Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə111/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   107   108   109   110   111   112   113   114   ...   236

 

333 


nəticəsidir  ki,  bəzi  alimlər  “kompetensiyalı”  sözünün  qarşılığı  olaraq 

“səriştəli”  sözünü  işlətməyi  lazım  bildiyi  halda,  bəziləri  “səlahiyyətli” 

(“kompetensiya”  əvəzinə  “səlahiyyət”)  sözündən  istifadə  edirlər.  İkinci 

mövqeyi  seçənlər  göstərirlər  ki,  inkişaf  etmiş  Avropa  ölkələrinin  təcrü-

bəsində kompetensiyanın (səlahiyyətin) mühüm istiqamətlərindən biri in-

sanın  cəmiyyətin  həyatında  öz  vəzifələrini  başa  düşməsi  və  müvəf-

fəqiyyətlə  yüksək  keyfiyyətdə  həyata  keçirməsidir.  Səlahiyyət  –  müəyyən 

fəaliyyətlərin,  proseslərin  yüksək  səviyyədə  həyata  keçirilməsini  təmin 

etmək  üçün  şəxsiyyətin  bir-birilə  əlaqəli  keyfiyyətlərinin  (biliklər,  baca-

rıqlar,  vərdişlər  və  fəaliyyət  üsulları)  iş  prosesinə  tətbiqi  deməkdir. 

Fikrimizcə, “şəxsiyyətin bir-birilə əlaqəli keyfiyyətlərinin iş prosesinə tət-

biqi” ilə daşınan əməl “səlahiyyət” sözündə yox, “səriştə” sözündə ehti-

va olunur. “Kompetensiyanı” şəxsiyyətin yeniləşmiş tədris-təlim prosesin-

də və praktik fəaliyyətində aktivləşən, formalaşan və inkişaf edərək müəy-

yən  edilmiş  qaydada  düzgün  istifadə  olunan  və  ölçülə  bilən  inteqrativ 

xarakteristikalarının (psixoloji, anadangəlmə şəxsi keyfiyyətlər, müəyyən 

sahədə  bilik,  bacarıq  və  vərdişlər)  məcmusu  kimi  anlayırıqsa,  qəbul 

ediriksə, onu “səriştə” sözü kimi işlətmək daha doğru hesab edilməlidir. 

Bizim subyektiv anlamımız belədir. Kompetensiya sözü dilimizə yad olsa 

da  belə,  bəlkə  də  onun tərcüməsindən irəli  gələn sözlər  əvəzinə  özündən 

istifadə olunması daha məqbul olar, ən azı dolaşıqlığa səbəb olmaz. 

Mətləbdən  yayınmayaq,  yəqin  ki,  söylədiklərimiz  yetərincədir. 

Burada  şərhi  veriləcək  əsas  məsələ  təhsilin  qarşısında  olan  mühüm 

məqsədlərin həyata keçirilməsi ilə bağlıdır. Ona görə də, müəyyən edilmiş 

kompetensiyalar  sisteminin  tətbiqi  nəticəsində  bilikli,  bacarıqlı,  müstəqil 

düşüncəli,  özünüdərketmə  qabiliyyətli  şəxslərin  yetişdirilməsi  ilə  əlaqəli 

məsələlərin  şərhinə  və  onların  reallaşdırılması  yollarına  diqqət  çəkməyi 

lazım  bilirik.  Müəyyənləşdirməliyik:  öyrənənlərdə  hansı  kompetensiyalar 

formalaşdırılmalıdır ki, o müasir cəmiyyətdə öz yerini tutması üçün tələb 

olunan  bacarıqları  əldə  edə  bilsin?  Bu  problemin  həlli  yolunu  özündə 

saxlayan yanaşmanın təbiətində başlıca cəhətlər hansılardır? Arzuolunan 

təbiətli  təhsil  sistemini  idarə  edən,  öyrədən  tərəf  funksiyasını  daşıyan 

mütəxəssis hansı kompetensiyalara yiyələnmiş olmalıdır? Təhsil fəaliyyə-

tinin müxtəlif mərhələlərində əsas kompetensiyalar qrupunun tərkibi necə 

olmalıdır? Ümumitəhsilin kurikulumunun tələblərinə uyğun müxtəlif bilik 

sahələrinin  baza  kompetensiyalarının  formalaşmasına,  analitik,  məntiqi, 

təfəkkür,  dil  və  danışıq  qabiliyyətinə  yiyələnməyə  və  s.  (fənlər  üzrə 

ixtisaslaşmış  kompetensiyalara,  ümumi  kompetensiyalara)  təhsillənmə 

prosesinin ümumtəhsil mərhələsində necə nail olmaq mümkündür? və sair 


 

334 


pedaqoq  alimlərin,  həm  də  praktik  təhsil  işçilərinin  idrakını  narahat  edən 

suallardır. 

 

Ümumtəhsili  başa  vurmuş  şagird  daimi  dəyişən  dünyada  həyati 

bacarıqlara yiyələnməli, əmək bazarında öz yerini tutmağa hazır olmalı, 

öyrənmənin  vacibliyini  daim  başa  düşməli,  zamanın  tələblərinə  uyğun 

müvafiq  bilik,  bacarıq  və  vərdişləri  qazanmağı  bacarmalıdır.  Öyrənən-

lərdə  elə  bacarıqlar  formalaşdırılmalıdır  ki,  birinci  növbədə  insanın 

fəaliyyətində  xüsusi  rol  oynayan  aşağıdakı  kompetensiyaları  əldə  etmək 

mümkün olsun: 

-

 



mürəkkəb yazılı mətnləri başa düşmək üçün savadlılıq; 

-

 



ədədlər və ölçülən kəmiyyətlərlə işləmək, onları saymaq və on-

lar üzərində müxtəlif əməliyyatları yerinə yetirmək üçün ədədi savadlılıq; 

-

 



müxtəlif şəraitdə düzgün həyat mövqeyinin seçilməsi və yaşayış 

tərzinin  formalaşdırılması  üçün  müvafiq  bilik,  bacarıq  və  vərdişlərin 

qazanılması; 

-

 



akademik biliklər sisteminə yiyələnmə; 

-

 



ana dilində ünsiyyətlə bağlı kompetensiyalar; 

-

 



xarici dillərdə ünsiyyətlə bağlı kompetensiyalar; 

-

 



texniki kompetensiyalar; 

-

 



İKT ilə bağlı kompetensiyalar; 

-

 



öyrənməyi  öyrənmək,  ömür  boyu  öyrənməklə  bağlı  kom-

petensiyalar; 

-

 



çoxmədəniyyətli cəmiyyətdə yaşayış, mədəni dəyərlərin dərki ilə 

bağlı kompetensiyalar; 

-

 



təşəbbüskarlıq və sahibkarlıq üzrə kompetensiyalar. 

Sosial-iqtisadi dəyişikliklər peşə, ailə və ictimai həyatda fəal idrakı 

təmin  edən  zəruri  baza  biliklərinin,  bacarıq  və  vərdişlərinin  yeni  toplu-

munu  tələb  edir.  Fasiləsiz  Təhsil  Haqqında  Avropa  Birliyinin  Lissabon 

sammitinin  yekun  sənədləri  (23-24  mart  2000-ci  il)  belə  vərdişlərə  kom-

pyuter  savadlılığı,  xarici  dilləri,  texnologiya  mədəniyyətini,  sahibkarlığı, 

sosial vərdişləri aid edir. 

 

Görkəmli təhsilşünas prof. A.O.Mehrabov xüsusi olaraq vurğulayır 

ki,  müasir  cəmiyyətdə  ahəngdar  fəaliyyət  üçün  insanlar  konseptual 

konpetensiyalara malik olmalıdırlar. Belə kompetensiyalara – prosedura, 

motivasiya  və  fəaliyyətlə  bağlı  məsələləri  daxil  etmək  olar.  Prosedura 

kompetensiyalar  insana  konkret  şəraitdə  öz  bacarıqlarını  tətbiq  etməyə 

imkan  verir.  Mühitlə  səmərəli  qarşılıqlı  ünsiyyətə,  əlaqəyə,  hadisələrə 

münasibətlərin  formalaşması  məsələlərində  motivasiya  ilə  bağlı  kom-

petensiyalar xüsusi rol oynayır. Konkret məsələlərin həlli ilə bağlı praktik 

və psixoloji hazırlığın, tənqidi təfəkkürün, istənilən situasiyada strategiya 


Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə