Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə82/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   236

 

254 


4.

 

Mehrabov A.O. Azərbaycan təhsilinin müasir problemləri. Bakı: 



Mütərcim, 2007. 

5.

 



Mehrabov  A.O.  Müasir  təhsilin  metodoloji  problemləri.  Bakı: 

Mütərcim, 2012. 

6.

 

Abdullayev  B.A.,  Zülfüqarova  Ş.V..  Didaktika.  Bakı:  ADPU-



nun mətbəəsi, 2005. səh.5-26. 

7.

 



Əhmədov  B.A.,  Rzayev  A.Q..  Pedaqogikadan  mühazirə  kons-

pektləri. Bakı: Maarif, 1983. səh.87-90. 

8.

 

Kazımov N.M., Həşimov Ə.Ş.. Pedaqogika. Bakı: Maarif, 1996, 



səh.68-75. 

9.

 



Mehdizadə M.M.. Ümumtəhsil məktəblərində təlim-tərbiyə pro-

sesinin təkmilləşdirilməsi yolları. Bakı: Maarif, 1982. səh.46-47. 

10.

 

Paşayev Ə.X., Rüstəmov F.A.. Pedaqogika. Bakı: Nurlan, 2007. 



səh.114-116. 

11.


 

Həsənov  M.M.  Problemli  təlim  vasitəsilə  şagirdlərin  idrak 

fəaliyyətinin inkişaf etdirilməsi. Bakı: Müəllim, 1986. 

12.


 

Həsənov  M.M.,  Bəhmənova  C.  İbtidai  siniflərdə  fəal  və  inte-

raktiv metodlardan istifadənin nəzəri-praktik məsələləri. (Metodik vəsait). 

Bakı: ADPU, 2009. 

13.

 

Sadıqov F.B.. Pedaqogika. Bakı: Adiloğlu, 2009. səh.70-83. 



14.

 

Talıbov Y., Ağayev Ə., Eminov A., İsayev İ.. Pedaqogika. Bakı: 



Adiloğlu, 2003. səh.28-30, 39-41. 

15.


 

Əhmədov H.H. Pedaqogika.(Dərs vəsaiti). Bakı, 2006. 

16.

 

Əhmədov H.H.Azərbaycan təhsilinin inkişaf strategiyası. Bakı: 



Elm, 2010. 

17.


 

Əhmədov  H.H.  Təhsilin  mоdernləşdirilməsi  və  оnun  praqmatik 

hüdudları // Təhsil Problemləri İnstitunun Elmi əsərləri, 2008, №2, s. 19-21. 

18.


 

Əhmədov  H.H.  Ali  təhsilin  modernləşdirilməsi.(monoqrafiya). 

Bakı: 2008. 

 

 



 


 

255 


 

  

 



     

İnsanlar təhsil üçün yox, təhsil insanlar üçündür və 

 o, insanların konkret ehtiyaclarına uyğunlaşdırılmalıdır. 

 

Əbu Turxan 

 

 

VIII fəsil 

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL SİSTEMİ 

 

 

Əhatə olunan məsələlər: 

 

8.1. Təhsil haqqında anlayış. 

8.2. Azərbaycanda təhsilin əsas məqsədi. 

8.3. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri. 

8.4. Təhsil sistemi anlayışı. 

8.5. Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər. 

8.6. Təhsil və təhsilalmanın formaları. 

8.7. Təhsil müəssisəsi. 

8.8. Təhsilin pillələri və səviyyələri. 

8.8.1. Məktəbəqədər təhsil. 

8.8.2. Ümumi təhsil. 

8.8.3. İlk peşə-ixtisas təhsili. 

8.8.4. Orta ixtisas təhsili. 

8.8.5. Ali təhsil. 

8.8.6. Doktorantura.  

8.8.7. Əlavə təhsil. 

8.9. Təhsil subyektlərinin hüquqları, vəzifələri və sosial müdafiəsi. 

8.9.1. Təhsil sahəsində dövlətin vəzifələri. 

8.9.2. Təhsil prosesinin iştirakçıları. 

8.9.3. Təhsilalanların hüquq və vəzifələri. 

8.9.4. Təhsilverənlərin hüquq və vəzifələri. 

8.9.5. Valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq  

           və vəzifələri. 

8.9.6. Təhsilalanların və təhsilverənlərin sosial müdafiəsi

. 

 



 

256 


 

8.1. Təhsil haqqında anlayış 

 

Təhsil insanlara öz əcdadlarının əsrlər boyu əldə etdiyi təcrü-



bə və biliklərə bir neçə il ərzində yiyələnmək imkanı verir. Yaşadığı 

zamanın tələbləri səviyyəsində durmağa, hər dəfə sıfırdan başlamaq 

deyil, özündən əvvəlki nəsillərin işini davam etdirməyə insan yalnız 

təhsil sayəsində müyəssər olur. 

Ə.X.Paşayev  və  F.A.Rüstəmov  təhsili  pedaqogika  elminin 

predmeti kimi qəbul edir və onun əsas xüsusiyyətlərini belə açıqla-

yırlar: 1) təhsil cəmiyyətin və dövlətin mənafeyi naminə şəxsiyyətin 

intellektual  və  emosional  sferalarını  inkişaf  etdirmək,  onu  həyata 

hazırlamaq məqsədilə verilir; 2) təhsilin məzmunu müasir standart-

lara uyğun olaraq müəyyənləşdirilir; 3) təhsilin məzmunu tədris mü-

əssisələrində  və  özünütəhsil  yolu  ilə  mənimsənilir;  4)  mənimsənil-

mənin  səviyyəsi  qəbul  edilmiş  meyarlarla  yoxlanılır  və  qiymətlən-

dirilir;  5)  təhsilalma  prosesi  müəyyən  olunmuş  hüquqi  sənədlərin 

verilməsi ilə başa çatır. 

Bir  qrup  mütəxəssislər  (A.S.Lanqe,  P.A.Jiltsov,  İ.P.Şerbov, 

İ.F.Xarlamov,  Y.K.Babanski)  təhsil  anlayışını  bir  qədər  başqa  cür 

təsəvvür  edirlər.  Onların  fikrincə,  təhsil  dedikdə,  gənc  nəslin  mü-

əyyən elmi və xüsusi biliklər sisteminə və bununla əlaqədar olan ba-

carıq və vərdişlərə yiyələnməsi, onda elmi dünyagörüşünün forma-

laşması  və  təfəkkürün,  idrak  qabiliyyətlərinin,  yaradıcı  qüvvələrin 

inkişafı prosesi və nəticəsi başa düşülür.  

Azərbaycan  Respublikasının  “Təhsil  haqqında  Qanunu”nda 

təhsil sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi 

prosesi və onun nəticəsi kimi təqdim olunur. 

Məlumdur ki, yeni biliklərin əldə edilməsi təhsilin yox, elmin 

funksiyasına aiddir. Təhsil isə artıq məlum olan bilikləri geniş küt-

lələrə və  ya məqsəddən asılı olaraq əhalinin müəyyən qrupuna çat-

dırmaq  (öyrətmək,  mənimsətmək)  üçün  təşkil  olunmuş  geniş  miq-

yaslı ictimai prosesdir.  

XX  əsrin  böyük  filosofu  Bertran  Rassel  təhsil  haqqında  kita-

bında  yazır: “Biz insanların  nəyi bilməli olduğunu nəzərə tutarkən 

aydın  olur  ki,  bunları  hamı  bilməlidir.  Elə  şeylər  də  vardır  ki, 




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə