Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə98/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   ...   236

 

295 


pedaqoji  təhsil  və  müəllim  hazırlığının  konsepsiyası  və  strategiyası”  sə-

nədi  hazırlanmış  və  2007-ci  ildə  hökumət  tərəfindən  təsdiq  olunmuşdur. 

Hazırda əlavə təhsil konsepsiyası haqlı olaraq təhsil ictimaiyyəti tərəfin-

dən geniş müzakirə olunan məsələlərdəndir.  

Fasiləsiz  təhsil  sisteminin  tətbiqi  üçün  mövcud  hüquqi  bazaya 

dayanaraq  sivil  ölkələrin  təcrübəsindən  faydalanmaq,  sosial  -  iqtisadi 

inkişafımıza müvafiq şəkildə təhsil islahatını həyata keçirmək mühüm və-

zifə  kimi  qarşıda  durur.  Təsdiq  olunmuşdur  ki,  yalnız  insanın  tələ-bat-

larının  təmin  olunmasına  yönəldilmiş  inkişaf  və  əhalinin  geniş  iştirak 

etdiyi  və  insan  hüquqlarının  tam  hörmət  olunduğu  cəmiyyət  davamlı  və 

ədalətli  inkişafın  təmin  olunmasına  imkan  yaradır.  Kişi  və  qadınların 

həyatın  bütün  sahələrində  dərrakəli,  zəkalı  və  səmərəli  inkişafı  olmadan 

bəşəriyyət yaşaya və gələcəyin vəzifələrinin öhdəsindən gələ bilməz. 

Yaşlıların  təhsili  təkcə  hüquq  deyildir.  Belə  təhsil  fəal  vətəndaş 

mövqeyinin nəticəsi və cəmiyyətin həyatında iştirakı üçün şərtdir. Yaş-lı-

ların  təhsili  şəxsiyyətin  formalaşması  işinə  yardımçı  ola  və  həyatı 

dərrakəli edə bilər. Bütün ömrü boyu təhsil alma yaş, qadın və kişi bəra-

bərhüquqluluğu,  fiziki  və  əqli  çatışmazlıq,  dil,  mədəniyyət  və  iqtisadi 

bərabərsizlik  kimi  faktorları  nəzərə  almaq  məqsədi  ilə  təhsilin  məzmu-

nunun yenidən dərk olunmasını nəzərdə tutur. Yaşlıların təhsili formal və 

fasiləsiz təhsili, qeyri-formal və qeyri-rəsmi, həmçinin ikinci dərəcəli təh-

sillərin tam spektrini  əhatə edir. Bu təhsillər çoxmədəniyyətli olan, nəzə-

riyyə  və  təcrübəyə  söykənən  yanaşmaları  qəbul  edən  cəmiyyətdə  möv-

cuddur. 

Baxmayaraq  ki,  yaşlıların  təhsilinin  və  uşaq  və  yeniyetmələrin 

təhsilinin  məzmunu  iqtisadi,  sosial  və  mədəni  şəraitdən  və  cəmiyyət 

üzvlərinin  tələbatından  asılı  olaraq  dəyişir,  onların  hər  ikisi  yeni  təhsil 

konsepsiyasının – bu konsepsiyaya uyğun olaraq təlim həqiqətən də, bütün 

ömür  boyu  baş  verir  –  zəruri  elementləridir.  Bütün  ömrü  boyu  davam 

edən  təhsilin  perspektivi  belə  bir  qarşılıqlı  tamamlamanı  və  fasiləsizliyi 

şərtləndirir. Bütün dünyada meydana gələn və biliklərə əsaslanan cəmiy-

yətlərdə  yaşlıların  təhsili  və  fasiləsiz  təhsil,  həm  icmalar  çərçivəsində, 

həm də peşə həyatında çox gərəkli zərurətə çevrilmişdir. 

Hər kəs üçün baza təhsili o deməkdir ki, insanlar yaşından asılı ol-

mayaraq,  fərdi  və  kollektiv  şəkildə  öz  potensiallarını  həyata  keçirmək 

imkanına malikdirlər. Baza təhsili təkcə hüquq deyil, həm də başqalarına 

və bütövlükdə cəmiyyətə münasibətdə vəzifə və məsuliyyətdir. Ömür boyu 

təhsil alma hüququnun həyata keçirilməsi üçün vacib olan şəraitin yara-

dılmasını nəzərdə tutan tədbirlər bu hüququn tanınmasının möhkəmləndi-

rilməsi  üçün  çox  vacibdir.  XXI  əsrin  vəzifələri  təkcə hökumət,  təşkilat  və 


 

296 


idarələr  tərəfindən  həll  oluna  bilməz;  cəmiyyət  həyatının  bütün  sahə-lə-

rində  hərtərəfli,  azad  və  fəal  iştirak  edə  bilmələri  üçün  həmçinin  insan-

ların  öz  səylərinin,  yaradıcı təxəyyül və istedadlarının  göstərilməsi  tələb 

olunur. 

Məşğulluq üzrə Avropa strategiyası çərçivəsində ömür boyu təhsil – 

biliklər  və  bacarıqların,  peşə  səriştəsinin  artırılması  məqsədilə  və  daimi 

əsaslarla  aparılan  hər  tərəfli  təlim  fəaliyyəti  kimi  müəyyən  edilmişdir 

(Avropanın  məşğulluq  strategiyası  1997-ci  ildə  Lüksemburq  sammitində 

qəbul olunmuşdur). Lissabon sammitinin nəticələri sübut edir ki, biliklərə 

əsaslanan  iqtisadiyyat  və  cəmiyyətə  müvəffəqiyyətli  keçid  fasiləsiz  təhsil 

prosesi  ilə  -  ömür  boyu  təhsil  almaqla  müşayiət  olunmalıdır  (Bu  sammit 

2000-  ci  ilin  mart  ayında  keçirilmişdir).  Yeni  yanaşmanın  əsas  ideyası 

ondan  ibarətdir  ki,  fasiləsiz  təhsil  artıq  təhsilin  və  yenidən  hazırlığın 

aspektlərindən biri deyil, o, təhsil sisteminin və bu sistemdə insanın təhsil 

fəaliyyətinin  fasiləsiz  proses  boyu  iştirakının  əsas  prinsipinə  çevrilir. 

Fasiləsiz  təhsil  “biliklərə  əsaslanan  cəmiyyətə”  çevrilmiş  ölkələr  üçün 

xüsusi əhəmiyyət kəsb edir: informasiya, biliklər və həmçinin onların daim 

yeniləşməsinə olan motivasiya və bunun üçün tələb olunan bacarıqlar bu 

xüsusiyyətli  ölkələrin  inkişafının,  rəqabət  qabiliyyətliliyinin  və  səmərəli 

əmək bazarının həlledici faktoruna çevrilir. Vətəndaş cəmiyyətində iştirak 

müvəffəqiyyətli  peşə  karyerası  olmadan,  demək  olar  ki,  mümkün  deyil, 

çünki o, şəxsi müstəqilliyin, özünəhörmətin və xoş güzəranın əsasını təşkil 

edərək həyatın keyfiyyətini müəyyən edir. Məşğulluq vətəndaş cəmiy-yəti-

nin  inkişafının  vacib  parametrinə  çevrilir.  Lakin  əmək  bazarında  müvəf-

fəqiy-yət və ictimai proseslərdə iştirak müəyyən bacarıq və səriştənin ol-

masını  və  müasir  biliklərə  çıxış  imkanları  tələb  edir.  Rəqəmli  texno-

logiyalar,  biotexnologiyalar,  kommunikasiya  şəbəkələrinin  inkişafı  üçün 

böyük imkanlar təqdim edir. İnsanlar həyat tərzlərinin formalaşması üçün 

daha  çox  azadlıq  əldə  edirlər,  lakin  bu  onların  üzərinə  öz  həyatları  ilə 

bağlı daha çox məsuliyyət qoyur. Öz bacarıqlarının daim lazımi səviyyədə 

saxlamaqla  və  onları  yeniləşdirməklə  bazarda  müvəffəqiyyətli  olanlar  və 

sürətlə  artan  peşəkar  tələblərlə  ayaqlaşa  bilməyən  ümidsiz  geridə 

qalanlar  arasında  olan  fərq  daha  da  artır.  Bütün  bu  dəyişiklikləri  bir 

sözlə “biliklərə əsaslanan cəmiyyətə” və ya informasiya cəmiyyətinə, yəni 

iqtisadiyyatın əsasını qeyri maddi mallar və xidmətlər təşkil edən və bilik 

və  bacarıqların  birinci  dərəcəli  əhəmiyyətə  malik  olduğu  bir  cəmiyyətə 

keçid kimi təsvir etmək olar. Belə cəmiyyətdə insanlar özləri öz talelərinin 

sahibinə  və  cəmiyyətin  fəal  vətəndaşlarına  çevrilməlidirlər.  Bunu  həyata 

keçirməyin ən yaxşı üsulu – ömür boyu təhsildir. 


Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə