Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə61/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   236

 

187 


todika onu tətbiq edən müəllimin şəxsiyyətindən ayrılmazdır. Usta-

lığa yiyələnmək üçün çox şeyi bilmək və baçarmaq lazımdır. Təlim-

tərbiyənin qanunauyğunluqları və prinsiplərini bilmək, təlim-tərbiyə 

prosesinin  səmərəli  texnologiyalarından  istifadə  etməyi  bacarmaq 

xüsusilə  vacibdir.  Buraya  hər  bir  konkret  situasiya  üçün  pedaqoji 

texnologiyaları  düzgün  seçməyi  bacarmaq,  peadqoji  prosesi  diaq-

nostlaşdırmaq, proqnozlaşdırmaq və layihələşdirmək də daxildir. 

Belə  bir  fıkir  mövcuddur  ki,  yalnız  istedadlı  insanlar  yaxşı 

müəllim ola bilərlər. Başqa fikirlər də vardır: kütləvi peşə olan mü-

əllim  peşəsi  xüsusi  qabiliyyəti  olan  insanların  imtiyazı  ola  bilməz. 

Amma,  demək  olar  ki,  əksər  insanlara  təbiət  tərbiyəçi  olmaq  key-

fiyyətlərini,  öyrətmək  qabiliyyətlərini  vermişdir.  Vəzifə  pedaqoji 

ustalığı öyrənməkdən ibarətdir. 

Tədqiqatlar  göstərir  ki,  ən  yüksək  istedadlı  müəllimlər  12-15 

faizdən çox deyildir. Buna baxmayaraq müəllimlərin böyük bir his-

səsi təlim-tərbiyə metod və priyomlarına yaxşı yiyələnmiş, öyrətmə 

metodikasına yaxşı bələd olmuşlar. 

Müəllimin pedaqoji ustalığı hər şeydən əvvəl tədris prosesini 

təşkil  etmək  bacarığındadır.  Usta  müəllim  hətta  ən  əlverişsiz  şəra-

itdə  belə  şagirdlərinin  lazımi  tərbiyəlilik,  inkişaf  və  bilik  səviy-

yəsinə nail ola bilir. Əsil müəllim hər hansı bir suala qeyri-standart 

cavab  tapа  bilir,  şagirdə  xüsusi  qayğı  ilə  yanaşmağı  bacarır.  Belə 

müəllimlər öz ixtisasını, tədris etdiyi fənnin inkişaf perspektivlərini 

dərindən  bilir,  o,  müasir  ədəbiyyata,  mədəniyyətə,  idman  yenilik-

lərinə  bələddir,  beynəlxalq  hadisələri  təhlil  etməyi  bаcarır.  Amma 

biliklər  hələ  kifayət  deyildir.  Müəllim  öz  fənnini  bilir  və  sevir, 

amma  öz  biliklərini  şagirdlərə  çatdırmaq  bacarığına  malik  deyil, 

şagirdlərlə “ümumi dil tapa bilmir”, sinifdə münaqişələr və mübahi-

sələr yaranır. Demək, müəllimin pedaqoji ustalığı yoxdur. Pedaqoji 

ustalığa malik müəllim ixtisasını dərindən mənimsəyərək, pedaqoji 

qabiliyyətlərə  malik,  fəal  və  interaktiv  təlim  metodlarını,  dərindən 

bilən,  ünsiyyət  mədəniyyətinə,  yeni  peadqoji  texnologiyalara  yiyə-

lənən müəllimdir. 

Müəllimin pedaqoji ustalığı həmçinin fənnini şagirdlərə necə 

öyrətməkdə, fənnini uşaqlara necə sevdirməkdə özünü göstərir. Təc-

rübəli,  bacarıqlı  müəllimlər  tədris  materialını  şagirdlərə  elə  dərsdə 




 

188 


mənimsətməyə nail olurlar. Təcrübəli müəllimlərin müvəffəqiyyəti-

nin sirri şagirdlərin fəaliyyətini düzgün idarə еtmək bacarığındadır. 

Pedaqoji  ustalığın  mühüm  göstəricilərindən  biri  şagirdləri 

fəallaşdırmaq,  onların  qabiliyyətini,  müstəqilliyini  inkişaf  etdirmək 

bacarığıdır.  Usta  müəllim  təlim  prosesini  fəallaşdırmaq  üçün  müx-

təlif  metodlardan  istifadə  etməklə  dərsdə  şagirdləri  düşünməyə, 

maraqlanmağa istiqmətləndirməyi bacarır. 

Müəllimin vəzifəsi öyrənmə prosesinin özündə müsbət emosi-

yalar  aşılamaq  üçün  yollar  axtarıb  tapmaqdır.  Bunlar  аdi  priyom-

lardır: iş metodlarını dəyişmək, müəllimin emosionallığı, müəllimin 

fəallığı,  maraqlı  misallar,  yerinə  düşən  iradlar  və  s.  Bu  priyomlar 

təkcə  müvəffəqiyyətlərə  səbəb  olmur,  onlar  müəllimə  rəğbətin  art-

masına kömək edir, fənnə sabit, daimi maraq aşılayır. 

Pedaqoji  texnikanın  tərkib  hissələrindən  biri  müəllimin  özü-

nün və şagirdlərin diqqətini idarə temək bacanğıdır. Müəllim müx-

təlif  uşaq  qrupları  ilə  işləyir,  uşaqlar  xeyli  tədris  əməliyyatı  yerinə 

yetirirlər  ki,  bütün  bunlar  müəllimin  diqqətindən  kənarda  qala 

bilməz. 


Müəllim üçün çox vacib olan keyfıyyətlərdən biri də şagirdin 

zahiri  davranışına  görə  onun  daxili  vəziyyətini  müəyyənləşdirmək 

bacarığıdır. Pedaqoji priyomlaрı seçən zaman bunu nəzərə almamaq 

olmaz.  Şagirdin  həqiqi  psixoloji  vəziyyətini  hər  zaman  nəzərə  al-

maq  pedaqoji  məharətin  əsasını  təşkil  edir  və  pedaqoji  fəaliyyətdə 

mühüm yer tutur. 

Pedaqоji  hərəkətlərdə  temp  hissi  pedaqoji  texnikanın  tərkib 

hissəsidir. Müəllimlərin bir çox səhvlərinin səbəblərindən biri budur 

ki,  onlar  tədris  əməliyyatlarının  tempini  gözləmir,  məsələlərin  həl-

lini  pedaqoji  cəhətdən  düzgün  ölçüb-biçmirlər.  Bəzən  müəllimlər 

tələsir,  bəzən  də  gecikirlər,  bu  isə  hər  hansı  bir  halda  pedaqoji 

təsirin səmərəsini aşağı salır. 

Müəllimin  şagirdlərə  müraciəti  həm  xahiş,  həm  tənbeh,  həm 

təqdir, həm də əmr formasında ola bilər. Bütün bu hallarda müəllim 

həmişə öz "rolunu" düzgün oynamalı, səsinin tonuna, ahənginə fikir 

verməlidir. 

Müəllim-pedaqoq  öz  səs  tonunu  məqamına  görə  özü  idarə 

etməyi  öyrənməli,  pauzanı,  duruşu,  mimikanı,  jestləri  yerinə  görə 




 

189 


düzgün  işlətməyi  bacarmalıdır.  A.S.Makarenko  yazır:  "Mən  "Bura 

gəl" sözünü 15-20 çalarda deməyi öyrənəndən sonra, üzümün quru-

luşunda,  səsimin  qoyuluşunda  20  incəliyi  biləndən  sonra  pedaqoq 

oldum". 


Bəzi Amerika pedaqoqları "Müəllim - şagird münasibətləri"ndə 

müəllimin  "subyektiv"  ünsiyyətinin  xüsusiyyətlərini  təhlil  etmişlər. 

Müəyyən olunmuşdur ki, müəllimlər rəğbət  göstərdikləri şagirdlərlə 

daha çox ünsiyyət və münasibətdə olurlar. Biganə qaldıqları şagirdlər 

isə  müəllimin  diqqətindən  kənarda  qalır.  Müəllimlər  "intellektual-

lara",  daha  intizamlı,  sözə  baxan,  icraçı  şagirdlərə  daha  yaxşı  mü-

nasibət bəsləyirlər. Passiv şagirdlər ikinci yerdə durur. Müstəqil, fəal 

və  özünə  güvənən,  tənqidi  fikirlər  söyləyən  şagirdlər  isə  müəllimin 

hüsn-rəğbətindən demək olar ki, məhrumdurlar. 

Pedaqoji ünsiyyətin üslubundan asılı olaraq müəllimlər üç tipə 

bölünür: "proaktiv" (fəal), "reaktiv" (az fəal), "sverxaktiv (çox fəal). 

"Fəal"  müəllim ünsiyyətin təşkilində təşəbbüskardır, şagird-

lərlə  əlaqələrini  fərdiləşdirir,  onun  mövqeyi,  xətti  topladığı  təc-

rübəyə uyğun olaraq dəyişir. O, nə istədiyini bilir və öz hərəkətində 

nəyin  məqsədə  nail  omlağa  kömək  göstərdiyini  başa  düşür.  "Az 



fəal"  müəllim öz xəttində, mövqeyində  çevikdir, amma o, daxilən 

zəifdir. Onun siniflə ünsiyyətinin xarakterini özü yox, şagirdlər dik-

tə edirlər. "Çox fəal" müəllim öz şagirdlərini yüksək qiymətləndir-

məyə  və  qeyri-real  ünsiyyət  modelləri  qurmağa,  yaradıcı  fəaliyyət 

göstərməyə meyllidir. 

Pedaqoji  ustalıqda  müəllimin  başlıca  silahı  sözdür.  Bundan 

başqa, onun ehtiyatında xеyli qeyri-verbal (nitqsiz) ünsiyyət vasitə-

ləri də vardır. 

1.  Ekspressiv  -  mənalı  hərəkətlər.  Ekspressiv-mənalı  hərə-

kətlər müəllimin davranışının özünün görmə orqanı vasitəsilə özünü 

müşaiyət  etməsidir.  Burada  duruş,  mimika,  əl-qol  hərəkəti,  baxış, 

yeriş xüsusi rol oynayır. Tədqiqatçılar göztərirlər ki, məsələn, müəl-

limin  hərəkətsiz  duruşu,  yaxud müəllimin  üzü görünməzsə,  ya az 

görünərsə, şagirdlərə verilən informasiyanın 10-15 faizə qədəri itir. 

Şagirdlər  мüəllimin  gözünə,  baxışına  çox  həssasdırlar.  Gözlərin 

vasitəsilə vəziyyət haqqında ən düzgün məlumatlar verilir, ona görə 

ki, göz bəbəklərinin daralması və genişlənməsi şüurlu nəzarətə tabe 



Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə