Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə88/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   236

 

270 


Azərbaycan Respublikasında dövlət təhsil müəssisələri bilava-

sitə mənfəət əldə etmək məqsədi güdmür. Təhsil müəssisəsinin fəa-

liyyəti, hüquq və vəzifələri “Təhsil haqqında Azərbaycan Respubli-

kasının Qanunu” və Azərbaycan Respublikasının müvafiq qanunve-

ricilik aktları nəzərə alınmaqla onun nizamnaməsi ilə müəyyən edilir. 

Təhsil  müəssisəsinin  aşağıdakı  tipləri  və  növləri  müəyyən 

olunmuşdur: 

 

məktəbəqədər  təhsil  müəssisələri  (körpələr  evi,  uşaq 



bağçası, xüsusi uşaq bağçası); 

 



ümumi təhsil müəssisələri (ibtidai, orta və tam orta ümum-

təhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər 

və  xüsusi  internat  məktəbləri,  xüsusi  qayğıya  ehtiyacı  olan  uşaqlar 

üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, 

liseylər və digər müəssisələr); 

 



məktəbdənkənar təhsil müəssisələri (uşaq yaradıcılıq mər-

kəzləri,  uşaq-gənclər  idman  məktəbləri,  uşaq-gənclər  şahmat  mək-

təbləri,  ekoloji  tərbiyə  və  təcrübə  mərkəzləri,  texniki  yaradıcılıq 

mərkəzləri,  turizm  və  diyarşünaslıq  mərkəzləri,  məktəbdənkənar  iş 

mərkəzləri, estetik tərbiyə və bədii yaradıcılıq mərkəzləri və s.) 

 



ilk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri, peşə 

liseyləri); 

 

orta ixtisas təhsili müəssisələri (kolleclər); 



 

ali  təhsil  müəssisələri  (universitetlər,  akademiyalar,  insti-



tutlar və s.) 

 



əlavə  təhsil  müəssisələri  (universitetlər,  institutlar,  mər-

kəzlər və s.) 

 

təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr. 



Müxtəlif tipli təhsil müəssisələri təhsil kompleksi və kampus 

formasında  da  fəaliyyət  göstərə  bilər.  İbtidai  və  ümumi  orta  təhsil 

müəssisələrinin  azkomplektli  formada  fəaliyyətinin  təşkili  müm-

kündür. 


 

 


 

271 


 

8.8. Təhsilin pillələri və səviyyələri 

 

Azərbaycan  Respublikasında  məktəbəqədər  təhsil,  ümumi 



təhsil (ibtidai təhsil, ümumi orta təhsil, tam orta təhsil), ilk peşə-ix-

tisas təhsili,  orta ixtisas  təhsili,  ali təhsil (bakalavriat,  magistratura, 

doktorantura) pillələri və səviyyələri müəyyən olunmuşdur. Təhsilin 

pillələri  və  səviyyələri  arasında  qarşılıqlı  əlaqə  və  varislik  təmin 

olunur.  Hər  bir  təhsil  pilləsi  (məktəbəqədər  təhsil  istisna  olmaqla) 

yekun  qiymətləndirmənin  və  ya  attestasiyanın  nəticələrinə  uyğun 

olaraq  məzunlara  dövlət  nümunəli  sənədin  verilməsi  ilə  başa  çatır. 

Təhsilalanın  əvvəlki  pillədə  və  səviyyədə  əldə  etdiyi  nailiyyətlər 

növbəti  pillədə  və  səviyyədə  təhsilin  davam  etdirilməsində  nəzərə 

alınır. 


 

8.8.1. Məktəbəqədər təhsil 

 

Məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, ailənin və cə-

miyyətin maraqlarına uyğun olaraq, uşaqların erkən  yaş dövründən 

intellektual,  fiziki  və  psixi  inkişafını,  sadə  əmək  vərdişlərinə  yiyə-

lənməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının 

qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasi-

bətinin  formalaşmasını  təmin  edir.  Məktəbəqədər  təhsil  müvafiq 

təhsil  proqramı  əsasında  həyata  keçirilir,  məktəbəqədər  təhsil  üç 

yaşdan  başlayır.  Beş  yaşlı  uşaqlar  üçün  məktəbə  hazırlıq  qrupları 

zəruridir.  Məktəbə  hazırlığın  təşkili  qaydaları  müvafiq  icra  orqanı 

tərəfindən  müəyyən  edilir.  Məktəbəqədər  təhsil  uşağın  valideynlə-

rinin  və  ya  digər  qanuni  nümayəndələrin  arzusu  ilə  məktəbəqədər 

təhsil  müəssisələrində,  ümumtəhsil  müəssisələrinin  müvafiq  struk-

turlarında  və  ya  ailədə  həyata  keçirilə  bilər.  Məktəbəqədər  yaşlı 

uşaqları  evdə  tərbiyə  edən  ailələr  üçün  müvafiq  icra  hakimiyyəti 

orqanı tərəfindən müvafiq qaydada metodiki və diaqnostik məsləhət 

və əlaqələndirmə xidməti təşkil edilir. 

 



 

272 


8.8.2. Ümumi təhsil 

 

Ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrə-

dilməsini,  zəruri  bilik,  bacarıq  və  vərdişlərin  aşılanmasını,  onların 

həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir. Ümumi təh-

sil təhsilalanların fiziki və intellektual inkişafına, zəruri biliklərə yi-

yələnməsinə, onlarda sağlam həyat tərzinə və sivil dəyərlərə əsasla-

nan  vətəndaş  təfəkkürünün  formalaşmasına,  milli  və  dünyəvi  də-

yərlərə hörmət hissinin aşılanmasına, ailə, cəmiyyət, dövlət və ətraf 

mühit qarşısında hüquq və vəzifələrinin müəyyən edilməsinə imkan 

yaradır.  Ümumi  təhsil  müvafiq  təhsil  proqramları  əsasında  həyata 

keçirilir.  Azərbaycan  Respublikasında  ümumi  təhsil,  ibtidai  təhsil, 

ümumi  orta  təhsil  və  tam  orta  təhsildən  ibarətdir.  Ümumi  təhsilin 

təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəsinə ke-

çid  qaydaları  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 

olunur. 

Ümumi  təhsil  ümumtəhsil  məktəblərində,  xüsusi  təmayüllü 

təhsil  müəssisələrində,  gimnaziyalarda,  liseylərdə,  ilk  peşə-ixtisas 

və  orta  ixtisas  təhsili  müəssisələrində,  habelə  ali  təhsil  müəssisə-

lərinin  tabeliyində  yaradılan  məktəblərdə  həyata  keçirilir.  Ümumi 

təhsil  sistemində  təhsilalanların  fiziki  inkişafını  təmin  etmək  və 

müxtəlif  yaradıcılıq  qabiliyyətlərini  inkişaf  etdirmək  məqsədi  ilə 

məktəbdənkənar təhsil proqramları tətbiq olunur. 

İbtidai təhsilin məqsədi təhsilalanlara oxumaq, yazmaq və he-

sablama bacarıqları aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haq-

qında ilkin həyati biliklər, məntiqi təfəkkür elementləri, estetik, bə-

dii zövq və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir. İbtidai 

təhsil  müvafiq  təhsil  proqramına  əsasən  həyata  keçirilir.  Azər-

baycan  Respublikasında  ibtidai  təhsil  altı  yaşdan  başlanır.  Vali-

deynlərin  və  uşaqların  digər  qanuni  nümayəndələrinin  arzusu  ilə 

təhsil müəssisəsi istedadlı uşaqları müvafiq icra hakimiyyəti orqanı-

nın müəyyən etdiyi qaydada daha erkən yaşda qəbul edə bilər. 

Ümumi  orta  təhsilin  məqsədi  təhsil  alanların  şifahi  nitq  və 

yazı  mədəniyyətinin,  ünsiyyət  bacarığının,  idrak  fəallığının  və 

məntiqi təfəkkürünün inkişafını, təhsil proqramına daxil olan fənlər 

üzrə  və  eləcə  də  dünya  svilizasiyasının  inkişafı  haqqında  müvafiq 



Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə