Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə95/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   236

 

289 


cəhətlər  əsasında  aparır.  Bu  baxımdan  ECTS  qiymətləndirmə  sistemini 

tətbiq etmək üçün tələbə göstəricilərini əks etdirən statistik məlumatların 

olması şərtdir. Uğurlu tələblər aşağıdakı qiymətləri əldə edirlər: 

A ən yaxşısı 10% 

B növbəti 25% 

C növbəti 30% 

D növbəti 25% 

E növbəti 10%  

FX və F qiymətləri də fərqləndirilir. Bu qiymətlər uğursuz tələbələrə 

verilir. FX “keçmədi – nəticələrin tanınması üçün irəliləyişlər olmalıdır” 

və F isə “keçmədi – əhəmiyyətli irəliləyişlər olmalıdır” deməkdir. Tələbə 

tərəfindən uğursuz çıxışın səbəblərinin göstərilməsi məcburi deyildir.  

Kredit  sisteminə  keçilməsi  ali  təhsilin  təkcə  formasında  deyil,  ma-

hiyyətində  də  köklü  dəyişikliklərin  baş  verməsini  labüd  edir.  Tələbələrin 

rolu  bu  proseslərdə  əhəmiyyətli  dərəcədə  artır.  Bütövlükdə  isə  təhsilin 

fəlsəfəsi  tamamilə  dəyişərək  əsasən  son  məhsula  istiqamətlənir.  Bu  isə 

təhsilin  keyfiyyətinin  yüksəldilməsini,  onu  daha  məqsədyönlü  olmasını 

stimullaşdırır.  Seçim  imkanı  genişlənmiş  tələbə  özü  seçdiyi  ixtisas  üzrə 

fənlərin, dərs deyən müəllimlərin seçilməsində böyük imkan əldə edir. Bu 

eyni  zamanda  müəllimlərin  məsuliyyətini  artırır  və  keyfiyyətin  yüksəl-

dilməsinə kömək edir. Lakin bu o demək deyildir ki, həmin proses tam kor-

təbii şəkildə cərəyan edir. Hər bir ixtisas üzrə məcburi, məcburi-seçmə və 

seçmə fənlərin tam siyahısı, habelə onların məcburi ardıcıllığı, bir-bi-rin-

dən  asılılıq  xüsusiyyətləri  tədris  planında  əks  olunur  və  əvvəlcədən  tələ-

bəyə təqdim edilir.  

Kredit  sisteminin  tətbiq  edilməsi  birinci  növbədə  ümumavropa  ali 

təhsil məkanında vahid standartların işlənməsi ehtiyacından irəli gəl-mək-

lə Boloniya prosesinin bir sıra cəhətlərini təmin edir: tələbələrin mobilliyini 

asanlaşdırır;  asan  başa  düşülən  və  müqayisə  oluna  bilən  dərəcələr  siste-

minin formalaşmasına kömək edir; keçilən fənlərin və proqramların unifi-

kasiyasını təmin edir; alınan ixtisasların müqayisə edilməsini asanlaşdırır; 

diplomların tanınması üçün real zəmin yaradır.  

Diploma əlavə adlanan sənədə ehtiyac mobillik, sənədlərin qarşılıq-

lı tanınması və məzunların Avropanın ümumi əmək bazarında işə dü-zəl-

məsi məqamlarında daha kəskin şəkildə hiss olunmağa başlamışdı. Buna 

görə də vahid formalı sənədlərə tələbat hələ xeyli əvvəl, təkcə Avropada 

deyil, dünyanın hər yerində aktuallıq kəsb edirdi. Diploma əlavə sənədin 

qəbul edilməsi və bütün Ümumavropa məkanında tanınması günün tələbi 

ilə qarşıya çıxan bir sıra problemlərin həllinə yol açırdı. Məhz bu səbəb-

dən  də  diploma  əlavələrə  Boloniya  prosesinin  gedişində  böyük  önəm  ve-


 

290 


rilmiş,  YUNESKO  tərəfindən  onun  vahid  forması  hazırlanaraq  təqdim 

edilmişdir. 

Diploma  Avropa  əlavəsi  vahid  təhsil  məkanının  formalaşmasının 

məntiqindən  doğan  amillərdən  biridir.  Bu  sənəd  ümumiləşməkdə  və 

bütövləşməkdə  olan  Avropa  ali  təhsilinin  yekun  sənədi  olmaqla  bir  növ 

təhsilin  yekunu  kimi  ortaya  çıxır.  Əgər  tədris  prosesinin  gedişində  proq-

ramların,  qiymətləndirmə  sisteminin,  təhsil  müddətinin  və  onun  dövr-

lərinin, keyfiyyət səviyyəsinin hamı tərəfindən məqbul hesab edilən forma 

və  məzmuna  gətirilməsindən  söhbət  gedirsə,  diploma  Avropa  əlavəsi 

bütün bu keyfiyyətlərin ümumi nəticəsini özündə əks etdirən vahid sənəd 

kimi çıxış edir. Diploma Avropa əlavəsi iki dildə – diplomu verən ölkənin 

dilində və Avropada ümumiliyi qəbul edilən dillərin birində (əsasən ingilis 

dilində) tərtib edilir. Bu sənədin 8 bölmədən ibarət olması nəzərdə tutul-

muşdur:  diplomun  sahibi haqqında  məlumat;  məzunun  ixtisası  haqqında 

məlumat;  ixtisas  səviyyəsi;  tədrisin  məzmunu  və  alınan  nəticələr;  alınan 

ixtisasın peşə və vəzifə yönümü haqqında məlumat; əlavənin həmin ölkədə 

sertifikatlaşdırılması haqqında məlumat; ölkə ali təhsil sisteminin təsviri; 

əlavə məlumat.  

Boloniya  prosesində  vacib  məqamlardan  biri  vahid  məkana  daxil 

olan  ölkələrin  və  onların  ali  təhsil  müəssisələrinin  qarşılıqlı  şəkildə  ali 

təhsil  ixtisaslarının,  dərəcələrinin  və  tədris  dövrlərinin,  mərhələlərinin, 

digər vacib sənədlərin tanınmasıdır. Bu məsələ Boloniya prosesinin tələbi 

kimi üzə çıxmamışdır. Tanınmaya ehtiyac ictimai-iqtisadi inteqrasiya pro-

sesinin  gedişində  və  onun  inkişaf  qanunauyğunluqlarının  diktəsi  ilə  hələ 

xeyli əvvəllər mövcud olmuş və müxtəlif beynəlxalq görüşlərin və müq-a-

vilələrin  predmetinə  çevrilmişdir.  Təsadüfi  deyildir  ki,  Boloniya  pro-se-

sinin  vacib  sənədlərindən  biri  olan  və  ali  təhsil  ixtisaslarının,  dərəcə-

lərinin və digər mühüm sənədlərin Avropa dövlətlərinin və onların ali təh-

sili  müəssisələri  tərəfindən  tanınması  haqqında  Lissabon  konvensiyası 

Boloniya Deklarasiyasının qəbul olunmasından bir il əvvəl – 1998-ci ildə 

43 Avropa dövləti tərəfindən qəbul edilmişdir.  

Boloniya  prosesinin  vacib  cəhətlərindən  olan  akademik  mobillik 

tələbə,  müəllim,  tədqiqatçı  və  inzibati  heyətin  təcrübə  mübadiləsi  etmək, 

milli  qapalılığı  dəf  edərək  ümumavropa  mühitinə  qovuşmaq  məqsədi  ilə 

bir  ali  məktəbdən  digərinə  keçə  bilməsidir.  Birinci  növbədə isə  tələbə  öz 

ali  təhsil  müəssisəsində  müxtəlif  səbəblər  üzündən  ala  bilmədiyi  bilik  və 

bacarıqları əldə etmək imkanı qazanır. Boloniya bəyannaməsinin tövsiyə-

lərinə görə, hər tələbə imkan daxilində ən azı bir semestri başqa ali təhsil 

müəssisələrində, yaxşı olardı ki, xarici ölkələrdən birinin ali təhsil müəs-

sisəsində keçirsin. Akademik mobilliyin tətbiq edilməsinin məqsədlərindən 


Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə