Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə112/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   108   109   110   111   112   113   114   115   ...   236

 

335 


və  taktikanın  seçilməsində  isə  fəaliyyətlə  bağlı  kömpetensiyaların  rolu 

əvəzedilməzdir. Bunlar eyni zamanda praktik və praqmatik (müasir fəlsə-

fədə  gerçəkliyin  obyektivliyini  inkar  edən  və  yalnız  praktik  fayda  verən 

şeyi həqiqət kimi qəbul edən cərəyan) intellektin xüsusi rolu ilə bağlıdır. 

Fəaliyyət sahəsində əsas açar (xüsusi) rolunu oynayan kompeten-

siyaları aşağıdakı kimi qruplaşdırmaq olar: 

-

 



mürəkkəbliyin reproduksiyalılığı (yenidən hasil edilməsi); 

-

 



fərasətlilik, ağıllılıq, gözüaçıqlıq; 

-

 



normallıq, dürüstlük; 

-

 



koorperasiyalılıq (bir çox insanın əməkdaşlığı, birgə  işləməsi 

əsasında qurulmuş əmək fəaliyyəti forması); 

-

 



tarixilik. 

Məlum  olduğu  kimi,  mürəkkəbliyin  reproduksiallığı  və  ya  yenidən 

hasil  edilməsi  praktik  bacarıqlarla  müəyyən  edilir.  Bu  halda  insan  “nə 

etməli” anlayışına dair biliklərə malikdir və bunu “necə yerinə yetirməyi” 

başa düşür və özünün bilik və bacarıqlarının tətbiq etmək üçün imkanlar 

axtarıb  tapır.  Deməli,  mürəkkəbliyin  yenidən  hasil  edilməsi,  “nə”dən 

“necə”yə  doğru  istiqamətlənmiş  pedaqoji  prosesin  hərəkət  dinamikasını 

müəyyənləşdirir.  Fərasətliliyi,  ağıllılığı,  gözüaçıqlığı  intuisiya  ilə 

problemin  həllinin  mümkünlüyü  kimi  başa  düşmək  lazımdır.  Bu  tip  kom-

petensiyalar  ən  çox  anadangəlmə,  fitri  istedadla  bağlı  olur.  Normallıq, 

dürüstlük  –  həlli  tələb  olunan  problemi  dərk  edərək  özünün  bacarığını, 

qabiliyyətini  adekvat  qiymətləndirməklə  bağlıdır.  Bu tip  kompetensiyalar 

insana öz qüvvəsinin, bacarığının qəbul olunmuş normalara uyğunluğunu 

müəyyən  etməyə  imkan  yaradır.  Başqa  sözlə,  insan  qoyulmuş  problemin 

başqalarına  nisbətən  özünün  daha  yaxşı  həll  etmə  bacarığını  identifika-

siya  edir.  Koorperasiallıqla  bağlı  kompetensiyalar  bəzən  kommunikativ 

kompetensiyalar  da  adlandırılır.  Kommunikativ  kompetensiyalar  şəxsiy-

yətin  anadangəlmə,  fitri  keyfiyyətləri  və  ətraf  mühitin  dərk  olunması  ilə 

əlaqədar  olduğundan,  onun  formalaşdırılması  müəyyən  çətinliklərlə 

bağlıdır.  Məktəbin,  təhsil  müəssisəsinin  əsas  məqsədi  öyrənənlərə  kom-

munikativ bacarıq və vərdişlər aşılamaqdan başqa, eyni zamanda müxtəlif 

situasiyalarda  və  müxtəlif  mədəni  ənənələrə  malik  cəmiyyətdə  özlərini 

aparmaq  qabiliyyətlərini  də  tərbiyə  etməklə  bağlı  olmalıdır.  Tarixilik 

kompetensiyalarının  müvafiq  bacarıqların  formalaşdırılmasında  normal-

lıq  kompetensiyalarına  oxşarlığı  vardır.  Belə  kompetensiyalar  insanın 

konkret  vəziyyətinin  tarixi  aspektdə  aydınlaşdırılmasına,  təsvir  etməsinə 

tələb  olunan  vaxtı  azaltmaqla,  tarixi  planda  prosesə  uyğun  epizodun 

tapılmasına və onun müvafiq qaydada qiymətləndirilməsinə istiqamətlən-

miş qabiliyyətlərlə bağlıdır. 


 

336 


Əsas,  açar  rolunu  oynayan  kompetensiyalara  sosial  kompetensi-

yaları da daxil etmək lazımdır. Sosial kompetensiyalar siyasi nəzakət, sosial 

sahədə  ədəbli  fəaliyyət,  özünün  hüquq  və  mənafeyini  qorumaq  kimi 

qabiliyyətlərin öyrənənlərdə formalaşmasını təmin edir. 

İnformasiya  cəmiyyətinə  –  biliklərə  əsaslanan  cəmiyyətə  doğru 

hərəkətimiz  boyu  təhsil  və  öyrənmə  haqqında  anlayışlarımız  da  dəyişir. 

Təhsil  texnologiyaları  daha  çox  istifadəçiyönümlü  olur.  Öyrənən  artıq 

informasiyanın  passiv  resipiyenti  olmur.  Bunlar  təbii  proseslərdir  və 

metodologiya  sahəsində  fəaliyyət  göstərən  peşəkarların  məqsədyönlü  işi 

ilə onları əhəmiyyətli dərəcədə sürətləndirmək olar. 

Müəllim  peşəsi  bütövlükdə  öz  ilkin  mənasını  dəyişir.  Müəllimlər 

daha  çox  məsləhətçilərə,  təlimatçılara  və  vasitəçilərə  çevrilirlər  ki, 

onların da vəzifəsi – öyrənənə öz təhsilini özü qurmaqda və bunun üçün öz 

şəxsi  məsuliyyətini  dərk  etməkdə  kömək  göstərməkdir.  Məntiqi  olaraq 

qənaətə  gəlinir  ki,  təhsil  üsulları  –  şəxsi  motivasiya  prioritetinə,  tənqidi 

təfəkkürə və öyrənmək bacarığına doğru dəyişməlidir. 

Elmi-tədqiqat  işlərindən  belə  ümumiləşmə  etmək  olar  ki,  pedaqoji 

və  metodik  işləmələrin  səmərəliliyi  ilə  səciyyələnən  tədris-təlim  prose-

sində  öyrənənlərdə  tənqidi  təfəkkürün  formalaşması  müəllimin  fəaliy-

yətindən,  onun  istifadə  etdiyi  metodların,  yanaşmaların  səmərəliliyindən 

çox asılıdır. Tənqidi təfəkkürün formalaşmasında istifadə olunan pedaqoji 

vasitələrə, yanaşmalara aşağıdakıları daxil etmək mümkündür: 

-

 



ağılın,  zəkanın  tənqidiliyini  təmin  etmək  üçün  ümumtəhsilin 

fənn kurikulumlarına nəzəri (həm də tənqidi) təfəkkürü inkişaf etdirməyə 

imkan verən materialların daxil edilməsi; 

-

 



professional  kompetensiyaların  məntiqi  və  tənqidi  düşünməyə 

cavabdehlik  daşıyan,  bacarıq  və  vərdişlərin  seçilməsinə  imkan  verən 

şəraitin yaradılması; 

-

 



məntiqi  və  tənqidi  təfəkkürün  formalaşmasına  dair  metod  və 

yanaşmaların  əsasını  bilən,  professional  kompetensiyalara  malik  müəl-

limlərin hazırlanmasının təmin edilməsi; 

-

 



tənqidi  təfəkkürün  inkişafı  ilə  bağlı  çap  olunmuş  əsərlərin, 

keçirilmiş  konfransların,  seminarların,  xüsusi  layihələrin  və  innovasi-

yaların koordinasiya olunması. 

Aydın  məsələdir  ki,  bu  mürəkkəb  vəzifənin  öhdəsindən  yeni  idarə-

etmə  mədəniyyətinə  yiyələnmiş  təhsil  menecerləri  gələ  bilər.  Məhz  onlar 

təhsil  fəaliyyətinin  idarə  olunmasının  yeni  elmi  metodlarına  yiyələnmiş 

mütəxəssislərdir.  Kompetensiyaların  inkişaf  modellərinin  qurulmasında 

əsas  yanaşmaların  müəyyənləşdirilməsi  üçün  onların  formalaşması  və 

aktivləşməsinin  təbiətini  düzgün  başa  düşmək  tələb  olunur.  Təhlillər 


Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə