Antiinhisar fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 319,53 Kb.
Pdf görüntüsü
tarix28.08.2018
ölçüsü319,53 Kb.
#65104


Antiinhisar fəaliyyəti haqqında 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

I b ö l m ə 

ÜMUMİ MÜDDƏALAR 

M a d d  ə  1. Qanunun məqsədləri 

Qanun  inhisarçılıq  fəaliyyətinin  qarşısının  alınmasının,  məhdudlaşdırılmasının  və  aradan 

qaldırılmasının təşkilati və hüquqi əsaslarını müəyyən edir. 

Maddə 1‐1. Antiinhisar qanunvericiliyi 

1 

Azərbaycan  Respublikasında  antiinhisar  qanunvericiliyi  Azərbaycan  Respublikası 

Konstitusiyasından,  bu  Qanundan,  ʺTəbii  inhisarlar  haqqındaʺ,  ʺHaqsız  rəqabət  haqqındaʺ 

Azərbaycan Respublikasının qanunlarından və digər normativ‐hüquqi  aktlardan ibarətdir. 



2 

Maddə 2. Qanunun tətbiq dairəsi 

1.  Bu  Qanun  Azərbaycan  Respublikasının  bütün  ərazisində  fəaliyyət  göstərir  və  bütün 

hüquqi və fiziki şəxslərə şamil edilir. 

2.  Qanun  təsərrüfat  subyektlərinin,  icra  hakimiyyəti  və  idarə  etmə  orqanlarının  xarici 

ölkələrin  fiziki  və  hüquqi  şəxsləri  ilə  bağladıqları  sazişlərin  və  müqavilələrin  milli  bazarda 

rəqabətin məhdudlaşdırılmasına gətirib çıxardığı hallarda da tətbiq edilir. 

3.  Qanun  təsərrüfat  subyektlərinin  ixtira,  faydalı  model,  sənaye  nümunəsi,  əmtəə  nişanı, 

coğrafi göstərici, müəlliflik hüququ və əlaqəli hüquqlardan irəli kələn münasibətlərinə, onların 

bu  hüquqlardan  qəsdən rəqabəti  məhdudlaşdırmaq  məqsədilə  istifadə  etməsi  hallar  istisna 

olmaqla, şamil edilmir. 

M a d d  ə  3.  Antiinhisar  siyasətini  həyata  keçirən  Azərbaycan  Respublikasının  dövlət 



orqanları 

İnhisarçılıq  fəaliyyətinin  qarşısının  alınması,  məhdudlaşdırılması  və  aradan  qaldırılması 

üzrə  dövlət  siyasətini,  digər  dövlət  orqanlarının  bu  sahədə  fəaliyyətinin  əlaqələndirilməsi  öz 

səlahiyyətləri daxilində Azərbaycan Respublikasında antiinhisar siyasətini yeridən Azərbaycan 

Respublikası  mərkəzi  icra  hakimiyyəti  orqanı  həyata  keçirir.  Azərbaycan  Respublikasında 

mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun tələblərinin pozulmasına görə icrası məcburi olan 

göstərişlər  verə  bilər və  qanunvericiliklə  müəyyən  odunmuş  digər səlahiyyətləri  yerinə  yetirə 

bilər. 


M a d d  ə  4. Əsas anlayışlar 

Bu Qanunun məqsədləri üçün istifadə edilən əsas anlayışlar aşağıdakı kimi qəbul olunur: 

icra  hakimiyyəti  və  idarəetmə  orqanları—Azərbaycan  Respublikasının,  şəhərlərin, 

rayonların  və  onlara  daxil  olan  inzibati  ərazi  vahidlərinin  icra  hakimiyyətinə  idarəetmə 

orqanları.  İdarəetmə  orqanlarına  həmçinin  idarəetmə  funksiyalarını  yerinə  yetirərkən  (dövlət 

sifarişlərinin  yerləşdirilməsi,  material  ehtiyatları  limitlərinin  ayrılması  və  s.)  ittifaqlar, 

assosiasiyalar, konsernlər, konsorsiumlar və müəssisələrin digər birlikləri də aiddir; 

bazarın  subyektləri  —  bazar  münasibətlərinin  iştirakçıları  olan  təsərrüfat  subyektləri  və 




idarəetmə orqanları: 

rəqabət—bazar  subyektləri  arasında  sahibkarlıq  fəaliyyətinin  ək,  əlverişli  şərtləri:  uğrunda 

mübarizənin elə formasıdır ki, bu zaman onlar müstəqil fəaliyyətləri hər birinin bazarda əmtəə 

dövriyyəsinin  ümumi  vəziyyətinə  təsir  etmək  imkanını.  əsaslı  surətdə  məhdudlaşdırır  və 

istehlakçıya lazım olan malların istehsalını stimullaşdırır; 

məhdudlaşdırıcı  fəaliyyət  vasitələri—təsərrüfat  subyektlərinin  bu  və  ya  digər  bazarda  öz 

fəaliyyət  sahəsini  rəqiblərdən  qorumaq  və  təcrid  etmək,  bununla  da  həmin  bazarda  rəqabəti 

məhdudlaşdırmaq  üçün  istifadə  etdiyi  vasitələr  (ehtiyatların  və  satış  kanallarının  ələ 

keçirilməsi,  təsərrüfat  subyektlərinin  qovuşması  və  birinin  digərini  öz  tərkibinə  daxil  etməsi, 

bazarı  bölmək məqsədilə  sazişlər  bağlanılması,  qiymətlərlə  manipulyasiya,  rəqiblərin  boykot 

edilməsi, patent inhisarçılığı və s.) 

hökmran mövqe—təsərrüfat subyektinin öz iqtisadi potensialının üstünlüyünə əsaslanaraq 

rəqabətə  həlledici  təsir  göstərməyə  imkan  verən və  bununla  da  bazarın  digər iştirakçılarının 

bazara  daxil  olmasını  çətinləşdirən  müstəsna  vəziyyəti.  Bazarda  payı  35  faizdən və  ya 

qanunvericiliklə müəyyən olunmuş digər həddən çox olan təsərrüfat subyekti hökmran mövqe 

tutan hesab olunur; 

inhisarçılıq fəaliyyəti—inhisarçılığın bu və ya digər forması olub, təsərrüfat subyektlərinin, 

yaxud  icra  hakimiyyəti  və  idarəetmə  orqanlarının  rəqabətə  yol  verməməyə,  onu 

məhdudlaşdIrmağa, yaxud arada qaldırmağa yönəldilmiş fəaliyyəti; 

bazar  maneələri—yeni  rəqiblərin  bazara  daxil  olmasına  maneçilik  (kiriş  maneələri)  və 

bazarda  fəaliyyət  göstərən təsərrüfat  subyektlərinin  buranı  tərk  etmək cəhdləri  qarşısında 

maneələr qoymaq (çıxış maneələri); 

üfqi sazişlər—istehsal silsiləsinin eyni səviyyəsində olan, yaxud eyni bazarda bir‐biriləri ilə 

rəqabətə yol verməmək məqsədilə fəaliyyət göstərən təsərrüfat subyektlər arasında sazişlər; 

şaquli  sazişlər—istehsal  silsiləsinin  müxtəlif  səviyyələrində  olan  təsərrüfat  subyektləri 

arasında,  yaxud  təsərrüfat  subyektləri  ilə  onların  müştəriləri  və  mal  göndərənləri  arasında 

sazişlər; 

təbii inhisar – istehsalın texnoloji xüsusiyyətlərinə görə rəqabətin olmadığı şəraitdə tələbatın 

ödənilməsi  daha  səmərəli  olan  və  inhisar  subyektlərinin  istehsal  etdiyi  (satdığı)  əmtəə 

istehlakda başqa əmtəə ilə əvəz edilə bilməyən əmtəə bazarının vəziyyəti. 

II bölmə 



İNHİSARÇILIQ FƏALİYYƏTİ 

M a d d  ə  5. Dövlət inhisarçılığı 

İcra 

hakimiyyəti 



orqanlarının 

rəqabətin 

məhdudlaşdırılmasına, 

yaxud 


aradan 

qaldırılmasına,  təsərrüfat  subyektlərinin  və  istehlakçıların  mənafelərinin  pozulmasına  gətirib 

çıxaran və gətirib çıxara bilən qeyri‐qanuni fəaliyyətinə aşağıdakılar daxildir: 

1) iqtisadiyyatın dövlət bölməsindən kənarda fəaliyyət göstərən təsərrüfat subyektləri üçün 

məhsul  istehsalı  və  satışı  üzrə  direktiv  tapşırıqların  və  məcburi  dövlət  sifarişlərinin  müəyyən 

edilməsi; 

2)  müstəqil  təsərrüfat  subyektləri  tərəfindən  istehsal  edilən və  satılan  malların  qiymətləri 

üzərində əsassız olaraq nəzarətin həyata keçirilməsi; 

3)  idarəetmənin  təşkilati  strukturlarına  rəqabətin  məhdudlaşdırılmasına  gətirib  çıxaran 

səlahiyyətlər verilməsi; 

4)  respublikanın bölgələri arasında məhsul əsassız qadağanların qoyulması; 

5)  fəaliyyətləri rəqabətin məhdudlaşdırılmasına səbəb olan müəssisələrin və digər təşkilati 




idarəetmə strukturlarının yaradılması; 

6)  əsassız olaraq ayrı‐ayrı təsərrüfat subyektlərinə onları eyni bazarın başqa subyektlərinə 

nisbətən  üstün  vəziyyətə  gətirib  çıxaran  vergi,  kredit  güzəştlərinin  və  başqa  güzəştlərin 

verilməsi; 

7)  qanunvericilikdə  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla  müəyyən  növ  əmtəələrin 

(xidmətlərin)  istehsalının  və  ya  müəyyən  növ  istehsal  fəaliyyətinin  qadağan  edilməsi,  yaxud 

məhdudlaşdırılması. 

8)  qanunvericilikdə  nəzərdə  tutulan  hallar  istisna  olmaqla,  xarici  təsərrüfat  subyektləri 

üçün  əsassız  olaraq  aşağı  (yüksək)  gömrük  rüsumlarının  müəyyən  edilməsi,  yaxud  onların 

gömrük vergisindən azad edilməsi; 

9)  istehsalı və satışı qanunvericilikdə qadağan olunmuş əmtəələrin ticarəti istisna olmaqla, 

ticarət və tədarük fəaliyyətin üzərində qadağan qoyulması, yaxud onun məhdudlaşdırılması, 

10)  təsərrüfat subyektlərinin xarici iqtisadi fəaliyyətinə əsassız məhdudiyyətlər qoyulması; 

11)  rəqabətin  məhdudlaşdırılmasına  yönəldiyi  və  istehlakçıların  mənafeyinə  toxunduğu 

hallarda  qiymətlərin  manipulyasiyası,  (onların  yüksəldilməsi,  azaldılması  və  ya  bir  səviyyədə 

saxlanılması)  məqsədilə  müəyyən  növ  məhsul  bazarına  əmtəə  müdaxiləsinin  həyata 

keçirilməsi; 

12)  qanunvericilikdə  nəzərdə  tutulan  hallar  istisna  olmaqla,  tələb və  təklif  sahəsində 

informasiya şəbəkəsi üzərində nəzarət qoyulması. 

M a d d  ə  6. Sahə inhisarçılığı 

Sahə  idarəetmə  orqanlarının  təsərrüfat  subyektlərinin  və  istehlakçıların  mənafeyinə  zidd 

olaraq rəqabətin məhdudlaşdırılmasına və ya aradan qaldırılmasına gətirib çıxaran və ya gətirib 

çıxara bilən qeyri‐qanuni fəaliyyətinə aşağıdakılar daxildir: 

1) yeni təsərrüfat subyektlərinin sahə bazarına daxil olması üçün süni maneələr yaradılması; 

2)  qeyri‐dövlət

təsərrüfat 

subyektlərinin 

maddi 


ehtiyatlarla

 əsassız 

olaraq 

mərkəzləşdirilmiş qaydada təchiz edilməsi kanallarının yaradılması; 



3)  malların  bölüşdürülməsi  tədarükü  və  satışı  üzrə  paralel  strukturların  yaradılmasına 

maneçilik törədilməsi; 

4)  təsərrüfat subyektlərinin müstəqilliyinin əsassız olaraq məhdudlaşdırılması; 

5)  rəqabətin  məhdudlaşdırılması  ilə  nəticələnən təşkilati  idarəetmə  strukturlarının,  yaxud 

holdinq şirkətlərinin yaradılması; 

6)  sahə tabeliyində olan təsərrüfat subyektlərinin özəlləşdirilməsi prosesində səhm nəzarət 

paketlərinin əldə edilməsi; 

7) kapitalın bir sahədən digər sahəyə sərbəst axını qarşısında əsassız maneələr qoyulması; 

8)  yeni  məhsulun  və  texnologiyanın  işlənib  hazırlanması  və  ya  yeni  müəssisələrin 

yaradılması  qüvvədə  olan  qanunvericiliyə  zidd  deyilsə,  onların  qarşısında  əsassız  maneələr 

qoyulması; 

9)  əmtəə əvəzedicilərinin istehsalına, malların idxalına əsassız nəzarət qoyulması; 

10)  azrentabelli  və  ya  zərərlə  işləyən təsərrüfat  subyektlərinə  ictimai  mənafe  ilə  bağlı 

olmayan  və  sahədaxili  rəqabətə  ziyan  vuran  maliyyə  güzəştlərinin  və  digər  güzəştlərin 

verilməsi; 

11)  rəqabəti  məhdudlaşdırmaq,  yaxud  aradan  qaldırmaq  məqsədilə  tabeliyində  olan 

təsərrüfat subyektlərinə dempinqin tətbiqi üçün şərait yaradılması. 

M a d d  ə  7. Yerli inhisarçılıq 

Yerli  icra  hakimiyyəti  orqanlarının  (rayon,  şəhər və  onlara  daxil  olan  inzibati  ərazi 

qurumlarının)  təsərrüfat  subyektlərinin  və  istehlakçıların  mənafeyinə  zidd  olaraq  rəqabətin 

məhdudlaşdırılmasına  və  ya  aradan  qaldırılmasına  gətirib  çıxaran  və  ya  gətirib  çıxara  bilən 



qeyri‐qanuni fəaliyyətinə aşağıdakılar daxildir: 

1)  təsərrüfat  subyektlərinin  yerli  bazara  daxil  olmasının  məhdudlaşdırılması  və  kapital 

qoyuluşu üçün hüquqi, təşkilati və iqtisadi əngəllərin yaradılması; 

2)  rəqabətin  məhdudlaşdırılmasına  səbəb  ola  bilən  hallarda,  yerli  təsərrüfat  subyektlərinə 

birtərəfli  üstünlük  yaratmaq  məqsədilə  dövlət  büdcəsinin  vəsaitindən,  həmçinin 

büdcədənkənar dövlət fondlardan istifadə edilməsi; 

3)  tabeliyində  olan  ərazidə  bazar  subyektlərinə  münasibətdə  sahibkarlıq  fəaliyyətini 



məhdudlaşdırmaq məqsədilə vergitutma,  özəlləşdirmə və torpaq məsələlərinin  tənzimlənməsi 

sahəsində öz səlahiyyətlərindən istifadə edilməsi; 

4)  yerli  bazarda  hökmran  vəziyyətə  (mövqeyə)  malik  yerli  təsərrüfat  subyektlərinə  və  ya 

onların  birliklərinə  birtərəfli  qaydada  üstünlük  verən  vergi  güzəştlərinin  və  digər  güzəştlərin 

müəyyən edilməsi; 

5)  yerli  bazarda  hökmran  mövqe  tutmağa səbəb  olan  təşkilati‐idarə  qurumlarının,  yaxud 

holdinq şirkətlərinin yaradılması; 

6)  əmtəə idxalı və ixracı üzrə məhdudiyyətlərin müəyyən edilməsi; 

7) ayrı‐ayrı təsərrüfat subyektləri üçün rəqabəti məhdudlaşdırılmasına gətirib çıxaran yerli 

sifarişdən sui‐istifadə edilməsi. 

M a d d  ə  8. Təsərrüfat subyektlərinin inhisarçılığı 

Bazarda  hökmran  mövqe  tutan  təsərrüfat  subyektlərinin  rəqabətin  məhdudlaşdırılmasına, 

digər təsərrüfat  subyektinin  və  istehlakçıların  mənafeyinə  toxunmasına  gətirib  çıxaran,  yaxud 

gətirib çıxara bilən qeyri‐qanuni fəaliyyətinə aşağıdakılar daxildir: 

1)  xalq təsərrüfatının, əhalinin, ayrı‐ayrı təsərrüfat subyektlərinin tələbatının ödənilmədiyi 

malların istehsalının əsassız olaraq məhdudlaşdırılması, yaxud dayandırılması; 

2)  süni  qıtlıq  yaratmaq,  yaxud  qiymətləri  artırmaq  məqsədi  istehsalın  həcminin 

dəyişdirilməsi və əmtəələrin dövriyyədən çıxarılması; 

3)  digər təsərrüfat subyektlərinin bazara daxil olmasına və ya bazarı tərk etməsinə əsassız 

maneələr yaradılması; 

4)  bazarda  əlavə  üstünlük  əldə  etmək məqsədilə  qiymətlərlə  manipulyasiya  edilməsi 

(onların yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılması); 

5)  məhsulun alternativ satıcıları və alıcıları olmadıqda təsərrüfat subyektləri arasında ayrı‐

seçkilik yaratmaq məqsədilə həmin məhsulu satmaqdan və ya almaqdan imtina edilməsi; 

6)  topdansatış  və  pərakəndə  satış  təsərrüfat  subyektlərinin  qapalı  satış  şəbəkələrinin 

yaradılması; 

7)  digər təsərrüfat  subyektləri  ilə  müqayisədə  kontragentlərin  rəqabət  imkanlarına  zərər 

vuran, yaxud zərər vura bilən eyni və ya eyni şərtli müqavilələrin bağlanmasında ayrı‐seçkiliyə 

yol verilməsi; 

8)  kontragentə  sərfəli  olmayan  və  ya  müqavilələrin  məzmununa  aid  olmayan  müqavilə 

şərtlərinin ona məcburi qəbul etdirilməsi; 

9)  istifadə olunmamış istehsal qurğuları olduğu halda kontragentlə müqavilə bağlamaqdan 

əsassız imtina edilməsi; 

10)  kontragenti  əvvəlcədən xəbərdar  etmədən və  onunla  razılaşdırmadan  qərarlaşmış 

təsərrüfat əlaqələrinin pozulması. 

M a d d  ə  9. Maliyyə‐kredit inhisarçılığı 

Maliyyə‐kredit təşkilatlarının rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran, yaxud gətirib 

çıxara bilən qeyri‐qanuni fəaliyyəti aşağıdakılar hesab olunur: 

1)  maliyyə  ehtiyatlarının  çevikliyinin  məhdudlaşdırılması,  kapitalın  bir  fəaliyyət 

sahəsindən digərinə axması qarşısında süni əngəllər yaradılması; 




2)  kommersiya  bankları  arasında  vahid  faiz  dərəcəsi  siyasəti  yeritmək  haqqında  sazişlər 

bağlanması; 

3)  mülkiyyət və  təşkilati‐hüquqi  formalardan  asılı  olaraq  təsərrüfat  subyektlərinin  bank 

krediti almasında əsassız ayrı‐seçkilik yaradılması; 

4)  bank  kreditləri  almaq  istəyənlərin  qarşısında  qanunvericilikdə  nəzərdə  tutulmayan 

şərtlərin qoyulması və bu şərtlərin sərtləşdirilməsi; 

5)  digər  maliyyə‐kredit  təşkilatlarının  maliyyə  bazarına  daxil  olması  (yaxud  bazardan 

çıxması) üçün maneələr yaradılması; 

6)  kredit  ehtiyatları  bazarında  süni  qıtlıq  yaratmaq,  yaxud  qıtlığı  qoruyub  saxlamaq, 

həmçinin  kredit  dərəcələrini  yüksəltmək məqsədilə  kredit  verilməsinin  azaldılması  və  ya 

dayandırılması. 

M a d d  ə  10.  Bazar  subyektlərinin  üfqi  və  şaquli  sazişləri  nəticəsində  yaranan 



inhisarçılıq 

İcra  hakimiyyəti  və  idarəetmə  orqanları  arasında,  təsərrüfat  subyektlərinin  öz  aralarında, 

yaxud  icra  hakimiyyəti,  idarəetmə  orqanları  və  təsərrüfat  subyektləri  arasında  rəqabətin 

məhdudlaşdırılmasına  səbəb  olan  və  ya  səbəb  ola  bilən  qeyri‐qanuni  üfqi  və  şaquli  sazişlərə 

aşağıdakılar aiddir: 

1)  bazarda  rəqabət  aparan  subyektlərdən  biri  hökmran  mövqedə  olarsa,  onlar  arasında 

bağlanan və məhdudlaşdırma vasitələri ilə bazarın inhisarlaşmasını doğuran sazişlər: 

bazarın  ərazi  prinsipinə,  alqı‐satqının  həcminə,  malların  çeşidinə  və  ya  müştərilərə 

(sifarişçilərə) görə bölüşdürülməsi, 

təsbit  edilmiş  qiymətlərin  (tariflərin),  güzəştlərin,  əlavələrin  (əlavə  haqların,  qiymətlərin) 

müəyyən edilməsi, 

rəqibin  bazara  girməsinin  məhdudlaşdırılması,  baykot  edilməsi  və  onunla  işgüzar 

əlaqələrdən imtina edilməsi, 

təklifin həcmini süni şəkildə dəyişdirmək məqsədilə istehsal kvotasının razılaşdırılması, 

hərraclarda və sövdələşmələrdə qiymətlərin yüksəldilməsi, azaldılması və ya bir səviyyədə 

saxlanılması, 

bazar qiymətlərinin blokadası, qiymət ayrı‐seçkiliyi qoyulması, 

bir  şəxsin  eyni  növ  məhsul  istehsal  edən və  satan  iki  və  daha  çox  bazar  subyektində  eyni 

zamanda rəhbər vəzifə tutması; 

2)  bir‐birilə rəqabət aparmayan, biri hökmran mövqe tutan, digəri isə onun mal göndərəni, 

yaxud 

alıcısı 


(sifarişçisi) 

olan 


bazar 

subyektləri 

arasında, 

bazarda 


rəqabətin 

məhdudlaşdırılmasına səbəb olan və ya ola bilən sazişlər; 

3)  təsərrüfat  subyektlərinin  bazardakı  paylarının  birləşdirilməsi  onlara  hökmran  mövqe 

yaradarsa və ya  bu mövqeyi  gücləndirərsə, onların  qovuşması və ya  başqasının  əlinə keçməsi 

ilə nəticələnən sazişlər; 

4)  bazar  subyektlərinin  rəqabəti  məhdudlaşdırmaq,  yaxud  aradan  qaldırmaq  məqsədilə 

birgə müəssisə yaratmaq haqqında öz aralarında bağladıqları sazişlər; 

5)  xarici  şirkətin  Azərbaycan  şirkətini  əldə  etməsi  haqqında  milli  bazarda  rəqabətin 

məhdudlaşdırılmasına gətirib çıxaran sazişlər; 

6)  hər  hansı  bir  malın  alınmasını  digər  malın  satılması  üçün  şərt  kimi  irəli  sürən  şərtli 

bağlaşmalar; 

7)  hər  hansı  malı  satıcının  rəqiblərindən  deyil,  məhz  həmin  satıcıdan  almağa  sövq  edən 

şərtli bağlaşmalar; 

8)  rəqibləri  bazardan  sıxışdırıb  çıxarmaq  və  bununla  da  bazara  digər təsərrüfat 

subyektlərinin  daxil  olması  üçün  maneələr  yaratmaq  məqsədilə  istehsal  olunan  məhsullara 

standartlar qoyulmasına gətirib çıxaran sazişlər. 




M a d d  ə  11. Təbii inhisarçılıq 

1.  Bu  və  ya  digər  malların  istehsalı  və  xidmətlər  sahəsində  özlərinin  təbii  inhisar 

mövqeyindən  sui‐istifadə  edərək  ölkənin,  təsərrüfat  subyektlərinin  mənafelərinə  və 

istehlakçıların  hüquqlarına  ziyan  vuran  idarəetmə  orqanlarının  və  təsərrüfat  subyektlərinin 

fəaliyyəti üzərində antiinhisar nəzarəti xüsusi formada həyata keçirilir. 

2. (Çıxarılıb) 

M a d d  ə  12. Patent‐lisenziya inhisarçılığı 



Hər  hansı  mal  bazarında  rəqabəti  məhdudlaşdırmaq,  yaxud  aradan  qaldırmaq  məqsədilə 

özlərinin  patent  və  lisenziyalar  üzərində  inhisar  hüququndan  sui‐istifadə  edən  idarəetmə 

orqanlarının və təsərrüfat subyektlərinin qeyri‐qanuni fəaliyyətinə aşağıdakılar aiddir: 

1)  patent  sahibinin  ondan  istifadə  etməməsi  və  bu  patentə  lisenziya  verməkdən  əsassız 

imtina etməsi; 

2)  lisenziya alanın texniki siyasətinin məhdudlaşdırılması; 

3)  lisenziyalaşdırılmış  texnologiyanın  lisenziya  alan  tərəfindən

mənimsənilməsinin 

məhdudlaşdırılması; 

4)  lisenziya alanın kommersiya fəaliyyətinin məhdudlaşdırılması; 

5)  lisenziya  sahibi  tərəfindən  lisenziya  satılarkən  onun  haqqının  ödənilməsi  rejiminin 

sərtləşdirilməsi. 

M a d d  ə  12‐1. Yerin təkindən istifadə inhisarçılığı 

Dövlət  hakimiyyəti  orqanlarının,  habelə  hər  hansı  təsərrüfat  subyektlərinin  (yer  təki 



istifadəçilərinin)  aşağıdakılara  yönəldilən hərəkətləri  qadağan  edilir  və  ya  qanunvericilikdə 

müəyyən edilmiş qaydada etibarsız sayılır: 



8 

Bu maddənin birinci hissəsinin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır. 

yerin  təki  haqqında  qanunvericiliyə  uyğun  olaraq  yerin  təkindən  istifadə  hüququ  almaq 

istəyən  hüquqi  və  fiziki  şəxslərin  iştirak  etmək  üçün  müsabiqəyə  və  ya  hərraca  buraxılışının 

həmin müsabiqənin (hərracın) şərtlərinə zidd olaraq məhdudlaşdırılması; 

müsabiqə və ya hərrac qaliblərinə xüsusi razılıq verməkdən boyun qaçırılması; 

müsabiqə və ya hərracın birbaşa danışıqlar ilə əvəz edilməsi; 

yerin  təkindən  istifadə  hakim  mövqeyə  malik  təsərrüfat  subyektləri  ilə  rəqabətə  girə  bilən 

strukturlar yarada bilən yer təki istifadəçilərinin ayrıseçkiliyə məruz qoyulması; 

nəqliyyat  və  infrastruktur  obyektlərindən  istifadəyə  imkan  yaradılmasında  yer  təki 

istifadəçilərinin ayrıseçkiliyə məruz qoyulması. 

İstifadəyə  verilən  yer  təki  sahələrinin  ölçüləri,  sahələrin  sayı  və  çıxarılan  faydalı  qazıntı 

ehtiyatlarının miqdarı qanunvericilikdə müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər. 

III b ö l m ə 



ANTİİNHİSAR TƏNZİMLƏMƏ VASİTƏLƏRİ 

M a d d  ə  13.  Təsərrüfat  subyektlərinin  və  onların  birliklərinin  yaradılması,  yenidən 



təşkili  və  ləğv  edilməsi  zamanı  antiinhisar  qanunvericiliyinə  riayət  edilməsinə  dövlət 

nəzarəti 

1.  Təsərrüfat  subyektlərinin  hökmran  mövqelərindən  sui‐istifadə  və  ya  rəqabəti 



məhdudlaşdıran  hərəkətlərinin  qarşısını  almaq  məqsədi  ilə  müvafiq  icra  hakimiyyəti  orqanı 

aşağıdakılara dövlət nəzarətini həyata keçirir: 




təsərrüfat  subyektlərinin  birləşdirilməsinə  və  qovuşmasına  (əgər  bu,  müvafiq  əmtəə 

bazarında payı 35%‐dən çox olan təsərrüfat  subyektlərinin yaranması ilə nəticələnərsə); 

aktivlərinin  ümumi  dəyəri  minimum  əmək  haqqı  məbləğinin  75  min  mislindən  artıq  olan 

təsərrüfat subyektlərinin qovuşmasına və  birləşməsinə; 

aktivlərinin ümumi dəyəri minimum əmək haqqı məbləğinin 50 min mislindən artıq dövlət 

və  bələdiyyə  müəssisələrinin  ləğv  edilməsinə  (məhkəmənin  qərarı  ilə  müəssisələrin  ləğv 

edilməsi  halları  istisna  olunmaqla)  və  bölünməsinə  (əgər  bu,  müvafiq  əmtəə  bazarında  payı 

35%‐dən çox olan  təsərrüfat subyektlərinin yaranması ilə nəticələnərsə). 

10 

2.  Bu  maddənin  1‐ci  bəndində  nəzərdə  tutulan  hallarda  təsərrüfat  subyektlərinin 



yaradılması,  yenidən təşkili  və  ləğv  edilməsi  müvafiq  icra  hakimiyyəti  orqanının  razılığı 

əsasında  həyata  keçirilir.  Belə  təsərrüfat  subyektlərinin  yaradılması,  yenidən təşkili  və  ləğv 

edilməsi  haqqında  qərar  qəbul  edən  şəxslər və  ya  təsərrüfat  subyektləri  razılıq  almaq  üçün 

müvafiq  icra  hakimiyyəti  orqanına  vəsatət təqdim  edir.  Vəsatətə, təsərrüfat  subyektlərinin 

yaradılması, yenidən təşkili və ya ləğv edilməsi ilə bağlı müvafiq müqavilə və (və ya) qərar və 

əsas  məhsulun  (xidmətlərin)  müvafiq  əmtəə  bazarında  satışının  həcminə  dair  məlumat  əlavə 

olunur.

11 


Müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  bu  maddənin  1‐ci  bəndində  nəzərdə  tutulan 

hallarda  təsərrüfat  subyektlərinin  yaradılmasına,  yenidən təşkilinə  və  ləğv  edilməsinə  razılıq 

vermək üçün onlardan digər sənədlərin tələb olunmasına yol verilmir. 

Müvafiq icra hakimiyyəti orqanı lazımi sənədləri aldıqdan sonra 15 gündən gec olmayaraq 

vəsatətlə müraciət edənə qəbul olunmuş qərar barədə  yazılı məlumat verir. 

3.  Bu  maddənin  1‐ci  bəndində  nəzərdə  tutulmuş  hallarda  müvafiq  icra  hakimiyyəti 

orqanının  razılığı  alınmadıqda  təsərrüfat  subyektlərinin  yaradılması,  yenidən təşkili  və  ləğv 

edilməsi  müvafiq  icra  hakimiyyəti  orqanının  iddiası  üzrə  məhkəmənin  müvafiq  qərarı  ilə 

etibarsız hesab edilə  bilər. 

M a d d  ə  13‐1.  Səhmlərin  (payların)  əldə  olunması  zamanı  təsərrüfat  subyektləri 



arasında  bağlanılmış  əqdlərin  həyata  keçirilməsində  antiinhisar  qanunvericiliyinə  riayət 

edilməsinə dövlət nəzarəti 

12 


1.  Bu  maddənin  2‐ci  bəndində  nəzərdə  tutulan  istisnalarla,  aşağıdakı  hallarda  təsərrüfat 

subyektləri arasında bağlanılmış əqdlər müvafiq icra  hakimiyyəti orqanının razılığı alınmaqla 

həyata keçirilir: 

bir  təsərrüfat  subyektinin  nizamnamə  kapitalını  təşkil  edən və  səsvermə  hüququna  malik 

səhmlərin  (payların)  20%‐dən  çoxunun  digər təsərrüfat  subyekti  (təsərrüfat  subyektlərinin 

birliyinin və ya bir‐birinin əmlakına nəzarət edən şəxslər qrupu) tərəfindən əldə edildikdə. Bu 

məhdudiyyətlər təsərrüfat subyektinin yaradılması  zamanı onun təsisçilərinə aid edilmir; 

bir  təsərrüfat  subyektinin  əsas  istehsal  vasitələrinin  və  ya  qeyri‐maddi  aktivlərinin  digər 

təsərrüfat subyektinin (təsərrüfat subyektlərinin birliyi və ya bir‐birinin əmlakına nəzarət edən 

şəxslər  qrupu)  mülkiyyətinə  və  ya  istifadəsinə  verilməsi  zamanı,  əgər  əqd  predmetini  təşkil 

edən  əmlakın  balans  dəyəri,  bu  əmlakı  özgəninkiləşdirən təsərrüfat  subyektinin  əsas  istehsal 

vasitələrinin və qeyri‐maddi aktivlərinin balans dəyərinin 10 faizindən çox olarsa; 

bir  təsərrüfat  subyektinin  sahibkarlıq  fəaliyyəti  aparmaq  şərtlərini  müəyyənləşdirməyə  və 

ya  onun  ali  idarəetmə  orqanının  funksiyalarını  həyata  keçirməyə  imkan  verən  hüquqlarının 

digər təsərrüfat  subyekti  (təsərrüfat  subyektlərinin  birliyi  və  ya  bir‐birinin  əmlakına  nəzarət 

edən şəxslər qrupu) tərəfindən alındıqda. 

13 

2.  Bu  maddənin  birinci  bəndində  göstərilən  əqdlərin  həyata  keçirilməsinə  müvafiq  icra 



hakimiyyəti orqanının razılığı yalnız aşağıdakı hallarda  tələb olunur: 

bu  maddənin  birinci  bəndində  göstərilən təsərrüfat  subyektlərinin  aktivlərinin  ümumi 

balans dəyəri minimum əmək haqqı məbləğinin 75 min  mislindən çox olduqda; 



təsərrüfat subyektlərinin birinin müvafiq əmtəə bazarında payı 35%‐dən çox olduqda; 

səhmləri  əldə  edən təsərrüfat  subyekti  həmin  səhmləri  özgəninkiləşdirən təsərrüfat 

subyektinin fəaliyyətinə nəzarət etdikdə. 

3.  Bu  maddənin  1‐ci  bəndində  göstərilən  əqdlərin  həyata  keçirilməsinə  razılıq  almaq  üçün 

müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti  orqanına vəsatət və bu Qanunun 13‐cü 

maddəsinin ikinci bəndində göstərilən sənədləri və məlumatları təqdim etməlidirlər. 

M a d d  ə  14. İnhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması 

Özlərinin  hökmran  mövqeyindən  sui‐istifadə  edən təsərrüfat  subyektləri  inhisarçılıq 

fəaliyyəti  göstərdikdə,  öz  hərəkətləri  ilə  rəqabətin  məhdudlaşmasına  və  istehlakçıların 

mənafeyinin  pozulmasına  səbəb  olduqda,  onların  məcburi  qaydada  bölüşdürülməsi  isə 

texnoloji, ərazi və təşkilati səbəblərə görə mümkün olmadıqda müvafiq icra hakimiyyəti orqanı 

icra hakimiyyəti və idarəetmə orqanlarına: 

14 

1)  inhisarçı  təsərrüfat  subyektlərinin  məhsullarının  (xidmətlərinin)  qiymətləri  üzərində 



dövlət nəzarəti  müəyyən  olunması,  bəzi  hallarda  bu  və  ya  digər məhsulun  (xidmətin)  bazar 

qiymətinin yol verilən həddinin təsbit edilməsi; 

2)  təsərrüfat subyektlərinin gəlirlərindən tutulan vergilərə onların bazardakı payına uyğun 

olaraq mütərəqqi vergi dərəcələrinin tətbiq edilməsi; 

3)  (Çıxarılıb) 

15 


4)  hər  hansı  bir  bazara  kiriş  maneələrini  zəiflətmək məqsədilə  istehsal  olunan  məhsullara 

eyniləşdirilmiş standartların tətbiq edilməsi; 

5)  sürətləndirilmiş amortizasiyanın normativ amortizasiya ilə əvəz edilməsi; 

6)  kredit verilməsi şərtlərinin sərtləşdirilməsi; 

7)  təsərrüfat  subyektinin  patent  üzərində  öz  mövqeyindən  sui‐istifadə  etməsi  ilə  əlaqədar 

olaraq yeni patentlərin nisbətən ucuz haqla məcburi lisenziyalaşdırılması; 

8)  bazar  subyektlərindən  birinin  və  ya  hamısının  birlikdə  inhisarçılıq  fəaliyyətini  həyata 

keçirərkən onlar arasında bağlanan sazişlərin məhdudlaşdırıcı bəndlərinin ləğv edilməsi; 

9)  dövlət köməyinin bütün növlərinin dayandırılması; 

10)  barter əməliyyatlarının qadağan edilməsi; 

11)  idxal‐ixrac  əməliyyatları  üçün  verilən  lisenziyaların  ləğv  edilməsi  barədə  müvafiq 

təkliflər verə bilər. 

M a d d  ə  15. İnhisarçılıq fəaliyyətinin aradan qaldırılması 

Hökmran  mövqe  tutan  təsərrüfat  subyektləri  inhisarçılıq  fəaliyyəti  göstərirlərsə  və  onların 

fəaliyyəti rəqabətin xeyli məhdudlaşdırılmasına səbəb olarsa, müvafiq icra hakimiyyəti orqanı 

təşkilati, texnoloji və ərazi şəraitinin imkan verdiyi halda onların məcburi bölünməsi haqqında 

qərar  qəbul  edə  bilər.  Bu  halda  müvafiq  icra  hakimiyyəti  orqanı  təsərrüfat  subyektlərinin 

xüsusiyyətini  nəzərə  alaraq  onların  məcburi  qaydada  bölünməsi  müddətlərini  altı  aydan  az 

olmamaq şərti ilə müəyyənləşdirir. 

16 


M a d d  ə  16. Müvafiq icra hakimiyyəti orqanının məlumat əldə etmək hüququ 

1.  Müvafiq  icra  hakimiyyəti  orqanının  öz  vəzifə  və  funksiyalarını  yerinə  yetirmək  üçün 

dövlət idarəetmə orqanlarından, təşkilati‐idarəetmə qurumlarından, təsərrüfat subyektlərindən, 

vəzifəli  şəxslərdən zəruri  olan  hər  bir  məlumat,  o  cümlədən  antiinhisar  qanunvericiliyinin 

pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ vardır. 

2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi müvafiq icra hakimiyyəti orqanını 

inhisarçı  müəssisələrin  dövlət  reyestrinin  aparılması  üçün  razılaşdırılmış  proqram  əsasında 

milli bazarda müəssisələrin hökmran mövqeyini müəyyən edən statistika məlumatları ilə təmin 




edir. 

3.  İnhisarçı  müəssisələr  müvafiq  icra  hakimiyyəti  orqanının  təklifi  ilə  Dövlət  Statistika 

Komitəsi  tərəfindən  müəyyənləşdirilmiş  qaydada  təsdiq  edilən  dövlət  statistika  hesabatı 

əsasında  öz  fəaliyyətlərinin  inhisarçı  mövqeləri  haqqında  müvafiq  icra  hakimiyyəti  orqanına 

hesabat təqdim edirlər. 

4.  Müvafiq  icra  hakimiyyəti  orqanı  bu  maddəyə  əsasən  əldə  etdiyi  dövlət və  kommersiya 

sirrini saxlamağa borcludur. 

17 


Maddə 16‐1. İnhisarçıların informasiyanı açıqlamaq vəzifəsi 

Əmtəə  bazarında  hökmran  mövqe  tutan  xüsusi  və  ya  müstəsna  hüquqa  və  yaxud  təbii 

inhisara malik olan hüquqi şəxslər malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların 

qiymətlərinə, həmin  şərtlərdə  və  qiymətlərdə  dəyişikliklərə  aid  informasiyaları  şərtlərin  təklif 

edilməsinə  və  ya  həmin  şərtlərdə  və  qiymətlərdə  dəyişiklik  edilməsinə  azı  30  gün  qalmış 

qanunvericiliklə müəyyən edilmiş üsullarla açıqlamalıdırlar.

18 

IV bölmə 



YEKUN MÜDDƏALARI 

M a d d  ə  17. Bu Qanunun pozulmasının nəticələri 

1.  Bu  Qanunun  pozulmasına  görə  təsərrüfat  subyektləri,  icra  hakimiyyəti  orqanları  və 

onların vəzifəli şəxsləri: 

bu  Qanunun  pozulmasına  yol  verilməklə  əldə  olunan  mənfəəti  qanunvericilikdə  nəzərdə 

tutulmuş qaydada dövlət büdcəsinə ödəməyə; 

19 

Müvafiq  icra  hakimiyyəti  orqanının  icrası  məcburi  olan  göstərişlərinə  əsasən  pozuntunu 



dayandırmağa,  ilkin  vəziyyəti  bərpa  etməyə,  müqaviləni  dəyişdirməyə  və  ya  pozmağa və 

göstərişdə nəzərdə tutulan digər hərəkətləri yerinə yetirməyə; 

20 

vurulmuş zərəri ödəməyə;  



cəriməni ödəməyə borcludurlar.  

2.  Vurulmuş zərər məhkəmə tərəfindən tutulur. 

21 

M a d d  ə  18. Qanunun pozulmasına görə məsuliyyət 



22 

Bu  Qanunun  pozulmasına  görə  təsərrüfat  subyektləri,  onların  rəhbərləri  və  müvafiq  icra 

hakimiyyəti orqanlarının vəzifəli şəxsləri aşağıda nəzərdə  tutulan məsuliyyəti daşıyırlar. 

1. Təsərrüfat subyektləri: 

müvafiq  icra  hakimiyyəti  orqanının  qanuni  göstərişlərini  müəyyən  edilmiş  müddətdə 

yerinə  yetirmədikdə  hər  gecikdirilmiş  günə  görə  əlli  beş  manatadək,  lakin  iyirmi  iki  min 

manatdan çox olmamaq şərti ilə;

23 


müvafiq  icra  hakimiyyəti  orqanına  bu  Qanunun  13‐cü,  13‐1‐ci  və  16‐cı  maddələrində 

göstərilmiş  məlumatları  və  sənədləri  vermədikdə,  yaxud  düzgün  olmayan  məlumatlar 

verdikdə — beş min beş yüz manatadək maliyyə sanksiyası şəklində cərimə olunurlar.

24 


Cərimənin  miqdarı  müəyyən  edilərkən təsərrüfat  subyektlərinin  iqtisadi  vəziyyəti  nəzərə 

alınır. 


2. Bu Qanunda nəzərdə tutulan şəxslər qanunla nəzərdə tutulmuş inhisarçılıq hərəkətlərinə 

görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyəti daşıyırlar. 

25 

3.  Bu  maddənin  1‐ci  bəndində  maliyyə  sanksiyası  şəklində  tutulan  cərimələr  müvafiq  icra 



hakimiyyəti orqanı bu barədə qərar qəbul etdikdən sonra  30 gün ərzində mübahisəsiz qaydada 

dövlət büdcəsinə tutulur. 




Təsərrüfat subyektləri cəriməni vaxtında ödəmədikdə və ya qismən ödədikdə müvafiq icra 

hakimiyyəti  orqanı  cərimənin,  həmçinin  hər  gecikdirilmiş  günə  görə  cərimənin  ümumi 

məbləğinin,  yaxud  ödənilməmiş  hissəsinin  1%‐i məbləğində  penyanın  ödənilməsi  üçün 

məhkəməyə  müraciət edə bilər. 

4. Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılma qaydaları müvafiq icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

26 

M a d d  ə  1 9 .  Müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin məsuliyyəti 



27 

Müvafiq  icra  hakimiyyəti  orqanlarının  vəzifəli  şəxsləri  dövlət və  kommersiya  sirri  sayılan 

məlumatların  saxlanılmasına,  habelə  xidməti  vəzifələrini  düzgün  icra  etməmə  nəticəsində 

təsərrüfat  subyektlərinə  və  dövlətə  vurduğu  ziyana  görə  qanunvericilikdə  müəyyən  edilmiş 

məsuliyyət daşıyırlar. 

Azərbaycan Respublikasının Prezidenti 

Əbülfəz ELÇİBƏY. 

Bakı şəhəri, 4 mart 1993‐cü il.  

№ 526.  



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI  

1.   10  oktyabr  1997‐ci  il  tarixli  381‐IQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 1998‐ci il, № 1, maddə 17

2.   23  mart  2001‐ci  il  tarixli  103‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2001‐ci il, № 6, maddə 360

3.   5  oktyabr  2001‐ci  il  tarixli  183‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2001‐ci il, № 11, maddə 676

4.   5  oktyabr  2001‐ci  il  tarixli  190‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2001‐ci il, № 11, maddə 683

5.   23  noyabr  2001‐ci  il  tarixli  219‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2001‐ci il, № 12, maddə 736

6.   3  dekabr  2002‐ci  il  tarixli  387‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2003‐cü il, № 1, maddə 5

7.   30  dekabr  2003‐cü  il  tarixli  568‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2004‐cü il, № 2, maddə 57

8.   9  mart  2004‐cü  il  tarixli  603‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2004‐cü il, № 4, maddə 202

9.   20  oktyabr  2006‐ci  il  tarixli  167‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2006‐cı il, № 12, maddə 1005

10.  1  fevral  2008‐ci  il  tarixli 

543‐IIIQD 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 

qəzeti,  8  fevral 2008‐ci  il,  №  29,  Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu, 2008‐ci  il, 

№ 2, maddə 49

11.  1  aprel  2008‐ci  il  tarixli  588‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, №5, maddə 348

12.  2  iyun  2008‐ci  il  tarixli  618‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 6, maddə 462

13.  30  sentyabr  2010‐cu  il  tarixli  1083‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(“Azərbaycan”  qəzeti,  14  noyabr  2010‐cu  il,  №  252,  Azərbaycan  Respublikasının  Qanunvericilik 

Toplusu, 2010‐cu il, № 11, maddə 939) 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI  

1 

10  oktyabr  1997‐ci  il  tarixli  381‐IQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 1998‐ci il, № 1, maddə 17) ilə 1‐1‐ci maddə əlavə edilmişdir. 

2 

3  dekabr  2002‐ci  il  tarixli  387‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2003‐cü  il,  №  1,  maddə  5)  ilə  1‐1‐ci  maddədə  “bu 

Qanundan” sözlərindən sonra “, ʺTəbii inhisarlar haqqındaʺ, ʺHaqsız rəqabət haqqındaʺ Azərbaycan 

Respublikasının qanunlarından” sözləri əlavə edilmişdir. 

3 

30 sentyabr 2010‐cu il tarixli 1083‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 



qəzeti, 14 noyabr 2010‐cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010‐cu il, 

№  11,  maddə  939)  ilə  2‐ci  maddəsinin  3‐cü  bəndində  “ticarət  nişanları  və  müəlliflik  hüquqlarından” 

sözləri “faydalı model, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstərici, müəlliflik hüququ və əlaqəli 



hüquqlardan” sözləri ilə əvəz edilmişdir. 

4 

3  dekabr  2002‐ci  il  tarixli  387‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 




Respublikasının Qanunvericilik Toplusu, 2003‐cü il, № 1, maddə 5) ilə 4‐cü maddənin axırıncı abzası 

yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 

təbii  inhisar—hazırkı  şəraitdə  rəqabətin  mümkün  və  ya  məqsədəuyğun  olmadığı  sahədə 

inhisarçılıq fəaliyyət növləri. 



5 

9  mart  2004‐cü  il  tarixli  603‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2004‐cü  il,  №  4,  maddə  202)  ilə  7‐ci  maddənin  2‐ci 

yarımbəndində  ʺbələdiyyə  mülkiyyəti  obyektlərindən,  yerli  büdcəninʺ  sözləri  ʺdövlət  büdcəsininʺ 

sözləri ilə əvəz edilmiş və ʺbüdcədənkənarʺ sözündən sonra ʺdövlətʺ sözü əlavə edilmişdir. 

6 

3  dekabr  2002‐ci  il  tarixli  387‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2003‐cü  il,  №  1,  maddə  5)  ilə  11‐ci  maddənin  2‐ci  bəndi 

çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi: 

2.  Təbii  inhisarçıların  siyahısını  müvafiq  icra  hakimiyyəti  orqanının  təqdimatı  ilə  Azərbaycan 

Respublikası Milli Məclisi müəyyən edir. 



7 

23  mart  2001‐ci  il  tarixli  103‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2001‐ci  il,  №  6,  maddə  360)  ilə  12‐1‐ci  maddə  əlavə 

edilmişdir. 



8 

1  aprel  2008‐ci  il  tarixli  588‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2008‐ci  il,  №5,  maddə  348)  ilə  birinci  hissəsinin  birinci 

abzasından  ʺvə  ya  qanunvericilikdə  müəyyən  edilmiş  qaydada  etibarsız  sayılırʺ  sözləri  çıxarılmışdır, 

ikinci hissə üçüncü hissə hesab edilmişdir və yeni məzmunda ikinci hissə əlavə edilmişdir. 

9 

10  oktyabr  1997‐ci  il  tarixli  381‐IQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 1998‐ci il, № 1, maddə 17) ilə 13‐cü maddə yeni redaksiyada 

verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi: 

M a d d  ə  13. İnhisarçılıq fəaliyyətinin qarşısının alınması 

1)  İdarəetmə  orqanlarının  və  təsərrüfat  subyektlərinin  inhisarçılıq  fəaliyyətinin,  qarşısını  almaq 

üçün aşağıdakı hallarda antiinhisar siyasətini həyata keçirən Azərbaycan Respublikası mərkəzi icra 

hakimiyyəti orqanı ilkin dövlət nəzarətini həyata keçirir: 

yeni  idarəetmə  orqanlarının  yaradılması,  birləşdirilməsi,  yenidən  qurulması  nəticəsində  onların 

fəaliyyəti rəqabətin məhdudlaşdırılmasına səbəb olarsa və ya ola bilərsə; 

təsərrüfat  subyektlərinin  yaradılması,  qovuşması,  yenidən  qurulması,  ləğv  edilməsi  bazarda 

hökmran mövqe tutan yeni təsərrüfat subyektinin meydana kəlməsinə gətirib çıxararsa; 

idarəetmə  orqanlarının  və  təsərrüfat  subyektlərinin  kommersiya  fəaliyyətinin  birləşdirilməsi 

haqqında sazişlər rəqabətin məhdudlaşdırılmasına gətirib çıxararsa və ya gətirib çıxara bilərsə; 

nəzarət  paketinin  alqı  (satqı)  əməliyyatı  iştirakçılarından  biri  bazarda  hökmran  mövqe  tutarsa, 

yaxud bu əməliyyatlarda iştirak  edən təsərrüfat subyektlərinin bazardakı paylarının cəmi 35 faizə 

çatarsa; 

icra  hakimiyyət,  idarəetmə  orqanlarının  və  təsərrüfat  subyektlərinin  birgə  fəaliyyət  göstərmək 

haqqında  sazişləri  rəqabətin,  təsərrüfat  subyektlərinin  müstəqilliyinin  məhdudlaşdırılmasına  və 

istehlakçıların mənafelərinin pozulmasına səbəb olarsa və ya ola bilərsə. 

2. Bu maddənin 1‐ci bəndində göstərilən bütün hallarda Azərbaycan Respublikasında antiinhisar 

siyasətini  həyata  keçirən mərkəzi  icra  hakimiyyəti  orqanının  razılığı  lazımdır.  Bu  məqsədlə 

idarəetmə  orqanları  və  təsərrüfat  subyektləri  Azərbaycan  Respublikasında  antiinhisar  siyasətini 

həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına razılıq üçün vəsatət və birləşmə nəticəsində yeni 

yaradılmış  və  birləşən təsərrüfat  subyektlərinin  ayrılıqda  hər  birinin  əsas  fəaliyyət  növləri  və 

müvafiq  bazardakı  payı  haqqında  məlumat  verir.  Azərbaycan  Respublikasında  antiinhisar 




siyasətini  həyata  keçirən mərkəzi  icra  hakimiyyəti  orqanı  vəsatəti  aldığı  gündən  iki  həftə 

müddətində öz qərarı haqqında iddiaçıya yazılı məlumat verir. 

3. Bu maddə qovuşma, birləşdirilmə, yenidən təşkil olunma nəticəsində bazarda xüsusi çəkisi 35 

faizə,  yaxud  qanunvericilikdə  müəyyən  olunmuş  digər həddə  çatmayan  təsərrüfat  subyektlərinə 

şamil edilmir. 

10 

3  dekabr  2002‐ci  il  tarixli  387‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2003‐cü il, № 1, maddə 5) ilə 13‐cü maddənin 1‐ci bəndinin 

dördüncü  abzasında  ʺartıq  və  bələdiyyə  müəssisələrininʺ  sözləri  ʺartıq  dövlət və  bələdiyyə 



müəssisələrininʺ sözləri ilə əvəz edilmişdir. 

11 


1 fevral 2008‐ci il tarixli Azərbaycan Respublikasının Qanunu  (“Azərbaycan” qəzeti, 8 fevral 2008‐ci il, 

№ 29) 13‐cü maddəsinin 2‐ci bəndinin 3‐cü cümləsində ʺdövlət qeydiyyatı üçün qanunvericiliyə uyğun 

təqdim  olunan  sənədlərʺ  sözləri  ʺtəsərrüfat  subyektlərinin  yaradılması,  yenidən təşkili  və  ya  ləğv 

edilməsi ilə bağlı müvafiq müqavilə və (və ya) qərarʺ sözləri ilə əvəz edilmişdir. 

12 

10  oktyabr  1997‐ci  il  tarixli  381‐IQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 1998‐ci il, № 1, maddə 17) ilə 13‐1‐ci maddə əlavə edilmişdir. 

13 

3  dekabr  2002‐ci  il  tarixli  387‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2003‐cü  il,  №  1,  maddə  5)  ilə  13‐1‐ci  maddənin  adında 

ʺsəhmlərinʺ  sözündən  sonra  ʺ(payların)ʺ  sözü,  1‐ci  bəndinin  birinci,  ikinci,  üçüncü  abzasında  mötərizə 

içərisində  ʺtəsərrüfat  subyektləri  birliyiʺ  sözlərindən  sonra  ʺvə  ya  bir‐birinin  əmlakına  nəzarət  edən 

şəxslər qrupuʺ sözləri əlavə edilmişdir. 

14 

10  oktyabr  1997‐ci  il  tarixli  381‐IQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 1998‐ci  il, № 1, maddə 17) ilə 14‐cü maddədə “Azərbaycan 

Respublikasında  antiinhisar  siyasətini  həyata  keçirən mərkəzi  icra  hakimiyyəti  orqanı”  sözləri 

müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilmişdir. 



15 

23  noyabr  2001‐ci  il  tarixli  219‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2001‐ci  il,  №  12,  maddə  736)  ilə  14‐cü  maddənin  üçüncü 

bəndi çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi: 

3) təbii inhisarçı olaraq bazarda öz müstəqil mövqeyindən sui‐istifadə edən təsərrüfat subyektləri 

üçün aksiz vergilərinin sərtləşdirilmiş dərəcələrinin tətbiq edilməsi; 



16 

10  oktyabr  1997‐ci  il  tarixli  381‐IQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  1998‐ci  il,  №  1,  maddə  17)  ilə  15‐ci  maddədə  “Azərbaycan 

Respublikasında  antiinhisar  siyasətini  həyata  keçirən mərkəzi  icra  hakimiyyəti  orqanı”  və 

“antiinhisar  siyasətini  həyata  keçirən mərkəzi  icra  hakimiyyəti  orqanı”  sözləri  “müvafiq  icra 

hakimiyyəti orqanı” sözləri ilə əvəz edilmişdir. 

17 

10  oktyabr  1997‐ci  il  tarixli  381‐IQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  1998‐ci  il,  №  1,  maddə  17)  ilə  16‐cı  maddədə  “Azərbaycan 

Respublikasında  antiinhisar  siyasətini  həyata  keçirən mərkəzi  icra  hakimiyyəti  orqanı”  sözləri 

müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilmişdir. 

18 

20  oktyabr  2006‐cı  il  tarixli  167‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2006‐cı  il,  №  12,  maddə  1005)  ilə  16‐1‐ci  maddə  əlavə 

edilmişdir. 



19 

10  oktyabr  1997‐ci  il  tarixli  381‐IQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 




Respublikasının Qanunvericilik Toplusu, 1998‐ci  il, № 1,  maddə 17) ilə 17‐ci maddənin 1‐ci bəndinin 

birinci abzasından sonra yeni abzas əlavə edilmişdir. 



20 

10  oktyabr  1997‐ci  il  tarixli  381‐IQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  1998‐ci  il,  №  1,  maddə  17)  ilə  17‐ci  maddədə  “Azərbaycan 

Respublikasında  antiinhisar  siyasətini  həyata  keçirən mərkəzi  icra  hakimiyyəti  orqanı”  sözləri 

müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilmişdir. 



21 

5  oktyabr  2001‐ci  il  tarixli  190‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2001‐ci  il,  №  11,  maddə  683)  ilə  17‐ci  maddənin  2‐ci 

bəndindən ʺvə ya arbitraj məhkəməsiʺ sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi: 

2. Vurulmuş zərər məhkəmə və ya arbitraj məhkəməsi tərəfindən tutulur. 

22 

10  oktyabr  1997‐ci  il  tarixli  381‐IQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 1998‐ci il, № 1, maddə 17) ilə 18‐ci maddə yeni redaksiyada 

verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi: 

M a d d  ə  18.  Antiinhisar qanunvericiliyinin pozulmasına görə məsuliyyət 

Antiinhisar  qanunvericiliyinin  pozulmasında  təqsiri  olan  şəxslər  Azərbaycan  Respublikasının 

qanunvericiliyinə müvafiq surətdə mülki‐hüquqi və inzibati məsuliyyət daşıyırlar. 

23 


2  iyun  2008‐ci  il  tarixli  618‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 6, maddə 462) ilə 18‐ci maddəsinin 1‐ci bəndinin 

ikinci  abzasında  “şərti  maliyyə  vahidi  məbləğinin  50  mislinədək,  lakin  şərti  maliyyə  vahidi 



məbləğinin 20 min mislindən” sözləri “əlli beş manatadək, lakin iyirmi iki min manatdan” sözləri ilə 

əvəz edilmişdir. 

24 

2  iyun  2008‐ci  il  tarixli  618‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 6, maddə 462) ilə 18‐ci maddəsinin 1‐ci bəndinin 

üçüncü  abzasında  “şərti  maliyyə  vahidi  məbləğinin  5  min  mislinədək”  sözləri  isə  “beş  min  beş  yüz 



manatadək” sözləri ilə əvəz edilmişdir. 

25 

5  oktyabr  2001‐ci  il  tarixli  183‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2001‐ci  il,  №  11,  maddə  676)  ilə 18‐ci  maddənin 3‐cü  bəndi 

yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 

3. Bu maddənin 2‐ci bəndində nəzərdə tutulan şəxslər eyni hərəkətləri il ərzində iki dəfə (inzibati 

təsir tədbirləri tətbiq edildikdən sonra) təkrar etdikdə qanunvericilikdə müəyyən edilmiş qaydada 

cinayət məsuliyyəti daşıyırlar. 

26 

30  dekabr  2003‐cü  il  tarixli  568‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2004‐cü  il,  №  2,  maddə  57)  ilə  18‐ci  maddənin  2‐ci  bəndi 

çıxarılmış, 3‐cü,  4‐cü  və  5‐ci  bəndləri  müvafiq  olaraq  2‐ci,  3‐cü  və  4‐cü  bəndlər  hesab  edilmişdir. 

Maddənin 2‐ci bəndinin əvvəlki redaksiyasında deyilirdi: 

2. Təsərrüfat subyektlərinin rəhbərləri və icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri: 

müvafiq  icra  hakimiyyəti  orqanının  qanuni  göstərişlərini  müəyyən  edilmiş  müddətdə  yerinə 

yetirmədikdə xəbərdarlıq və ya minimum  əmək haqqı məbləğinin 200 mislinədək; 

bu Qanunun 13‐cü, 13‐1‐ci və 16‐cı maddələrinin tələblərinə əməl etmədikdə və sənədləri təqdim 

etmədikdə — xəbərdarlıq və ya minimum əmək haqqı məbləğinin 150 mislinədək inzibati qaydada 

cərimə olunurlar. 

27 

10  oktyabr  1997‐ci  il  tarixli  381‐IQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 1998‐ci il, № 1, maddə 17) ilə 19‐cu maddə əlavə edilmişdir. 

Document Outline

  • Ibölm əÜMUMİ MÜDDƏALAR
    • Madd ə 1. Qanunun məqsədləri
    • Maddə 1‐1. Antiinhisar qanunvericiliyi
    • Maddə 2. Qanunun tətbiq dairəsi
    • Madd ə 3. Antiinhisar siyasətini həyata keçirən Azərbaycan Respublikasının dövlət orqanları
    • Madd ə 4. Əsas anlayışlar
  • II bölməİNHİSARÇILIQ FƏALİYYƏTİ
    • Madd ə 5. Dövlət inhisarçılığı
    • Madd ə 6. Sahə inhisarçılığı
    • Madd ə 7. Yerli inhisarçılıq
    • Madd ə 8. Təsərrüfat subyektlərinin inhisarçılığı
    • Madd ə 9. Maliyyə‐kredit inhisarçılığı
    • Madd ə 10. Bazar subyektlərinin üfqi və şaquli sazişləri nəticəsində yaranan inhisarçılıq
    • Madd ə 11. Təbii inhisarçılıq
    • Madd ə 12. Patent‐lisenziya inhisarçılığı
    • Madd ə 12‐1. Yerin təkindən istifadə inhisarçılığı
  • III b ö l m əANTİİNHİSAR TƏNZİMLƏMƏ VASİTƏLƏRİ
    • Madd ə 13. Təsərrüfat subyektlərinin və onların birliklərinin yaradılması, yenidən təşkili və ləğv edilməsi zamanı antiinhisar qanunvericiliyinə riayət edilməsinə dövlət nəzarəti
    • Madd ə 13‐1. Səhmlərin (payların) əldə olunması zamanı təsərrüfat subyektləri arasında bağlanılmış əqdlərin həyata keçirilməsində antiinhisar qanunvericiliyinə riayət edilməsinə dövlətnəzarəti
    • Madd ə 14. İnhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması
    • Madd ə 15. İnhisarçılıq fəaliyyətinin aradan qaldırılması
    • Madd ə 16. Müvafiq icra hakimiyyəti orqanının məlumat əldə etmək hüququ
    • Maddə 16‐1. İnhisarçıların informasiyanı açıqlamaq vəzifəsi
  • IV bölməYEKUN MÜDDƏALARI
    • Madd ə 17. Bu Qanunun pozulmasının nəticələri
    • Madd ə 18. Qanunun pozulmasına görə məsuliyyət
    • Madd ə 19. Müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin məsuliyyəti

Yüklə 319,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə