Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə87/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   236

 

267 


komitəsi  bir  nazirlikdə  birləşsə  də,  bəzi  başqa  nazirliklərin  tabeli-

yində  olan  tədris  müəssisələri  də  vardır.  Tədris  müəssisələrinin 

hazırkı  yerləşmə  və  idarəolunma  vəziyyəti  nəzərə  alınarsa,  “təhsil 

sistemi” anlayışının işlənilməsi məqsədəuyğun sayılır . 

Təhsil sistemi anlayışını üç əsas əlamət səciyyələndirir. Birin-

ci əlamət təhsil sisteminin konkret ölkə ilə bağlılığıdır. Hər ölkənin 

özünəməxsus,  özünün  sosial-iqtisadi  və  mədəni-siyasi  vəziyyətinə 

uyğun  gələn  təhsil  sistemi  vardır.  İkinci  əlamət  tədris  müəssisə-

lərini  nəzərdə  tutur.  Bu  və  ya digər ölkədə  mövcud olan  təhsil sis-

temi təhsil müəssisələri arasında qarşılıqlı əlaqələrin mövcudluğuna 

işarədir.  Mövcud  tədris  müəssisələri  bu  cür  əlaqələr  sayəsində  sis-

tem əmələ gətirir. 

Göstərilən əlamətlərə istinad edərək, təhsil sistemi anlayışına 

belə tərif vermək olar: bu və  ya digər ölkədə qarşılıqlı  əlaqə  şərai-

tində  fəaliyyət  göstərən  tədris  müəssisələrinin  məcmusu  təhsil  sis-

temidir. 

Təhsil  sistemi  ölkənin  iqtisadi-  siyasi  və  mədəni  səviyyəsi  ilə 

əlaqədar təşəkkül tapır və inkişaf edir. Təhsil sistemləri tam eyniyyət 

təşkil edən ölkələr yoxdur. Nəinki yüksək dərəcədə inkişaf etmiş öl-

kələrin,  hətta  inkişafa  qədəm  qoymuş  ölkələrin  təhsil  sistemləri  də 

bir-birindən  fərqlənir.  Bu  fərqin  səbəbi  həmin  ölkələrdə  həyata  ke-

çirilən ictimai-iqtisadi siyasətin və mədəni inkişafın müxtəlifliyidir. 

İctimai-iqtisadi  quruluşun  dəyişməsi  və  inkişafı  ilə  əlaqədar 

təşəkkül tapan və formalaşan təhsil sistemi öz növbəsində cəmiyyə-

tin sonrakı inkişafına, sosial-iqtisadi və mədəni inkişafa təkan verir. 

Cəmiyyətin  necəliyi,  mənəvi  sərvətin  zənginlik  dərəcəsi  müəyyən 

mənada  təhsil  sisteminin  necəliyindən  asılıdır.  Nəzərə  alınmalıdır 

ki, cəmiyyətdə sosial-iqtisadi həyat dəyişdikcə təhsil sistemi də vax-

taşırı dəyişir. 

Təhsil sisteminə aşağıdakılar daxildir: 

-  bütün  təhsil  müəssisələri,  təlim-tərbiyə  prosesi  ilə  məşğul 

olan və təhsil xidmətləri göstərən digər qurumlar, təhsil fəaliyyətini 

və onun inkişafını təmin edən elmi tədqiqat institutları və informasi-

ya mərkəzləri, layihə, istehsal, kliniki, ictimai iaşə, tibbi-profilaktik 

və əczaçılıq strukturları, idman, istirahət və sağlamlıq kompleksləri, 




 

268 


kampuslar, mədəni-maarif müəssisələri və təşkilatları, kitabxanalar, 

yataqxanalar, düşərgələr və digər infrastruktur obyektləri

-  təhsili  idarəetmə  orqanları  və  onların  tabeliyində  fəaliyyət 

göstərən müəssisə və təşkilatlar

- təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, 

assosiasiyalar, cəmiyyətlər, elmi-metodik şuralar və digər qurumlar. 

 

 

8.5. Təhsilin məzmununa və təşkilinə  

dair ümumi tələblər 

 

Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər aşağıda-



kılardır: 

 



təhsilalanlarda  müasir  tələblərə  və  şəraitə  uyğunlaşmaq,  rə-

qabət  qabiliyyətli  olmaq,  informasiya  cəmiyyətində  yaşayıb  fəaliy-

yət göstərmək, ünsiyyət yaratmaq bacarığını formalaşdırmaq; 

 



öz  üzərinə  məsuliyyət  götürmək,  kollegial  qərarların  qəbu-

lunda, demokratik təsisatların fəaliyyətində və inkişafında iştirak et-

mək keyfiyyətlərinə malik müstəqil, yaradıcı şəxsiyyət və vətəndaş 

formalaşdırmaq; 

 

təhsilalanların fasiləsiz təhsil almasını, daim  yeniləşən, mü-



asir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə yiyələnmə-

sini,  cəmiyyətin  tələbatını  daha səmərəli ödəməsini, şəxsiyyət  kimi 

inkişaf  etməsini  və  ömür  boyu  təhsilin  hamı  üçün  açıq  və  bərabər 

imkanlı olmasını təmin etmək; 

 

yüksək  intellektual  səviyyəyə  və  praktiki  iş  qabiliyyətinə, 



yeni texnologiyalara yiyələnmək, informasiya axınında çevik istiqa-

mət tapmaq bacarığını formalaşdırmaq; 

 

cəmiyyətin yüksək səviyyəli və rəqabətqabiliyyətli kadr po-



tensialına tələbatının ödənilməsi üçün real zəmin yaratmaq

 



təhsil  müəssisələrində  tədris  prosesinin  təhsilalanların  və 

təhsilverənlərin insan ləyaqətinə hörmət etməsi əsasında qurulması-

nı təmin etmək və təhsilalana qarşı hər hansı fiziki və psixoloji zora-

kılığa yol verməmək. 




 

269 


Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər “Təhsil 

haqqında  Azərbaycan  Respublikasının  Qanunu”  və  digər  normativ 

hüquqi aktlarla tənzimlənir. 

 

 

8.6. Təhsilin və təhsilalmanın formaları 

 

Azərbaycan  Respublikasında  formal,  qeyri-formal,  informal 



təhsil formaları tətbiq olunur. 

 



formal təhsil - dövlət təhsil sənədinin verilməsi ilə başa ça-

tan təhsil formasıdır; 

 

qeyri-formal  təhsil  -  müxtəlif  kurslarda,  dərnəklərdə  və 



fərdi  məşğələlərdə  əldə  edilən  və  dövlət  təhsil  sənədinin  verilməsi 

ilə müşayiət olunmayan təhsil formasıdır. 

 

 informal  təhsil  -  özünütəhsil  yolu  ilə  biliklərə  yiyələn-



mənin formasıdır. 

Formal təhsilin təşkili qaydaları müvafiq icra hakimiyyəti or-

qanı tərəfindən müəyyən edilir. 

Azərbaycan  Respublikasında  əyani,  qiyabi,  distant  (məsafə-

dən),  sərbəst  təhsilalma  formaları  müəyyən  olunmuşdur  və  təhsil-

alma  formaları  çərçivəsində  evdə  təhsil  və  fərdi  təhsil  təşkil  oluna 

bilər.  Fərdi  təhsil - müxtəlif səbəblərdən uzun müddət təhsildən kə-

narda qalmış şəxslər, habelə müəyən bir sahə üzrə xüsusi istedadı ilə 

fərqlənən  şagirdlər  üçün  tətbiq  edilən  təhsil  formasıdır.  Evdə  təhsil 

müvafiq  təhsil  proqramlarına  uyğun  olaraq  ümumi  təhsilin  evdə 

təşkili  formasıdır.  Zəruri  hallarda,  müasir  təhsil  texnologiyalarından 

istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən 

edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər. 

 

 

8.7. Təhsil müəssisəsi 

 

Təhsil  müəssisəsinin  təşkilati-hüquqi  forması  və  statusu  mü-



vafiq qanunvericiliyə uyğun müəyyən edilir. Azərbaycan Respubli-

kasında mülkiyyət növünə görə dövlət, bələdiyyə, özəl təhsil müəs-

sisələri fəaliyyət göstərir. 



Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə