Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə92/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   236

 

282 


Magistr  dissertasiyası  işinin  icrası  və  müdafiəsi  magistranta 

təhsil  illəri  ərzində  qazandığı  bilikləri  sistеmləşdirməyə,  möhkəm-

ləndirməyə,  iхtisas  üzrə  nəzəri  biliklərini  və  praktik  bacarıqlarını 

daha  da  gеnişləndirməyə,  kоnkrеt  еlmi-pedaqoji,  tехniki,  iqtisadi, 

istеhsal və digər məsələləri həll еtməyə imkan vеrir, оnlarda müstə-

qilliyi,  yaradıcılığı  inkişaf  еtdirir,  еlmi  tədqiqat  mеtоdlarından  is-

tifadə еtmək və еkspеrimеnt qоymaq qabiliyyətini aşılayır. 

Magistr dissertasiyası sırf müstəqil еlmi-tədqiqat хaraktеri da-

şısa  da  bu  əsas  etibarilə  tədris-tədqiqat  işlərinə  aid  olur.  Yəni  ma-

gistr dissertasiyası magistraturanın tədris proqramı ilə sıx bağlı olur. 

Belə elmi tədqiqat işinin yazılmasında əlbəttə, magistrantdan böyük 

elmi yenilikləri, elmi problemləri həll etməsini, kəşflər, ixtiralar et-

məsini gözləmək də olmaz. Magistr dissertasiyasının yazılmasında 

əsas  məqsəd  magistrantın  müstəqil  elmi-tədqiqat  işləri  aparması, 

müstəqil  elmi  axtarışlar  etməsi,  elmi  problemlərə  peşəkarcasına 

yanaşması və onun həlli yollarını öyrənməkdir. 

Magistrant  yazdığı dissertasiya işinin  əsas mahiyyətini, möv-

zunun aktuallığını, tədqiqatının əsas istiqamətlərini, elmi yеniliyini, 

nəzəri və praktik əhəmiyyətini əldə еtdiyi nəticələri sərbəst və müs-

təqil оlaraq şərh еtməyi bacarmalıdır. 

Dissertasiya  işinin  müdafiəsinə  hazırlıq  uzun  müddət  sürən 

gərgin  zеhni  əməyin  məhsuludur.  Dissertasiya  işinin  yazılmasında 

magistrantda bir sıra idrak qabiliyyətləri, tədqiqatçılıq bacarıqları ilə 

yanaşı, gələcək mütəхəssisə хas оlan müsbət əхlaqi kеyfiyyətlər də 

fоrmalaşır, оnun bir şəхsiyyət kimi inkişafı təmin еdilir. 



 

8.8.6. Doktorantura 

 

Doktorantura ali təhsilin ən yüksək səviyyəsi olmaqla elmi və 

elmi-pedaqoji  kadrların  hazırlanmasını,  ixtisas  və  elmi  dərəcələrin 

yüksəldilməsini təmin edir. Doktorantura təhsili ali təhsil müəssisə-

lərində və elmi təşkilatlarda yaradılan doktoranturalarda (hərbi təh-

sil müəssisələrində adyunkturalarda) həyata keçirilir və müvafiq el-

mi dərəcənin verilməsi ilə başa çatır. Elmi dərəcələr ali təhsil müəs-

sisələrində və elmi təşkilatlarda fəaliyyət göstərən dissertasiya şura-

larının vəsadəti əsasında qanunvericiliyə uyğun olaraq verilir. 



 

283 


Azərbaycan  Respublikasında  aşağıdakı  elmi  dərəcələr  müəy-

yən edilir: 

 

fəlsəfə doktoru - elm sahələri göstərilməklə; 



 

elmlər doktoru - elm sahələri göstərilməklə. 

“Doktor”  sözü  latınca  “doctus”  yəni  “Öyrədilmiş”  “Biliklən-

miş”, “Təkmilləşmiş” kimi mənaları verir. Bu elm sahəsində veril-

miş ən yüksək dərəcə sayılır. İlk doktor elmi dərəcəsi, tarixi mənbə-

lər görə 12 iyul 1219-cu ildə Boloniyada Papa III Honorius tərəfin-

dən verilmişdir. 

Elmlər doktoru elmi dərəcəni almaq üçün fəlsəfə doktoru elmi 

dərəcəsini  almış  şəxs  hazırladığı  dissertasiyanı  mütəxəssislərin 

iştirakı ilə təşkil olunmuş şura və azad iştirakçılardan ibarət publika 

qarşısında müdafiə etməli idi. 

Doktoranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə 

almış şəxslərə müəyyən edilmiş qaydada elmi dərəcəni təsdiq  edən 

vahid formada dövlət nümunəli sənəd-diplom verilir. 

Ali  təhsil  müəssisələrində,  elmi  və  digər  təşkilatlarda  çalışan 

elmi-pedaqoji  kadrlara  elmi  dərəcələrin  verilməsi  doktorantura  və 

dissertantura yolu ilə reallaşdırılır. 

Ali  təhsil  müəssisələrinin  kadrlarına  elmi  və  pedaqoji  fəaliy-

yət sahəsində əldə etdikləri nəticələrə görə müəyyən edilmiş qayda-

da  elmi  adlar  verilir.  Dosent  və  professor  elmi  adlarının  verilməsi 

qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən mü-

əyyən olunur. Azərbaycan Respublikasında ali təhsil müəssisəsinin 

Fəxri professor (doktor) adı vermək hüququ vardır. Fəxri professor 

(doktor) adının verilməsi  qaydaları və  şərtləri ali təhsil müəssisəsi-

nin nizamnaməsi ilə müəyyən edilir. 

 

*** 



 

Daim  bütövləşməkdə  olan  dünyanın  hər  hansı  bir  nöqtəsində  baş 

verən  geniş  miqyaslı  ictimai  hadisə  və  proseslər  bütün  ölkə  və  xalqların 

həyatına  təsir  edir.  Dünyada  formalaşmış  vahid  ictimai-iqtisadi,  siyasi-

mədəni məkan bu günün reallığıdır. Bütün bəşəriyyət sözügedən reallıqla 

hesablaşmağa “məhkumdir” və bütün sahələrdə bu reallığı nəzərə almaq 

zərurəti ilə qarşılaşır.  


 

284 


XX əsrin sonlarında əldə olunmuş böyük nailiyyətlər sayəsində Av-

ropada baş verən proseslər daha konkret xarakter alaraq, AB ölkələrinin 

və onların vətəndaşlarının reallığına dolğun cavab verir. Bu zəmində ya-

ranmış perspektivlər, (digər Avropa ölkələri ilə dərinləşən münasibətlərlə 

birlikdə),  inkişaf  üçün  daha  böyük  imkanlar  yaratmışdı.  Siyasi  və  aka-

demik dünyanın daha böyük hissəsi arasında artan qarşılıqlı anlaşmanın, 

bütün  inkişaf  edən  Avropada  daha  sıx  əlaqələrin  yaradılmasının,  Avro-

panın  intellektual,  mədəni,  sosial  və  elmi-texniki  potensialının  formalaş-

masına və möhkəmləndirməsinə olan tələbatın mövcudluğunun təsdiqi qa-

çılmaz  idi.  “Maariflənmiş  Avropa”  sosial  və  humanitar  inkişafın  əvəz-

olunmaz amilinə, habelə genişləndirilən və zənginləşdirilən Avropa vətən-

daşlığının zəruri şərtinə çevrilmişdi. O, vətəndaşlara ümumi dəyərlərə və 

ümumi sosial, mədəni məkana aid olduqlarını anlatmaqla yeni minilliyin 

təhriklərinə tab gətirmək üçün zəruri məlumatlarla təmin olunmaq imkanı 

vermək qüdrətində dərk edilirdi.  

Dünyanın  inkişafının  reallığına  çevrilmiş  qloballaşma  prosesi  Av-

ropa məkanında gedən Boloniya prosesinə təkan verir və onun aktuallığını 

artırır. Ali təhsil sistemləri arasında rəqabətin güclənməsi Avropa ali təhsil 

sisteminin rəqabət qabiliyyətinin və cəzbediciliyinin gücləndirilməsi tələbini 

günbəgün daha kəskin şəkildə qoyur.  

Sözügedən  proses  bütövlükdə  dünya  miqyasına  da  aiddir.  Avropa 

bu  ümumi  prosesdə  ən  güclü  regionlardan  biri  kimi  çıxış  edərək  yeni 

regionlarda, o cümlədən postsovet məkanında öz ali təhsil standartları və 

dəyərlərinin təsbit edilməsi, bu regionun təhsil məkanını öz təsir dairəsinə 

almaq məqsədilə aktiv mübarizəyə qoşulmuşdur. Burada vurğulamaq ye-

rinə  düşər  ki,  Avropa  özünün  təhsil  standartlarının  digər  ölkələrdə,  o 

cümlədən Azərbaycanın da aid olduğu postsovet ölkələrində yayılmasında 

və  onların  Ümumavropa  Ali  təhsil  zonasına  cəlb  edilməsində  nə  qədər 

maraqlıdırsa,  barəsində  bəhs  olunan  ölkələrin  özləri  də  həmin  prosesin 

daha sürətlə getməsində bir o qədər (bəlkə də daha çox) maraqlıdırlar. Bu 

da təbii bir hadisədir. Qloballaşma prosesinin sürətləndiyi və dərinləşdiyi 

bir vaxtda həmin qəbildən olan ölkələrin daha qabaqcıl və mükəmməl bir 

sistemə  daxil  olaraq  özlərinin  bu  sahədəki  problemlərini  “Maariflənmiş 

Avropa”nın  ümumi  dəstəyi  və  təcrübəsi  əsasında  həll  etmək  imkanı  qa-

zanmasına  şans  verir  ki,  qloballaşmanın  gətirdiyi  təhlükələrə  daha  çox 

dözüm mühiti formalaşdırsın.  

Köhnə  Sovet  təhsil  standartlarından  uzaqlaşan  müstəqil  Azər-

baycan Res-publikası da Boloniya prosesinə qoşulmaqla bütövlükdə təhsil 

sahəsində, konkret olaraq ali təhsil sahəsində öz önəmli maraqlarını qəti 

olaraq ortaya qoymuşdur. Azərbaycan Respublikasının rəsmi olaraq Bo-


Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə