Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə103/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   236

 

308 


müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

 



təhsilverənlərə  qanunvericilikdə  müəyyən  edilmiş  qaydada 

təhsil və yaradıcılıq məzuniyyətləri verilir. 



 

Suallar və tapşırıqlar 

 

1.

 



“Təhsil” anlayışına tərif verin və fikrinizi əsaslandırın. 

2.

 



Azərbaycan respublikasında təhsilin əsas məqsədi nədir? 

3. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərini səciyyələndirin. 

4.

 

“Təhsil sistemi” dedikdə nə başa düşülür? 



5.

 

Təhsilin məzmununa və təşkilinə hansı tələblər verilir. 



6.

 

Təhsilin və təhsilalmanın hansı formaları vardır? 



7.

 

Təhsil  müəssisələrinin  tipləri  və  növlərinin  xüsusiyyətlərini 



açıqlayın. 

8.

 



Ümumi təhsil və ixtisas təhsili arasındakı fərqləri göstərin. 

9.

 



Ümumi orta təhsilin xüsusiyyətləri hansılardır? 

10.


 

“Təhsil subyektləri” dedikdə kimlər nəzərdə tutulur, onların hü-

quq və vəzifələrini göstərin. 

11.


 

Təhsil sahəsində dövlətin vəzifələri barədə nə bilirsiniz? 



 

Ədəbiyyat 

 

1.

 



Təhsil  haqqında  Azərbaycan  Respublikasının  Qanunu.  Bakı: 

Qanun, 2010. 

2.

 

Mərdanov  M.C.  Azərbaycan  təhsili  yeni  inkişaf  mərhələsində. 



Bakı:Çaşıoğlu, 2009. 

3.

 



Mərdanov M.C. Azərbaycan təhsil tarixi. Bakı: Təhsil, 2011. 

4.

 



Mehrabov  A.O.  Müasir  təhsilin  konseptual  problemləri.  Bakı: 

Mütərcim, 2010. 

5.

 

Abdullayev  B.A.,  Zülfüqarova  Ş.V.  Didaktika.  Bakı:  ADPU-



nun mətbəəsi, 2005, səh.50-65. 

6.

 



Əhmədov  B.A.,  Rzayev  A.Q..  Pedaqogikadan  mühazirə  kons-

pektləri. Bakı: Maarif, 1983, səh. 94-134. 

7.

 

Əhmədov  H.H.  Azərbaycan  təhsilinin  strategiyası.  Bakı:  Elm, 



2010.  

8.

 



Xəlilov  S.S..  Təhsil,  təlim,  tərbiyə.  Bakı:  Azərbaycan  Uni-

versiteti, 2005, səh. 43-51. 

9.

 

İbrahimov F.N.. Ümumi pedaqogikadan mühazirələr. Bakı: Mü-



tərcim, 2010, səh.374-381. 


 

309 


10.

 

Məktəb  pedaqogikası  (Q.İ.Şukinanın  redaktəsi  ilə).  Bakı: 



Maarif, 1982, səh. 245-252. 

11.


 

Əhmədov H.H.Azərbaycan təhsilinin inkişaf strategiyası. Bakı: 

Elm, 2010. 

12.


 

Hüseynzadə R.L. Magistr dissertasiyası. (Metodik vəsait) Bakı: 

Nurlar, 2010. 

13.


 

Paşayev Ə.X., Rüstəmov F.A.. Pedaqogika. Bakı: Nurlan, 2007, 

səh. 122-130. 

14.


 

Pedaqogika  (M.Muradxanovun  redaktəsi  ilə)  Bakı,  Azərtəd-

risnəşr, 1964, səh.6. 

15.


 

Sadıqov F.B.. Pedaqogika. Bakı: Adiloğlu, 2009. səh.94-108. 

16.

 

Введение в педагогику. М.: Просвещение, 1975, стр.22. 



17.

 

Леднев В.С.. Содержание образования. М.: Высшая школа, 



1989, стр.52. 

18.


 

Педагогика. М.: Просвещение, 1956, стр.15. 

19.

 

Куписевич Ч.. Основы обшей дидактики. М.: Высшая шко-



ла, 1986, стр.25-27. 

 

 


 

310 


 

 

 

IX fəsil 

XÜSUSİ TƏHSİL VƏ ƏLAVƏ TƏHSİL 

 

 

Əhatə olunan məsələlər: 

 

9.1.Sağlamlıq imkanları məhdud şəxslərin təhsili  

9.2. Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi  

 (de-institutlaşdırma) və alternativ qayğı Dövlət Proqramı barədə. 

9.3. Əlavə təhsil. 



 

311 


 

 9.1. Sağlamlıq imkanları məhdud şəxslərin təhsili 

(xüsusi təhsil) 

 

1. Xüsusi təhsil haqqında anlayış. 

Xüsusi  şərait  yaradılmadan  təhsil  almasında  çətinliklər  yara-

nan  fiziki  çatışmazlığı,  əqli  və  (və  ya)  psixi  ləngimələri  olan  şəxs 

sağlamlıq  imkanları  məhdud  şəxs,  xüsusi  şərait  yaratmaqla  sağ-

lamlıq  imkanları  məhdud  şəxslərin  məktəbəqədər,  ümumi  və  peşə-

ixtisas təhsili isə xüsusi  təhsil adlanır. Xüsusi  şərait dedikdə, sağ-

lamlıq  imkanları  məhdud  şəxslərin  pedaqoji-psixoloji,  tibbi,  sosial 

və digər xidmətləri alması üçün yaradılmış şərait başa düşülür. Xü-

susi  təhsilin  məqsədi  sağlamlıq  imkanları  məhdud  şəxslərə  zəruri 

bilik,  bacarıq  və  vərdişlər  aşılamaqla  onların  cəmiyyətə  uyğunlaş-

masını, o cümlədən özünəxidmət  vərdişlərinin  yaradılmasını,  əmək 

fəaliyyətinə  və  ailə  həyatına  hazırlanmasını  təmin  etməkdən  iba-

rətdir. 


1.1. Xüsusi təhsil sahəsində dövlətin vəzifələrinə daxildir: 

-  sağlamlıq  imkanları  məhdud  şəxslərin  bacarıq  və  imkanları 

nəzərə alınmaqla dövlət hesabına təhsil almalarına təminat verilməsi; 

-  xüsusi  təhsil  sahəsində  məqsədli  dövlət  proqramlarının  ha-

zırlanması və həyata keçirilməsi

- xüsusi təhsilin dövlət standartlarının müəyyən olunması; 

- xüsusi təhsilin dövlət vəsaiti hesabına maliyyələşdirilməsi

- sağlamlıq imkanları məhdud şəxslərin bacarıq və imkanları-

na uyğun peşələr üzrə hazırlıq almalarına şərait yaradılması; 

- sağlamlıq imkanları məhdud şəxslərin peşə-ixtisas təhsili al-

malarına təminat verilməsi

-  xüsusi  təhsil  sahəsində  kadrların  hazırlanması,  yenidən  ha-

zırlanması və ixtisaslarının artırılmasına təminat verilməsi; 

- xüsusi təhsili həyata keçirən müəssisələrin maddi-texniki ba-

zasının möhkəmləndirilməsi. 

1.2.  Sağlamlıq  imkanları  məhdud  şəxslərin  xüsusi  təhsil 

sahəsində hüquqları aşağıdakılardır: 

 



psixoloji-tibbi-pedaqoji komissiyada və tibbi-sosial komis-

siyada pulsuz müayinə olunmaq; 




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə