Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə91/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   236

 

279 


Yеkun  Dövlət  Attеstasiya  Komissiyasının  bağlanış  iclasında 

sədr  komissiya  üzvləri  ilə  birlikdə  hər  tələbənin  ayrı-ayrılıqda  qiy-

mətlərini  müzakirə  edir  və  açıq  səsvermə  yolu  ilə  buraxılış  işinin 

müdafiəsinin  ümumi  bal  qiyməti  müəyyənləşdirilir.  Bundan  sonra 

tələbənin müdafiəyə qədər və müdafiədə topladığı ballar toplanaraq 

buraxılış  işi  müdafiəsinin  yekun  balı  çıxarılır.  Sədr  müdafiənin 

yekun bal qiymətini tələbələrə elan edir.  

Həm müdafiəyə qədər, həm də müdafiə zamanı toplanmış bal-

lar ümumiləşmiş şəkildə bir cədvəldə öz əksini tapır. Yеkun Dövlət 

Attеstasiya  Komissiyasının  sədri  və  üzvləri  cədvəldəki  qiymətləri 

imzalayaraq  təsdiq  edir.  Müdafiə  prosesinin  bütünlükdə  gedişatı, 

suallara  cavablar,  tələbələrin  qiymətləndirilməsi  xüsusi  “Protokol-

kitabı”nda  Komissiyanın  Elmi  Katibi  tərəfindən  aparılır  və  Yеkun 

Dövlət Attеstasiya Komissiyasının sədri, üzvləri tərəfindən imzala-

naraq təsdiqlənir. 

Magistratura.  “Magistr”  sözü  latın  mənşəli  söz  olub,  “müəl-

lim”,  ”mürəbbi”,  “rəhbər”  mənalarını  ifadə  edir.  Qədim  Romada 

“magistr” dərəcəsi  mühüm vəzifə səlahiyyətləri olan şəxslərə veri-

lirdi.  Bizans  imperatorluğunda  isə  bu  ad  yüksək  məmur  rütbəsi  ti-

tuluna müvafiq idi. “Magistr” məfhumu “ustad” adının sinonimi, öz 

işinin mahir bilicisi, ustası kimi də qəbul edilir. Musiqi termini olan 

“maestro” sözü də “magistr” sözündən meydana gəlmiş, musiqi sa-

həsinin bilicisi kimi başa düşülür

 

Magistratura təhsili ixtisaslaşma üzrə hər hansı ixtisas sahəsi-

nin elmi-tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrə-

nilməsini nəzərdə  tutur və  məzunlara peşəkar  fəaliyyətlə,  elmi  təd-

qiqat  və  elmi-pedaqoji  işlərlə  məşğul  olmaq  hüququ  verir.  Ma-

gistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin ve-

rilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəy-

yən edilir. 

Magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki ba-

zası və təhsil infrastrukturu kifayət qədər yüksək olan ali təhsil mü-

əssisələrində yaradılır. 



 

280 


Magistratura əsasən aşağıdakı vəzifələri həyata keçirir

1.  Magistratura  ali  təhsil  strukturunda  ikinci  pillə  olaraq  ali 

təhsilin elitar formasından kütləvi və ümumi formaya keçidini təmin 

edir.  


2. Ali təhsilin adekvat, məqsədyönlü , optimal, səmərəli, çevik 

olmasını təmin edir.  

3. “Uzunmüddətli təhsil”, “Ömürboyu təhsil”, “Fasiləsiz təhsil 

paradıqmasını reallaşdırır.  

4.  Varislik  prinsipini,  yeniləşmə,  təkmilləşmə  funksiyasını, 

tədrisin elmi xarekterdə qurulmasını, elmi tədqiqatçılığı, yaradıcılıq 

və əməkqabilliyinin vəhdətini təmin edir.  

5.  “Geniş  məkanda  tanınma”,  “Şəffaflıq”,  “Rəqabət  aparmaq 

və rəqabətə dözümlülük” kimi funksiyaları yerinə yetirir.  

6. Transparentlik (fr. transparent, hərfi mənası – şəffaf) funk-

siyasının,  ağılların,  imiclərin,  imkanların  rəqabətə  dözümlülüyünü 

təmin edən strategiyaların modernləşdirilməsini təmin edir.  

7.  Rasional  -selektiv  (lat.  selectio  –  seçmə,  seliqo  –  seçirəm) 

funksiyanı  yerinə  yetirir,  tələbələrin  qəbulunun,  seçib-  seçilməsi 

müyəssərliyini təmin edir.  

8.  Doktorluq  dərəcəsinə  qədərki  səviyyənin  təmin  edilməsi 

funksiyasını  yerinə  yetirir  və  daha  yüksək  dərəcə  olan  doktorluq 

elmi dərəcəsinə çatmaq üçün imkan və şərait yaradır.  

9.  Varislik  və  inkişafın  vəhdətini,  ali  təhsilin  akademik  və 

bazar iqtisadiyyatı xarakteristikalarının vəhdətini,  klassik  dəyərlərə 

uyğunluğu, dinamik dəyişikliklərə açıq olmasını təmin edir.  

10.  Yüksək  intellektə,  yüksək  mədəniyyət  və  əxlaqa,  yüksək 

elmi-tədqiqatçılıq qabiliyyətinə, dərin bilik və geniş elmi dünyagö-

rüşə malik peşəkar mütəxəssislər yetişdirir.  

Magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki ba-

zası və təhsil infrastrukturu kifayət qədər yüksək olan ali təhsil mü-

əssisələrində yaradılır. 

Tibb təhsil proqramlarına və dövlət təhsil standartlarına uyğun 

olaraq, əsas təhsilə və rezidenturaya həkim-mütəxəssis ali peşə ixti-

sas  dərəcələri  verilir.  Rezidentura  təhsilinin  məzmunu  və  təşkili 

qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. 



 

281 


Xüsusi qabiliyyət tələb edən və öz xüsusiyyətləri ilə fərqlənən 

mədəniyyət, musiqi, incəsənət, idman, memarlıq, dizayn və bu kimi 

digər sahələr üzrə magistr hazırlığı yalnız nəzəri hazırlıq və tədqiqat 

tələb edən sahələr üzrə həyata keçirilir. 

Magistratura təhsili ixtisaslaşma üzrə hər hansı ixtisas sahəsi-

nin elmi-tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrə-

nilməsini nəzərdə  tutur və  məzunlara peşəkar  fəaliyyətlə,  elmi  təd-

qiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir. Magistra-

tura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilmə-

si  qaydaları  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 

edilir. 

Magistraturada  fənnlərin  dərindən  ixtisaslaşması  aparılır, 

magistrantlarda elmi araşdırma bacarığı və vərdişləri formalaşdırılır. 

Magistraturanı  başa  vuran  şəxslər  İxtisaslaşdırılmış  Disserta-

siya  Şurasının  qərarı  ilə  «magistr»  dərəcəsi  alırlar.  Magistr  dərəcəli 

mütəxəssislər ali məktəbin bakalavr pilləsində, elmi-tədqiqat mərkəz-

lərində, habelə orta məktəblərdə fəaliyyətlərini təşkil edə bilərlər. 

Magistr  dərəcəsi  verilərkən  xüsusi  elmi  hazırlıq  bacarığı  və 

konkret elmi nəticə nümayiş etdirmiş məzunlar doktoranturada mü-

vafiq  imtahanlar  verdikdən  sonra  elmi  iş  -  dissertasiya  üzərində 

çalışa bilərlər. Doktoranturanı başa vurub İxtisaslaşdırılmış Disser-

tasiya Şurasında fəlsəfə doktoru dissertasiyası müdafiə etmiş şəxslər 

«Fəlsəfə doktoru» (ixtisas göstərilməklə) elmi dərəcəsini alır. Elmi 

dərəcəsi olan şəxslər, xüsusilə elmlər doktorları ixtisasa uyğun ola-

raq  təhsilin  magistratura  pilləsində  elmi,  pedaqoji  fəaliyyət  göstərə 

bilərlər. 



Magistrant təhsilini başa vurarkən İxtisaslaşmış Disserta-

siya Şurasının qarşısında yazıb tamamladığı dissertasiyanı  mü-

dafiə edir. 

Magistr  dissеrtasiyası  –  magistratura  tələbəsinin,  yaxud  ma-

gistrantın  müstəqil  еlmi-tədqiqat  işinin,  gərgin  yaradıcı  aхtarışla-

rının  məhsuludur.  Magistraturada  təhsil-tərbiyə  fəaliyyətinin  sоn 

təqdimatıdır, mütəхəssisə  «həyat  vəsiqəsi» vеrən, ona magistr elmi 

dərəcəsi  verən  mürəkkəb  pedaqoji  prоsеsdir.  Dissertasiya  latınca 



“dissertatio”  sözündən  olub,  mənası  müzakirə  etmək,  tədqiq 

etmək deməkdir. 


Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə