Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə66/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   236

 

203 


sistemlərin  birliyində  və  bir-birinə  tabeliyində,  onlar  üçün  ümumi-

liyin və spesifikliyin qorunub saxlanmasında özünü göstərir.  

Tam  pedaqoji  prosesə  daxil  olan  təlimdə  əsas  məqsəd  yalnız 

şagirdlərin  bilikləri  mənimsəmələrini  təmin  etməkdən  ibarət  deyil, 

həm də öyrədilən biliklər vasitəsi ilə şagirdləri məqsədyönlü ictimai-

faydalı fəaliyyətə sövq etmək, çətinlikləri və maneələri şüurlu və tə-

kidlə  aradan  qaldırmaq  bacarığını  onlarda  formalaşdırmaq,  şagird 

şəxsiyyətinin bütövlüyünə şərait  yaratmaqdır. Tərbiyə də təlim kimi 

üç funksiyanı – sırf tərbiyəvi, öyrədici və inkişaf etdirici funksiyanı 

yerinə  yetirir.  Təlim  prosesində  elmi  anlayışların,  təsəvvürlərin,  qa-

nun  və  nəzəriyyələrin,  bacarıq  və  vərdişlərin  formalaşması,  tərbiyə 

prosesində  isə  əxlaqi,  ideya,  estetik  və  s.  keyfiyyətlərin,  qaydaların, 

ideyaların, ictimai mənalı münasibətlərin, davranışların formalaşması 

üstünlük  təşkil  edir.  Təlim  və  tərbiyə  uşaqların  psixi  inkişafını 

şərtləndirdiyi  kimi,  inkişaf  da  öz  növbəsində  təlim  və  tərbiyənin 

müvəffəqiyyətinə imkan verir. Tam pedaqoji prosesə daxil olan pro-

seslərin spesifikliyi onun əsas funksiyalarını müəyyənləşdirən zaman 

özünü göstərir. Təlim prosesinin əsas funksiyası öyrətmək, təhsil pro-

sesinin  əsas  funksiyası  təhsil  almaq,  tərbiyə  prosesinin  əsas  funk-

siyası tərbiyə etmək, inkişaf prosesinin əsas funksiyası isə inkişaf et-

dirməkdir.  Adı  çəkilən  proseslərin  hər  biri  tam  pedaqoji  prosesdə 

digər funksiyaları da yerinə yetirir: təhsil təkcə təhsilalma funksiyası-

nı  yox,  həm  də  tərbiyəedici,  həm  də  inkişafetdirici  funksiyasını  da 

yerinə  yetirir.  Təlim  isə  həm  təhsilləndirici,  həm  tərbiyəedici,  həm 

inkişafetdirici, həm nəzarətedici funksiyanı yerinə yetirir və s.  

Qarşılıqlı əlaqələrin dialektikası özünü bir-biri ilə bağlı həyata 

keçirilən proseslərin məqsədində, vəzifələrində, məzmununda, forma 

və  metodlarında  göstərir.  Həmin  prosesləri  təhlil  edən  zaman  əsas 

məqsədi  təhlilə  cəlb  olunan  prosesin  spesifik  cəhətlərindən  fərqlən-

dirmək lazım gəlir. Təlim prosesində elmi anlayışların, qanun və nə-

zəriyyələrin,  bacarıq  və  vərdişlərin  formalaşdırılması  üstünlük  təşkil 

edir.  Onlar  şəxsiyyətin  təhsil-tərbiyəsinə  və  inkişafına  böyük  təsir 

göstərir.  Sinifdənxaric  və  məktəbdənkənar  iş  prosesində  isə  əxlaqi 

keyfiyyətlərin, əqidələrin, normaların, qaydaların, idealların, qiymət-

ləndirmə oriyentasiyasının formalaşdırılması üstünlük təşkil edir. Bu 

zaman  həm  də  təsəvvürlər,  bilik  və  bacarıqlar  formalaşır.  Beləliklə, 




 

204 


hər iki prosesdə başlıca məqsəd – şəxsiyyətin formalaşmasına xidmət 

etməkdir.  Lakin  o  proseslərdən  hər  biri  özünə  xas  olan  vasitələrlə 

məqsədə nail olmağa kömək edir.  

Proseslərin spesifikliyi məqsədə nail olmaq üçün seçilən forma 

və  metodlarda  özünü  göstərir.  Əgər  təlimdə  daha  çox  sinif-dərs  iş 

formasından istifadə olunursa, sinifdənxaric və məktəbdənkənar təh-

sil-tərbiyə  işində  müxtəlif  xarakterli  formalar  üstünlük  təşkil  edir. 

Məqsədə nail olmaq metodları eynidir, amma nəzarət və özünənəza-

rət  metodları  bir-birindən  fərqlənir.  Məsələn,  təlimdə  mütləq  şifahi 

sorğu,  frontal  sorğu,  yoxlama  yazı  işləri,  imtahanlar  tətbiq  olunur. 

Sinifdənxaric və məktəbdənkənar işlərin nəticələrini öyrənmək üçün 

müəllimlər  şagirdlərin  fəaliyyətinə  və  davranışına  nəzarət  edir,  icti-

mai rəyi araşdırır, bilvasitə və bilavasitə informasiya toplayırlar. 

Təlim və tərbiyə üsullarındakı ümumilik pedaqoji-prosesin tam-

lığını  təmin  edən  mühüm  amillərdəndir.  Yeni  tədris  materialının 

qavranılmasına xidmət edən mühazirə, müsahibə, və s. üsullar tərbiyə 

işində tətbiq edilən inandırma üsulları ilə həmahəngdir. Uyğunluq nə-

inki həmin üsulların adlarında, həm də məqsədlərində və tətbiqi me-

todikalarında aydın duyulur. Tərbiyə işində müsahibə, mühazirə, dis-

put və s. kimi inandırma üsullarından istifadə edilir. Birinci halda, yə-

ni təlimdə şagirdlər əsasən konkret biliklərə, ikinci halda isə müəyyən 

əxlaqi,  siyasi,  estetik,  fiziki  və  s.  keyfiyyətlər  haqqında  anlayışlara 

yiyələnirlər. Birinci halda şagird əldə etdiyi nəticəni bilavasitə sezir; 

ikinci halda isə o, tərbiyəvi nəticəni bilavasitə duymaya bilər. Bu fikri 

problem situasiyasında belə əyaniləşdirmək olar. Müəllimin vəzifəsi 

şagirdləri problemin həllinə yönəltməkdən, şagirdləri müstəqil düşün-

məyə  təhrik  etməkdən  və  problemin  həllini  onların  amalına  çevir-

məkdən  ibarətdir.  Nəticəni  dərsdə  tapan  şagird  hətta  sevinir  və  eyni 

xarakterli digər situasiyalardan baş çıxara bilir.  

Tərbiyə  işində  problem  situasiyasının  təşkili  və  həlli  prosesi 

nisbətən  mürəkkəbdir.  Bu  mürəkkəblik,  hər  şeydən  əvvəl,  həyatın 

özündəki rəngarənglikdən irəli gəlir. Çünki konkret əxlaqi, hüquqi və 

ya estetik situasiyadan şagirdin çıxardığı nəticə həyatda hər gün rast-

laşdığı digər hallardan baş açmaqda onun karına gəlməyə bilir: əxlaqi 

hadisələr çox zaman eyni məzmunda təkrar olunmur. Odur ki, şagird 

əxlaqlılığın  meyarını,  norma  və  qaydalarını  da  mənimsəməlidir  ki, 




 

205 


müxtəlif  həyat  situasiyalarında  onları  nəzərə  ala  və  davranışının 

necəliyini təyin edə bilsin. 

Təlim  və  tərbiyənin  vəhdəti  praktik  üsullarda  açıq  görünür. 

Praktik üsullar, xüsusən müstəqil işlərin müxtəlif formaları, növləri 

təlimdə də, tərbiyədə də tətbiq olunur. İstər təlimdə, istərsə də tərbi-

yədə  şagirdlərin  müstəqil  işlərinin  təşkili  zamanı  bəzən  əməli  işin 

müvəffəqiyyətli  icrası  üçün  zəruri  olan  bacarıq  və  vərdişlərə  nis-

bətən  adi  iradi  səyə,  məqsəd  yolunda  göstərilməli  olan  cəhdə  çox 

ehtiyac duyulur.  

Təlim və tərbiyənin özlərinə məxsus spesifik xüsusiyyətləri və 

vəzifələri olsa da, hər ikisi şagird şəxsiyyətinin vəhdətdə formalaşma-

sına xidmət edir. Psixi proseslərin formalaşmasında təlim və tərbiyə 

funksiyalarını yalnız ayırmaqla kifayətlənmək olmaz. “Bəzi pedaqoq-

lar güman edirlər ki, təlim şagirdlərdə elmi anlayışları – məfhumları 

formalaşdırır və buna görə də onlarda nəzəri təfəkkürü inkişaf etdirir. 

Bu  fikri  əsas  götürən  fənn  müəllimləri  təlim  zamanı  şagirdlərin  psi-

xoloji inkişafına ciddi ziyan vururlar.” 

Çünki onlar dərsi anlayışlar zəminində qurmağa çalışır, mən-

tiqi mühakimələrə uyur, təxəyyülün, emosionallığın, digər psixoloji 

keyfiyyətlərin  zəruriliyini  isə  unudurlar.  Halbuki,  təlimin  müvəffə-

qiyyəti  üçün digər psixoloji  inkişaf məntiqi  təfəkkürün inkişafı qə-

dər zəruridir.  

Nəzərə alınmalıdır ki, məntiqi təfəkkür digər psixoloji proses-

lərdən  ayrılıqda  cərəyan  edən  müstəqil  proses  deyil.  Bir  çox  elmi 

kəşflər obrazlı təfəkkürsüz, canlı təxəyyülsüz açıla bilməzdi. Gözlə 

görülməsi mümkün olmayan mikroaləmin obrazı məhz xəyalda ya-

radılır və nəzəri təfəkkür süzgəcindən keçirilir. Təlimdə bunu unut-

maq  olmaz.  Təlim  zamanı  nəzəri  təfəkkürü  təxəyyüldən  ayırmaq 

düzgün  olmadığı  kimi,  bunların  hər  ikisini  nitqdən  təcrid  etmək 

uğursuzluqla  nəticələnir.  Nəzəri  və  obrazlı  təfəkkürün,  təxəyyülün 

nitqlə  qarşılıqlı  əlaqədə  işlədilməsi  təlim  və  tərbiyədə  müvəffəqiy-

yət üçün özül olur. Həm məfhumlarla, həm də obrazlarla düşünüb-

daşınmağa  alışan  şagirdin  mənəvi  qüvvələri,  o  cümlədən  iradəsi 

daim səfərbər olunur. O, pedaqoji prosesdə asanlıqla irəliləyirlər və 

buna görə də sevinc hissi keçirir. Təlim və tərbiyə zamanı yaranan 



Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə