Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə89/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   236

 

273 


bilik  və  təsəvvürlərinin  formalaşdırılmasını,  müasir  informasiya- 

kommunikasiya  vasitələrindən  istifadə  etmək  qabiliyyətini,  hadi-

sələri  qiymətləndirmək  və  öz  gələcək  fəaliyyət  istiqamətlərini  mü-

əyyənləşdirmək  bacarığını  təmin  etməkdən  ibarətdir.  Azərbaycan 

Respublikasında  ümumi  orta  təhsil  icbaridir  və  müvafiq  təhsil 

proqramına əsasən həyata keçirilir. 

Ümumi orta təhsil səviyyəsində yekun qiymətləndirmə aparı-

lır və təhsili başa vuran təhsil alanlara müvafiq dövlət sənədi verilir. 

Ümumi orta təhsil haqqında sənəd təhsilin növbəti pillədə və səviy-

yədə davam etdirilməsi üçün əsas sayılır. 

Tam  orta  təhsil  səviyyəsində  təhsil  alanların  istedad  və  qabi-

liyyətinin  reallaşdırılması,  müstəqil  həyata  və  peşə  seçiminə 

hazırlanması,  fəal  vətəndaş  mövqeyinin,  milli  və  ümumbəşəri  də-

yərlərə,  insan  hüquqlarına  və  azadlıqlarına  hörmət  hissinin  və 

tolerantlığın formalaşdırılması, müasir informasiya-kommunikasiya 

texnologiyalarından  və  digər  texniki  vasitələrdən  sərbəst  istifadə 

etməsi,  iqtisadi  biliklərin  əsaslarına  yiyələnməsi,  xarici  dillərdən 

birində, yaxud bir neçəsində ünsiyyət saxlaması və s. təmin olunur. 

Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil 

proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Tam orta təhsil 

səviyyəsində  təhsilin  təmayülləşməsi  (humanitar,  texniki,  təbiət  və 

digər)  təmin  olunur.  Dövlət  təhsil  müəssisələrində  tam  orta  təhsil 

pulsuzdur.  Attestasiyanın  nəticələrinə  görə  məzunlara  müvafiq 

qaydada dövlət nümunəli sənəd-attestat verilir. 



Ümumiliyi,  vahidliyi,  əmək  istiqamətli  olması,  politexnik 

xarakter daşıması, milli  mədəniyyətə istinad etməsi, fərdi qabi-

liyyətləri  nəzərə  alması ümumi orta təhsilin başlıca xüsusiyyət-

lərindəndir.  Milliyyətindən,  dilindən,  mənşəyindən,  dinindən  asılı 

olmayaraq hər bir oğlanın, hər bir qızın öyrənməli olduğu zəruri bi-

liklərin,  bacarıq  və  vərdişlərin,  davranış  qaydalarının  məcmusu 

ümumi təhsilin məzmununu təşkil edir. Ümumi təhsil imkan verir ki, 

gələcək peşəsindən, ixtisasından asılı olmayaraq hamının şəxsiyyəti 

normal  inkişaf edə bilsin.  Ümumi təhsil cəmiyyətdə  adamların bə-

rabər mövqe tutmalarına şərait yaradır. 

Təhsil  səviyyələri  müxtəlif  olan  şəxslər,  adətən,  cəmiyyətdə 

başqa-başqa  mövqe  tuturlar.  Ümumi  orta  təhsili  olan  şəxs xalq  tə-




 

274 


sərrüfatının bir sahəsindən digər sahəsinə sərbəst keçməyə və orada 

fəaliyyət  göstərməyə  imkan  qazanır.  Ümumi  orta  təhsil  mənəvi  və 

əxlaqi  inkişafın,  fiziki  və  estetik  kamilləşməyin  bünövrəsidir.  Bu 

əsasda hər bir şəxs öz qabiliyyətlərini maksimum inkişaf etdirə bi-

lər. Təhsilin ümumiliyi və vahidliyi bir-birindən ayrılmazdır. Ümu-

mi  orta  təhsilin  vahidliyi  əsasən  onun  məzmununda  ifadə  olunur. 

Ümumi orta təhsilin politexnik istiqaməti iki cəhətdən səciyyələnir: 

politexnik biliklər və politexnik bacarıqlar. Ümumiyyətlə, şagirdlər 



üçün ümumi olan, əmək və politexnik səciyyə daşıyan, milli mə-

dəniyyətə istinad edən və şagirdlərin fərdi xüsusiyyətlərini nəzə-

rə  alan  təhsil  ümumi  orta  təhsil  hesab  edilir.  Ölkəmizdə  orta 

ümumi  təhsilin  bu  cəhətləri  yüksək  dəyərləndirildiyindən  onun  ic-

bariliyi qəbul olunmuşdur. 

 

8.8.3. İlk peşə-ixtisas təhsili 

 

İlk peşə-ixtisas təhsili - əmək bazarının tələbatına uyğun ola-



raq, ümumi orta təhsil və tam orta təhsil bazasında müxtəlif sənətlər 

və  kütləvi  peşələr  üzrə  ixtisaslı  işçi  kadrların  hazırlanmasını  təmin 

edir. İlk peşə-ixtisas təhsili mülkiyyət formasından asılı olmayaraq 

peşə-ixtisas  təhsili  müəssisələrində  və  təhsil  fəaliyyəti  üçün  xüsusi 

razılığı (lisenziyası) olan ayrı-ayrı təşkilatların, müəssisələrin, əmək 

birjalarının,  məşğulluq  idarələrinin  və  digər  müvafiq  qurumların 

təhsil  strukturlarında  həyata  keçirilir  və  məzunlara  müvafiq  istiqa-

mətlər üzrə ilk peşə dərəcələrinin verilməsi ilə başa çatır. İlk peşə-

ixtisas təhsili müvafiq təhsil proqramları  əsasında təşkil olunur. İlk 

peşə-ixtisas  təhsili  müəssisələrinə  ümumi  orta  təhsil  bazasında  qə-

bul olunanlar peşə ixtisası ilə yanaşı, tam orta təhsil almaq hüququ-

na malikdirlər. 



 

8.8.4. Orta ixtisas təhsili 

 

Orta  ixtisas  təhsili  cəmiyyətin  və  əmək  bazarının  tələbatına 



uyğun  olaraq,  ümumi  orta  təhsil  və  tam  orta  təhsil  bazasında  ayrı-

ayrı fəaliyyət sahələri üçün müxtəlif ixtisaslar üzrə orta ixtisas təh-

silli mütəxəssis hazırlığını təmin edir. Orta ixtisas təhsili əsasən kol-

leclərdə  və  ali  təhsil müəssisələrinin  tabeliyində  yaradılan  müvafiq 




 

275 


strukturlarda həyata keçirilir və  subbakalavr ixtisas  dərəcəsinin ve-

rilməsi ilə başa çatır. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili 

müəssisələrinə daxil olanlar həm də tam orta təhsil alırlar. Orta ixti-

sas  təhsili  müvafiq  təhsil  proqramları  əsasında  təşkil  olunur.  Orta 

ixtisas  təhsilini  başa  vuran  məzunlara  müvafiq  qaydada  dövlət  nü-

munəli  sənəd-diplom  verilir.  Orta  ixtisas  təhsili  haqqında  sənəd  ali 

təhsil  müəssisəsinə  daxil  olmaq  hüququ  yaradır  və  növbəti  təhsil 

pilləsində ali təhsil almaq üçün əsas sayılır. 

Orta  ixtisas  təhsili  proqramlarının  müvafiq  ixtisaslar  üzrə  ali 

təhsil  proqramlarına  uyğunluğu  təmin  edilir  və  bu  təhsil  pilləsini 

yüksək nəticələrlə başa vuran məzunların-subbakalavrların topladıq-

ları  kreditlər  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi 

qaydada, uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrində nəzərə alınır. 

 

8.8.5. Ali təhsil 

 

Ali təhsil pilləsində cəmiyyətin və əmək bazarının tələbatı nə-



zərə  alınmaqla  yüksək  ixtisaslı  mütəxəssislərin  və  elmi-pedaqoji 

kadrların  hazırlığı  həyata  keçirilir.  Azərbaycan  Respublikasının  ali 

təhsil müəssisələrində mütəxəssislər və elmi pedaqoji kadrlar hazır-

lığı üç səviyyəlidir. 

 

bakalavriat ; 



 

magistratura ; 



 

doktorantura. 



Bakalavriat  təhsil  səviyyəsində  tam  orta  təhsil  və  orta  ixtisas 

təhsili  bazasında  ayrı-ayrı  ixtisasların  təhsil  proqramları  üzrə  geniş 

profilli ali təhsilli mütəxəssislər hazırlanır.  

Bakalavriat.  “Bakalavr”,  latın dilində  “dəfnə  yarpağı  demək-

dir.  Bakalavriat  təhsili  başa  çatmış  ali  təhsildir.  Bakalavriat  bitirən 

məzunlara  “bakalavr”  ali  peşə-ixtisas  dərəcəsi  verilir.  Bakalavriat 

təhsili  almış  məzunların  əmək  fəaliyyəti  sahəsi  elmi  tədqiqat  və  ali 

təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bü-tün 

digər  sahələri  əhatə  edir.  Bakalavriat  təhsilinin  məzmunu  və  təşkili 

qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 



Bakalvr  dərəcəsi  dövlət  imtahanı  ilə  və  ya  “Buraxılış  işi” 

ilə Yekun Dövlət Attestasiya Komissiyası tərəfindən yekunlaşdı-

rılır, qiymətləndirilr. 


Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə