Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə108/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   104   105   106   107   108   109   110   111   ...   236

 

324 


lidir. Proqram çərçivəsində 2005-ci ildən etibarən Bakı Dövlət Uni-

versitetində sosial iş üzrə magistr, 2008-ci ildən isə bakalavr səviy-

yəsində sosial iş ixtisası üzrə mütəxəssislər hazırlanmaqdadır. 

 

 

9.3. Əlavə təhsil 

 

Yuxarıda vurğuladığımız kimi, müasir dövrdə əlavə təhsil və 

peşəkarlıq  səviyyəsinin  inkişaf  etdirilməsi  fasiləsiz  təhsilin  tərkib 

hissəsi olmaqla, peşə-ixtisas müəssisəsini bitirən və təhsil haqqında 

dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanları 

sistemi  kimi  başa düşülür. Bu, bir tərəfdən müəllimin  yaradıcı po-

tensialının  inkişaf  etdirilməsinə,  digər  tərəfdən  təhsilin  və  onun 

idarə edilməsinin müasirləşdirilməsi məqsədilə pedaqoji işçilərin və 

rəhbər  pedaqoji  kadrların  peşə  hazırlığının,  elmi-pedaqoji  qabiliy-

yətlərinin  və  peşəkarlıq  səviyyəsinin  müxtəlif  yollarla  inkişaf  etdi-

rilməsinə xidmət edir. 

Əlavə təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi pe-

daqoji  kadrların,  cəmiyyətin  və  dövlətin  təhsil  tələbatlarının  hərtə-

rəfli  ödənilməsi  məqsədilə  peşə-ixtisas  təhsilinə  əlavə  olaraq  təhsil 

proqramları və xidmətləri vasitəsilə həyata keçirilir. Fasiləsiz təhsi-

lin hər bir mərhələsində əlavə təhsilin əsas məqsədi şəxsiyyətin in-

kişafından, intellektual və peşə baxımından onun fasiləsiz təkmilləş-

dirilməsindən ibarətdir. Əlavə təhsil proqramlarına ümumtəhsil, pe-

şə-ixtisas və əlavə təhsil müəssisələrində, dayaq məntəqələrində və 

ümumiyyətlə,  müvafiq  lisenziyası  olan  digər  müəssisələrdə  həyata 

keçirilən müxtəlif yönümlü təhsil proqramları daxildir. 

Müasir  dövrdə  əlavə  təhsilin  ixtisasartırma,  təkmilləşdirmə, 

stajkeçmə,  yenidənhazırlanma,  yaşlıların  təhsili  və  s.  kimi  istiqa-

mətləri  müəyyənləşdirmişdir.  Əlbəttə,  bu  istiqamətlərin  hamısı  ba-

rədə  məlumat  vermək  imkanı  olmasa  da,  bəzilərinə  diqqət  yönəlt-

məyi lazım bilirik. 



İxtisasartırma  təhsili  dedikdə,  pedaqoji  kadrların  və  rəhbər 

pedaqoji işçilərin öz peşə fəaliyyəti dövründə (və ya müəyyən müd-

dət  pedaqoji  fəaliyyətdə  olmayan  dövrdə)  mütəmadi  olaraq  peşə-

karlıq  səviyyəsini,  peşə  ustalığını,  elmi-nəzəri,  pedaqoji,  psixoloji 




 

325 


biliklərini  artırmaq  məqsədi  ilə  yenilikləri  və  dəyişiklikləri  əks 

etdirən  tədris  plan  və  proqramları  üzrə  təhsil  almaları,  ixtisaslarını 

artırmaları nəzərdə tutulur. 

Stajkeçmə xüsusi ayrılmış müəssisələrdə, ixtisas kafedraların-

da yüksək ixtisaslı mütəxəssislərin rəhbərliyi altında nəzəri biliklərin 

təcrübi bacarıq və vərdişlərlə əlaqələndirilməsini nəzərdə tutur. Peşə-

ixtisas müəssisələri üzrə pedaqoji heyətin ixtisasının artırılması üçün 

nəzərdə tutulan tədris plan və proqramlarına, lazım gəldikdə, stajkeç-

məyə  dair  ayrıca  blok  əlavə  olunur.  Bununla  belə,  nəzəri  hazırlıq 

planlaşdırılmadan da qabaqcıl texnika və texnologiya ilə tanış olmaq 

məqsədilə  elmi  laboratoriya  və  emalatxanalarda  stajkeçmə  tədbirləri 

təşkil edilə bilər. 

Pedaqoji işçilərin stajkeçməsi pedaqogika, psixologiya və me-

todika sahələri üzrə  bilik  və  bacarıqların artırılması  ilə  tamamlana-

raq,  həmin  kateqoriyadan  olan  müəllimlərin  tam  əlavə  təhsilini  tə-

min edir. 

Stajkeçmə  ikimərhələli  proses  olmaqla,  peşə-ixtisas  təhsili 

müəssisələrində  çalışan  professor-müəllim,  pedaqoji  kadr,  mühən-

dis-müəllim kimi kateqoriyalı işçilərin əlavə təhsilidir. Bu cür təhsil 

şəbəkəsinə ali məktəblərin baza kafedraları, müvafiq ixtisasartırma 

müəssisələri və fakültələri, ixtisas profilinə uyğun elm, təhsil və is-

tehsalat müəssisələri, tədris-sınaq stansiyaları aiddir. 

Kadrların  təkmilləşdirilməsi  prosesi  əlavə  təhsildə  gedən  bir 

proses olmaqla, tədrisin keyfiyyətinin yaxşılaşdırılması məqsədi da-

şıyır və aşağıdakı proseslərin və ya tədbirlərin vəhdətini özündə eh-

tiva edir: pedaqoji, psixoloji, metodiki sahədə, dərs vəsaiti və dərs-

liklərdə,  eləcə  də  tədris  plan  və  proqramlarında,  təlim  və  informa-

siya  texnologiyalarında  olan  yeniliklərlə  operativ  tanışlıq,  öz  həm-

karları ilə təcrübə mübadiləsi; distant ötürmə vasitələri ilə yeni ma-

terialların  əldə  olunması,  bu  istiqamətdə  fikir  mübadilələrinin  apa-

rılması;  aktual  mövzuların  dinlənilməsi  üçün  sahə  üzrə  qabaqcıl 

mütəxəssislərin dayaq məntəqələrinə dəvət olunması, problem möv-

zular ətrafında təhlillərin təşkili; dərslərdə kollektiv iştirak, konkret 

metodikanın  aprobasiyası,  nəticələrin  təhlili;  kadr  hazırlığı,  əlavə 

təhsil  sahəsində  tətbiq  olunan  plan  və  proqramlara,  eləcə  də  yeni 

dərslik və dərs vəsaitlərinə dair əsaslandırılmış təkliflərin verilməsi; 

“öyrədənləri  öyrədən”  statuslu  müəllim  və  metodistlərlə  disku-




 

326 


siyaların keçirilməsi; daimi özünütəhsil. 

Təkmilləşdirmə daha geniş anlayış olmaqla, əlavə təhsilin yu-

xarıda göstərilən digər tərkib hissələrinə təkanverici proses xarakteri 

daşıyır,  özünütəhsil  formasında  müəllim  hazırlığının  fasiləsizliyini 

təmin  edir.  Pedaqoji  kadrların  mütəmadi  olaraq  təkmilləşdirilməsi 

gələcək ixtisasartırma və  yenidənhazırlanma təhsilini formalaşdırır, 

müəllimlərin  ilkin  hazırlığı  prosesində  mövcud  olan  çatışmazlıqla-

rın aradan qaldırılmasını və onların hazırlığının keyfiyyətcə yüksək 

səviyyədə olmasını təmin edir. 

Əlavə təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi mü-

əllimlərin və pedaqoji prosesin digər subyektlərinin dörd səviyyədə 

hazırlanması şəklində həyata keçirilir: 

1) müəllimlərin, metodistlərin, rəhbər işçilərin və digər peda-

qoji kadrların praktiki fəaliyyət istiqaməti üzrə ixtisasının artırılma-

sı və təkmilləşdirilməsi; 

2)  pedaqoji  kadrların  elmi  tədqiqatçılıq  fəaliyyəti  sahəsində 

ixtisasının artırılması və təkmilləşdirilməsi; 

3) pedaqoji və qeyri-pedaqoji ixtisaslı kadrların pedaqoji ixti-

saslar üzrə yenidən hazırlanması; 

4) qısamüddətli təhsil proqramları üzrə təhsil səviyyəsinin və 

dərəcəsinin yüksəldilməsi. 



Əlavə  təhsil  və  peşəkarlıq  səviyyəsinin  inkişaf  etdirilməsi 

aşağıdakı modellər üzrə həyata keçirilir: 

- ixtisasartırma və ya baza peşə-ixtisas təhsili müəssisələrində 

treninqlər; 

- təhsil müəssisəsi şəraitində treninqlər; 

-  kaskad  modeli  üzrə  treninqlər  (“öyrədən”lərin  öyrədilməsi 

və müəllimlərin dayaq məntəqələri vasitəsi ilə ixtisasartırma və tək-

milləşmə proseslərinə cəlb edilməsi); 

- texnologiyalara əsaslanan treninqlər; 

- distant təhsil; 

- mentorluq; 

- şəxsi tədqiqata əsaslanan ixtisasartırma və təkmilləşmə; 

- müxtəlif təşkilatlar tərəfindən ixtisasartırma sistemindən kə-

nar keçirilən kurslar və treninqlər. 

Ölkəmizdə əlavə təhsilin əsas istiqamətlərindən biri olan ixti-



sasartırma  təhsilinin  beynəlxalq  təcrübəyə  uyğun  təşkili  üçün 

bir sıra problemlərin həlli vacibdir. Həmin problemlərdən biri məhz 




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə