Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə102/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   ...   236

 

305 


 

təhsil  müəssisəsinin  nizamnaməsinə  uyğun  olaraq  təhsil 



prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək

 



tədrisin  formasını,  metodlarını  və  vasitələrini  sərbəst  seç-

mək; 


 

şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək; 



 

təhsil  müəssisəsində  vəzifə  tutmaq  və  müvafiq  hallarda 



seçkili vəzifələrə seçmək və seçilmək; 

 



ixtisasını artırmaq, yeni ixtisas almaq, staj keçmək, ixtisas 

və elmi dərəcəsini yüksəltmək; 

 

müəyyən edilmiş hallarda və qaydada mükafatlandırılmaq 



və təltif olunmaq; 

 



təhsil  müəssisələrində  uzun  müddət  qüsursuz  çalışan  və 

onun elmi-pedaqoji həyatında mühüm xidmətləri olan professorlara 

aylıq əmək haqqı və əlavələr, digər güzəştlər və imtiyazlar saxlanıl-

maqla, akademik və inzibati vəzifədən azad olunmaq şərti ilə məslə-

hətçi-professor vəzifəsini tutmaq; 

Təhsilverənlərin vəzifələri aşağıdakılardır: 

- təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində işti-

rak etmək; 

- təhsil proqramlarının mənimsənilməsini təmin etmək

- təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları 

vətənpərvərlik  və  azərbaycançılıq  ruhunda  tərbiyə  etmək,  müstəqil 

həyata və əmək fəaliyyətinə hazırlamaq; 

- şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublikası-

nın müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlə-

rinə,  Azərbaycan  xalqının  tarixinə,  mədəniyyətinə,  dilinə,  adət  və 

ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə 

hörmət və qayğı hissləri aşılamaq; 

-  pedaqoji  etika  və  əxlaq  normalarına  riayət  etmək,  müəllim 

nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək; 

- təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək

- uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formaların-

dan qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək; 

-  ixtisas  və  elmi-pedaqoji  səviyyəsini  yüksəltmək,  elmi  araş-

dırmalar aparmaq, əlavə məşğələlər, sinifdənkənar və məktəbdənkə-

nar tədbirlər keçirmək




 

306 


-  qanunvericilikdə  müəyyən  olunmuş  qaydada  attestasiyadan 

keçmək; 


- qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə ye-

tirmək. 


 

8.9.5.  Valideynlərin  və  ya  digər  qanuni  nümayəndələrin 

hüquq və vəzifələri 

 

Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahə-

sində hüquqlarına daxildir: 

 



yetkinlik yaşına çatmayan övladları (qəyyumluğunda və ya 

himayəsində olan şəxslər) üçün təlim-tərbiyə müəssisəsini seçmək; 

 

təhsil  prosesinin  təşkili,  tədrisin  keyfiyyəti,  övladlarının 



(qəyyumluğunda və ya himayəsində olan şəxslərin) dərsə davamiy-

yəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq

 

təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisə-



sinin idarə olunmasında iştirak etmək; 

 



təhsil  müəssisəsi  ilə  əməkdaşlıq  etmək,  tədris  prosesinin 

təkmilləşdirilməsi və maddi-texniki bazasının yaradılması üçün tək-

liflər irəli sürmək və könüllü yardımlar etmək; 

 



qanunvericilikdə  nəzərdə  tutulmuş  digər  hüquqları  həyata 

keçirmək. 



Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahə-

sində vəzifələrinə daxildir: 

 



övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxs-

lərin) erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait 

yaratmaq, onların icbari orta təhsil almasının təmin olunması və mə-

nəvi yetkinliyi üçün məsuliyyət daşımaq; 

 

övladlarını (qəyyumluğunda və ya həmayəsində olan şəxslə-



ri)  humanistlik,  vətənpərvərlik,  azərbaycançılıq,  əməksevərlik,  öz 

dilinə, ədəbiyyatına və tarixinə, milli-mənəvi və ümumbəşəri dəyər-

lərə hörmət ruhunda tərbiyə etmək

 



qanunvericilikdə  nəzərdə  tutulmuş  digər  vəzifələri  yerinə 

yetirmək. 



 


 

307 


 

8.9.6. Təhsilalanların və təhsilverənlərin sosial müdafiəsi 

 

Aşağıdakılar “Təhsil haqqında Azərbaycan Respublikasının 

Qanunu” ilə rəsmiləşdirilmişdir.  

 



dövlət ümumtəhsil müəssisələrində təhsilalanlar dərsliklərlə 

müəyyən edilmiş qaydada dövlət hesabına təmin olunurlar; 

 

dövlət  ilk  peşə-ixtisas,  orta  ixtisas  və  ali  təhsil  müəssisələ-



rində təhsilalanların fəaliyyətini stimullaşdırmaq məqsədi ilə onlara 

qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  təqaüdlər,  o  cümlədən 

adlı təqaüdlər verir və yardımlar göstərir

 



təhsilalanlar üçün qanunvericiliyə  uyğun olaraq  digər sosial 

müdafiə tədbirləri də tətbiq edilə bilər. 

 

özəl  təhsil  müəssisələrində  təhsilalanların  sosial  müdafiəsi 



müəssisənin nizamnaməsi ilə tənzimlənir. 

 



dövlət  təhsilverənlərin  sosial  müdafiəsinə  təminat  verir. 

Təhsil  işçilərinin  əmək  haqqı  və  vəzifə  (tarif)  maaşları  işçilərin 

funksional öhdəlikləri, peşə xüsusiyyətləri, ixtisas dərəcəsi və iş sta-

jı nəzərə alınaraq təyin olunur. 

 

dövlət və bələdiyyə təhsil müəssisəsi öz sərəncamında olan 



büdcədənkənar vəsaitlər hesabına işçilərin əmək haqqına əlavələr və 

digər stimullaşdırıcı ödənişlər təyin edə bilər. 

 

dövlət  və  bələdiyyə  təhsil  müəssisələrində  işləyən  elmi-pe-



daqoji  kadrların  vəzifə  maaşlarına  elmi  dərəcələrə  və  elmi  adlara 

görə  əlavələrin  həcmi  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

müəyyən edilir. 

 



sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və ya va-

lideyn  himayəsindən  məhrum,  ciddi  tərbiyə  şəraitinə  ehtiyacı  olan 

uşaqlar  üçün  xüsusi  təhsil  müəssisələrinin  ,  istedadlı  uşaqlar  üçün 

təhsil  müəssisələrinin,  eləcə  də  yüksək  dağlıq  və  sərhədyanı  ərazi-

lərdə,  ucqar  yaşayış  məntəqələrində  çalışan  təhsil  işçilərinin  əmək 

haqlarına  və  vəzifə  maaşlarına  qanunvericiliklə  müəyyən  edilmiş 

qaydada əlavələr olunur. 

 



pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili mü-

əssisələrini  bitirmiş  və  ümumtəhsil  müəssisələrində  işə  başlamış 

gənc mütəxəssislər üçün  əlavə  güzəştlər və stimullaşdırıcı  tədbirlər 



Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə