Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə64/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   236

 

197 


mış nöqteyi-nəzərə görə, hissə sistemin tərkibinə daxil olan və nisbi 

müstəqilliyə malik komponentdir, tam öz aralarında əlaqələnən his-

sələri əhatə edən ayrı-ayrı hissələrdə həmişə olmayan bəzi xassələrə 

malik sistemdir.  

Göründüyü kimi, tam və hissənin tərifində sistem anlayışından 

istifadə  edilib.  Sistem  ilə  tam  kimi,  hissə  ilə  element  bir-biri  ilə 

əlaqəli anlayışlardır. Burada etiraz doğurmayan belə bir nöqteyi-nə-

zəri  də  biz  dəstəkləyirik  ki,  sistem  həm  elementləri,  həm  də  ele-

mentlər arasındakı münasibəti ehtiva edən tamdır; sistemin element-

lərinin  təbiətindən  fikrən  uzaqlaşıb  əsas  diqqəti  bunlar  arasındakı 

münasibətə yönəltdikdə isə sistemin strukturu anlayışına gəlib çıxı-

rıq.  Burada  element  tamın  nisbi  bölünməz  hissəsi  kimi  çıxış  edir. 

Deməli,  tam  ilə  hissənin  qarşılıqlı  əlaqəsi  öz  ifadəsini  həm  tamın 

keyfiyyətinin  onu  təşkil  edən  hissələrin  spesifik  təbiətindən  asılı-

lıqda,  həm  də  bu  hadisələrin  keyfiyyətinin  tamın  spesifik  təbiətin-

dən  asılılıqda  tapa  bilir.  Odur  ki,  tam  və  hissənin  dialektik  əlaqəsi 

əslində tamın strukturunu təşkil edən əlaqədir və bu mənada struk-

tur  tamın  mühüm  mövcudluq  üsullarından  biri  kimi  çıxış  edir.  Ta-

mın nisbi bölünməz hissəsi kimi çıxış edən elementlərin və bunların 

münasibətlərinin üzvi vəhdəti sistem anlayışı ilə səciyyələnir. Başqa 

sözlə, elementlər ilə strukturun dialektik vəhdəti sistem anlayışının 

əsas əlaməti sayılır.  

Məqsədimiz,  əlbəttə,  “sistem”,  “element”,  “struktur”,  habelə 

“tam”  və  “hissə”  kateqoriyaları  barədə  gedən  fəlsəfi  münasibətləri 

hərtərəfli  təhlil  etmək  deyil.  Amma  söylədiklərimiz  bu  və  ya  digər 

spesifik  şəkildə pedaqoji prosesin özü və sahələri  üçün metodoloji 

əsas kimi qəbul edilə bilər. Burada, öncə, diqqəti nəzəri cəhət cəlb 

edir ki, hər hansı bir hadisəni daha dərindən öyrənmək, onun inkişaf 

qanunauyğunluqlarını  aşkar  etmək  naminə  bu  hadisəni  onu  təşkil 

edən  komponentlərinə,  mühüm  və  mühüm  olmayan  xassələrinə 

ayırmaq  və  onları  ayrı-ayrılıqda  araşdırmaq  vacib  əhəmiyyət  kəsb 

edir. Elmi idrakda geniş yer tutan analiz metodu məhz tamın bu cür 

hissələrə  ayrılıb  öyrənilməsi  ilə  bağlıdır.  Adətən,  analiz  idrak  pro-

sesinin başlanğıcı sayılır. Belə ki, hər hansı bir hadisəni öyrənmək 

üçün onun yalnız ayrı-ayrı hissələrini öyrənmək heç də kifayət de-

yil.  Bu  hissələrin  qarşılıqlı  əlaqə  və  asılılıqlarını  da  öyrənmək,  bu 




 

198 


hissələri bütövlükdə nəzərdən keçirmək, tamı öyrənmək gərəkdir ki, 

bu da elmi idrakda analizin əksinə olan sintez metodu ilə bağlıdır.  

Sistemin mahiyyəti onun struktur ilə funksiyası, yəni element-

lərin və onların davranışının, əlaqələrinin xarakterilə, obyektin şəra-

itlə  əlaqəsinin  spesifikliyi  ilə  müəyyən  edilir.  Sistemi  təşkil  edən 

elementləri, bunların qarşılıqlı təsirini öyrənmədən buradakı davam-

lı, mühüm və zəruri əlaqələri ayırd etmək mümkün olmur. Element-

lərin  belə  davamlı,  mühüm,  zəruri  olan  qarşılıqlı  təsiri  məhz  siste-

min  strukturunu  səciyyələndirir.  Deməli,  struktur  elementlərin  əla-

qələri  qanunu,  sistemin  invariantı  kimi  çıxış  edir.  Elementlərin, 

bunların  əmələ  gətirdiyi  bütövlə,  tamla  əlaqəsini  də  öyrənmədən, 

açmadan  həm  sistemin  funksiyası,  həm  də  hər  bir  elementin  tama 

nəzərən funksiyaları kölgədə qalır. Deməli, tam anlayışı sistemə nə-

zərən mənalanır, o, sistemin təşkilatlanmasıdır. Buradan aydın olur 

ki, hər bir sistemin özünəməxsus strukturu və bu strukturun daşıyıcı 

olduğu  funksiyası  var.  Deməli,  sistemə  onun  struktur  və  funksi-

yasının  vəhdətindən  ibarət  tam  kimi  baxmaq  olar.  Sistemlər  bir-

birindən təkcə struktur və funksiyalarına görə deyil, həm də başlıca 

olaraq  strukturla  funksiyanın  vəhdətinin  necəliyi  ilə,  bu  vəhdətin 

xarakteri ilə fərqlənirlər.  

Sistemin müəyyən edilməsi üçün ən azı aşağıdakı iki məqam 

gərəkdir: a) tamdan hissəni fikrən seçib ayırd etmək; b) sistemə öz 

elementlərinin  üzvi  əlaqəsi,  toplusu  və  onların  inteqrasiyası  kimi 

baxmaq. Bunlar ona görədir ki, əvvələn, prinsip etibarı ilə istənilən 

sistem özündən daha yüksək, daha mürəkkəb tamlığa malik olan di-

gər sistemə element və altsistem kimi daxil olur. İkincisi də, bu pro-

sesdə sistemin ziddiyyətsizliyi və nisbiliyi kimi xüsusiyyətləri aşka-

ra çıxarır ki, məhz bu məqamda onun daha yüksək, daha təkmil sis-

temin  elementi  kimi  çıxış  etməsinə  imkan  yaranır.  Hər  bir  sistem 

özündən aşağı struktur səviyyə kimi olan sistemə nəzərən daha mü-

kəmməl sistem qismində çıxış edir. 

Pedaqoji proses tam və mürəkkəb sistemdir. O həm də çoxlu 

altsistemlərdən  ibarətdir:  təlim  prosesi,  təhsil-tərbiyə  prosesi,  for-

malaşma prosesi, inkişaf prosesi, müəllimlərlə şagirdlərin əməkdaş-

lığı prosesi, pedaqoji prosesin baş verdiyi şəraitlər sistemi, pedaqoji 

prosesin  həyata  keçirilməsinin  forma  və  metodları  sistemi  və  s. 



 

199 


Bütövlükdə təhsil sistemi, o cümlədən, məktəb, sinif, tədris məşğə-

lələri  hər  biri  ayrı-ayrılıqda  pedaqoji  prosesin  altsistemləri  kimi 

çıxış edir. Bu  altsistemlərdən hər biri müəyyən şəraitdə (təbii-coğ-

rafi, ictimai, istehsalat,  mədəni) fəaliyyət  göstərir. Hər bir sistemin 

həm də spesifik şəraiti (məktəbin maddi-texniki bazası, sanitar-gigi-

yenik vəziyyəti, əxlaqi-psixoloji mühit, estetik tərtibatı və s.) vardır.  

Pedaqoji prosesin tamlığı müxtəlif cəhətdən təmin olunur. Bi-

rinci növbədə, şəxsiyyətin bütövlüyü ilə, təlimdə, tərbiyə və təhsildə 

məqsəd və məzmunun vəhdəti ilə, hərəkətverici qüvvələrə və qanu-

nauyğunluqlara  malik  olması  ilə  tamlıq  həyata  keçir.  Real  həyatda 

insan şəxsiyyəti hissə-hissə formalaşmır, onun əqli keyfiyyətləri əx-

laqi keyfiyyətlərindən ayrılıqda inkişaf etmir. Şəxsiyyəti səciyyələn-

dirən mənəvi keyfiyyətlər qarşılıqlı surətdə bir-birinə təsir göstərir, 

biri digərinin formalaşmasını şərtləndirir. Burada pedaqoji prosesin 

təşkilindən, onun necəliyindən, uşaq fəaliyyətinin müxtəlifliyi və ya 

yeknəsəqliyindən  çox şey  asılıdır. Uşaq  eyni  zamanda zehni,  fiziki 

əməyə,  bədii  yaradıcılığa,  idman  fəaliyyətinə  cəlb  edilməklə  onun 

şəxsiyyətinin inkişafında ahəngdarlığı təmin etmək imkanı  yaranır. 

Göstərilən  fəaliyyət  növlərindən  yalnız  birinə  uşaq  aludə  olduqda 

onun mənəvi inkişafı birtərəfli istiqamət alır. 

Pedaqoji prosesdə ictimai faydalı fəaliyyətin müxtəlifliyi uşaq 

şəxsiyyətinin  hərtərəfli  inkişafı  üçün  başlıca  şərtdir.  Buna  görə  də 

fəaliyyət  növləri  pedaqoji  prosesdə  əlaqələndirilir.  Pedaqoji  prose-

sin tamlığı nəinki ideya, əxlaq, estetik, əmək, fiziki, əqli tərbiyənin 

vəhdəti ilə, həm də bunların hər birinin daxili ahəngdarlığı ilə izah 

edilir. Məsələn, mənəvi inkişafın ahəngdarlığı biliklərin zənginliyi-

nə, mənəvi kamillik həvəsinə, geniş insani ünsiyyətə əsaslanan zeh-

ni  inkişafı  özündə  birləşdirir;  əxlaqi  inkişaf  cəmiyyətdə  bərqərar 

olan etika normalarına istinad edən dərin əxlaqi hisslərin və anlayış-

ların formalaşmasını nəzərdə tutur və s.  

Pedaqoji  prosesin  tamlığı  müxtəlif  cəhətdən  təmin  olunur:      

1) təhsil, təlim, tərbiyədə məqsəd və məzmunun  eyni olması, hərə-

kətverici  qüvvələrə  və  qanunauyğunluqlara malik olması  ilə;  2) tə-

lim,  təhsil,  tərbiyənin  prinsiplərində,  metodlarında,  təşkili  formala-

rında ümumiliyin olması ilə. Bu ümumilik həmin proseslərin məq-



Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə