Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə67/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   236

 

206 


sevinc  isə  onun  gələcək  uğurlarına  təkan  verir.  Deyilənlər  eyni 

dərəcədə hafizəyə də aiddir.  

Təlim  və  tərbiyənin  təşkili  formalarındakı  ümumilik  onların 

məzmun  və  məqsəd  cəhətdən  qovuşmasına,  pedaqoji  prosesin  tam-

lığına imkan verir. Təlimin təşkili formalarından hər birinin – dərsin, 

praktikumun, fakultativ məşğələlərin, tədris ekskursiyasının, şagirdlər 

üçün  əlavə  məşğələlərin,  ev  tapşırıqlarının  və  s.  tərbiyəvi  imkanları 

genişdir.  Bu  imkanların  üstünə  sinifdənxaric  tərbiyə  işləri  də  əlavə 

edilməlidir.  Çünki  sinifdənxaric  tərbiyə  işinin  formaları  və  təlimin 

təşkili formaları bir-birini tamamlayır.  

Təlim,  tərbiyə,  təhsil  və  inkişafın  qarşılıqlı  əlaqəsi,  bir-birinə 

zəmin  yaratması  pedaqoji  prosesin  tamlığını  gücləndirir,  hər  bir  qol 

üzrə səmərəliliyi şərtləndirir.  

 

 



6.2. Pedaqoji prosesdə ziddiyyətlər 

 

Pedaqoji  prosesdə  ziddiyyətlər  məsələsi  pedaqoji  elmin  köklü 

məsələlərindən biridir. Bu məsələnin düzgün başa düşülməsi və dəqiq 

şərhi pedaqogikanın digər məsələlərinin uğurlu həlli üçün xüsusi əhə-

miyyət kəsb edir.  

Pedaqoji prosesdə ziddiyyətlər iki qrupa ayrılır: zahiri (xarici) 



ziddiyyətlər və daxili ziddiyyətlər. Daxili ziddiyyətlər ilə xarici zid-

diyyətlər  arasında  müəyyən  əlaqə  vardır,  buna  görə  də  hadisələrin, 

proseslərin,  şeylərin  inkişafı  səbəblərini  nəzərdən  keçirəndə  həm 

daxili ziddiyyətləri, həm də xarici ziddiyyətləri nəzərə almaq lazım-

dır. Daxili ziddiyyətlər əlaqəsiz mövcud olmur və fəaliyyət göstər-

mir, şeyin, hadisənin inkişafına xarici ziddiyyətlərin təsirini isə hə-

min şeyin daxili ziddiyyətlərini nəzərə almadan başa düşmək müm-

kün  deyildir.  İnkişaf  prosesində  daxili  ziddiyyətlərlə  xarici  ziddiy-

yətləri bir-birindən hökmən fərqləndirmək lazımdır, çünki inkişafda 

bunların  rolu  eyni  deyildir.  Xarici  ziddiyyətlər  çox  vaxt  daxili 

ziddiyyətlərin ifadəsi və  mövcudluq forması kimi çıxış edir. Daxili 

və  xarici  ziddiyyətlər  inkişaf  prosesində  bir  vəhdət  təşkil  edir,  bir-

biri  ilə  əlaqədardır,  lakin  əsas  ziddiyyətlər  olan  daxili  ziddiyyətləri 

xarici ziddiyyətlərlə əvəz etmək səhv olardı.  




 

207 


Psixi  proseslərin  inkişafında  da  ziddiyyətlərin  mənbə  rolunu 

oynaması təkzibedilməz faktlarla sübut edilir. Burada daxili ziddiy-

yətlərin  xarici  təsirlərlə  yaranması,  idraki  ziddiyyətlərin  əmələ  gəl-

məsi, bunların həll olunması və inkişafın bu yolla davam etməsi tə-

ləb edir ki,  pedaqoji prosesin, onun qollarının qanunauyğunluqları-

nın  müəyyənləşdirilməsində  ziddiyyət  kateqoriyasından  geniş  isti-

fadə olunsun.  

Pedaqoji  prosesin  hərəkətverici  qüvvələri  aşağıdakı  dialektik 

ziddiyyətlərdən  ibarətdir:  1)  Müəllimin  pedaqoji  təsir  göstərmək 

imkanları ilə şagirdin həmin təsirləri qəbul etmək imkanları arasın-

dakı ziddiyyət: müəllimin təsirləri şagirdin imkanlarına uyğun gəl-

mədiyi  kimi  (təsir  səviyyəsindən  yuxarı  və  ya  aşağı  olur),  şagirdin 

də  əks  təsirləri  müəllimin  səviyyəsinə  uyğun  gəlmir  (müəllim  şa-

girdin  imkanlarını  nəzərə  ala  bilmir,  şagirdin  səviyyəsini  əsas  tuta 

bilmir).  Bu  imkanlararası  ziddiyyət  pedaqoji  prosesdə  ən  başlıca 

hərəkətverici  qüvvədir;  2)  Tərbiyənin  ümumi  məqsədi  ilə  mövcud 

ictimai  münasibətlər  arasındakı  ziddiyyət  (ictimai  münasibətlər  sü-

rətlə  inkişaf  edir,  məqsədin  dəqiqləşdirilməsi  isə  ləng  həyata  ke-

çirilir);  3)  Tərbiyənin  məzmunu  ilə  məqsədi  arasındakı  ziddiyyət 

(məzmunun  yeniləşdirilməsi məqsədin sürətlə inkişafından geri qa-

lır); 4) Tərbiyənin metodları ilə vasitələri arasındakı ziddiyyət. Yeni 

vasitələr  meydana  çıxır,  lakin  ənənəvi  metodları  tətbiq  etməkdən 

kənara çıxa bilmirik. Əslində isə  yeni vasitə  yeni metod tələb edir; 

5) Pedaqoji təsirin ümumi, onun şagird tərəfindən qəbul edilməsinin 

isə fərdi olması arasındakı ziddiyyət. Müəllim kollektivə təsir göstə-

rir, amma bu təsiri hər şagird öz xüsusiyyətlərinə uyğun qəbul edir. 

Bu,  birinci  ziddiyyətlə  bağlıdır,  həmin  ziddiyyətin  xüsusi  halıdır;    

6)  Şagirdlərin  hərtərəfli  inkişafına  nail  olmaq  tələbi  ilə  fərdlərin 

konkret qabiliyyətinin inkişaf etdirilməsi arasındakı ziddiyyət və s.  

Yeri gəlmişkən qeyd edək ki, pedaqoji ədəbiyyatda indiyədək 

nə zahiri, nə də daxili ziddiyyətlərə tərif verilməmişdir. Təbii ki, bu 

ziddiyyətlərin  mahiyyətini  açan  tərifin  verilməsi  faydalı  olardı. 

Pedaqoji prosesin cərəyan etdiyi mühit amillərindən ona təsir göstə-

rərək gedişini çətinləşdirən, lakin həlli mümkün olan uyğunsuzluq-

lar  zahiri  ziddiyyətlərdir.  Zahiri  ziddiyyətlər  arasında  ideal  ahəng-

darlığı  təmin  etmək  hələlik  çətin  olsa  da,  bu  istiqamətdə  fəaliyyəti 




 

208 


gücləndirmək  lazımdır  ki,  uşaqların  ictimai  əhəmiyyət  kəsb  edən 

mənəvi keyfiyyətləri cəmiyyətin tələblərinə maksimum yaxınlaşsın.  

Tədris  müəssisələri  qarşısında  duran  vəzifələrlə  cəmiyyətin 

imkanları  arasında,  pedaqoji  təsirlərlə  sosioloji  təsirlər  arasında, 

ailənin  təsiri  ilə  məktəbin  təsiri  arasında,  ayrı-ayrı  müəllimlərin 

təsirləri arasındakı ziddiyyətlər üçün xarakterik cəhət budur ki, belə 

ziddiyyətlər  pedaqoji  prosesə  birbaşa  deyil,  dolayı  yolla  təsir  gös-

tərir və bununla da gənc nəslin təlim-tərbiyə işini çətinləşdirə bilir.  

Elmi  tədqiqatlar  pedaqoji  prosesə  xas  olan  yeni-yeni  ziddiy-

yətlər  (xüsusilə  də  daxili  ziddiyyətlər)  üzə  çıxarır.  Tərbiyə  olunan 

şəxs qarşısında qoyulmuş ictimai əhəmiyyətli vəzifələrlə, bu vəzifə-

lərin öhdəsindən gəlmək üçün onun mövcud marağı arasında; xarici 

şüurlu  münasibətin  getdikcə  artması  ilə  belə  bir  münasibətin  real-

laşmasına  imkan  verən  bilikləri  mənimsəməyin  zəruriliyinə  şüurlu 

münasibətin şəxsdə çatışmaması arasında; doğma yurdun əsil vətən-

daşı olmağın obyektiv zəruriliyi ilə həyat təcrübəsinin uşaqda azlığı 

arasında; seçilmiş məqsədlə subyektiv imkanlar arasında; subyektin 

nail  olduğu  inkişaf  səviyyəsi  ilə  onun  həyat  tərzi  arasında;  şəxsdə 

işləmək, bilikli və bacarıqlı olmaq arzusu ilə işin çətinliyi arasında; 

şəxsin  hissləri  arasında;  şəxsdə  sərbəstliyin  güclənməsi  ilə  ona 

himayədarlıq  arasında;  uşağın  motivləri  arasında;  uşağın  azadlığa 

meyli ilə obyektiv zərurət arasında ziddiyyətlər buna misal ola bilər.  

Pedaqoji prosesin daxili ziddiyyətlərinə belə tərif vermək olar: 

pedaqoji proses ünsürlərinin təsiri ilə şagird psixologiyasında yara-

nan  və  həlli  mümkün  olan  uyğunsuzluqlar  onun  daxili  ziddiyyət-

ləridir.  

Zahiri ziddiyyətlərdə olduğu kimi, daxili ziddiyyətlərin vaxtın-

da  duyulması  və  aradan  qaldırılması  üçün  tədbirlər  görmək  təlimin 

səviyyəsini yüksəldir. Bu, müəllimin və ya tərbiyəçinin yüksək peda-

qoji ustalığa malik olduğunu göstərən vacib meyarlardan biridir.  

 

 




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə