Renessans dövründə maşınqayırma
155
dən də təsirə məruz qalmışdır.
Renessans dövrü tarixçilər tərəfindən zaman və məkandan asılı
olaraq müxtəlif formada qiymətləndirilir. Burada fərq baxımından vahid
epoxadan danışmaq çətindir. Məsələn, renessans İtaliyada XIV əsrdə
başladığı halda, Orta və Şərqi Avropada onun başlanğıcı XVI əsrə
təsadüf edir [1.19, 1.79
−
181]. Renessans öz mənasına görə antik
incəsənət və ədəbiyyatın yenidən doğulması deməkdir. Bu yeniləşmə
incəsənətlə bərabər arxitektura, dövlətçilik nəzəriyyəsi, elm və o
cümlədən, insanlarla təbiət arasında baş verən qarşılıqlı münasibətə də
aid idi.
Renessans dövründə İtaliyadan öz mənbəyini götürən və Fransaya
yayılan humanistlərin ədəbiyyat hərəkatı incəsənət ilə sıx bağlı idi.
Mənəvi yeniləşmənin üçüncü istiqaməti dində Martin Lüterin və başqa
reformatorların işləri ilə müəyyən olunurdu. Bu dövrdə insanların
həyatının yeni formada qiymətləndirilməsi ilə müşaiyət olunan yeni
düşüncə tərzi formalaşmağa başlayır. Yeniləşmənin əsasında yunan-
roma antik mədəniyyəti və xristian dininin dəyərləri dururdu. Renessans
dövrünün Avropada mövcud olduğu vaxt əsasən XV-XVI əsrlərə aid
edilir [1.79].
İnsan əməyinə olan maraq əmək vasitələri və üsulları, həmçinin
onların daha da inkişaf etdirilməsi imkanlarını əhatə edirdi. Burada
Heron, Filon və Vitruvi kimi antik dövr mühəndislərinin işlərinə istinad
edilirdi. Qütenberqin (alm.
Gütenberg) 1450-ci ildə ixtira etdiyi kitab
çapetmə üsulu texnika elminin yayılmasında əvəzsiz rol oynamışdır.
Əqli əməklə məşğuliyyət renessans dövründə fərdi işlərin
universallaşdırılması ideyası ilə bağlı idi. Bu dövr üçün məşhur
şəxsiyyətlər incəsənət və elmi-texniki yaradıcılığı birləşdirmək
qabiliyyətinə malik idilər. Bu xüsusiyyət empiriya, nəzəriyyə və
praktikanı bir yerdə cəmləşdirirdi. Renessans dövrünün bir çox
ixtiraları,
təcrübələrin
nəticələrinin
sistemləşdirilmiş
analizinə
əsaslanan,
ümumi
nəzəriyyələr
bazasında
layihələndirilən
konstruksiyalardan ibarət idi. O da
məlumdur ki,
bu dövrdə mühəndis