Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə114/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   110   111   112   113   114   115   116   117   ...   236

 

339 


yüksəldilməsini  və  onun  aktuallığını  əmək  bazarında  daim  artan  tə-

ləblərin, çox böyük sürətlə dəyişən texnoloji yanaşmaların, eyni zamanda 

akademik və əmək mobilliyinin yüksəlməsi ilə də şərtləndiyini qəbul etmək 

lazımdır.  Hazırda  təhsildə  kompetensiyalı  yanaşma  təlim-tərbiyə  prose-

sinin  keyfiyyətinin  yüksəldilməsi  vasitəsi  olub,  dünya  təhsil  sferasında 

təhsil sisteminin modernləşdirilməsinin əsas strateji istiqamətlərindən biri 

kimi  qiymətləndirilir.  Təhsil  prosesini  innovatik  proses  kimi  təcəssüm 

etdirən  səriştəli  yanaşma  inkişaf  etmiş  ölkələrin  əksəriyyəti  tərəfindən 

qəbul edilmiş, təhsil standartlarının ümumi konsepsiyasına uyğun, təhsilin 

məzmununun  layihələndirilməsi  və  onun  keyfiyyətinə  nəzarət  sisteminə 

keçidlə bağlı olan məsələləri sistemli həll etməyə imkan verir. Kompeten-

siyalı  yanaşma  modelinin  müxtəlif  komponentləri  (məntiqi,  funksional, 

məna  (semantik),  texnoloji)  arasındakı  qarşılıqlı  əlaqələrin  xarakterik 

xüsusiyyətlərinin nəzərə alınması onun səmərəliliyini müəyyən edir. 

Kompetensiyalı  (səriştəli)  yanaşmaya  yönəlmiş  təhsil  Amerikada 

keçən əsrin yetmişinci illərindən formalaşmağa başlamışdır. 1984-cü ildə 

C.Ravenin  (London)  "Müasir  cəmiyyətdə  səriştəlilik"  əsərində  birinci 

dəfə  səriştəliliyin  psixoloji  təbiətinə,  ayrı-ayrı  insanlarda  müxtəlif  yaş 

dövrlərində  onun  formalaşma  problemlərinə  münasibət  bildirilmişdir. 

C.Ravenin  modelinə  əsasən  səriştəliliyin  müxtəlif  növləri  fərqli 

situasiyalarda müəyyən səriştəliliyin komponenti kimi və tərsinə çıxış

 

edə 

bilər.  Səriştəliliyin  bu  komponentləri  koqnitiv  (məqsədə  çatmaq  yolunda 

əngəllərin  aradan  qaldırılması),  affektiv  (məqsədə  yönələn  işdən  zövq 

alma)  və  iradi  (inadkarlıq,  qətiyyət,  əzm)  kimi  hissələrə  bölünür.  Polşa 

alimləri  belə  qənaətə  gəlmişlər  ki,  müxtəlif  səviyyələrdə  fəaliyyət  gös-

tərən insanlarda səriştəliliyin inkişafi yaş dövrü ilə əlaqələndirilməlidir. 

Şəxsiyyətin  həyat  boyu  optimal  inkişafı,  onun  aktiv  genişlənməsi  və 

müxtəlif  həyati  bacarıqların  əldə  olunması,  onlarda  zamandan  asılı 

olaraq müxtəlif növ səriştəliliyin formalaşmasına əsaslanır. 

Elmi-pedaqoji mənbələrdən məlum olur ki, müxtəlif ölkələrdə təhsil 

sisteminin  əsas  məqsədi  öyrənənlərdə  müxtəlif  kompetensiyaların  inkişaf 

etdirilməsinə  yönəldilmişdir.  Azərbaycan  təhsil  sistemi  də  bu  baxımdan 

istisnalıq təşkili etmir.  

Sözügedən kompetensiyalara aşağıdakıları aid etmək olar: 

-

 



strateji – gələcəyə dair bacarıqların inkişaf etdirilməsi ilə bağlı; 

-

 



sosial-kommunikativ-əməkdaşhq bacarıqlarının, tənqidin və 

əks-əlaqənin qəbul olunması ilə bağlı; 

-

 



normativ-mədəni-peşəkar münasibətlərin motivasiyası və 

nəticəyə çatmağa hazır olmaqla bağlı; 

-

 



şəxsiyyətin özünüreallaşdırma bacarığı ilə bağlı; 


 

340 


-

 

sosial yönümlü bacarıqlarla bağlı; 

-

 

müəyyən fəaliyyət sferası ilə bağlı; 



-

 

yaradıcılıq yönümlü qabiliyyətlərin inkişafı ilə bağlı. 



Səriştəli  yanaşma  modelinin  əsaslandığı  fundamental  ideyalara 

öyrənənlərlə bağlı aşağıdakı əsas prinsipləri daxil etmək mümkündür: 

 



öyrənənlərin dərketmə, qavrama maraqlarına istiqamətlənmə

Səriştəli  yanaşma  modelinin  əsasında  yaradıcılıqla  bağlı  proses  durdu-

ğundan və yaradıcılığı xarici tezislərlə birbaşa bağlamaq mümkün olma-

dığından, o yalnız daxili tələbat, yəni səmərəli dərketmə əsasında forma-

laşa bilər; 

 



sərbəst seçim və şəxsi təlimə məsuliyyət. Yalnız bu halda təhsil 

şəxsiyyətin şəxsi məqsədlərinə adekvat ola bilər; 

 



biliklərin  onun  verilmə  metodları  ilə  birgə  mənimsənilməsi. 

Müəyyən informasiyanın qəbul olunması ilə yanaşı, yeni biliklərin alınma 

qaydalarını (yollarını, metodlarını) da mənimsəmək əhəmiyyətlidir; 

 



informasiyaların sərbəst axtarılması ümumi bacarıqların for-

malaşmasının əsasını təşkil edir. Müasir təhsilin əsas məsələsi, yəni bilik-

lər sisteminin səmərəli mənimsənilməsinin inkişafı üçün tələb olunan bilik 

və bacarıqların onların özü tərəfindən sərbəst əldə olunması istiqamətində 

yönəldilmişdir.  Yalnız  bunun  əsasında  qazanılmış  biliklər,  öyrənənin 

dünyanı yaradıcılıqla dərk etməsi üçün onun əsas alətinə çevrilə bilir. Bu 

halda  öyrənən  sadəcə  olaraq  mühüm  informasiyadan  istifadə  etmir,  özü 

yeni  bilik  və  məlumat  sistemini  yaradır,  səmərəli  və  reproduktiv  təlim 

metodlarını əlaqələndirir. 

Araşdırmalar  göstərir  ki,  kompetensiyalı  yanaşmada  öyrənənlərin 

yaradıcılıq  qabiliyyətinin inkişafı  üçün  onlar  tədqiq olunan  prosesə  dair 

xüsusi  bilik,  bacarıq  və  vərdişlərə  yiyələnməlidirlər.  Bunları  aşağıdakı 

kimi qruplaşdırmaq lazımdır: 

-

 



problemin dərk olunması; 

-

 



sualları qoyma bacarığı; 

-

 



hipotezanın irəli sürülməsi ilə bağlı bacarıqlar; 

-

 



təsnifatlaşdırma (siniflərə, şöbələrə, dərəcələrə ayırma sistemi) 

bacarığı; 

-

 



təcrübələrin aparılması; 

-

 



nəticəçıxarma və yekunlaşdırma bacarığı; 

-

 



öyrənilən materialın strukturlaşdırılmasına dair bacarıqlar; 

-

 



öz fikrini, ideyasını izah, isbat və müdafiə etmək bacarığı. 

Təhsilşünaslar səriştəliliyin müxtəlif növlərini aşağıdakı kimi qrup-

laşdırmağın məqsədəmüvafiq olduğunu müəyyənləşdirmişlər: 


Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə