Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə100/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   236

 

299 


edilməsi  üçün  böyük  imkanlar  yaradır.  Distant  təhsildən  istifadə  edərək 

insanlar öz təhsillərini harada və nə vaxt davam etdirmək haqqında qərar 

qəbul etmələrindən asılı olmayaraq təhsilə günün istənilən vaxtında daimi 

çıxış imkanı əldə edə bilərlər. 

Göründüyü  kimi,  təhsil  sahəsində  Azərbaycanın  dövlət  siyasətinin 

əsas prinsipləri (bax: 6-cı mövzuda 3-cü yarımbaşlıq) ilə fasiləsiz təhsilin 

problemlərinə dair ümumavropa səviyyəsində müzakirələrin aparılmasına 

təşəbbüs  kimi  dəyərləndirilən  memorandumun  məzmununda  yer  alan 

“Fasiləsiz  təhsilin  altı  əsas  prinsipi”  arasında  ziddiyyət  yoxdur. Əksinə, 

Avropa Birliyi dövlətlərində fasiləsiz təhsilin həyata keçirilməsi ilə bağlı 

mövcud təcrübənin Azərbaycan gerçəkliyinə uyğun yaradıcılıqla tətbiqinə 

dövlət siyasətinin əsas prinsipləri hüquqi baza yaradır

1

.  

 

 

8.9. Təhsil subyektlərinin hüquqları, vəzifələri  

və sosial müdafiəsi 

 

8.9.1. Təhsil sahəsində dövlətin vəzifələri 

 

Təhsil  sahəsində  dövlətin  vəzifələri  “Təhsil  haqqında  Azər-



baycan  Respublikasının  Qanunu”nda  aşağıdakı  kimi  müəyənləşdi-

rilmişdir: 

 



təhsil  sahəsində  vahid  dövlət  siyasətini  müəyyənləşdirmək 

və onun həyata keçirilməsini təmin etmək; 

 

milli  təhsil  sisteminin  inkişaf  konsepsiyasını  və  əsas  pri-



oritetlərini müəyyən etmək; 

 



milli təhsil sisteminin inkişafı üçün müxtəlif istiqamətli döv-

lət  proqramlarını  təsdiq  etmək  və  onların  icrasına  nəzarəti  həyata 

keçirmək; 

 



kadr hazırlığının prioritetlərini və istiqamətlərini, yüksək də-

rəcəli elmi-pedaqoji kadr hazırlığı proqramlarını müəyyən etmək; 

 

təhsil  sahəsində  dövlət  siyasətinin  və  dövlət  proqramlarının 



həyata keçirilməsinin monitorinqini aparmaq; 

 



milli təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasını, 

                                                 

1

 Daha ətraflı məlumat üçün bax: “Yaşlıların təhsili” mövzusunda keçirilmiş bey-



nəlxalq və milli konfransların bəyannamələri. Bakı: Borçalı, 2005, 44 səh. 


 

300 


beynəlxalq  standartlara  cavab  verən  təhsil  şəraitinin  və  mühitinin 

yaradılmasını təmin etmək; 

 

təhsil  sahəsinin  inkişafına  ayrılan  dövlət  büdcəsi  vəsaitləri-



nin həcmini və dövlət təhsil qrantlarının məbləğini müəyyən etmək 

və dövlət təhsil müəssisələrinin müəyyənləşdirilməsini həyata keçirmək; 

 

hər büdcə ili üzrə dövlət təhsil sisteminin maliyyələşdirilmə-



si məqsədilə hər bir təhsilalana (şagirdə, tələbəyə, doktoranta və s.) 

düşən təhsil xərclərinin miqdarını və maliyyə normativlərini müəy-

yən etmək; 

 



ilk peşə-ixtisas, ali və orta ixtisas təhsili müəssisələrinə tələ-

bə qəbulu planını müəyyənləşdirmək; 

 

müəyyən edilmiş qaydada abituriyentlərin biliyinin qiymət-



ləndirilməsini həyata keçirmək; 

 



“tələbə-məzun” dövlət elektron məlumat sistemini yaratmaq 

və ondan istifadəni təmin etmək; 

 

təhsil pillələri üzrə dövlət təhsil standartlarını və proqramla-



rını  (kurikulumları)  təsdiq  etmək  və  təhsilin  müvafiq  dövlət  stan-

dartlarına uyğun təşkilinə nəzarəti həyata keçirmək; 

 

dövlət  təhsil  müəssisələrinin  rəhbərlərini  qanunvericiliklə 



müəyyən  edilmiş  qaydada  vəzifəyə  təyin  etmək  və  vəzifədən  azad 

etmək; 


 

dövlət  təhsil  müəssisəsində  çalışan  professor-müəllim  heyəti 



üçün akademik və inzibati vəzifə tutmanın yaş həddini müəyyən etmək; 

 



təhsil səviyyəsinə uyğun olaraq təhsil müəssisələrinin nümu-

nəvi nizamnamələrini təsdiq etmək; 

 

dövlət  təhsil  müəssisələrinin  nizamnaməsini  təsdiq  etmək, 



bələdiyyə və özəl təhsil müəssisələrinin nizamnamələrinə rəy vermək; 

 



təhsil prosesinin təşkilinə dair ümumi tələbləri müəyyən etmək; 

 



təhsil  sahəsində  dövlətlərarası,  regional  və  beynəlxalq  inki-

şaf proqramlarının həyata keçirilməsini təmin etmək; 

 

təhsil  sahəsində  vahid  statistik  məlumat  sisteminin  yaradıl-



masını təmin etmək; 

 



təhsil  haqqında  dövlət  sənədlərinin  nümunələrini  və  onların 

verilməsi qaydalarını təsdiq etmək; 




 

301 


 

xarici  ölkələrin  ali  təhsil  sahəsində  ixtisaslarının  tanınması 



və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını 

müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata 

keçirmək; 

 



təhsil müəssisələrinin  pedaqoji işçilərinin dərs  yükü norma-

larını müəyyən etmək; 

 

təhsil  müəssisələrinin  tikintisinə,maddi-texniki  təchizatına 



dair vahid normaları təsdiq etmək, ümumi sanitariya-gigiyena tələb-

lərini, şagird yerləri ilə təminat normativlərini müəyyənləşdirmək; 

 

təhsil  müəssisələrinin  fəaliyyətinə  xüsusi  razılıq  (lisenziya) 



vermək və onu ləğv etmək; 

 



ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil üzrə ixtisasların təs-

nifatını təsdiq etmək; 

 

təhsil müəssisələrinə elmi-metodik rəhbərliyi və nəzarəti hə-



yata keçirmək; 

 



təhsil müəssisələrində təhsilin keyfiyyətinə dövlət nəzarətini 

həyata keçirmək; 

 

təhsil  müəssisələrinin  akkreditasiyası  qaydalarını  müəyyən 



etmək və akkreditasiyanı həyata keçirmək; 

 



təhsil  müəssisələrində  təhsilverənlərin  və  təhsilalanların  at-

testasiyasının, o cümlədən yekun attestasiyanın aparılması qaydala-

rını müəyyən etmək və attestasiyanı həyata keçirmək; 

 



təhsili idarəetmə orqanlarının, təhsil müəssisələrinin təhsillə 

bağlı  ictimai  birliklərin və  qeyri-hökumət  təşkilatlarının  fəaliyyəti-

nin əlaqələndirilməsini təşkil etmək; 

 



təhsil  müəssisələrində  aparılan  elmi  araşdırmaları  əlaqələn-

dirmək; 


 

təhsil  sisteminin  fəaliyyətini  tənzimləyən  normativ  hüquqi 



aktlar qəbul etmək, onları dəyişdirmək və ləğv etmək; 

 



təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və di-

gər tədris vəsaitlərinin hazırlanmasını, təsdiqlənməsini və nəşrini tə-

min etmək; 

 



elmi  dərəcələrin  və  elmi  adların  verilməsi  qaydalarını  və 

şərtlərini müəyyən etmək; 

 

dövlət təhsil müəssisələri işçilərinin əməyinin stimullaşdırıl-




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə