Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə96/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   236

 

291 


biri  də  bunun  vasitəsi  ilə  ümumavropa  ali  təhsil  məkanında  ümumi 

mühitin  yaradılmasıdır.  Tələbələrin,  müəllimlərin  mobilliyi  bu  məkanda 

ali təhsil sisteminin vahid tam kimi formalaşmasına və bu cür hiss edilmə-

sinə  ən  yaxşı  təkan  verən  amillərdən  biridir.  Ali  təhsil  sistemində  hamı 

tərəfindən qəbul edilən standartların mövcudluğu ümumi məkanın forma-

laşması üçün başlanğıc şərtdirsə, akademik mobillik bu birləşmənin prak-

tikada bilavasitə reallaşmasına aparan addımlardır. Ali təhsildə mobillik 

təhsildən  sonra  məzunların  Ümumavropa  məkanında  işə  düzəlməsini 

asanlaşdırır.  

Burada bir qədər haşiyəyə çıxaraq qeyd edək ki, hal-hazıradək Av-

ropanın təhsil cəmiyyətindəki model (Boloniya prosesinin bütün tövsi-yə-

lərinə əsaslanan) heç də hamı tərəfindən qəbul edilməmişdir. İki səviyyəli 

hazırlığın yayılması ilə bağlı baxışlarda yekdillik yoxdur ki, bu, Rusiyada 

olduqca ziddiyyətlidir.  

Məlum  olduğu  kimi,  Rusiyada  bakalavr  və  magistr  dərəcələrinin 

verilməsi XVIII əsrdə özünə yer almışdır. XVIII  əsrdə Moskva Universiteti 

tərkibində fəaliyyət göstərən Müəllimlər İnstitutunun məzunlarına bakalavr 

dərəcəsi  verilmişdir.  Rusiya  universitetinin  tam  təhsil  kursunu  müvəffəqiy-

yətlə  başa  vurmuş  müxtəlif  yaşlı  şəxslərə  birinci  alim  dərəcəsinə  iddiaçı 

olmağa nizamnamə imkan verirdi. Magistr və doktor isə sonrakı dərəcələr 

idi. Moskva, Xarkov və Kazan universitetlərinin nizamnamələrində magistr 

adının verilməsi nəzərdə tutulmuşdur. Namizədlik alimlik dərəcəsinin alın-

ma qaydası ayrıca əsasnamədə öz əksini tapmışdır. Odur ki, Boloniya pro-

sesinə  daxil  olma  şüarı  altında  3-4  il  ərzində  elmlər  doktoru  dərəcəsində 

mütəxəssislərin  hazırlanması  cəhdi  Rusiya  təhsili  üçün  təhlükələrdən  biri 

kimi görünür.  

Rusiya  təhsilinin  XVIII  əsr  və  sonralar  SSRİ  təhsil  sisteminin 

təcrübəsinə  dayanaraq  Boloniya  prosesinin  alternativ  xüsusiyyətləri  ilə 

bağlı şərhlər vermək, onun perspektivlərinə oxucunun diqqətini yönəltmək 

mümkündür. Buna lüzum görmürük. Bu işi oxucunun ixtiyarına buraxaraq 

əsas məqsədimizlə birbaşa əlaqəsi olan məsələlər üzərinə qayıdaq.  

Mobillik  Boloniya  prosesinin  tələblərindən  irəli  gələn  digər  cəhət-

lərin də tam təmin edilməsini tələb edir. Çünki ümumi ali təhsil məkanın-

da  vahid  standartlar  sistemi,  keyfiyyət  səviyyəsi,  qiymətləndirmə  sistemi, 

ali təhsil müəssisələrinin hüquqi və maliyyə müstəqilliyi olmadan mobillik 

mümkün  deyildir.  Buna  görə  də,  Boloniya  prosesinin  tələblərini  yalnız 

kompleks həyata keçirməklə istənilən nəticələri əldə etmək olar. Təbii ki, 

mobilliyin  tələb  etdiyi  şərtlərin  sırasına  ali  təhsil  müəssisələrinin  lazımi 

infrastruktura, maliyyə imkanlarına malik olması daxildir. 

Avropa ali təhsil sistemi praktikasında iki və daha çox ali məktəbin 


 

292 


iştirakı ilə birgə proqramların tərtib olunması və tədrisin bu proqramlar 

əsasında aparılması özünə yer almaqdadır. Birgə proqramların tərtibi və 

tətbiqi  təkcə  mobillik  məsələlərinə  deyil,  vahid  təhsil  məkanının  forma-

laşması  prosesinə  əhəmiyyətli  dərəcədə  təsir  edir.  Əslində,  bu cür proq-

ramların  ortaya  qoyulması  gələcək  vahid  ali  təhsil  məkanının  kiçik  mo-

delini yaratmaq deməkdir və bu işin kiçik miqyasda sınaqdan çıxarılması, 

qarşıya  çıxan  maneələrin  aradan  qaldırılması  sözügedən  istiqamətdə 

təcrübənin əldə edilməsi və təkmilləşdirilməsi baxımından böyük  əhəmiy-

yət kəsb edir.  

Ali  təhsilin  keyfiyyətinin  yüksəldilməsi,  onun  başlıca  meyarlarının 

təmin  edilməsi  bütövlükdə  ali  təhsil  sistemlərinin  yaxınlaşması,  birgə 

proqramların hazırlanması və tətbiqi, diplomların və ixtisasların qarşılıqlı 

tanınması,  yeni-yeni  ölkələrin  vahid  məkana  inteqrasiyası  məsələlərində 

qarşıya  çıxan  ən  çətin  və  mürəkkəb  məsələlərdən  biri,  bəlkə  də  birin-

cisidir. Ölkələrin ictimai-iqtisadi inkişaf səviyyəsində olan müxtəliflik, on-

larda  mövcud  olan  çoxsaylı  obyektiv  və  subyektiv  səbəbdən  irəli  gələn 

problemlər,  qanunvericilikdə  olan  fərqlər,  təhsilin  keyfiyyətinə  mənfi  təsir 

göstərən  amillərdir.  İnkişaf  etmiş  bir  ölkənin  və  ya  ölkələr  qrupunun  ali 

təhsil müəssisələri ilə əməkdaşlıq etmək, onlarla eyni hüquqa malik olaraq 

birgə  proqram  çərçivəsində  fəaliyyət  göstərmək  üçün  keyfiyyət  göstərici-

lərinə  görə  ən  azı  ona  yaxın  bir  səviyyədə  olmaq  lazımdır.  Ali  təhsilində 

fərqli  keyfiyyət  səviyyəsinə  malik  olan  ölkələr  arasında,  şübhəsiz,  bərabər 

səviyyəli  tələbə  mobilliyindən,  birgə  proqramların  həyata  keçirilməsindən 

söhbət gedə bilməz. 

Boloniya prosesi müəllimlərin seçilməsi, fənlərin seçilməsi, tədrisin 

keyfiyyətinin  müəyyənləşdirilməsi  məsələlərini  rəqabət  zəmininə  qoydu-

ğundan  yeni  sistem  nəinki  elmi  cəhətin  azalmasına  təhlükə  yaratmır, 

əksinə, onun daha da gücləndirilməsi üçün şərait yaradır. Digər tərəfdən 

tələbələrin mobilliyi ilə yanaşı müəllim və tədqiqatçıların sərbəst hərə-kə-

tinin təmin edilməsi və onun stimullaşdırılması vahid elmi-tədqiqat mə-ka-

nının formalaşmasına, onun çərçivəsində informasiya və təcrübə mübadi-

ləsinin intensivləşdirilməsi bu sahədə geniş perspektivlər açır

1

.  

 

8.8.7. Əlavə təhsil 

 

Əlavə təhsil fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissə-



si  olmaqla,  peşə-ixtisas  təhsilinin  hər  hansı  pilləsini  bitirmək  haq-

qında  dövlət  sənədi  olan  hər  bir  vətəndaşın  fasiləsiz  təhsil  almaq 

                                                 

1

 Daha ətraflı məlumat üçün bax: Давыдов Ю.С. Вестник ПГЛУ 1, 2004. 




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə