414
metodoloji rolu ilə bilavasitə bağlıdır. Lakin təlim prosesinin idarə
edilməsinin özünəməxsus, nisbi müstəqilliyə malik olan məntiqi,
psixoloji və dialektik əsasları da vardır.
11.3. Təlimin məntiqi əsasları
Təlim sisteminin təbiətini açarkən aşağıdakı istiqamətlər üzrə
məntiqlə bağlı məsələlərə biganə qalmaq olmur:
1.
Təlim materialının məzmununu özündə saxlayan fənnin
məntiqinə;
2.
Tədrisetmənin məntiqinə;
3.
Şagirdlərin məntiqi təfəkkürünün inkişaf səviyyəsinə;
4.
Mənimsəmə prosesinin məntiqinə;
5.
Formal, dialektik və qeyri-səlis məntiqin metod və əməliy-
yatlarının didaktik vasitə qismində tətbiqinə;
6.
Təlim materialının izahında formal, dialektik və qeyri-səlis
məntiqin forma, metod və qanunlarından istifadə olunmasına;
7.
Alqoritmik, analitik və evristik fəaliyyət məntiqlərinə.
Təlim prosesinin məntiqi obyektiv və subyektiv kriteriyalarla
müəyyənləşir və o, dinamik xarakterlidir. Olduqca mürəkkəb xüsu-
siyyətə malik bu prosesin məntiqi anlayışına baxışlarda yekdillik
yoxdur. M.A.Danilov təlim prosesinin məntiqi ilə tədris fənninin
məntiqini fərqləndirməklə yanaşı, onların arasında sıx əlaqə oldu-
ğunu vurğulayır. Onun fikrincə, təlim prosesinin məntiqində tədris
fənnin məntiqi və tədris olunan materialı şagirdlərin mənimsəməsi
psixologiyası birgə çıxış edir M.İ.Maxmutova görə, burada təlim
prosesinin əsas komponentlərindən olan tədrisetmənin, tədris ma-
terialını öyrətmənin məntiqinin nəzərə alınması zəruridir. Tədris et-
mənin məntiqini nəzərə almadan təlimin məntiqini təsəvvür etmək
olmaz, əks halda şagirdin idrak fəaliyyətinin məntiqindən söhbət
getmiş olar. Biz prof. B.A.Əhmədovun “təlimin məntiqi fənnin
məntiqi ilə şagirdlərin real səviyyəsinin qarşılıqlı əlaqəsindən, bu
əlaqənin müəllim tərəfindən nizama salınmasından ibarətdir”,-fikri
ilə şərikik. Tədris fənninin məntiqindən fərqli olaraq təlimin mənti-
qində mövcud olan dinamiklik, məhz müəllim, tədris materialı və
şagird arasındakı əlaqə ilə şərtlənir. Həqiqətlərin əldə olunmasına
415
istiqamətlənən təlim materialındakı mövcud statiklik müəllim-
şagird əlaqələri ilə dinamik hala gətirilir. Şagirdin bilikləri mənim-
səməsi yalnız formal məntiqin forma və qanunlarına dayanaraq yox,
həm də dialektik xarakterdə cərəyan edir, məqsədəuyğun olaraq
müəllim tərəfindən nizamlanır.
Mükəmməl təlim sistemi üçün xarakterik cəhət budur ki, bu
prosesdə fikrin daha yüksək və mürəkkəb formaları ilə əməliyyata,
təfəkkürün məzmununun gerçəkliyə uyğunluğuna, təfəkkür forma-
larının birinin digərinə keçməsi, qanunauyğunluqlarının tətbiqinə,
təfəkkür formalarının dəyişməsinə və inkişafına, hökmlərə iqrar və
ya inkarlığın vəhdəti kimi baxılmasına, hadisələr arasındakı mühüm,
zəruri cəhətləri və ya qanunauyğunluqları üzə çıxarmaqla gerçəklik
haqqında yeni-yeni məlumat və biliklərin əldə edilməsinə, cismin,
hadisənin bütöv şəkildə, bütün xassə və əlamətləri ilə ümumilikdə
öyrənilməsinə, onların dəyişmə və inkişaf halında baxılmasına xü-
susi önəm verilir.
Təlim prosesinin məntiqində obyektiv cəhət onda özünü gös-
tərir ki, “elmin əsaslarının” bu prosesi idarəedəndən asılı olmayan
öz məntiqi vardır. Digər tərəfdən, hər bir şagird özünəməxsusluğu,
real imkanları ilə idarəetmə prosesinin “daşıyıcı komponenti”nə
çevrilir. Subyektivliyi isə ondadır ki, idarəedənin özü də fəaliyyəti
ilə birlikdə bu sistemə daxil olur, gerçəkliyin şüurumuzda inikası
olan bilik və təlim üsullarına əsaslanaraq şagirdə pedaqoji təsir et-
məyə çalışır. Müəllim metodoloji, psixodidaktik əsaslara malik olan
rəhbərlik fəaliyyətini subyektiv xarakterdə həyata keçirir.
Elmi idrak prosesi üçün xarakterik olan formal, dialektik və
qeyri-səlis məntiqlərin aksiom, metod, forma və qanunları mükəm-
məl təlim sistemində idarəetmənin istiqamətini müəyyən edir, həqi-
qətlərin şagirdlərə təqdim olunması, şagirdlərin bilik və fəaliyyət
üsulları əldə etməsi vsitəsi rolunu oynayır. Eyni zamanda bu proses-
də şagird sözügedən aksiomları, forma və metodları, qanunları mə-
nimsəyir, onlardan faydalanmaq təcrübəsinə yiyələnir. Təbii ki, tə-
fəkkürün inkişafı, təfəkkür mədəniyyəti, təfəkkürün aksiomatikasın-
dan istifadə bacarığı şagirdlərin intellektual səviyyəsi üçün vacib
şərtdir və buna yönələn iş məktəbin başlıca vəzifələrindən biridir.
416
Təcrübə göstərir ki, şagirdlərin həqiqətləri aşkar etməsi, mə-
nimsəmə yollarını tapmaq təcrübəsinə yiyələnməsi üçün təlim pro-
sesinin elmi idrak prosesinə oxşar çalarlarla cərəyan etməsi daha ef-
fektlidir. Hansı ki, mükəmməl təlim sistemi üçün bu cəhət xarakte-
rikdir. Bunsuz təlim prosesinin elmi idraka yaxınlaşmasından söh-
bət gedə bilməz. Qeyd edək ki, biz məntiqi savad dedikdə, məntiqi
təfəkkürün əlifbasını təşkil edən elementlər, məntiqi anlayışlar və
bunlardan istifadənin müəyyən kompleksinə sərbəst malik olmağı
nəzərdə tuturuq. Məntiqin forma və qanunları əsasında şagirdin
öyrənmə fəaliyyətini idarə edən subyekt-müəllim onu (şagirdi) təlim
sisteminə daxil etməklə “tədqiqatçı” funksiyasını yerinə yetirməsinə
şərait yaradır. Şübhəsiz ki, təlim prosesində şagird tədqiqatçı funk-
siyasını yerinə yetirərkən onun fikri fəaliyyətinin gedişi, elmi tədqi-
qat prosesində yeni kəşfə istiqamətlənən alimin fikri prosesi ilə üst-
üstə düşmür. Lakin bu proseslərin hər ikisində psixoloji məqamlar
xüsusi rola malikdir və hər iki prosesdə idrak fəaliyyətinin strukturu
problemlə şərtlənir. Problemin həllinin axtarışı ilə bağlı tədris-idrak
prosesinin təşkilində əqli fəaliyyətin bu və ya digər növünün struk-
turunu müəllimin bilməsi vacibdir. Probemin məzmunundan, hər bir
şagird üçün çətinlik dərəcəsindən, onun əqli qabiliyyətinin inkişa-
fından, problemi həll etmək bacarığından asılı olaraq təfəkkür pro-
sesi analitik və evristik strukturunda cərəyan edə bilər. Vurğulayaq
ki, diskursiv olmayan təfəkkür şagirdin əqli qabiliyyətinin inkişafı
prosesinin idarə olunmasına geniş imkan açır.
Əqli fəaliyyətin analitik növünün strukturunda mühüm yer
alan həllin axtarılmasında məlum həll alqoritmlərinin tətbiq edilmə-
sindən (və ya yeni analitik yolun axtarılmasından) istifadə olunur.
Təlim prosesinin qarşısına qoyulmuş məqsədlərin reallaşmasında bu
növ əqli fəaliyyət də əhəmiyyətli rol oynaya bilər. Biliyin əldə olun-
ması prosesində fikri hərəkətin formallaşmış və dialektik yoluna uy-
ğun olaraq təcrübədə iki seçim müşahidə olunur. Birinci yol belədir
ki, biliyin əldə olunmasının formallaşmış yolunun məntiqi əsasında
əqli fəaliyyətin dəqiq ardıcıllığına, məntiqi təfəkkürün bütün qayda-
larına istinad edilməklə təlim materialı şərh olunur. Şagirdin repro-
duktiv xarakterli əqli fəaliyyətinə səbəb olan prosesdə biliklər əsa-
sən hazır ötürülür. İkinci yol problem-axtarışla xarakterizə olunur.
Dostları ilə paylaş: |