Renessans dövründə maşınqayırma
158
burada Ginevra de Benei və Mona Liza rəsm əsərlərini işləyir [1.79].
1507-ci ildə Leonardo öz dostlarının xahişi ilə yenidən Milana
qayıdır və orada Martesana kanalı və St.Kristoforo hövzəsinin
təkmilləşdirilməsi ilə məşğul olur. 1512-ci ildə Ludovikin oğlu Sforza
isveçlərin köməyi ilə Milanı zəbt edir. Bundan sonra Leonardo Milanı
yenidən tərk etməli olur və Roma şəhərinə üz tutur. Ancaq burada Roma
Papasi X Leonun və Mikel Anjelonun ona qarşı olan laqeyd
münasibətindən, o öz fəaliyyətini Romada lazımınca davam etdirə
bilmir. Leonardo fransızlarla yaxin münasibətdə olduğu üçün ittiham
edilir. Buna görə də, Leonardo Romada öz vaxtını yeni sahəyə həsr edir.
O, quşların uçması ilə maraqlanır və uçan maşınlar üzərində işləyir.
Sonralar Leonardo yenidən fransiz kralı I Fransın hökmranlığı
altında olan Milana qayıdır. Ona qarşı göstərilən yüksək diqqətə rəğmən
o, 65 yaşında I Frans ilə birlikdə Parisə köçür. Fransada Leonardo
yüksək diqqət göstərilən bir şəxs kimi iki il sakit yaşayaraq 67 yaşında
vəfat edir [1.84].
Deyilənlərə görə, Leonardo I Fransın qolları üstündə həyatını
dəyişib. Bu onların arasındakı yaxın münasibətin olduğunu göstərir.
Leonardonun vəsiyyətinə əsasən onun sevimli şagirdi və dostu
Françesko da Melçi çoxlu əlyazma və cizgilərə sahib olur.
Françeskonun vəfatından sonra Leonardonun işləri hissə-hissə müxtəlif
adamlara qismət olur. Uzun müddət şəxsi adamlara mənsub olan
əlyazmaların böyük hissəsi (392 vərəq) Ambrosion kitabxanasına çatır.
1610-cu ildə Qraf Arunel Leonradonun əlyazmalarının bir hissəsini
İngiltərəyə gətirərək Britaniya muzeyinə bəxş edir.
1796-cı ildə fransızlar Abrosion kitabxanasından Leonardonun
işlərini ələ keçirərək, müharibə qəniməti kimi Parisə gətirirlər.
Leonardonun işlərinin nə üçün uzun müddət naməlum qalması
səbəbləri buradan aydın görünür. Ondan sonra yaşamış sənətkarlar
sadəcə olaraq onun işləri ilə tanış deyildilər. Yalnız, 1797-ci ildə
Venturi Parisdə çap etdirdiyi kitabında Leonardo haqqında məlumat
verir. O, Parisdə Leonardonun əlyazmalarının, sağdan sola yazıldığı
Renessans dövründə maşınqayırma
159
üçün çətinliklə də olsa oxuyaraq və öyrənərək, onun Qalileyin öndəri
olduğu qənaətinə gəlir [1.84].
Leonardo, ümumiyyətlə öz yazdıqlarını qizli saxlamağa çalışmışdır.
O, çox vaxt sözləri bir-birinin ardınca qoşaraq onun oxunmasını
çətinləşdirmişdir. Bundan əlavə, Leonardo metallar üçün o dövr
əlkimyada işlədilən terminlərdən istifadə etmişdir. Məsələn, o qızıl üçün
günəş, gümüş üçün ay, mis üçün venera, dəmir üçün mars, sink üçün
yupiter və qurğuşun üçün saturn sözlərini işlətmişdir. Bunlar onun,
onsuz da qəliz yazdığı mətni daha da anlaşılmaz etmişdir [1.82].
1828-ci ildə Leonardonun su hərəkəti və ölçmə haqqında gördüyü
işlər Boloniyada çap olunur. Libri 1840-cı ildə “Riyaziyyat elmlərinin
tarixi” haqqında əsərində Leonardoya istinad edir. Dr. Hermann Grothe
1874-cü ildə Berlində Leonardonun işlərini, texniki və fiziki cizgilərin
surətlərini verməklə, onun bu sahədə etdiyi ixtiraları, maşınları
“Leonardo da Vinci mühəndis və filosof kimi” kitabında çap etdirir.
Məqsəd onun mühəndis və təbiəti tədqiq edən bir şəxs olduğunu sübut
etmək idi. Bundan sonra Leonardonun bəşəriyyətə bir fitri istedad kimi
verdiyi töhvələr haqqında məlumat geniş kütləyə çatır [1.83].
Leonardonun əlyazmaları arasında onun Lüdovik Sforzasa sarayda
işə düzəlmək üçün yazdığı ərizə diqqəti cəlb edir. Bu ərizənin saraya
gondərildiyi haqqında dəqiq məlumatın olmamasından asılı olmayaraq,
bu sənəddə yazılan mətni araşdırdıqda onun öz qabiliyyətini necə
qiymətləndirməsi məlum olur. Leonardo yazır [1.84]: “... Mən özünü
döyüş maşınlarının ustası adlandıranların problemlərini kifayət qədər
araşdırdıqdan və gördükdən sonra ki, qeyd olunan maşınların və
ixtiraların tətbiqi lazımi səviyyədə deyil, istəyirəm ki, Siz ali
çənablarına, başqa heç kimsəyə yox, yalnız Sizə öz sirlərimi açıqlayaraq
və Sizin qulluğunuza qoyaraq aşağıda sadalanan işləri verilən anda
yerinə yetirim:
1.
Mənim yüngül və eyni zamanda möhkəm körpülər üçün
planlarım var.
2.
Mən bir sahə muhasirəyə alındıqda dərinlikdən suyu çıxarda
Renessans dövründə maşınqayırma
160
bilərəm və çoxlu sayda körpülər, hücum nərdivanları və başqa
belə qurğular düzəldə bilərəm.
3.
...qayalar üzərində tikilməyən qalaları və başqa tikliləri
dağıtmaq üçün üsula malikəm.
4.
Bundan əlavə asan daşınabilən və kiçik daşları atmaq üçün
bombardların (toplar) düzəldilməsi üçün planlarım var.
5.
Sonra gizli yollar üçün planlarım var...
6.
Bundan əlavə mən etibarlı və alınmaz, örtülü araba
düzəldəcəyəm, hansı ki, Sizin toplarla düşmənin içərisinə
keçməyə imkan verəcək....
7.
Bundan başqa, əgər lazım gələrsə yeni bombardları və morzeləri
gözəl və məqsədəuyğun formada düzəldəcəyəm.
8.
Harada bombardların tətbiqi mümkün deyil, orada katapult və
atıcı maşınlar düzəldəcəyəm. Mən vəziyyətdən asılı olaraq
müxtəlif hücum və müdafiə maşınları düzəldəcəyəm.
9.
Əgər döyüş dənizdə baş verərsə, onda mənim çoxlu hücum və
müdafiə qurğuları üçün planlarım var.
10.
Sülh vaxtı mən tikinti sənətində çalışaraq istər şəxsi tikililərlə,
istərsə də hər hansı bir yerə suyun çəkilməsi ilə məşğul ola
bilərəm”.
Leonardonun yaradıcılığı ilə yaxından tanış olduqda, onun sonralar
bu ərizədə təsvir olunmuş maşınları layihələndirdiyi məlum olur. Onun
texniki fantaziyası bir çox sahələri əhatə etmişdir. Buraya su
nasoslarından tutmuş, dəzgahlar, xüsusi güzgülər, kranlar, tekstil
maşınları və uçan maşınlar aiddirlər. Leonardonun bütün işlərini kiçik
bir
bölmədə
cəmləşdirmək
çətin
olduğundan,
onun
yalnız
maşinqayırmanın inkişafı üçün maraqlı olan bir neçə mütərəqqi ixtirası
aşağıda ətraflı təsvir olunur.
Maşınlar və mexaniki tərtibatlar
Leonardo dişli çarxlarda ötürmənin gələcək maşınqayırmanın inkişa-
Dostları ilə paylaş: |