabxanalardan və s.) istifadə etmək; 

 



müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını 

dəyişmək; 

 

elmi-tədqiqat  fəaliyyəti  ilə  məşğul  olmaq;  fasiləsiz  təhsil 



almaq; sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin 

olunmaq; insan ləyaqətini, şərəfini alçaldan, insan hüquqlarına zidd 

hərəkətlərdən müdafiə olunmaq; 



 

304 


 

müəyyən  edilmiş  qaydada  təhsil  müəssisəsində  təhsilini 



müvəqqəti dayandırmaq; müvafiq icra hakimiyyəti orqanının müəy-

yən  etdiyi  qaydada  biliyinin  yenidən  qiymətləndirilməsini  tələb 

etmək; 



 



dövlət orta-peşə ixtisas təhsili pilləsində və ali təhsilin hər 

bir səviyyəsində qanunvericiliyə uyğun olaraq yalnız bir dəfə pulsuz 

təhsil almaq; 

 



dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində dərslik-

lərlə pulsuz təmin olunmaq; 

 

təhsil  prosesinin  təşkilində  və  idarə  olunmasında  fəal 



iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək; 

 



təhsil  müəssisəsinin  elmi,  ictimai,  sosial  və  mədəni  həya-

tında,  elmi  cəmiyyətlərin,  dərnəklərin,  assosiasiyaların,  birliklərin 

və digər təşkilatların  yaradılmasnda iştirak etmək, eləcə də ölkə və 

beynəlxalq səviyyəli belə təşkilatlara üzv olmaq; 



Təhsilalanların vəzifələri aşağıdakılardır

 



dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdiş-

lərə yiyələnmək; 

 

pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq; 



 

təhsil  müəssisəsinin  nizamnaməsinin  tələblərinə  riayət  et-



mək; 

 



dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk 

etmək; 


 

təhsil  sahəsində  qanunvericiliyin  tələblərinə,  etik  norma-



lara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək. 

 

8.9.4. Təhsilverənlərin hüquq və vəzifələri 

 

Təhsilverənlərin hüquq və vəzifələri Azərbaycan Respublika-

sının Konstitusiyası, “Təhsil haqqında Azərbaycan Respublikasının 

Qanunu” və digər normativ hüquqi aktlar, Azərbaycan Respublika-

sının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələr,  təhsil  müəssisəsinin 

nizamnaməsi  və  daxili  intizam  qaydaları,  eləcə  də  işə  götürənlərlə 

təhsilverənlər arasında bağlanan əmək müqavilələri ilə tənzimlənir. 

Təhsilverənlərin hüquqları bunlardır: 

 



normal  əmək,  elmi-pedaqoji  iş  və  təhsil  şəraiti,  müasir 

standartlara cavab verən texnologiyalarla təmin olunmaq; 




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə