Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə81/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   236

 

251 


özünü inkar etmək dərəcəsinə gəlirlər. L.S.Rubinşteyn yazırdı ki, bu 

əsas məsələnin  yeganə düzgün həlli  yolu təlim ilə idrak prosesinin 

vəhdətini (eyniləşdirməsini yox) və fərqlərini (tam şəkildə müxtəlif 

olmalarını deyil) qəbul etməkdədir. 

Elmin nəticələri təlimin məzmununu zənginləşdirir, zənginlə-

şən təlim də, öz növbəsində, elmin sonrakı inkişafına zəmin yaradır. 

Gələcək  elmi  kadrlar  tədris  müəssisələrindən  keçib  gedirlər.  Elmin 

necəliyi həm də təlimin necəliyindən asılı olur. Elmi idrak və təlim 

nəinki bir-birinə, həm də birlikdə cəmiyyətin sonrakı inkişafına mü-

əyyən təsir göstərir. 

Elmi idrakın nəticəsi olan biliklərin həyata, istehsalata tətbiqi 

üçün  həmin  biliklər  iqtisadiyyatın  müxtəlif  sahələrinə  gedəcək 

gənclər  tərəfindən  məhz  tədris  müəssisələrində  mənimsənilir,  bu 

proses fasiləsiz dövr edir. 

İdrak və təlim arasında qarşılıqlı əlaqənin olması, idrak nəzə-

riyyəsi  ilə  təlim  nəzəriyyəsi  arasında  müəyyən  münasibətin  möv-

cudluğunu da göstərir. Bu və ya digər pedaqoji sistemdə təlim nəzə-

riyyəsi müvafiq idrak nəzəriyyəsinə istinad edir. Məsələn, barəsində 

yuxarıda  bəhs  etdiyimiz  məşhur  çex  pedaqoqu  Y.A.Komenskinin 

təlim nəzəriyyəsi dövrü üçün mütərəqqi olan sensualist idrak nəzə-

riyyəsinə uyğun qurulmuşdur. Onun fikrincə, biliyin yeganə mənbə-

yi müşahidə olduğundan, təlim zamanı əyaniliyə geniş yer verilmə-

lidir.  Yaxud  idealist  mövqedə  duran  bir  çox  pedaqoqlar  dünyanın 

dərk olunmasında praktikaya məhəl qoymamışlar. Onların idrak nə-

zəriyyəsinə görə bilik şüurun, təfəkkürün məhsuludur, guya ictimai-

iqtisadi təcrübənin idrak prosesinə dəxli yoxdur . 

Dialektik materialist idrak nəzəriyyəsinə uyğun qurulan təlim 

nəzəriyyəsinə görə biliyin əsas mənbəyi obyektiv gerçəklikdir, me-

yarı isə praktikadır. Metodoloji əsası dialektik materialist idrak nə-

zəriyyəsi olan təlim prosesində şagirdlərin mənimsəmə prosesi həm 

“canlı  müşahidədən....”,  həm  də  geniş  ölçüdə  müəllimin  canlı  sö-

zündən, həm empirik materialın öyrənilməsindən, empirik təfəkkür-

dən,  həm  də  rasional  təfəkkürə  istinad  etməkdən  başlanır.  Unuda 

bilmərik  ki,  rasional  təfəkkürə  istinadən  alınan  biliklərin  də  kökü 

canlı  müşahidədir.  Bəşər  idrakının  quruluşunda  mühüm  və  ilk  ele-

ment  (idrakın  real  prosesində  hər  nə  qədər  vasitələrlə  gizli  ifadə 




 

252 


olunsa da) hisslə qavranılan empirik bilik bütün biliklərimizin mən-

bəyi kimi çıxış edir. 

Yeri gəlmişkən vurğulayaq ki, idrak nəzəriyyəsinə aid olan bi-

liklər  müəllimin  təlim  fəaliyyətində  şüurluluğunu  artırır  və  deməli, 

təlimin səmərəsini yüksəltmək üçün qnoseoloji zəmin yaradır. 

 

 

7.5. Didaktikanın problemləri 

 

Didaktika  müəllimlərin  iş  təcrübəsini  öyrənib  ümumiləşdir-



məklə, təlimin bir çox nəzəri və əməli problemlərini araşdırmaqla da-

im inkişaf etmişdir. Didaktikanın inkişafını isə təhsil qarşısında, təd-

ris müəssisələri qarşısında dövrün irəli sürdüyü vəzifələr şərtləndirir. 

Cəmiyyətin  inkişafının  müəyyən  mərhələsində  ortaya  çıxan  yeni 

sosial və iqtisadi vəzifələrlə mövcud təhsil sisteminin strukturu, təhsi-

lin məzmunu, təlim üsulları arasında uyğunsuzluq yaranır. Sonuncu-

lar birincilərdən geri qalır. Geriliyi aradan qaldırmaq lazım gəlir. Tə-

lim və təhsillə əlaqədar didaktik problemlər yaranır. Bu, təbii bir pro-

sesdir.  Odur  ki,  didaktikanın  problemləri  həmişəyaşardır,  didaktika 

elm sahəsi olaraq həmin problemlərin həlli ilə məşğul olmaqdadır. 

Didaktikanın inkişaf tarixindən görünür ki, nəzəri problemlə-

rin işlənilməsi və müəllimlərin pedaqoji təcrübəsinin öyrənilməsi və 

ümumiləşdirilməsi  işi  olduqca  mürəkkəbdir,  səhvlər  və  yanılmalar 

didaktların  fəaliyyətində  tez-tez  təzahür  edir.  Bir  çox  hallarda 

problemlər  pedaqoji  cəhətdən  nöqsanlı  müəyyənləşdirilir,  tədqiq 

olunan  problemin  nəticəsi  mütləqləşdirilir  və  şişirdilir.  Şişirtmə 

hallarına  müəllimlərin  təcrübəsini  öyrənib  ümumiləşdirmək  sahə-

sində də təsadüf edilir. Yeni sosial-iqtisadi inkişaf imkanlarına ma-

lik olan ölkəmizdə təlim və təhsil sahəsində ciddi dəyişikliklər apa-

rılması zərurətdir. Unutmaq olmaz ki, təlim prosesinin təsiri ilə tər-

biyə  alan,  məntiqi  mühakimə  yürütməyi,  müqayisələr  aparmağı, 

ümumiləşdirmələr etməyi, nəticə çıxarmağı, müstəqil fəaliyyət gös-

tərməyi bacarmalı olan  bugünkü  şagird  gələcəyin şüurlu vətəndaşı, 

yaradıcı  düşünən  mütəxəssisi,  qurub-yaradan  yenilikçidir.  Cəmiy-

yətin  inkişafının  hazırkı  səviyyəsi  tələb  edir  ki,  tədris  müəssisə-

lərində təhsilin məzmunu, yəni tədris planları, tədris proqramları və 

dərsliklər yeniləşdirilsin. Təhsilin məzmunu respublikanın həyatına, 



 

253 


mədəniyyətinə,  iqtisadiyyatına  aid  məsələlərlə  məhdudlaşdırılma-

sın,  ümumbəşəri  dəyərlər  də  nəzərə  alınsın.  Şagirdlərin  qabiliy-

yətləri üzə çıxarılsın, nəzərə alınsın və inkişaf etdirilsin. Aktuallığı-

nı itirməmiş bir çox problemlər - təlim zamanı şagirdlərin tərbiyəsi, 

dərs zamanı əks əlaqənin təmin olunması, təlimdə şagirdlərin müs-

təqilliyi və fəallığının artırılması və s.  yenidən işlənilsin. Ümumiy-

yətlə,  sivilizasiya  prosesinin  əbədi  davamlı  olması  didaktikanın 

problemlərinin  həmişəyaşarlılığını  və  mövcudluğunu  şərtləndirir. 

Bu cür məsələlərin nəzəri və əməli cəhətdən işlənməsi didaktika və 

metodika sahəsində çalışan mütəxəssislərin əlbir fəaliyyətindən çox 

asılıdır. Didaktikanın müasir problemlərindən mütəxəssis pedaqoq-

ların  və  praktik  müəllimlərin  hali  olmaları  və  bu  problemlərin  bir-

likdə  həlli  həm  didaktikanın  sonrakı  inkişafına,  həm  də  təlim  və 

təhsilin tərəqqisinə köməkdir. 

 

Sual və tapşırıqlar 

 

1.

 



Didaktika nəyi öyrənir? 

2.

 



Didaktikanın əsas məqsədi nədir? 

3.

 



Didaktikanın əsas anlayışları hansılardır? 

4.

 



Y.A.Komenskinin didaktik sistemini səciyyələndirin. 

5.

 



İ.Pestalotsinin  didaktik  sisteminin  faydalı  pedaqoji  cəhətləri 

haqqında nə deyə bilərsiniz? 

6.

 

İ.F.Herbartın ənənəvi təlim sistemi ilə C.Dyuinin təlim sistemini 



qarşılıqlı səciyyəndirin. 

7.

 



Didaktikanın qolları barədə nə deyə bilirsiniz? 

8.

 



Elmi idrakla təlim prosesinin əlaqəsini izah edin. 

9.

 



Didaktikanın problemləri ilə bağlı şərh verin. 

 

Ədəbiyyat 

 

1.

 



Mərdanov  M.C.  Azərbaycan  təhsili  yeni  inkişaf  mərhələsində. 

Bakı: Çaşıoğlu, 2009. 

2.

 

Mərdanov M.C. Azərbaycan təhsil tarixi. 3 cilddə. Bakı: Təhsil, 



2012. 

3.

 



Mehrabov  A.O.,  Abbasov  Ə.Ə.  və  b.  Pedaqoji  texnologiyalar. 

Bakı: Mütərcim, 2006 




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə