Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə86/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   236

 

264 


refleksiya  etsin,  imkanlarını  (intellektual,  mədəni,  fəaliyyət)  müəyyənləş-

dirsin,  yeniliyin  xüsusiyyətlərini  anlamağa  çalışsın,  effektiv  şəkildə  kom-

munikativ  və  kooperativ  əlaqələr  qursun.  Bu  isə  insandan  bütün  həyatı 

boyu təhsil almağı tələb edir. Ömür boyu fasiləsiz təhsilalmanın vacibliyi 

XXI  əsrdə  ixtisaslı  kadrların  yenidən  hazırlanmasını,  iqtisadiyyatın  və 

cəmiyyətin  tələbinə  uyğun  öz  ixtisasını  müntəzəm  artırmasını,  təkmil-

ləşdirməsini  ön  plana  çəkir.  XXI  əsrin  təhsil  sistemi  kifayət  dərəcədə 

novator xarakterli, çevik və yaradıcı keyfiyyətlərə malik olmalıdır.  

 5.  Yeni  maliyyələşmə  modelinə  keçid.  Hamının  keyfiyyətli  təhsil 

ala bilməsinin, təhsilin normal təşkili və inkişafa istiqamət-lənmiş olması-

nın  əsas  təminatı  dövlətin  hər  adambaşına  maliyyələş-dirmə  öhdəliyini 

necə yerinə yetirməsindən xeyli dərəcədə asılıdır. 

Məlumdur ki, təhsilin səmərəli təşkili onun mühüm prinsip-lərindən 

biridir.  Təhsil  sisteminin  səmərəliliyinə  aşağıdakıları  yerinə  yetirməklə 

nail olmaq mümkündür:  

 -  təhsilin  maliyyələşdirilməsinin  yeni  sisteminə  keçilməsi  (adam-

başına normativlər əsasında xərclərin hesablanması); 

- təhsilin inkişafına büdcədən ayrılan vəsaitin optimallaşdırıl-ması, 

investisiya layihələrinin reallaşdırılması, hər şeydən əvvəl tədris 

avadanlıqlarının yeniləşdirilməsi; 

 - təhsil müəssisələrinin maddi-texniki bazasının yüksəldilməsində 

ictimaiyyətin iştirakının genişləndirilməsi; 

 - idarəetmə sisteminin informasiya təminatının yüksəldilməsi; 

 -  idarəetmə  sahəsində  işləyənlərin  və  təhsildə  marağı  olan  tərəf-

lərin daim maarifləndirilməsi; 

- təhsil siyasətini hazırlamaq və ictimaiyyəti maarifləndirmək üçün 

ictimaiyyətlə əlaqə xidmətinin və təhsilə xidmət marketinqinin təşkili; 

-  tədris  müəssisələri  üçün  avadanlıqların,  əyani  vəsaitlərin  alın-

ması,  məktəb  binalarının  təmirinin  təşkili  ilə  məşğul  olan  servis 

xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi. 

Yuxarıda  sadalanan  elementlər  blokunda  həyata  keçirilməsi  ən 

çətin olan iş adambaşına ayrılacaq maliyyə normativlərinin qabaqcadan 

müəyyənləşdirilməsidir.  Çünki  həmin  normativ  hər  il  dəyişir  və  dövlətin 

maliyyə  imkanlarından  asılı  olur.  Xarici  ölkələrin  təcrübəsi  göstərir  ki, 

təhsil  müəssisələrində  adambaşına  maliyyələşmə  normativinə  keçilməsi 

aşağıdakı üstünlüklərə malikdir: 1) təhsil müəssisəsinin maliyyə problem-

ləri  tam  aydınlaşır,  maliyyə  müstəqilliyi  təmin  olunur,  ictimaiyyətdən, 

digər  mənbələrdən  əlavə  vəsait  almaq  ehtiyacını  müəyyənləşdirir  və  onu 

leqallaşdırır, yerləşdiyi bölgənin ona nə qədər maliyyə vəsaiti ayırmasını 

müəyyən etməyə imkan yaradır; 2) təhsil müəssisəsi iqtisadi cəhətdən qo-


 

265 


runur,  bütün  uşaqların  keyfiyyətli  təhsil  alması  təmin  edilir;  3)  maliyyə 

resurslarının məktəblər üzrə paylanmasında yol verilən subyektiv amillər 

minimuma  endirilir;  4)  təhsil  müəssi-sələrinin  onun  üçün  ayrılan  vəsait-

lərdən səmərəli və qənaətlə istifadə etmək marağını artırır. 

 

 

8.2. Azərbaycanda təhsilin əsas məqsədi 

 

Azərbaycan Respublikasında təhsilin əsas məqsədi aşağıdakı-



lardır  və  bunlar  “Təhsil  haqqında  Azərbaycan  Respublikasının  Qa-

nunu”nda rəsmiləşdirilmişdir: 

-  Azərbaycan  dövləti  qarşısında  öz  məsuliyyətini  dərk  edən, 

xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquq-

ları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq 

ideyalarına  sadiq  olan,  müstəqil  və  yaradıcı  düşünən  vətəndaş  və 

şəxsiyyət yetişdirmək; 

- milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf et-

dirən,  geniş  dünyagörüşünə  malik  olan,  təşəbbüsləri  və  yenilikləri 

qiymətləndirməyi  bacaran,  nəzəri  və  praktiki  biliklərə  yiyələnən, 

müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq; 

-  sistemləşdirilmiş  bilik,  bacarıq  və  vərdişlərin  mənimsənil-

məsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ic-

timai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq. 

 

 

8.3. Təhsil sahəsində  

dövlət siyasətinin əsas prinsipləri 

  

 Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakı-



lardır: 

 



humanistlik  –  milli  və  ümumbəşəri  dəyərlərin,  şəxsiy-

yətin  azad  inkişafının,  insan  hüquqları  və  azadlıqlarının,  sağlam-

lığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin, 

tolerantlıq və dözümlülüyün prioritet kimi qəbul olunması; 

 

demokratiklik-  təhsilalanların  azad  düşüncə  ruhunda  tər-



biyə  edilməsi,  təhsilin  dövlət-ictimai  əsaslarla  təşkilində  və  idarə 


 

266 


edilməsində  səlahiyyət  və  azadlıqların  genişləndirilməsi,  təhsil 

müəssisələrinin muxtariyyətinin artırılması; 

 

bərabərlik  -  bütün  vətəndaşların  bərabər  şərtlər  əsasında 



təhsil  almasına  imkanlar  yaradılması  və  təhsil  hüququnun  təmin 

olunması; 

 

millilik  və  dünyəvilik  -  milli  və  ümumbəşəri  dəyərlərin 



qorunması  və  onların  dialektik  vəhdətinin  təmin  edilməsi  əsasında 

dünyəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi; 

 

keyfiyyətlilik  -  təhsilin  mövcud  standartlara,  normalara, 



sosial-iqtisadi tələblərə, şəxsiyyətin , cəmiyyətin və dövlətin maraq-

larına uyğunluğu; 

 

 səmərəlilik  -  təhsilin  və  elmi  yaradıcılığın  daim  inkişaf 



edən, faydalı və son nəticəyə istiqamətlənən müasir metodlarla təş-

kili; 


 

fasiləsizlik,  vəhdətlik,  daimilik  -  mövcud  təhsil  standart-

ları,  tədris  proqramları  və  planları  əsasında  təhsilin  bir  neçə 

səviyyədə  əldə  edilməsi  imkanı,  təhsilin  ayrı-ayrı  pillələri  arasında 

sıx  dialektik  qarşılıqlı  əlaqənin  təmin  olunması  və  onun  insanın 

bütün həyatı boyu ardıcıl davam etməsi; 

 

varislik - təhsil sahəsində əldə olunmuş bilik və təcrübənin 



ardıcıl olaraq növbəti nəslə (dövrə) ötürülməsi; 

 



liberallaşma - təhsil sahəsinin və təhsil fəaliyyətinin açıq-

lığının genişləndirilməsi; 

 

inteqrasiya - milli təhsil sisteminin dünya təhsil sisteminə 



səmərəli  formada  qoşulması,  uyğunlaşması  və  qovuşması  əsasında 

inkişafı. 

 

 

8.4. Təhsil sistemi anlayışı 

 

Bu  anlayış  özü  ədəbiyyatda  müxtəlif  formada  işlənmişdir: 



“maarif sistemi”, “xalq maarifi sistemi”, “təhsil sistemi”, “xalq təh-

sili  sistemi”,  “dövlət  təhsil  sistemi”.  Müxtəliflik onunla  izah  edilir 

ki, ölkənin inkişafı ərzində tədris müəssisələri başqa-başqa idarə və 

nazirliklərin  tabeliyində  fəaliyyət  göstərmişdir.  Müasir  dövrdə  ma-

arif nazirliyi ali və orta ixtisas təhsili nazirliyi və texniki peşə təhsili 



Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə