Antik dövrdə maşınqayırma



Yüklə 6,62 Mb.
Pdf görüntüsü
səhifə17/28
tarix15.07.2018
ölçüsü6,62 Mb.
#55969
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

Renessans dövründə maşınqayırma 
158 
 
burada Ginevra de Benei və Mona Liza rəsm əsərlərini işləyir [1.79].   
1507-ci  ildə  Leonardo  öz  dostlarının  xahişi  ilə  yenidən  Milana 
qayıdır  və  orada  Martesana  kanalı  və  St.Kristoforo  hövzəsinin 
təkmilləşdirilməsi  ilə  məşğul  olur.  1512-ci  ildə  Ludovikin  oğlu    Sforza 
isveçlərin  köməyi  ilə  Milanı  zəbt  edir.  Bundan  sonra  Leonardo  Milanı 
yenidən tərk etməli olur və Roma şəhərinə üz tutur. Ancaq burada Roma 
Papasi  X  Leonun  və  Mikel  Anjelonun  ona  qarşı  olan  laqeyd 
münasibətindən,  o  öz  fəaliyyətini  Romada  lazımınca  davam  etdirə 
bilmir.  Leonardo  fransızlarla  yaxin  münasibətdə  olduğu  üçün  ittiham 
edilir. Buna görə də, Leonardo Romada öz vaxtını yeni sahəyə həsr edir. 
O, quşların uçması ilə maraqlanır  və uçan maşınlar üzərində işləyir.  
Sonralar  Leonardo  yenidən  fransiz  kralı  I  Fransın  hökmranlığı 
altında olan Milana qayıdır. Ona qarşı göstərilən yüksək diqqətə rəğmən 
o,  65  yaşında  I  Frans  ilə  birlikdə  Parisə  köçür.  Fransada  Leonardo 
yüksək  diqqət  göstərilən  bir  şəxs  kimi  iki  il  sakit  yaşayaraq  67  yaşında 
vəfat edir [1.84].   
Deyilənlərə  görə,  Leonardo  I  Fransın  qolları  üstündə  həyatını 
dəyişib.  Bu      onların  arasındakı  yaxın  münasibətin  olduğunu  göstərir. 
Leonardonun  vəsiyyətinə  əsasən  onun  sevimli  şagirdi  və  dostu 
Françesko  da  Melçi  çoxlu  əlyazma  və  cizgilərə  sahib  olur. 
Françeskonun  vəfatından  sonra  Leonardonun  işləri  hissə-hissə  müxtəlif 
adamlara  qismət  olur.  Uzun  müddət  şəxsi  adamlara  mənsub  olan 
əlyazmaların böyük hissəsi (392 vərəq) Ambrosion kitabxanasına çatır. 
1610-cu  ildə  Qraf  Arunel  Leonradonun  əlyazmalarının  bir  hissəsini 
İngiltərəyə gətirərək Britaniya muzeyinə bəxş edir.  
1796-cı  ildə  fransızlar  Abrosion  kitabxanasından  Leonardonun 
işlərini ələ keçirərək, müharibə qəniməti kimi Parisə gətirirlər.  
Leonardonun  işlərinin  nə  üçün  uzun  müddət  naməlum  qalması 
səbəbləri  buradan  aydın  görünür.  Ondan  sonra  yaşamış  sənətkarlar 
sadəcə  olaraq  onun  işləri  ilə  tanış  deyildilər.  Yalnız,  1797-ci  ildə 
Venturi  Parisdə  çap  etdirdiyi  kitabında  Leonardo  haqqında  məlumat 
verir.  O,  Parisdə  Leonardonun  əlyazmalarının,  sağdan  sola  yazıldığı  


Renessans  dövründə maşınqayırma 
159 
  
üçün  çətinliklə  də  olsa  oxuyaraq  və  öyrənərək,  onun  Qalileyin  öndəri 
olduğu qənaətinə gəlir [1.84].  
Leonardo,  ümumiyyətlə  öz  yazdıqlarını  qizli  saxlamağa  çalışmışdır. 
O,  çox  vaxt  sözləri  bir-birinin  ardınca  qoşaraq  onun  oxunmasını 
çətinləşdirmişdir.  Bundan  əlavə,  Leonardo  metallar  üçün  o  dövr 
əlkimyada işlədilən terminlərdən istifadə etmişdir. Məsələn, o qızıl üçün 
günəş,  gümüş  üçün  ay,  mis  üçün  venera,  dəmir  üçün  mars,  sink  üçün 
yupiter    və  qurğuşun  üçün  saturn  sözlərini  işlətmişdir.  Bunlar  onun, 
onsuz da qəliz yazdığı mətni daha da anlaşılmaz etmişdir [1.82].   
1828-ci  ildə  Leonardonun  su  hərəkəti  və  ölçmə  haqqında  gördüyü 
işlər  Boloniyada  çap  olunur.  Libri  1840-cı  ildə  “Riyaziyyat  elmlərinin 
tarixi” haqqında əsərində Leonardoya istinad edir. Dr. Hermann Grothe 
1874-cü  ildə  Berlində  Leonardonun  işlərini,  texniki  və  fiziki  cizgilərin 
surətlərini  verməklə,  onun  bu  sahədə  etdiyi  ixtiraları,  maşınları 
“Leonardo  da  Vinci  mühəndis  və  filosof  kimi”  kitabında  çap  etdirir. 
Məqsəd  onun  mühəndis  və  təbiəti  tədqiq  edən  bir  şəxs  olduğunu  sübut 
etmək  idi. Bundan sonra Leonardonun bəşəriyyətə bir fitri istedad  kimi 
verdiyi töhvələr haqqında məlumat geniş kütləyə çatır [1.83].                    
Leonardonun  əlyazmaları  arasında  onun  Lüdovik  Sforzasa  sarayda 
işə  düzəlmək  üçün  yazdığı  ərizə  diqqəti  cəlb  edir.  Bu  ərizənin  saraya 
gondərildiyi  haqqında  dəqiq  məlumatın  olmamasından  asılı  olmayaraq, 
bu  sənəddə  yazılan  mətni  araşdırdıqda  onun  öz  qabiliyyətini  necə 
qiymətləndirməsi  məlum  olur.  Leonardo  yazır  [1.84]:  “...  Mən  özünü 
döyüş  maşınlarının  ustası  adlandıranların  problemlərini  kifayət  qədər 
araşdırdıqdan  və  gördükdən  sonra  ki,  qeyd  olunan  maşınların  və 
ixtiraların  tətbiqi  lazımi  səviyyədə  deyil,  istəyirəm  ki,  Siz  ali 
çənablarına, başqa heç kimsəyə yox, yalnız Sizə öz sirlərimi açıqlayaraq 
və  Sizin  qulluğunuza  qoyaraq  aşağıda  sadalanan  işləri  verilən    anda 
yerinə yetirim
1.
 
Mənim  yüngül  və  eyni  zamanda  möhkəm  körpülər  üçün        
planlarım var.    
2.
 
Mən  bir  sahə  muhasirəyə  alındıqda  dərinlikdən  suyu  çıxarda 


Renessans dövründə maşınqayırma 
160 
 
bilərəm  və  çoxlu  sayda  körpülər,  hücum  nərdivanları  və  başqa 
 
belə qurğular düzəldə bilərəm.  
3.
 
...qayalar  üzərində  tikilməyən  qalaları  və  başqa  tikliləri 
dağıtmaq üçün üsula malikəm. 
4.
 
Bundan  əlavə  asan  daşınabilən  və  kiçik  daşları  atmaq  üçün 
bombardların (toplar) düzəldilməsi üçün planlarım var. 
5.
 
Sonra gizli yollar üçün planlarım var... 
6.
 
Bundan  əlavə  mən  etibarlı  və  alınmaz,  örtülü  araba 
düzəldəcəyəm,  hansı  ki,  Sizin  toplarla  düşmənin  içərisinə 
keçməyə imkan verəcək.... 
7.
 
Bundan başqa, əgər lazım gələrsə yeni bombardları və morzeləri 
gözəl və məqsədəuyğun formada düzəldəcəyəm. 
8.
 
Harada  bombardların  tətbiqi  mümkün  deyil,  orada  katapult  və 
atıcı  maşınlar  düzəldəcəyəm.  Mən  vəziyyətdən  asılı  olaraq 
müxtəlif hücum və müdafiə maşınları düzəldəcəyəm.  
9.
 
Əgər  döyüş  dənizdə  baş  verərsə,  onda  mənim  çoxlu  hücum  və 
müdafiə qurğuları üçün planlarım var. 
10.
 
Sülh  vaxtı  mən  tikinti  sənətində  çalışaraq  istər  şəxsi  tikililərlə, 
istərsə  də  hər  hansı  bir  yerə  suyun  çəkilməsi  ilə  məşğul  ola 
bilərəm”. 
Leonardonun  yaradıcılığı  ilə  yaxından  tanış  olduqda,  onun  sonralar 
bu  ərizədə  təsvir  olunmuş  maşınları  layihələndirdiyi  məlum  olur.  Onun 
texniki  fantaziyası  bir  çox  sahələri  əhatə  etmişdir.  Buraya  su 
nasoslarından  tutmuş,  dəzgahlar,  xüsusi  güzgülər,  kranlar,  tekstil 
maşınları  və  uçan  maşınlar  aiddirlər.  Leonardonun  bütün  işlərini  kiçik 
bir 
bölmədə 
cəmləşdirmək 
çətin 
olduğundan, 
onun 
yalnız 
maşinqayırmanın  inkişafı  üçün  maraqlı  olan  bir  neçə  mütərəqqi  ixtirası 
aşağıda ətraflı təsvir olunur.     
 
Maşınlar və mexaniki tərtibatlar 
 
Leonardo dişli çarxlarda ötürmənin gələcək maşınqayırmanın inkişa- 


Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə