Annotasiya



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə370/382
tarix25.09.2023
ölçüsü5,95 Mb.
#123681
növüDərs
1   ...   366   367   368   369   370   371   372   373   ...   382
N 211

 
Karusel strategiyası 
Qruplara ayrılandan sonra müəllim hər qrupa sual yazılmış bir 
kağız və vatman verir. Qrupların sayı 4-sə 4 müxtəlif sual qoyulur. 
Hər qrupun üzvləri sualı oxuyur və ona cavab yazırlar. Sonra müəl-
limin köməkliyi ilə kağızları saat əqrəbi istiqamətində bir-birinə 
ötürürlər. İkinci dairə ilə gələn suala da cavab yazılır, yenə də qrup-
lar kağızı dəyişdirirlər və beləliklə “karusel” kimi 1-ci qrupdakı ka-
ğız bütün digər qruplardan keçərək, axırda özünə qayıdır (eləcə də 
digər qrupların kağızları da digər qruplardan keçərək, axırda özünə 
qayıdır). Deməli hər qrup hər bir suala öz cavabını verir. Müəllim 
bu kağızları yazı lövhəsinə yapışdırır və sualların cavabları üzərində 
işləyirlər. 
 


693 
 
15.7. Dərsdə şagirdlərin qiymətləndirilməsi
Məktəblərimizdə mövcud olan ənənəvi qiymətləndirmə üsulu 
ilə fəal təlim metodlarının tətbiq edildiyi dərslərdə şagirdlərin bilik 
və bacarıqlarının qiymətləndirilməsi arasında ciddi fərq vardır. Bu 
cür dərslərdə yeni qiymətləndirmə sistemini nəzərə almaq lazımdır. 
Qiymətləndirmə tapşırıqların yerinə yetirilməsinə əsaslanmalıdır. 
Qiymətləndirmənin əsası tapşırığın yerinə yetirilməsinin keyfiyyəti 
ilə müəyyən edilir. Qiymətləndirmənin obyektləri isə şagirdlərin 
yerinə yetirdiyi ev tapşırığı, qrupların işində və diskussiyalarda 
iştirak, suallar formalaşdırmaq və tədqiqat aparmaq bacarığı ola 
bilər. Ev tapşırığı müsahibə, sosioloji sorğu aparılmasından, esse 
(kiçik inşa) yazılmasından, anket hazırlanmasından və i.a. ibarət ola 
bilər. Şagirdlər öz biliklərini və əqli vərdişlərini şifahi, yazılı, vizu-
al, rollu, ya da digər formada təqdimatlar yolu ilə nümayiş etdirə 
bilərlər. Yaxşı təşkil edilmiş təqdimetmə şagirdlərin biliklərinin və 
əqli vərdişlərinin yüksək səviyyədə olması deməkdir. 
Dərslərdə nə qiymətləndirilir?
 
1.
Məzmunun - əsas faktların və terminlərin, səbəb-nəticə əla-
qələrinin, nəticə və ümumiləşdirmənin mənimsənilməsi. 
2.
Təhliletmə vərdişlərinin, öyrənmə bacarığının, digər qrup-
ların baxışlarının, yaxud nöqteyi-nəzərinin başa düşülməsi və i.a. 
3.
Dəyərlərin formalaşdırılması. 

Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   366   367   368   369   370   371   372   373   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə