Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə99/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   236

 

297 


Uşaqlıqda və gənclik dövründə əldə etdiyimiz bilik və vərdişlərimiz 

heç də bizim qalan həyatımızda müvəffəqiyyətə zəmanət vermir. Hətta ix-

tisasın vaxtaşırı artırılması belə problemin həlli demək deyildir. Fasi-ləsiz 

təhsil  təlim  prosesinə  “beşikdən  qəbrədək”  olan  daimi  kontinuum  (cəm) 

kimi baxır. Onun əsasında insanın gənclik dövründə əldə etdiyi baza vər-

dişləri  durur.  İnformasiya  cəmiyyətində  bu  vərdişlərə  yenidən  baxılmalı 

və onlar genişləndirilməlidir. Bunlara öyrənmək bacarığını və öz təhsilini 

müstəqil  davam  etdirmək  arzusunu  əlavə  etmək  lazımdır.  Lakin,  belə  bir 

arzunu saxlamaq üçün insana gənc yaşında müsbət dərs təcrübəsi, habelə 

öz təhsilini davam etdirmək üçün praktik imkanlar tələb olunur.

 

Bu vaxtadək təhsil sahəsində siyasətin formalaşmasında yalnız for-

mal təhsil

 

nəzərə alınırdı, qalan iki kateqoriyaya (informal, qeyri-formal) 

isə əslində heç bir diqqət yetirilmirdi. Fasiləsiz təhsilin kontinuumu (cəmi) 

qeyri-formal və informal təhsili təlim prosesinin bərabərhüquqlu iştirakçı-

ları edir.

 

Fasiləsiz  təhsil  sahəsində  siyasəti  formalaşdıran  sivil  ölkələr  bu 

təhsilin  təkcə  dəyişən  əmək  bazarının  xüsusiyyətlərindən  irəli  gələn  iqti-

sadi zərurətinə deyil, həmçinin onun sosial-mədəni əhəmiyyətinə getdikcə 

daha çox diqqət yetirirlər. Nəzərə alınır ki, təhsil hal-hazırda insanın peşə 

mühitinə daxil olmasında əsas rol oynadığı kimi, gələcəkdə onun cəmiy-

yətə qoşulmasında həlledici olacaqdır.

 

Kompyuterlərin ilk  növbədə  ev  şəraitində istifadə  dairəsini tutması 

və  dünyanın  fərdi  şəkildə  dərk  edilməsinin  güclü  resursuna  çevrilməsi 

informal  təhsilin  əhəmiyyətini  xüsusi  vurğulayır  və  onun  nəhəng  ehti-

yatlarını sübut edir. “Ömür uzunu təhsil” termini fasiləsiz təhsilin zaman 

faktorunu  vurğulayır.  Son  dövrlərdə  “Ömür  eni  təhsil”  termini  yaran-

mışdır.  Bu  termin  təkcə  təhsil  prosesinin  daimiliyini  deyil,  həm  də  onun 

formalarının  müxtəlifliyini  –  formal,  qeyri-formal  və  informal  təhsil  – 

xüsusi qeyd edir. O, bizə xatırladır ki, təhsil eyni zamanda xoş

 

və faydalı 

ola  və  həm  təhsil  müəssisəsində,  həm  də  ailədə,  dostların  əhatəsində,  iş 

yerində və ya maraq kitablarında baş tuta bilər.

 

Ədalət  naminə  təsdiqlənməlidir  ki,  Azərbaycanda  həyata  keçirilən 

dövlət təhsil siyasəti təhsilin fasiləsizliyini hədəfləyir. Bunu “Təhsil haq-

qında Azərbaycan Respublikasının Qanunu”nda çox aydın görmək müm-

kündür.  Təhsil  sahəsində  dövlət  siyasətinin  əsas  prinsipləri  bu  məsələni 

diqqətə çəkir.  

Fasiləsiz təhsil haqqında Avropa Birliyinin bütün səviyyələrdə mü-

zakirəsi  təklif  olunan  memorandumunda  altı  əsas  prinsip  yer  alır.  Bu 

sırada  informasiya  cəmiyyətinə  qoşulmaq  üçün  zəruri  olan  vərdişlərin 

əldə  olunması  və  yeniləşməsi  məqsədilə  təhsilə  ümumi  fasiləsiz  çıxışı 


 

298 


təmin  etmək  məqsədilə  “Hamı  üçün  yeni  baza  bilikləri  və  vərdişləri” 

prinsipi  ilk  olaraq  təqdim  olunmuşdur.  Sosial-iqtisadi  dəyişikliklər  peşə, 

ailə  və  ictimai  həyatda  fəal  iştirakı  təmin  edən  zəruri  baza  biliklərinin, 

bacarıq  və  vərdişlərinin  yeni  toplumunu tələb  edir.  Lissabon  sammitinin 

yekun  sənədləri  belə  vərdişlərə  kompyuter  savadlılığı,  xarici  dilləri, 

texnologiya  mədəniyyətini,  sahibkarlığı,  sosial  vərdişləri  aid  edir.  Bu  o 

demək deyil ki, ənənəvi oxumaq, saymaq və yazmaq vərdişləri o qədər də 

vacib  deyildir.  Bundan  əlavə,  yuxarıda  sadalanan  vərdişlərə  məktəb 

fənlərinin  toplumu  kimi  baxmaq  lazım  deyil.  Məzmun  və  funksional 

baxımdan onlar tez-tez kəsişir və üst-üstə düşürlər. Məsələn, xarici bir dili 

öyrənərək biz eyni zamanda kompyuter texnologiyasını mənimsəyə, öz mə-

dəni,  estetik  və  kommunikativ  təcrübəmizi  genişləndirə  bilirik.  Bu  vər-

dişlərin  bəziləri  (məsələn;  kompyuter  savadlılığı)  tamamilə  yenidir,  eyni 

zamanda digər vərdişlər (xarici dil) indiki dövrdə yeni əhəmiyyət qazanır. 

Özünə  əminlik,  öz  taleyinə  cavabdehlik,  risk  etmək  bacarığı  kimi  sosial 

vərdişlər də müasir dünyada getdikcə daha mühüm vərdişlərə çevrilirlər. 

Bu siyahıya öyrənmək, dəyişikliklərə uyğunlaşmaq və məlumatlar axının-

da bələdlilik bacarıqlarını əlavə etmək olar. Bu bacarıqların əldə olunma-

sı olduqca zəruridir, lakin onların daim yeniləşməsi heç də az əhəmiyyətli 

deyildir. Məhz ixtisasın olmaması və ya kifayətsizliyi əksər yüksək inkişaf 

etmiş  ölkələrdə  işsizliyin  əsas  səbəbidir.  Bu  səbəbdən  dövlət  istənilən 

yaşda  bu  vərdişlərin  əldə  olunması  və  yeniləşməsi  imkanlarını  təmin 

etməlidir. Burada qeyri-formal təhsil sistemi də böyük rol oynaya bilər.  

İkinci prinsip insan resurslarına investisiya qoyuluşunun artırılması 

ilə  bağlıdır.  Ömür  uzunu  və  ömür  eni  fasiləsiz  təhsil  sistemi  üçün  yeni 

metodologiyaları işləyib hazırlamaq məqsədi ilə “Tədrisin və öyrənmənin 

innovasiya  metodları”  formuləsində  üçüncü  prinsip  təqdim  olunur. 

“Alınmış  təhsilin  qiymətləndirilməsi  üzrə  yeni  sistem”  prinsipi  təhsil 

fəaliyyətinin tanınması və nəticələrinə  yanaşmanı  köklü  surətdə  dəyişdir-

mək  (xüsusilə  də  qeyri-formal  və  informal  təhsil  sahəsində)  məqsədini 

hədəfləyir.  Beşinci  prinsip  təlimatçılığın  və  məsləhət  vermənin  inkişaf 

etdirilməsi ilə bağlıdır. Tədris və məsləhət məntəqələri şəbəkəsinin kö-mə-

yilə,  eləcə  də  informasiya  texnologiyalarından  istifadə  etməklə  təhsil  im-

kanlarını evə yaxınlaşdırmaq məqsədilə “Təhsilin evə yaxınlaşdırılması” 

prinsipi  irəli  sürülür.  Sonuncuda  nəzərdə  tutulur  ki,  hər  cür  hərəkət 

sərbəstliyi və onun təmin etdiyi üstünlüklər olduğu halda, keyfiyyətli təhsil 

almaq üçün insanlar öz doğma şəhərlərini və ya qəsəbələrini tərk etməyə 

məcbur  olmamalıdırlar.  Bu  xüsusilə  əlillərə  və  əhalinin  aztəminatlı  qru-

plarına münasibətdə əhəmiyyətlidir. İnformasiya texnologiyaları bu plan-

da böyük xərc çəkmədən və istənilən ucqar yerdə keyfiyyətli təhsilin əldə 


Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə