Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə110/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   106   107   108   109   110   111   112   113   ...   236

 

330 


müəyyənləşdirilməsi,  onlarda  yeni  bilik  və  bacarıqlar  əldə  etməyə 

motivasiyanın oyadılması da əhəmiyyətli məsələlərdəndir. 

İnkişaf  etmiş  ölkələrin  təcrübəsi  göstərir  ki,  yaşlıların  təhsili 

ilə məşğul olan mərkəzlər öz fəaliyyətlərində yerləşdiyi ərazinin xü-

susiyyətlərini, adət və ənənələrini, dinləyicilərin maraqlarını nəzərə 

almağa çalışırlar. 

Təlim  zamanı  dinləyicilərə  yalnız  yeni  peşə  almaq  imkanları 

deyil,  həmçinin  mövcud  peşələrin  spesifik  xüsusiyyətləri  və  pers-

pektivləri haqqında müfəssəl məlumat verilir. Belə ki, bəzən ənənə-

vi  təhsil  mühitində  dinləyiciyə  seçilən  peşənin  gələcək  perspektivi 

haqqında  geniş  məlumat  verilmir  və  bu  da  dinləyicidə  gələcəyə 

ümidsiz baxışlar formalaşdırır. Ancaq yaşlıların təlimi zamanı təhsi-

lalanlara  ümumi  biliklərlə  yanaşı,  sahibkarlıq  fəaliyyəti,  müstəqil 

işin qurulması barədə bacarıqların aşılanması da nəzərdə tutulur. 



Yaşlıların  təhsili  kontingentinə,  əsasən,  aşağıdakı  sosial 

demoqrafik qruplar aid edilir: 

-  əmək  funksiyalarının  məzmununda baş  vermiş dəyişikliklər 

və yeniliklərlə əlaqədar ixtisasartırma və  yenidənhazırlanmaya cəlb 

edilən peşəkar əmək sahəsi işçiləri; 

-  məşğuliyyət  sahəsini  və  ya  peşəsini  dəyişmək  fikrində  olan 

şəxslər; 

- uzunmüddətli fasilədən sonra peşəkar əmək fəaliyyətinə qa-

yıdanlar; 

- peşəsi olmayanlar; 

-  yeni peşəyə  yiyələnməyə  və  ya ixtisasını artırmağa ehtiyacı 

olan işsizlər; 

- hərbi xidmətdən tərxis olunanlar; 

- məcburi köçkünlər və qaçqınlar, o cümlədən miqrantlar; 

-  şəxsi  keyfiyyətlərini  inkişaf  etdirmək  və  ya  bilik  dairəsini 

genişləndirmək arzusunda olan şəxslər və s. 

Respublikamızda  iqtisadiyyatın  sürətli  inkişafı,  yoxsulluğun 

azaldılması  və  aparılan davamlı  təhsil  islahatları  yaşlıların  təhsilini 

prioritet  səviyyəyə  qaldırmış,  insan  resurslarının  inkişaf  aləti  olan 

yaşlıların təhsilini dövlət siyasətində strateji istiqamətə çevirmişdir. 

Ölkənin  sosial-iqtisadi  inkişafına  uyğun  olaraq  bir  sıra  sahələr 

müəyyən  dövrdən  sonra  öz  prioritetliyini  digər  sahələrə  verməyə 

məcbur olur. Belə şəraitdə həmin sahələrdə çalışan çoxsaylı işçilərin 

yeni  peşə  və  ixtisaslar  üzrə  təhsil  almasına  ehtiyac  yaranır.  Ölkə-



 

331 


mizdə  yaşlıların  təhsilini  aktuallaşdıran  məsələlərdən  biri  də  infor-

masiya-kommunikasiya texnologiyalarının tətbiqi sahələrinin geniş-

ləndirilməsidir.  Bu  isə  İKT-nin  yeni  tətbiq  olunduğu  müəssisə  və 

təşkilatların  əməkdaşlarının,  ümumilikdə,  əhalinin  bu  sahədə  baca-

rıqlarının artırılması məqsədilə təlimlərin keçirilməsini zəruri etmişdir. 

Hər bir dövlət yaşlıların təhsilini öz təhsil sisteminin xüsusiy-

yətlərinə uyğun olaraq formalaşdırır. Bu zaman cəmiyyətin və əmək 

bazarının tələbləri nəzərə alınaraq müvafiq proqram və tədris mate-

rialları hazırlanır. 

Həmin sənədlər elə hazırlanır ki, yaşından, dini və milli mən-

subiyyətindən,  dünyagörüşündən,  ilk  təhsilindən və  sosial  vəziyyə-

tindən, həmçinin cinsindən asılı olmayaraq bütün yaş qrupları əhatə 

edilsin.  Eyni  zamanda  yaşlıların  təhsilinin  təşkili  zamanı  bir  sıra 

amillər də nəzərə alınmalıdır. Bunlara aşağıdakıları aid etmək olar: 

 

yaşlıların  təhsili  baza  təhsilini  əvəz  etmək  məqsədini  daşı-



mamalı, əksinə, onun əsasında həyata keçirilməlidir; 

 



yaşlıların  təhsili,  əsasən,  kişilərə  aid  olan  istehsalat  sahələ-

rində işləmək üçün qadınlara müvafiq kvalifikasiyalar verməlidir; 

 

yaşlıların  təhsili  heç  bir  peşə  və  təhsili  olmayan  gənclərin 



müvafiq peşə almalarına şərait yaratmalıdır; 

 



yaşlıların  təhsilinə  mane  ola  biləcək  bütün  amillər,  o  cüm-

lədən qanunvericilik sahəsində boşluqlar aradan qaldırılmalıdır; 

 

iş  ilə  təhsil  arasında  vaxt  bölgüsü  düzgün  müəyyənləşdiril-



məli,  yaşlıların  təhsili  üçün elmi  cəhətdən  əsaslandırılmış  çevik  tə-

lim metodları və texnologiyaları işlənməlidir; 

 

yaşlıların təhsili zamanı fərdi fəaliyyət təcrübəsi nəzərə alın-



malı və ondan istifadə olunmalıdır; 

 



bir  təhsil  pilləsi  və  səviyyəsindən  digərinə  keçid  asanlaşdı-

rılmalıdır; 

 

təhsil  sistemi  onu  əhatə  edən  sosial-mədəni  və  iqtisadi  mü-



hitə uyğunlaşdırılmalıdır; 

 



təhsilə  çəkilən  xərclərin  sosial  həyata,  mədəniyyətə  və  iqti-

sadiyyata çəkilən xərclərdən daha çox effekt verməsi nəzərə alınma-

lıdır; 



 



inkişaf proqramlarında yaşlıların təhsili ilə əlaqədar tədbirlər 

nəzərdə  tutulmalı,  yaşlıların  təhsili  milli-regional  sosial-iqtisadi  in-

kişaf  və  təhsil  proqramlarında  nəzərdə  tutulmuş  məqsədlərə  müva-

fiq olaraq istiqamətləndirilməli və koordinasiya edilməlidir; 




 

332 


 

yaşlıların təhsili ilə məşğul olan dövlət və qeyri dövlət təhsil 



müəssisələrinə,  təşkilatlara,  cəmiyyətlərə  müəyyən  güzəştlər  tətbiq 

edilməlidir. 

Yaşlıların  təhsilinin  təşkilində  əhəmiyyətli  məsələlərdən  biri 

də  məzmunun  müəyyənləşdirilməsidir.  Belə  ki,  yaşlıların  təhsili 

prosesində məzmun  konkret  vəziyyətə, şəraitə  uyğun olaraq müəy-

yənləşdirilməli,  cəmiyyətin  və  şəxsin  (fərdin)  inkişafına  xidmət 

etməli,  tutduğu  vəzifəsindən  və  fəaliyyət  dairəsindən  asılı  olmaya-

raq hər bir insanın ömür boyu təhsilinin (biliyinin) artırılmasına yö-

nəlməli,  əmək  fəaliyyətinə  təsir  etməli,  yaşlı  insanları  aktivləşdir-

məli, onları daha vacib və çevik qərarlar qəbul etməyə stimullaşdır-

malıdır. Yaşlıların təhsili iqtisadi inkişafla əlaqələndirilməli, inkişaf 

proseslərini sürətləndirməlidir. 

Fərdin  hər  hansı  təhsil  pilləsində,  həmçinin  fərdi  və  praktik 

yolla  təhsil  almasından  asılı  olmayaraq,  onun  bilikləri  daim  artırıl-

malı, texniki və peşəkar kvalifikasiya səviyyəsi  yüksəldilməli, yeni 

bacarıqlar formalaşdırılmalıdır ki, o, müstəqil fəaliyyətini təmin edə 

bilsin.  Bu  baxımdan  yaşlıların  təhsili  yalnız  təhsil  prosesi  ilə  məh-

dudlaşdırılmamalı, ömür boyu həyata keçirilməli, əldə edilmiş yeni 

bilik və vərdişlər daim inkişaf etdirilməklə şəxsiyyətin hərtərəfli in-

kişafına  və  fəaliyyətinə  imkan  yaradılmalıdır.  Odur  ki,  yaşlıların 



təhsilinə fasiləsiz təhsil sisteminin mühüm tərkib hissəsi, gənclə-

rin və bütün yaşlı insanların iştirak etdiyi təhsil prosesi kimi baxıl-

malıdır. 

Yaşlıların  təhsili  dövlət  və  qeyri-dövlət,  formal  və  qeyri-for-

mal, informal təhsil sahələrini əhatə etməklə ciddi diqqət tələb edir. 

Bu istiqamətdə bütün qurumların, qeyri-hökumət təşkilatlarının səy-

lərinin birləşdirilməsi zəruri məsələlərdəndir. 

 

*** 



 

Pedaqoji  ədəbiyyatda  “kompetensıya”,  “səriştə”  və  “səlahiyyət” 

sözlərinin işlədilməsində müəyyən yanlışlığa yol verilməsi ilə rastlaşırıq. 

“Competence” sözü “to compete” felindən əmələ gəlmiş, "yarışmaq" mə-

nasını verir, daha dəqiq desək, “yarışmaq bacarığı” kimi tərcümə olunur. 

Həmçinin  rus  dilində  “kompetentnıy”  sifəti  Azərbaycan  dilinə  1)  “bi-

likli”, “səriştəli”, 2) “səlahiyyətli” sözləri kimi tərcümə olunur. Tərcümə 

nəticəsində  müəyyən  olunan  sözlərin  məna  yüklərinin  müxtəlifliyinin 


Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə