Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə109/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   ...   236

 

327 


bu  təhsilin  strukturunun  müasir  tələbləri  ödəməməsi  ilə  bağlıdır. 

Belə  ki,  ixtisasartırma  təhsili  müəssisələri  tərəfindən  təklif  edilən 

proqramlar bu təhsilə cəlb olunan müəllimlərin ehtiyaclarına uyğun 

hazırlanmır,  ümumiyyətlə,  bu  ehtiyacların  dəqiq  müəyyənləşdiril-

məsi sahəsində etibarlı mexanizmlər işlənməmişdir. 

İxtisasartırma təhsili sahəsində beynəlxalq təcrübə ilə tanışlıq 

göstərir ki, dünyada bu sahədə fərqli mexanizmlər tətbiq olunur, ix-

tisasartırma  təhsili  modul-kredit  sisteminə  əsaslanaraq  üç 

moduldan  ibarət  təşkil  olunur.  Hər  modul  üzrə  kreditin  həcmi 

müəyyənləşdirilir. 



Birinci  modul ümumpedaqoji, psixoloji, sosioloji məsələləri, 

ikinci  modul  tədris  metodikası  və  təlim  strategiyalarını,  üçüncü 

modul  isə sərbəst modul adlanır və seçmə kursları, yəni müəllimin 

arzusuna uyğun təşkil ediləcək kursları  əhatə  edir. Xüsusi  vurğula-

maq  lazımdır  ki,  ixtisasartırma  tədbirlərinə  başlamazdan  əvvəl  hər 

bir  müəllimin  bacarıqlarının  ilkin  diaqnostikası  aparılır  (giriş  qiy-

mətləndirilməsi), treninq proqramları da qiymətləndirmənin  nəticə-

lərinə  uyğunlaşdırılır.  Sonda  isə  yekun  monitorinq  aparılır  (çıxış 

qiymətləndirilməsi). Modullar üzrə  zəruri  kreditləri toplayan müəl-

limlər  sertifikat  alır,  bu  sertifikatlarda  kursun  adı,  müəllimin  əldə 

etdiyi  bacarıqların səviyyəsi,  saatların miqdarı, toplanan kreditlərin 

sayı qeyd edilir. Bu sənəd müəllimin karyerasının inkişafı və əməyi-

nin  stimullaşdırılmasında  mühüm  rol  oynayır  ki,  bu  da  ixtisasar-

tırma təhsilinin statusunu yüksəldir və ona marağı artırır. Burada bir 

əhəmiyyətli  cəhət  də  ondan  ibarətdir  ki,  təhsil  müəssisələri  və 

ictimaiyyət  müəllimlərə  verilən  sertifikatlara  inanır  və  onu  qəbul 

edirlər. Çünki bu sənədi almamışdan əvvəl kursun, treninqin moni-

torinqi  aparılır,  həm  “öyrədənlərin”,  həm  də  “öyrənənlərin”  fəaliy-

yəti dəqiq qiymətləndirilir. Eyni zamanda bu monitorinq və qiymət-

ləndirmə mexanizmi işin daha da təkmilləşdirilməsi üçün təkliflərin 

hazırlanmasına imkan verir. 

Beynəlxalq təcrübədə ixtisasartırma təhsilinin maliyyələşdiril-

məsi  də  bizim  ölkəmizdə  olduğundan  tam  fərqlidir.  Azərbaycanda 

ixtisasartırma  təhsili  üçün  vəsait  əsasən  bu  təhsili  həyata  keçirən 

müəssisələrə verilir. Yəni həmin müəssisənin təqdim etdiyi xidmə-

tin  səviyyəsindən  asılı  olmayaraq,  büdcə  vəsaiti  ixtisasartırma  təh-

sili  müəssisəsinə  yönəldilir.  Dünya  təcrübəsində  isə  belə  təhsil 

müəssisələri  vəsaiti  özləri  qazanırlar,  yəni  öz  proqramlarını  elan 




 

328 


edirlər,  bu  proqramlar  akreditasiyasından  keçirilib  müsbət  rəy 

aldıqdan sonra müəllimlərin seçimi əsasında kurslar təşkil edilir və 

ixtisasartırma  üçün  nəzərdə  tutulmuş  vəsait  həmin  müəssisəyə 

yönəldilir.  Əgər  müəssisənin  təşkil  etdiyi  proqramlar  müəllimlər 

tərəfindən seçilməzsə, onda həmin müəssisə vəsait əldə edə bilmir. 

Bir  fərq  də  ondan  ibarətdir  ki,  ölkəmizdə  ixtisasartırma  təhsili  yal-

nız dövlət təhsil müəssisələrində həyata keçirilir, beynəlxalq təcrü-

bədə isə dövlət müəssisələri ilə yanaşı, bu fəaliyyətlə daha çox özəl 

qurumlar,  QHT-lər  məşğul  olurlar  ki,  bu  da  rəqabət  mühitinin 

formalaşdırılmasına gətirib çıxarır. 

Bu  sahədə  ən  ciddi  problemlərdən  biri  də  “öyrədənlərin”  ha-

zırlıq səviyyəsinin müasir tələbləri ödəməməsi ilə bağlıdır. Vacibdir 

ki,  daha  çox  sayda  və  səriştəli  “trener”lər  hazırlansın.  Son  illərdə 

Azərbaycan Müəllimlər İnstitutu tərəfindən əlavə təhsilin təkmilləş-

dirilməsi  istiqamətində  xeyli  müsbət  addımlar  atılıb,  bir  sıra 

məzmun  dəyişiklikləri  edilib,  proqramlar  yeniləşdirilib,  təlimlərin 

keçirilməsi üçün lazımi infrastruktur formalaşdırılıb, innovasiya və 

İKT-dən geniş istifadə olunur. 

Qloballaşan dünyada bilik və məlumatlar sürətlə dəyişildiyin-

dən  bir  dəfə  alınmış  təhsil  insanın  ömür  boyu  inkişafını  təmin  edə 

bilmir. Hətta ən mükəmməl təhsil sistemində əldə edilmiş biliklərin 

əksər hissəsi təhsil prosesi başa çatdıqdan bir müddət sonra öz aktu-

allığını itirir. Cəmiyyətin iqtisadi, sosial, mədəni və siyasi həyatında 

fəal  iştirak  etmək  üçün  hər  bir  şəxsin  peşə  bilik  və  bacarıqlarının, 

şəxsi keyfiyyətlərinin kəmiyyət və keyfiyyət baxımından daim yeni-

ləşdirilməsi,  zənginləşdirilməsi  və  zamanın  tələblərinə  uyğunlaşdı-

rılması zəruri tələbata çevrilir. 

Müxtəlif  ölkələrin  təcrübəsi  göstərir  ki,  cəmiyyət  inkişaf  et-

dikcə təhsilə tələbat da artır və belə şəraitdə yaşlıların təhsili bir tə-

rəfdən məqsədə, digər tərəfdən fəaliyyət obyektinə çevrilir. Cəmiy-

yətin inkişafı təhsil sistemi qarşısında yeni prioritetlər müəyyənləş-

dirir  və  hazırda  dünyada  həmin  prioritetlərdən  biri  məhz  yaşlıların 

təhsilidir.  Digər  tərəfdən,  XIX  əsr  aqrar  cəmiyyəti,  XX  əsr  sənaye 

cəmiyyəti  kimi  xarakterizə  olunurdusa,  XXI  əsr  bilik,  informasiya 

cəmiyyətinə  çevrilmişdir.  Bu  səbəbdən  Avropa  Birliyi  yaşlıların 

təhsilini “XXI əsrin qapılarını açan açarlardan biri” adlandırmışdır. 

Dünya  təcrübəsi  göstərir  ki,  yaşlıların  təhsili  əlavə  təhsilin 

tərkib hissəsi olmaqla vətəndaşların cəmiyyətdə və iqtisadiyyat-



 

329 


da  daim  baş  verən  dəyişikliklərə  uyğunlaşmasını  təmin  etmək 

məqsədilə  çevik  tədris  proqramları  əsasında  həyata  keçirilən 

təhsil prosesidir. 

Avropa Birliyi tərəfindən vətəndaşlar üçün peşə bilik və baca-

rıqları ilə yanaşı, digər “Əsas kompetensiyaların” müəyyən edilməsi 

Avropada  yaşlıların  təhsilinə  olan  ciddi  yanaşmanın  göstəricisidir. 

Müəyyən edilmiş həmin kompetensiyalardan bəzilərini təqdim edirik: 

 



ana dilində ünsiyyətlə bağlı kompetensiyalar; 

 



xarici dillərdə ünsiyyətlə bağlı kompetensiyalar; 

 



riyazi və texniki kompetensiyalar

 



İKT ilə bağlı kompetensiyalar; 

 



öyrənməyi öyrənmək, ömür boyu öyrənməklə bağlı kompe-

tensiyalar; 

 

siyasi və sosial (ictimai) kompetensiyalar; 



 

təşəbbüskarlıq və sahibkarlıq səriştəsi; 



 

çoxmədəniyyətli cəmiyyətdə yaşayış, mədəni dəyərlərin dər-



ki ilə bağlı kompetensiyalar. 

Etiraf olunmalıdır ki, cəmiyyətimizdə yaşlıların təhsili barədə 

kifayət qədər məlumat  yoxdur. Belə ki, bəzən  yaşlıların  təhsili  ilə 

ahılların  təhsili  anlayışları  eyniləşdirilir.  Halbuki,  yaşlıların 

təhsili  ahılların  təhsilini  də  özündə  ehtiva  etməklə  daha  geniş 

əhatə dairəsinə malikdir. Yaşlıların təhsili dedikdə, şərti olaraq 18 

yaşdan  yuxarı,  müstəqil  fəaliyyət  təcrübəsi  və  bir  çox  hallarda 

peşəsi  olan,  bəzi  hallarda  isə  heç  bir  peşəsi  olmayan  insanların 

təhsilə cəlbi nəzərdə tutulur. Yaşlıların təhsili ilə ənənəvi təhsil ara-

sında fərq vardır. Əgər ənənəvi təhsil sisteminin vəzifəsi cəmiyyət 

üçün  lazımi  kadr  hazırlamaqdırsa,  yaşlıların  təhsilinin  vəzifəsi 

artıq  ənənəvi  təhsil  sistemini  keçmiş  insanların  cəmiyyətdə  və 

iqtisadiyyatda daim baş verən dəyişikliklərə uyğunlaşdırılması-

nı  təmin  etməkdir. Qeyd olunduğu kimi,  yaşlıların  təhsili  kontin-

gentinə daxil olan insanlar artıq müəyyən bilik və bacarıqlara malik 

olduqlarından,  onların  ənənəvi  metodlarla  təlimi  səmərəli  nəticə 

verə  bilməz.  Bu  səbəbdən  yaşlıların  təhsili  sistemində  yeni  prinsip 

və  metodların  tətbiqi  xüsusi  aktuallıq  kəsb  edir.  Eyni  zamanda  bu 

təhsil formasının təşkili zamanı təhsilalanların tələbatları və onların 

əvvəllər qazandıqları bilik və bacarıqlar maksimum dərəcədə nəzərə 

alınmalıdır. Təlim prosesi zamanı dinləyicilərin ehtiyaclarının dəqiq 




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə