Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə65/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   236

 

200 


səd və məzmun cəhətdən qovuşmasına, pedaqoji prosesin tamlığına 

imkan verir.  



Pedaqoji proses dinamik sistemdir. Onun öz strukturu (quru-

luşu)  və  struktur  elementləri  (komponentləri)  vardır.  Pedaqoji  pro-

ses öz məqsədi, vəzifələri, məzmunu, metodları, müəllim və şagird-

lərin  qarşılıqlı  təsir  formaları  sayəsində  əldə  olunmuş  nəticələri  ilə 

xarakterizə  olunur.  Məqsəd,  məzmun,  fəaliyyət  və  nəticə  kompo-

nenti – sistem yaradan komponentlərdir. 



Məqsəd komponenti pedaqoji fəaliyyətin bütün müxtəlif məq-

səd və vəzifələrini birləşdirir.  



Məzmun  komponenti  həm  ümumi  məqsədə,  həm  də  konkret 

vəzifəyə qoyulan mənanı əks etdirir. 



Fəaliyyət  komponenti  pedaqoq və şagirdlərin qarşılıqlı təsiri-

ni,  onların  əməkdaşlığını,  prosesin  təşkili  və  idarə  olunmasını  əks 

etdirir.  Pedaqoji  ədəbiyyatda  bu  komponentə  təşkilati  və  ya 

təşkilati-idarəetmə komponenti də deyilir.  



Nəticə  komponenti  isə  prosesin  baş  verməsinin  səmərəliliyi, 

qarşıya qoyulmuş məqsədə uyğun olaraq əldə olunmuş nailiyyətlər-

lə xarakterizə olunur.  

Pedaqoji  prosesin  komponentləri  arasında  əlaqələr  vardır. 

Qarşılıqlı  pedaqoji  təsir  prosesində  informasiya,  təşkilati-fəaliyyət 

və kommunikativ, idarəetmə və özünüidarə əlaqələri özünü göstərir. 

Bu əlaqələr pedaqoji proses üçün xüsusi əhəmiyyət kəsb edir .  

Həyata keçirildiyi yerdən və şəraitdən asılı olmayaraq pedaqo-

ji prosesi səciyyələndirən digər cəhətlər də vardır. Pedaqoji prosesin 

obyekti  və  subyekti  vardır.  Cərəyan  etdiyi  şəraitdən  asılı  olaraq 

pedaqoji prosesin subyekti ayrı-ayrı şəxslər (müəllim, tərbiyəçi, va-

lideyn, idarə rəhbəri və s.) və  ya kollektiv orqanlar da (məktəb pe-

daqoji şurası, institut rektorluğu, yerli komitə və s.) ola bilər.  

Pedaqoji prosesin obyekti də ayrı-ayrı fərdlərdən (uşaqlardan, 

şagirdlərdən, tələbələrdən, əsgərlərdən və s.) və  onların  qrupundan 

(bir  sinfin  şagirdlərindən,  məktəbin  şagirdlərindən,  tələbələr  qru-

pundan və s.) ibarət  ola bilir. Pedaqoji prosesin obyekti heç də  hə-

mişə passiv olmur, fəallıq da göstərir, nəinki subyektin tərbiyəvi tə-

sirinə məruz qalır, bir çox hallarda özü subyektə təsir göstərir və bu-

nunla da pedaqoji prosesin səmərəliyinin artmasına səbəb olur.  




 

201 


Pedaqoji proses əmək prosesidir. O, hər hansı bir əmək prosesi 

kimi ictimai əhəmiyyəti olan məqsədlərə çatmaq üçün həyata keçi-

rilir. Pedaqoji prosesin subyektivliyi ondadır ki, burada tərbiyəçilər-

lə tərbiyə olunanların əməyi bir-birinə qoşulur, özünəməxsus qarşı-

lıqlı təsir münasibətləri yaranır. 

Pedaqoji  əməyin  obyektinə  mürəkkəblik,  sistemlilik,  özünü-

tənzimləmə  xasdır.  Bundan  başqa,  ona  keyfiyyət  dəyişikliyi,  öz-

özünə inkişaf da xasdır. Pedaqoji proseslər çoxvariantlı, dəyişkən və 

təkrarolunmazdır. İnsanın formalaşması  pedaqoji əməyin predmeti-

ni  təşkil  edir.  Formalaşan  şagird  müəllimə  nisbətən,  öz  inkişafının 

ilk mərhələsində olduğundan, yaşlı insan üçün zəruri olan bilik, ba-

carıq,  vərdiş  və  təcrübəyə  malik  deyil.  Burada  məqsəd  ona  arzu-

olunan  təsiri  göstərməkdir.  Pedaqoji  prosesdə  pedaqoji  əməyin 

məhsulu  yaradılır. Əgər pedaqoji prosesdə “istehsal” olunan “məh-

sulu” təsəvvürə gətirsək, ilk növbədə gözümüzün qarşısında tərbiyə-

li,  həyata  hazır,  ictimai  insan  canlanır.  Ümumi  pedaqoji  prosesin 

komponent  “hissələri”ndə  ümumi  məqsədə  uyğun  olaraq  şəxsiyyə-

tin ayrı-ayrı keyfiyyətləri formalaşdırılır. 

Hər  hansı  bir  əmək  prosesi  kimi  pedaqoji  proses  təşkilolunma 

və  idarəolunma  səviyyəsinə,  texnologiyasına,  qənaətcilliyinə,  məh-

suldarlığına  görə  xarakterizə  olunur.  Onların  bir-birindən  ayrılması 

əldə  olunmuş  göstəricilərin  (səviyyələrin)  nəinki  keyfiyyət,  həm  də 

kəmiyyət qiymətini verməkdən ötrü meyarların əsaslandırılması üçün 

imkanlar yaradır. Vaxt pedaqoji prosesin nə qədər tez və keyfiyyətli 

keçməsi barədə fikir söyləməyə imkan verən universal meyardır.  

Pedaqoji  prosesdə  yuxarıda  qeyd  olunduğu  kimi,  obyekt  və 

subyekt  arasında  daim  qarşılıqlı  pedaqoji  təsir  baş  verir.  Qarşılıqlı 

pedaqoji təsirin təzahür formaları müxtəlifdir: məlumat əlaqəsi, təş-

kilati fəaliyyət əlaqəsi, ünsiyyət əlaqəsi, idarə əlaqəsi, səbəb- nəticə 

əlaqəsi, meyli üzə çıxaran əlaqə. Birincidə – obyekt və subyekt ara-

sında  ictimai  məna  kəsb  edən  məlumat  mübadiləsi  baş  verir;  ikin-

cidə  –  sosial  məzmunlu  fəaliyyət  göstərilir;  üçüncüdə  –  müxtəlif 

formalı  adi  insani  ünsiyyət müşahidə  olunur; dördüncüdə – verilən 

tapşırıqlar icra edilir; beşincidə – təlim və ya tərbiyə zamanı müşa-

hidə edilən nöqsanların və uğurların səbəbləri öyrənilir və tədbirlər 



 

202 


görülür; sonuncuda – qarşılıqlı pedaqoji təsirin inkişaf meyli dəqiq-

ləşdirilir.  

Uşaq  şəxsiyyətinin  inkişafında  ahəngdarlıq  qanunu  tələb  edir 

ki, pedaqoji prosesdə birtərəfliliyə  yol verilməsin, pedaqoji prosesdə 

ciddiliyin və marağın vəhdəti təmin edilsin. Təlim və tərbiyədə birtə-

rəflik, yeknəsəqlik, şablon uşaq şəxsiyyətinin inkişafında ahəngdarlı-

ğı  pozur.  Məsələn,  təlimdə  şagird  marağını  nəzərə  almamaq,  onun 

fərdi  xüsusiyyətləri  ilə  hesablaşmamaq,  bütün  şagirdlərə  eyni  tələb 

vermək  halları  olur.  Bunun  əksi  də  müşahidə  edilir.  Şagirdin  fərdi 

xüsusiyyətlərini, marağını nəzərə almağa çalışan müəllimlərdən bəzi-

ləri ona qarşı tələbkarlığı tamam unudur, onun səviyyəsinə enir, im-

kanından  xeyli  aşağı  tapşırıq  verir.  Nə  birinci,  nə  də  ikinci  halda 

istənilən pedaqoji səmərəni almaq mümkün olmur.  

Şagirdin  mövcud  səviyyəsini  nəzərə  almayan  təlim,  yalnız 

biliyin mənimsənilməsi məqsədini güdən, ondan yalnız zehni fəaliy-

yət tələb edən, yalnız mücərrəd anlayışları işə salan təlim emosional-

lığı  söndürür,  öyrədiləsi  tədris  materialının  tərbiyəvi  imkanlarını 

məhdudlaşdırır,  təlimə  olan  həvəsi  azaldır.  Bu  cür  təlim  şagirdlərə 

müntəzəm  zehni  fəaliyyət  bacarığı  aşılasa  da,  onlarda  təfəkkürün 

inkişafına şərait yaratsa da, əldə etdikləri bilikdən fərəhlənmək, biliyə 

can atmaq meyli yaratmır. Şagirdin yalnız marağına bel bağlayan tə-

lim,  istər-istəməz,  şagirdə  zehni  inkişafın,  iradənin  qarşısına  sədd 

çəkir, onda çətinlikləri aradan qaldırmaq əzmini azaldır. Odur ki, tə-

lim  zamanı  ciddi  zehni  gərginlik  tələb  edən  tapşırıqlarla  şagirdlərin 

fərdi xüsusiyyətləri  və  maraqları uzlaşdırılmalıdır. Belə  olduqda  on-

ların faydalı cəhətləri bir-birini tamamlayır.  

Pedaqoji proses daxilən bir-biri ilə bağlı olan proseslərin məc-

musudur.  Bu  proseslərin  mahiyyəti  ondan  ibarətdir  ki,  burada  öyrə-

dilən sosial təcrübə formalaşan insanın keyfiyyətinə çevrilir. Pedaqoji 

proses  təlim,  təhsil,  tərbiyə  və  inkişaf  proseslərinin  mexaniki  birləş-

məsi  deyildir.  O,  xüsusi  qanunauyğunluqlara  tabe  olan  keyfiyyətcə 

yeni bir qurumdur. Pedaqoji prosesin daxilində  olan proseslər  vahid 

məqsədə xidmət edir. Pedaqoji prosesin daxilində münasibətlərin mü-

rəkkəb dialektikası ona daxil olan proseslərdə özünü göstərir. Bu dia-

lektika  proseslərin  vəhdətində  və  müstəqilliyində,  ona  daxil  olan 



Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə