Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə106/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   ...   236

 

318 


əsas  istiqamətlərinin  müəyyənləşdirilməsi,  uşaqların  ailələrə  veril-

məsi,  onların  hüquqlarının  qorunması  və  sosial  müdafiəsinin  işlək 

mexanizmlərinin tətbiq edilməsi; 

- uşaq evləri və internat tipli dövlət uşaq müəssisələrinin tədri-

cən uşaqlara ailə əsaslı sosial xidmətlər sistemi ilə əvəz olunması; 

- uşaqlara ailə əsaslı sosial xidmətlərin maliyyələşdirilməsi və 

stimullaşdırıcı  amillərdən  geniş  istifadə  etmək  məqsədilə  uşaqlar 

yerləşdirilən ailələrə maliyyə yardımlarının göstərilməsi; 

-  dövlət  uşaq  müəssisələrinin  kadr  potensialı  geniş  istifadə 

olunmaqla uşaqlara ailə əsaslı sosial xidmətləri həyata keçirən sosi-

al işçilərin hazırlanması; 

- uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin ən sonuncu 

imkan olması baxımından uşaqların belə müəssisələrə daxil olması-

na ciddi nəzarət mexanizminin hazırlanması, dövlət himayəsinə qə-

bul olunma meyarlarının dəqiqləşdirilməsi və onlara riayət olunma-

sına nəzarətin gücləndirilməsi; 

-  dövlət  uşaq  müəssisələrində  olan  uşaqların  sayının  artması-

nın qarşısını almaq məqsədilə risk qrupundan olan (uşaqların ailələ-

rindən  belə  müəssisələrə  verilməsi  baxımından)  uşaqlar  və  ailələr 

arasında sistemli preventiv tədbirlərin görülməsi; 

-  ailələrə  verilmiş  uşaqların  təhsilə  cəlb  olunması,  onlara  sə-

hiyyə və reabitasiya xidmətlərinin göstərilməsinin təmin olunması; 

-  dövlət  ilə  qeyri-hökumət  və  beynəlxalq  təşkilatlar  arasında 

de-institutlaşdırma məsələlərinin həlli sahəsində səmərəli əməkdaş-

lığın təmin olunması. 

Qeyd  edilən  vəzifələrin  yerinə  yetirilməsi  üçün  proqramda 

aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur: 

I. Normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə əlaqədar: 

1) De-institutlaşdırmanın müvafiq beynəlxalq tələblərə uyğun 

səmərəli və intensiv həyata keçirilməsi üçün mövcud qanunvericilik 

bazasının stimullaşdırıcı amillər nəzərə alınmaqla təkmilləşdirilməsi 

məqsədi ilə təkliflərin hazırlanması; 

2)  De-  institutlaşdırma  ilə  bağlı  tədbirlərin  yoxsulluğun  azal-

dılması və davamlı inkişafla bağlı tədbirlə əlaqələndirilməsi; 

3) Uşaq evlərində olan uşaqların ailələrə verilməsi, hüquqları-

nın qorunması və sosial müdafiəsi mexanizmlərinin hazırlanması və 



 

319 


qəbul edilməsi; 

4)  Dövlət  uşaq  müəssisələrində  uşaqların  sayının  artmasının 

qarşısını almaq məqsədilə uşaqların dövlət himayəsinə qəbul edilmə 

meyarlarının dəqiqləşdirilməsi, uşaqların belə müəssisələrə daxil ol-

masına  ciddi  nəzarət  mexanizminin  hazırlanması,  bu  məqsədlə 

mövcud  normativ-hüquqi  aktlara  müvafiq  əlavə  və  dəyişikliklərlə 

bağlı təkliflərin verilməsi; 

5) Uşaqlar verilən ailələrin stimullaşdırılması, onlara maliyyə 

dəstəyinin verilməsi, ailədə belə uşaqlara ayrılmış müavinətin xərc-

lənməsinin monitorinqi mexanizmlərinin hazırlanması; 

6)  Sosial  işçilərin  statusunun  müəyyənləşdirilməsi,  onların 

maddi təminatı ilə bağlı təkliflərin hazırlanması; 

7) Uşaqlar üçün ailə əsaslı sosial xidmətlər mərkəzlərinin fəa-

liyyətini tənzimləyən müvafiq normativ hüquqi aktların hazırlanma-

sı və təsdiqi; 

8) De-institutlaşdırmanın həyata keçirilməsi ilə bağlı müvafiq 

normativ-hüquqi aktların, metodiki vasitələrin, təlimatların və s. ha-

zırlanması; 



II. Təşkilati tədbirlərlə əlaqədar: 

9)  Dövlət  uşaq  müəssisələrinə  uşaqların  düşməsi  hallarının 

qarşısının alınması  üçün risk qruplarından olan uşaqlar arasında və 

onların ailələri ilə sistemli preventiv tədbirlərin görülməsi; 

10) Uşaq evləri və internat tipli təlim-tərbiyə müəssisələri ba-

zasında uşaqlar üçün ailə əsaslı sosial xidmət mərkəzlərinin və alter-

nativ  xidmətlər  sisteminin  (qəyyumluq,  himayədarlıq,  tərbiyə  edil-

mək üçün himayədar ailəyə verilməsi və s.) yaradılması; 

11) Təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə sosial işçi-

lərin, o cümlədən dövlət uşaq müəssisələri işçilərinin peşə  yönümü 

dəyişməklə uşaqlara ailə əsaslı xidmətləri həyata keçirən sosial işçi-

lərin hazırlanması, onlarla müvafiq treninqlərin keçirilməsi; 

12) Dövlət himayəsində olan uşaqlar saxlanılan dövlət təlim-

tərbiyə müəssisələrinin şəbəkəsinə yenidən baxılması , onların sayı-

nın azaldılması üçün müvafiq tədbirlərin görülməsi; 

13)  Ümumtəhsil  internat  məktəblərinin  (ümumi  tipli  internat 

evlərinin) bazasında ümumi təyinatlı ümumtəhsil məktəblərinin , li-

sey və gimnaziyaların yaradılması məqsədi ilə tədbirlərin görülməsi; 




 

320 


14) Sağlamlıq imkanları məhdud uşaqlar üçün internat tipli tə-

lim-tərbiyə müəssisələrinin bir hissəsinin reabilitasiya mərkəzlərinə 

çevrilməsi; 

15)  Ailələrə  verilmiş  sağlamlıq  imkanları  məhdud  uşaqların 

müəyyən  hissəsinin  ümumtəhsil  məktəblərinə  inteqrasiyası  və  bu 

məktəblərdə  onların  sağlam  uşaqlarla  birgə  təhsilinin  təşkili  üçün 

tədbirlərin davam etdirilməsi; 

16)  De-institutlaşdırmanın  həlli  sahəsində  qeyri-hökumət  və 

beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın təmin olunması üçün 

tədbirlərin görülməsi; 

17)  Ailələrə  verilmiş  sağlamlıq  imkanları  məhdud  uşaqların 

təhsilə cəlb olunması, onların səhiyyə və reabilitasiya xidmətləri ilə 

təmin edilməsi; 

18) Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının mü-

dafiəsi üzrə komissiyaların de-institusionalizasiyanın həyata keçiril-

məsində bilavasitə iştirakının təmin edilməsi və bu istiqamətdə fəa-

liyyətinin genişləndirilməsi; 

19) Proqramın həyata keçirilməsinin təmin edilməsi üçün Ko-

ordinasiya qrupunun yaradılması. 

III. Təbliğat və maarifləndirmə ilə əlaqədar: 

20) Kütləvi informasiya vasitələri və digər yollarla de-institut-

laşdırma ilə bağlı əhalinin məlumatlandırılması və bu barədə təbli-

ğatın aparılması. 



IV. Monitorinqin aparılması üzrə tədbirlər: 

21) Dövlət uşaq müəssisələrində tərbiyə olunan uşaqların və-

ziyyətinin araşdırılması və monitorinqinin aparılması; 

22)  Sağlamlıq  imkanları  məhdud  uşaqlar  haqqında  məlumat 

bazasının yaradılması və bu kateqoriyadan ailələrə verilmiş uşaqla-

rın vəziyyətinin monitorinqinin aparılması; 

23) Ailələrə  verilmiş  uşaqlara nəzarətin təşkili  və onların  və-

ziyyətinin dövrü monitorinqinin aparılması. 

Proqramın  reallaşdırılması  nəticəsində  dövlət  himayəsində 

olan uşaqların ailə mühitində inkişafı hüquqlarının qorunması və so-

sial  müdafiəsi,  dövlət  uşaq  müəssisələrində  olan  uşaqların  və  belə 

müəssisələrin sayının azalması, uşaq evləri və internat tipli müəssi-

sələrin  uşaqlar  üçün  ailə  əsaslı  sosial  xidmətlər  sistemi  ilə  əvəz 



Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə