Annotasiya



Yüklə 5,82 Mb.
Pdf görüntüsü
səhifə143/236
tarix04.07.2018
ölçüsü5,82 Mb.
#53178
növüDərs
1   ...   139   140   141   142   143   144   145   146   ...   236

 

417 


Ənənəvi təlim praktikasında əsasən elmi idrakın dialektik yo-

lu müəllim tərəfindən açılır, formal məntiqin forma, priyom və qa-

nunları ilə alınmış nəticələr təhlil olunur. Bu prosesdə şagird mənti-

qin qanunları əsasında müəllimin fikrinin hərəkətini izləyir. Əslində 

o, bu prosesdə başqasının fikri fəaliyyəti və onun nəticələri ilə tanış 

olmaq imkanı  əldə edir. Hər iki  yoldan istifadə olunarkən, təbii ki, 

fənnin məntiqi təhlilinə, şagirdlərin inkişafına və məntiqin qanunla-

rına istinad olunur. Şagirdin müstəqil yolla, yaradıcı fəaliyyət gös-

tərmək  imkanlarının  məhdudluğu  müəyyən  edildikdə  məntiqin  qa-

nunlarına  əsaslanmaqla,  onun  forma  və  metodlarından  vasitə  kimi 

istifadə edilərək təlim materialı müəllim tərəfindən şərh olunur. 

Təlim  prosesində  yalnız  hazır  formalarla iş  aparılmır,  aparıla 

da bilməz. Burada anlayışların, hökmlərin, əqli nəticələrin yarandığı 

konkret şərait heç də arxa plana keçirilə bilməz. 

Təlimlə bağlı məntiqi təfəkkürə, onun növlərinə ciddi əhəmiy-

yət verilməsi, idrakın “aşağı” səviyyəsinə hissi idraka etinasızlıq ki-

mi başa düşülməməlidir. Təlim prosesində hissi ilə məntiqinin nis-

bətinin  düzgün  müəyyənləşdirilməsi  xüsusi  əhəmiyyət  kəsb  edir. 

Ş.A.Şaporinski yazır ki, idrakın vasitəsizliyi olduqca nisbidir, lakin 

vasitəlilik  təlimin  yalnız  bir  “imtiyazı”  deyildir.  O,  haqlı  olaraq 

qeyd edir ki, “təlimdə yeni anlayışların əldə olunmasında vasitəsiz-

lik dərəcəsini yüksəltməklə təlim metodlarının elmi idrak metodları-

na yaxınlaşdırılması təmin edilməlidir”, - fikrinə gəlmək olmaz . 

Təlim prosesi ilə idrak prosesinin müqayisəsində məntiqi uy-

ğunsuzluğa yol verilməməlidir. Təlim prosesini elmi tədqiqqat pro-

sesi ilə müqayisə etmək doğru olmaz. Elmi-tədqiqata təlimin altsis-

temi olan problemli öyrənmə prosesi uyğun gəlir. 

Elmin güclü inkişafı elmi-tədqiqat prosesinin hərtərəfli tədqi-

qini tələb edir. Bəşərin inkişaf səviyyəsi o qədər yüksəlmişdir ki, in-

sanların qarşısında duran problemlər yaradıcı fəaliyyət göstərməyi 

tələb edir. Lakin insanın yaradıcı fəaliyyəti mürəkkəb dialektik pro-

sesdir və bu prosesin məntiqi formalaşdırılmasının ümumi yolu yox-

dur, yalnız hər hansı konkret kəşfin məntiqi sistemi vardır. İnsanın 

yaradıcı  fəaliyyətinin  formalaşdırılması  tələbatı  ilə  onun  idarə 

olunmazlığı arasındakı ziddiyyəti həll etməyin başlıca üsullarından 

biri  şagirdlərin  yaradıcı  qabiliyyətlərinin  inkişafının  idrəolunması 



 

418 


yollarını tapmaqdan ibarətdir. Qənaətimizə görə, bu yollar şagird-

lərin  imkanlarını  hərəkətə  gətirərək  yeni keyfiyyətlər  formalaşması 

şəraitini tənzimləyən təlim sistemində ehtiva olunur. 

 

 

11.4. Təlimin psixoloji əsasları 

 

Təlimin mükəmməl sistemi özündə alqoritmik və evristik fəa-

liyyətlərin optimal münasibətlərini ehtiva etməlidir, əks halda onun 

mükəmməlliyindən danışmaq absurddur. Bu sistemdə alqoritmik və 

evristik  fəaliyyətlərin  optimal  münasibətlərinin  əsasında  aşağıdakı-

lar durur: 

 

şəxsiyyətin  idrak  proseslərinin  xüsusiyyətləri,  hafizə  ilə  tə-



fəkkürünün arasındakı əkslik və asılılıq münasibətləri

 



şagirdin inkişafı ilə təlim prosesi arasındakı qarşılıqlı təsirin 

dialektikası; 

 

biliyin və fəaliyyət üsullarının mənimsənilməsinin mexaniz-



mi və qanunauyğunluqları; 

 



alqoritmik və evristik fəaliyətlərin təbiəti. 

Məktəblilərin psixi inkişafı və bunun təlim prosesi ilə qarşılıqlı 

münasibəti  məsələsi  həm  pedaqoqların,  həm  də  psixoloqların  diq-

qətini hər zaman çəkmişdir. Bir çox görkəmli alimlər bu sahədə təd-

qiqatlar aparmışdır.  A.Bine,  A.Ştern,  İ.Piaje  və başqaları  şagirdlərin 

təlim fəaliyyətinin yaş xüsusiyyətlərindən, inkişaf səviyyəsindən asılı 

olduğunu  isbat  etməyə  çalışmışdır.  Psixoloq  İ.Piaje  V.Şternə  uyğun 

mövqe tutaraq belə hesab edir ki, uşağın psixi inkişafı özünün daxili 

qanunlarına malikdir və bir sıra özünəməxsus mərhələlərindən keçir. 

Onun fikrincə, təlim inkişafa heç bir əsaslı təsir göstərə bilməz. Ona 

görə də, təlim inkişafa uyğunlaşdırılmalı və onun tənzim edilməsində 

məhz inkişafın səviyyəsi əsas götürülməlidir. 

Təlim  zamanı  şagirdlərin  yaş  xüsusiyyətlərini,  inkişaf  səviy-

yələrini nəzərə almağın zəruriliyini əsaslandıran görkəmli pedaqoq-

lardan Y.A.Pestalotsi və başqaları yaş xüsusiyyətlərini nəzərə alma-

ğın da vacib olduğunu göstərmişlər. Təlimin inkişafdakı rolunu həd-

dindən artıq şişirdən C.Brunerin fikrincə, hər bir uşaq inkişafın istə-

nilən  mərhələsində,  əgər  həmin  yaş  üçün  optimal  olan  təlim  me-




 

419 


todları  tapılıbsa  və  əgər  o,  yaxşı  təlim  edilərsə,  istənilən  materialı 

tamamilə  mənimsəyə  bilər.  Göründüyü  kimi,  C.Bruner  şagirdərin 

əqli inkişafında təlim prosesinin həlledici rol oynadığını qəbul etsə 

də,  uşağın  yaş  hüdudlarını  silib  atır.  D.V.Elkonin,  V.V.Davıdov, 

L.V.Zankov  və  başqaları  L.S.Vıqotskinin  fikrini  inkişaf  etdirərək 

eksperimental yolla sübut etmişlər ki, təlimin məzmununu və üsulla-

rını təkmilləşdirmək yolu ilə uşaqların inkişafını şərtləndirmək olar. 

Təlim  prosesinin  təşkili  və  idarə  olunmasında  L.S.Vıqotski 

“İnkişafın  yaxın  zonası”na  əsaslanmağı  tələb  kimi  irəli  sürür.  O, 

göstərir ki, uşağın öyrənməyə qabil olmadığı işləri öyrətməyə çalış-

maq,  onun  müstəqil  yerinə  yetirə  bilmədiyini  ona  öyrətmək  qədər 

mənasızdır .  

Təlimin  psixoloji  əsaslarının  interpretasiyasında  determinizm 

prinsipinə  biganə  qalmaq  mümkün  deyil.  Determinizm  prinsipinə 

arxalanaraq psixi hadisələrin qanunauyğunluqlarını müəyyən etmək 

olar.  Bu  isə  təlim  prosesində  alqoritmik  və  evristik  fəaliyyətlərin 

asılılıqlarını  və  əksliklərini  müəyyənləşdirməkdə  müəllimə  istiqa-

mət göstərir. 

Təfəkkürün  daxili  şərtləri  subyektin  idrakda  fəallığından  və 

idrak  prosesində  analiz,  sintez,  ümumiləşmə  və  s.  kimi  fikri  əmə-

liyyatların qarşılıqlı təsirinin nə dərəcədə olması ilə müəyyən edilir. 

Təfəkkürün xarici şərtləri (yəni təfəkkürü zəruri olaraq yaradan şərt-

lər)  hər  şeydən  əvvəl,  təfəkkürün  subyekti  ilə  obyektinin  qarşılıqlı 

təsirinin  cərəyan  etdiyi  mühit,  şərait  nəzərdə  tutulur.  Təfəkkür  heç 

də obyektin bircə aktla dərk edilməsi deyil,  yəni naməlum şey bir-

dən-birə  özünü  aşkar  etmir.  Bu  aktın  nəticəsində  təfəkkür  sonrakı 

fikri  prosesin  tərkibinə  daxil  olur  və  prosesin  gedişində  obyektin 

öyrənilməsi  dərinləşir.  Təfəkkür  prosesi  insanla  onun  dərk  etməyə 

can atdığı situasiya arasında, obyektlə subyekt arasında qarşılıqlı tə-

sir kimi həyata keçir. Bu prosesdə təfəkkür problemin ilk qoyuluşu-

nu dəyişdirə bilər, bu dəyişmiş problem fikrin sonrakı gedişinə təsir 

edər,  ona  düzəliş  verər,  nəhayət  idrak  obyekti  barədə  yeni  məsələ-

lər, yeni mülahizələr doğurar. Əslində determinizm prinsipi fəlsəfi-

metodoloji  prinsipdir  və  bu,  elmi-idrakda  mühüm  əhəmiyyətə  ma-

likdir. O, psixologiya elminin də əsas metodoloji prinsiplərdən biri 



Yüklə 5,82 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə