Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə104/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   236

 

312 


 

psixoloji-tibbi-pedaqoji komissiyanın  rəyinə  uyğun  olaraq 



fiziki çatışmazlığı (insanın fiziki inkişafında və (və ya) bədən üzvü-

nün  (üzvlərinin)  fəaliyyətində  çatışmazlıqlar,  xroniki  somatik  və 

yolxucu  xəstəliklər  nəticəsində  yaranmış  müvəqqəti,  yaxud  daimi 

çatışmazlıq), əqli və (vəya) psixi ləngimələri (əqli çatışmazlıq mər-

kəzi sinir sisteminin zədələnməsi nəticəsində təfəkkürdə və yaddaş-

da  olan  çatışmazlıqdır;  psixi  ləngimə  psixi  inkişafın  ləngiməsi,  o 

cümlədən nitq qüsurları, emosional-iradi mühitin pozuntuları və au-

tizm  başa  düşülür)  olanların  pulsuz  psixoloji-  tibbi-  pedaqoji  kor-

reksiyası; 

 



psixoloji-tibbi-pedaqoji  komissiyanın  qərarına  əsasən  xü-

susi  təhsilin  müvafiq  tədris  proqramları  üzrə  məktəbəqədər  və 

ümumi təhsil almaq; 

 



müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyənləşdirdiyi 

qaydada xüsusi təhsil almaq; 

 

təhsil  və  peşə  hazırlığı  başa  çatdıqda  müvafiq  işlə  təmin 



olunmaq. 

1.3. Sağlamlıq imkanları məhdud şəxslərin valideynlərinin 

və  ya  digər  qanuni  nümayəndələrinin  xüsusi  təhsil  sahəsində 

hüquq və vəzifələri aşağıdakılardır: 

 



psixoloji-tibbi-pedaqoji  komissiya  tərəfindən  aparılan  müa-

yinədə, müayinə nəticələrinin müzakirəsində və xüsusi təhsil müəs-

sisəsinin tipinin müəyyənləşdirilməsində iştirak etmək; 

 



psixoloji-tibbi-pedaqoji komissiyanın  qərarından qanunveri-

ciliklə müəyyən olunmuş qaydada şikayət etmək; 

 

fərdi tədris proqramları ilə tanış olmaq və onların həyata ke-



çirilməsində iştirak etmək; 

 



xüsusi təhsil müəssisələri ilə bağlı məsləhətlər almaq; 

 



sağlamlıq imkanları məhdud şəxslərin valideynləri və ya di-

gər qanuni  nümayəndələri onların  ümumi  təyinatlı  təhsil müəssisə-

lərində təhsil almaları üçün qanunvericiliklə müəyyən olunmuş qay-

dada müvafiq  icra hakimiyyəti orqanlarına və  təhsil müəssisələrinə 

müraciət etməyə borcludurlar. 

1.4.  Sağlamlıq  imkanları  məhdud  aşağıdakı  şəxslər  təhsil  al-

dıqları  məktəbəqədər,  xüsusi  təhsil  müəssisələrində,  internat  tipli 

xüsusi təhsil müəssisələrində, o cümlədən ümumi tipli internat mək-



 

313 


təblərin  xüsusi  təhsil  bölmələrində  tam  dövlət  təminatındadırlar; 

karlar  və  zəif  eşidənlər;  korlar  və  zəif  görənlər;  ağır  nitq  qüsurları 

olanlar; dayaq hərəkət aparatının funksiyaları pozulanlar; əqli cəhət-

dən  geri  qalanlar  (debillər,  imbisillər);  emosional-iradi  sahədə  və 

davranışlarında nəzərə çarpan ağır pozuntuları olanlar; psixi inkişa-

fın  ləngliyi  ilə  əlaqədar  təlimdə  çətinlik  çəkənlər;  mürəkkəb  çatış-

mazlıqları  (fiziki  çatışmazlığın,  əqli  və  (və  ya)  psixi  ləngimələrin 

məcmusu) olanlar. 



2. Xüsusi təhsilin təşkili. 

Xüsusi təhsil xüsusi təhsil müəssisələrində, xüsusi təhsil böl-

mələrində, xüsusi şərait yaradılan ümumi təyinatlı təhsil müəssisələ-

rində  Azərbaycan  Respublikasının  qanunvericiliyində  müəyyən 

edilmiş formalarda həyata keçirilir. 

2.1.  Sağlamlıq  vəziyyətinə  görə  təhsil  müəssisələrində  təhsil 

almaq  imkanı  olmayan  şəxslərin  təhsili  müvafiq  təhsil  müəssisəsi 

vasitəsilə evdə təşkil edilir. Evdə təhsil almaq hüququ verən xəstə-

liklərin siyahısı və evdə təhsilin təşkili qaydaları müvafiq icra haki-

miyyəti orqanı tərəfindən müəyyən edilir. 

2.2. Sağlamlıq imkanları məhdud şəxslər tibb müəssisələrində 

uzunmüddətli (21 gündən artıq) stasionar müalicədə olarsa, müvafiq 

icra hakimiyyəti orqanı psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı 

əsasında onların müvafiq ümumi tədris proqramlarına uyğun təhsil 

almalarını  təşkil  edir.  Stasionar  şəraitdə  təhsilin  təşkili  qaydaları 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 



2.3. Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq 

sağlamlıq imkanları məhdud şəxslərin psixoloji-tibbi-pedaqoji və ya 

tibbi-sosial ekspert komissiyasının qərarına əsasən xüsusi şərait ya-

radılan ümumi təyinatlı  təhsil müəssisələrində təhsil almaq hüququ 

vardır.  Təhsil  müəssisələrinin  rəhbərliyi  sağlamlıq  imkanları  məh-

dud şəxslərə tədris prosesində zəruri köməkçi xidmət təşkil etməlidir. 



2.4. Təhsil müəssisəsində psixoloji-pedaqoji və tibbi göstəriş-

lərə  (əks  göstərişlərə) uyğun təhsil almaq üçün lazımi xüsusi şərait 

varsa, həmin müəssisədə sağlamlıq imkanları məhdud şəxslər üçün 

inteqrasiya təlimli təhsil təşkil edilir. İnteqrasiya təlimli təhsil müəs-

sisəsinin  rəhbərliyi  şəxslərdə  fiziki  çatışmazlıq,  yaxud  konkret  bir 

peşə (ixtisas) üzrə məhdudiyyət barədə əks göstəriş yoxdursa, onla-




 

314 


rın qəbuluna etiraz edə  bilməz.  İnteqrasiya təlimli  təhsil müəssisə-

lərində  təhsilin  təşkili  qaydaları  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən müəyyən edilir. 

2.5.  Xüsusi  təhsil  müəssisələri  sağlamlıq  imkanları  məhdud 

aşağıdakı şəxslər üçün yaradıla bilər: 

- nitq pozulmaları (ağır nitq qüsurları, nitqin fonetik-fonema-

tik ləngliyi, kəkələmə və  ya ayrı-ayrı səslərin tələffüz pozulmaları) 

olanlar; 

-  eşitmə  pozulmaları  olanlar  (karlar,  zəif  eşidənlər  və  sonra-

dan karlaşanlar); 

-  görmə  pozulmaları  olanlar  (korlar,  zəif  görənlər,  çəpgözlər 

və s.); 

- əqli (psixi) pozuntuları (əqli cəhətdən geri qalanlar, psixi in-

kişaf ləngliyi, ağır əqli geriliyi) olanlar; 

- dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları və ska-

lioz xəstəliyi olanlar; 

- ağır çatışmazlığı olanlar, o cümlədən kar-korlar; 

- emosional-iradi sahədə və davranışında çatışmazlıq olanlar; 

- xroniki somatik xəstəlikləri olanlar. 

Tədris proqramlarının uğurla mənimsənilməsinə maneçilik ol-

madıqda  müxtəlif  fiziki  çatışmazlıqları  və  (və  ya)  psixi  ləngiməsi 

olanlar üçün təhsil eyni  xüsusi təhsil müəssisəsində  həyata keçirilə 

bilər.  Xüsusi  təhsil  müəssisələri  haqqında  əsasnamə  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 

2.6. Mürəkkəb və ağır çatışmazlıqları olan şəxslərin təlimi və 

(və  ya) tərbiyəsi  ilə  əlaqədar müxtəlif profilli reabilitasiya mərkəz-

ləri  yaradılır.  Reabilitasiya  mərkəzlərinin  əsas  vəzifəsi  sağlamlıq 

imkanları  məhdud  şəxslərdə  ünsiyyət,  özünəxidmət  və  sadə  əmək 

vərdişlərini formalaşdırmaq, çatışmazlıqların korreksiyasını və fərdi 

təhsil  proqramları  üzrə  məşğələləri  təşkil  etməkdir.  Reabilitasiya 

mərkəzlərində məşğələlər fərdi və qrup təlim proqramlarına əsasən, 

hər  qrupda  10,  mürəkkəb  çatışmazlığı  olanlar  üçün  isə  6  nəfərdən 

çox olmayaraq təşkil edilir. Reabilitasiya mərkəzləri haqqında əsas-

namə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 



2.7. Tərbiyəvi xarakterli tədbirlərə ehtiyacı olan 11 yaşdan 14 

yaşına qədər sağlamlıq imkanları məhdud şəxslər üçün müvafiq icra 




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə