Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə94/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   90   91   92   93   94   95   96   97   ...   236

 

287 


Yeri  gəlmişkən  qeyd  edək  ki,  80-ci  illərin  sonuna  kimi  Qərbi  Av-

ropada  inteqrasiya  proseslərinin  inkişafı  ilə  əlaqədar  olaraq  qarşıya 

qoyulmuş  məqsəd  –  SSRİ-də  olan  səviyyəyə  çatmaq  cəhdlərindən  ibarət 

olmuşdur.  O  vaxt  SSRİ  çərçivəsində  bütün  respublikalarda  diplomlar 

tanınmışdır, tələbələr eynihüquqlu idi, müəllimlər və tələbələr üçün azad 

surətdə  yerdəyişmə  mövcud  idi.  SSRİ-nin  dağılması  ilə  əlaqədar  vəziyyət 

birdən-birə  dəyişdi.  SSRİ-nin  əldə  etdiyi  hər  şey  dağıldı.  Subyektiv 

anlamımıza dayanaraq belə qənaətdəyik ki, Rusiya və digər MDB üzvləri 

olan ölkələrə çox vaxt lazımdır ki, onlar Avropa Birliyi Ölkələrinin Təhsil 

Məkanı xarakteristikalarına uyğunlaşa bilsinlər.  

Rusiya  2003-cü  ilin  sentyabrında  Boloniya  Deklorasiyasını  imza-

ladı. Rusiyanın Təhsil naziri V.M.Filippov burada yalnız aşağıdakı kate-

qoriyaları qeyd etmişdir: 

– 3-4 illik bakalavriat; 

– 1-2 illik magistratura; 

– məqbullar vahidi sistemini yaratmaq; 

– ümumi qəbul edilmiş keyfiyyətə nəzarət sistemi. 

“Müqayisəli  Təhsil  Siyasət  Mərkəzi”  aşağıdakıları  da  bura  əlavə 

etmişsə də, Boloniya deklorasiyası tamamilə əhatə olunmamışdır:  

 



asan başa düşülən və layiqli akademik dərəcələr sistemi, işə dü-

zəldilməyə  şərait  yaradan  və  Avropa  təhsil  sisteminin  beynəlxalq  miq-

yasda rəqabətə davamlılığını artıran diploma əlavələrin tətbiq sistemi; 

 



azad  hərəkəti  həyata  keçirərkən  qarşıya  çıxan  maneələri  dəf  et-

mək yolu ilə tələbələrin çevikliyinə (mobil olmasına) təsir göstərməli; 

 



ali  təhsil  sahəsində,  xüsusən  universitetlərarası  əməkdaşlıq  böl-

məsində  tədris  planlarının  hazırlanması,  birgə  elmi-tədqiqat  və  tədris 

proqramlarının  çevik  (mobil)  sxeminin  qurulması  işində  Avropa  ba-

xışlarına təsir göstərməli.  

Ümumiyyətlə, yadda saxlamaq lazımdır ki, ümumi standartların tət-

biqi, asan başa düşülən və müqayisə oluna bilən ixtisasların, üçpilləli ali 

təhsil sistemlərinin tətbiqi, tələbənin biliyinin ölçülməsi və tədris yükünün 

zəruri  həcminin  müəyyənləşdirilməsi  üçün  kreditlərin  tətbiqi,  diplomlara 

Avropa  əlavəsinin  verilməsi,  tələbələrin,  müəllimlərin  və  tədqiqatçıların 

mobilliyinə  nail  olunması,  təhsilin  keyfiyyətinin  təmin  edilməsi,  ali  təhsil 

müəssisələrinin  muxtariyyətinin  qorunması,  doktoranturanın  ali  təhsil 

sisteminə  daxil  edilməsi,  ali  təhsildə  Avropa  dəyərlərinin  üstünlüyünün 

təmin  olunması,  Avropa  ali  təhsilinin  rəqabət  qabiliyyətinin,  cəzbe-

diciliyinin  artırılması,  ali  təhsilin  sosial  rolunun  reallaşmasına  dönüş, 

ömür boyu təhsil, ümumavropa təhsil və tədqiqat məkanlarının ayrılmaz-

lığı  Boloniya  prosesinin  əsas  xüsusiyyətləridir.  Boloniya  prosesi  Av-


 

288 


ropada asanlıqla gedən və heç bir problemi olmayan bir proses deyildir, 

o,  davam  etdikcə  dəqiqləşdirilir,  mübahisəli,  ziddiyyətli  məqamlar  işin 

gedişində aradan qaldırılır, hətta əsaslı dəyişikliklər də edilir.  

Boloniya prosesinin vacib şərtlərindən biri bütün Avropa ali təhsil 

məkanında  Avropa  Kredit  Transfer  Sistemi  (AKTS)  əsasında  kredit 

vahidlərinin  tətbiq  edilməsidir.  AKTS  və  yaxud  ECTS  (European  Credit 

Transfer  System)  1989-cu  ildə  Erasmus  proqramı  çərçivəsində  tətbiq 

olunmuşdur  (Erasmus  hal-hazırda  Sokrates  proqramının  bir  hissəsidir). 

Bu sistem yoxlanılmış və bütün Avropada tətbiq edilən yeganə sistemdir. 

İlk əvvəl bu sistem tədris nəticələrinin tanınması üçün nəzərdə tutulurdu. 

Bir müddət olar ki, həmin sistem toplama (akkumlyasiya) sistemi keyfiy-

yətinə  kimi  inkişaf  etdirilibdir.  ECTS  sistemi  əsasında  bütün  tələbələr  – 

yerli və xarici təhsil gedişini daha rahat anlaya və müqayisə edə bilərlər. 

Bu  sistem  mübadiləni  və  akademik  tanınmanı  yüngülləşdirir,  həmçinin 

ümumilikdə  Avropanın  ali  təhsilini  digər  qitələrdən  olan  tələbələr  üçün 

cəzbedici  edir.  Tədrisin  nəticələrinin  asan  başa  düşülən  və  müqayisə 

olunan olması üçün onların vahid sistem çərçivəsində qiymətləndirilməsi 

lazımdır.  Kredit  vahidləri  sistemi  iki  başlıca  funksiyanı  yerinə  yetirir. 

Birincisi  –  alınan  kursun  qiymətləndirilməsidir,  dərs  yükünün  ölçül-

məsidir. Bu, tələbənin aldığı dərs yükünün onun digər ali təhsil müəssisəsi 

tərəfindən  müqayisə  edilə  bilməsi  və  tanınması  üçün  vacibdir.  İkinci 

funksiya  yığım  funksiyasıdır.  Tələbə  ali  məktəbi  bitirərək  hər  hansı  ali 

təhsil  ixtisasını  almaq  üçün  müəyyən  olunmuş  miqdarda  kreditləri  top-

layır.  O,  müxtəlif  səbəblər  üzündən  təhsili  hissələrlə  və  ayrı-ayrı  təhsil 

müəssisələrində ala bilər, əgər alınan bilik köhnəlməyibsə, kreditlər lazım 

olan  miqdara  qədər  yığıla  bilər  və  nəticədə  tələbə  həmin  akademik 

dərəcəni  (bakalavr,  magistr)  ala  bilər.  Lakin  bu  zaman  ayrı-ayrı  ali 

məktəblərdə  toplanan  kreditlərin  hesaba  alınması  yenə  də  ali  məktəblər 

arasındakı qarşılıqlı inama, akademik dərəcələrin əmsalı tətbiq olunmaq-

la  mühazirələrin,  seminarların,  laboratoriya  işlərinin,  tələbənin  sərbəst 

işinin xüsusi çəkisini nəzərə almaq şərtilə uyğunlaşdırıla bilmək imkanına 

söykənir. Kreditlərin konkret fənlər üçün müəyyənləşdirildiyi zaman onun 

həmin  ixtisas  dərəcəsinin  alınmasında  rolu  və  yeri  əhəmiyyət  kəsb  edir. 

Lakin  bu  məqamda  da  ümumi  ali  təhsil  məkanında  onun  razılaşdı-

rılmasına ehtiyac nəzərə alınmalıdır.  

Tələbənin  göstəricilərinin  qiymətləndirilməsi  lokal/milli  səviyyədə 

verilmiş  qiymət  əsasında  qeydiyyata  salınır.  Kreditlərin  transferi  zamanı 

aydınlıq üçün yaxşı olar ki, yerli səviyyədə göstərilmiş qiymətlərlə yanaşı 

onların  ekvivalent  olduğu  ECTS  qiymətləri  də  əlavə  olaraq  göstərilsin. 

ECTS  sisteminin  qiymətləndirmə  şkalası  tələbələrin  bölgüsünü  statistik 


Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə