Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə97/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   236

 

293 


imkanını  təmin  edir  və  insan  potensialının  inkişafı,  kadrların  intel-

lektual və  peşə  hazırlığı  səviyyəsinin  yüksəldilməsi  və  təkmilləşdi-

rilməsi,  onların  daim  dəyişən  və  yeniləşən  əmək  şəraitinə  uyğun-

laşdırılması,  yaşlı  vətəndaşların  ölkənin  sosial,  iqtisadi,  siyasi  və 

mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifə-

sini daşıyır. 



Azərbaycan Respublikasında əlavə təhsil aşağıdakı istiqamət-

ləri əhatə edir: 

- ixtisasartırma; 

- kadrların yenidən hazırlanması; 

- stajkeçmə və kadrların təkmilləşdirilməsi; 

- təkrar ali təhsil və orta ixtisas təhsili; 

- dərəcələrin yüksəldilməsi; 

- yaşlıların təhsili. 

Əlavə təhsil ixtisasartırma və  yenidənhazırlanma qurumların-

da, peşə-ixtisas təhsili müəssisələrində yaradılmış müvafiq struktur-

larda, stajkeçmə və peşə hazırlığı kurslarında və bu sahə üzrə fəaliy-

yətinə  xüsusi  razılıq  verilmiş  digər  müəssisələrdə  həyata  keçirilir. 

Müvafiq təhsil proqramları əsasında əlavə təhsilin hər hansı istiqa-

məti üzrə təhsil almış şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərə-

findən müəyyən edilmiş qaydada müvafiq sənəd verilir. İxtisasartır-

ma kurslarını bitirmiş şəxslər barəsində stimullaşdırıcı tədbirlər tət-

biq edilir. 

 

*** 


 

İnsanı sınağa çəkən “dərdlər” çoxdur. Bizim subyektiv anlamımıza 

görə,  onların  sırasında,  bir  qədər  qəribə  səslənsə  də,  işsizlik  də  var. 

İşsizlik  insana  sanki  gərəksizliyini,  artıqlığını  pıçıldayır,  onu  aramsız 

əzablandırır...  Amma  bir  təsəlli  imkanının  da  varlığını  unutmaq  olmaz. 

Dərdlər  nə  qədər  çox  saylı  olsalar  da,  çarələrin  sayı  ən  azı  bir  vahid 

çoxdur. Əbəs yerə söyləməmişlər ki, min dərdin min bir dərmanı (çarəsi) 

vardır. Yaxşı ki belədir... 

Azərbaycanda  hökumət  tərəfindən  uğurla  icra  edilən  sosial  - 

iqtisadi inkişaf proqramları çərçivəsində həyata keçirilən tədbirlərin əsas 

hədəflərindən  biri  də  işsizliyin  azaldılması  və  məşğulluğun  yüksəldilməsi 

problemidir.  Bu  məqsədlə  yeni  iş  yerlərinin  yaradılması  istiqamətində 


 

294 


ardıcıl  şəkildə  həyata  keçirilən  tədbirlər  artıq  öz  müsbət  nəticələrini 

verməkdədir.  Bununla  belə,  dünya  təcrübəsindən,  xüsusilə  də  hazırki 

iqtisadiyyatın mövcud xüsusiyyətlərinin təhlilindən məlum olur ki, ölkədə 

işsiz  və  işaxtaran  vətəndaşların  məşğulluğunun  təmin  edilməsi,  onların 

əmək bazarında rəqabətə davamlı və müasir tələblərə cavab verən peşə və 

ixtisaslara yiyələnməsindən də xeyli dərəcədə asılıdır. 

Bu  həqiqəti  müdrikcəsinə  anlayan  qanun  yazarlar  təhsilin  məq-

sədini qanuniləşdirərkən sözügedən cəhətin element kimi diqqət mərkəzinə 

çəkilməsini  vacib  saymışlar.  Belə  bir  hüquqi  əsasın  əhəmiyyəti,  önəmi 

barədə  əlavələr  etməyə  lüzum  görmürük.  O  da  məlumdur  ki,  təhsilin 

qarşısında duran məqsədlərin həyata keçirilməsi yönümündə ciddi islahat 

tədbirləri həyata keçirilir və bu, uzun müddətli prosesdir. 

Hazırki reallıq belədir ki, əmək qabiliyyətli əhalinin böyük bir his-

səsinin  təhsil  səviyyəsi  və  əmək  vərdişləri  hazırda  ölkəmizdə  forma-

laşmaqda  olan  yeni  bazar  iqtisadiyyatı  münasibətləri  şəraitində  iş  əldə 

etməyə  bir  çox  hallarda  imkan  vermir,  təhsillərini  bitirmiş  və  müstəqil 

həyata  qədəm  qoymuş  insanlar  kəskin  işsizlik  problemi  və  beləliklə  də 

yoxsulluq  problemi  ilə  üzləşir.  Yəni  ölkədə  təzahürləri  mövcud  olan 

işsizlik  problemi  təkcə  iş  yerlərinin  olmaması  səbəbindən  deyil,  eyni  za-

manda  işsiz  və  işaxtaran  vətəndaşların  təhsil  səviyyəsi  və  əmək  vərdiş-

lərinin  müasir  əmək  bazarının  tələblərinə  cavab verməməsi  səbə-bindən-

dir. Ona görə də əmək məşğuliyyətli əhalinin əmək bazarında rəqabət qa-

biliyyəti olan peşə və ixtisaslara yiyələnməsi zərurəti təxirəsalınmaz şəkil-

də  ortaya  çıxır  və  bu  da  Azərbaycanda  işsizliyin  azaldılmasının  mühüm 

vasitələrindən biri kimi qəbul olunmalıdır. 

Bu gün

 f

müasir dövrdə əlavə təhsil və peşəkarlıq səviyyəsinin inkişaf 

etdirilməsi  fasiləsiz  təhsilin  tərkib  hissəsi  olmaqla,  peşə  -  ixtisas  müəssi-

səsini bitirən və təhsil haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasi-

ləsiz  təhsil  almaq  imkanları  sistemi  kimi  başa  düşülür.  Fasiləsiz  təhsilin 

hər bir mərhələsində əlavə təhsilin əsas məqsədi şəxsiyyətin inkişafından, 

intellektual  və  peşə  baxımından  onun  fasiləsiz  təkmilləşdirilməsindən 

ibarətdir.  Əlavə  təhsil proqramlarına  ümumtəhsil,  peşə - ixtisas  və  əlavə 

təhsil  müəssisələrində,  dayaq  məntəqələrində  və  ümumiyyətlə,  müvafiq 

lisenziyası  olan  digər  müəssisələrdə  həyata  keçirilən  müxtəlif  yönümlü 

təhsil  proqramları  daxildir.  Müasir  dövrdə  əlavə  təhsilin  ixtisasartırma, 

təkmilləşdirmə,  stajkeçmə,  yenidən  hazırlanma,  yaşlıların  təhsili  və  sair 

kimi  istiqamətləri  müəyyənləşdirilmişdir.  Ölkəmizdə  pedaqoji  yönümdə 

əmək  bazarında  rəqabət  qabiliyyəti  olan  peşə  və  ixtisaslara  yiyələnmək 

məsələsinə  daha  çox  diqqət  verilmişdir.  Bu  sahədə  mövcud  problemlərin 

aradan  qaldırılması  məqsədilə  Təhsil  Nazirliyi  tərəfindən  “Fasiləsiz 


Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə